Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə67/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   63   64   65   66   67   68   69   70   ...   80

ümumbəşəri  səylərlə  axtarıb  tapılmalıdır.  Şərqlə 
Qərbi  qarşılaşdırmaq,  onlara  məxsus  özəllikləri 
mütləqləşdirmək  və  ya  bu  tərəflərdən birinə  üs­
tünlük  vermək  heç  bir  müsbət  nəticəyə  gətirə 
bilməz.
Bu  gün  dünyada  inkişafın  "eqoist-rasiona- 
list"  modeli  üstünlük  təşkil  edir.  Qəbul  edilən 
hər  qərarın,  atılan  hər  addımın  arxasında  eqoist 
(şəxsi, qrup, milli, sivilizasiyon) motivlər dayanır, 
qərarların  həyata  keçirilməsinin  yeganə  vasitəsi 
rolunda isə "xalis rasionallıq"  çıxış edir. Bu para- 
diqma çərçivəsində mənəvi-etik dəyərlər rasional 
qərarları qəbul etməyə mane olan zərərli maneələr 
kimi  qiymətləndirilir,  mənəviyyatla bağlı  fikirlər 
isə  "fəlsəfi  boşboğazlıq"  kimi  ələ  salınır.  Maddi- 
texniki  nailiyyətlərin  insanların  rifahına  xidmət 
etmələri üçün mənəvi dəyərlərin sabit insan inki­
şafının  ən  mühüm  alətinə,  qərarların  qəbulunun 
zəruri motivinə və kriteriyasma çevrilməlidir.
Əlbəttə,  bu  yanaşma  tərəqqinin  texnolo­
ji  nailiyyətlərindən  imtinaya  çağırış  demək  de­
yildir,  yalruz  və  yalnız  mənəviyyat  dünyasma 
insan  cəmiyyətinin  təkamülündə  keyfiyyətcə 
yeni  səviyyə  kimi  baxılması  zərurətinin  dərk 
edilməsidir.  Harmonik  inkişafa  nail  olmaq  üçün 
müxtəlif  sivilizasiyalara  məxsus  olan  mütərəqqi 
cəhətləri birləşdirən müasir sintetik təfəkkürə ehti­
yac duyulur. "Rasionalizm aləmindən mənəviyyat 
aləminə doğru" -  bu təfəkkürün əsas devizi olmalı­
dır. Hamını heyrətə salan Yaponiya müəmmasının
Sevda Ağamirzə qızı Əhədova
276
da  açarını  elə  Şərq  və  Qərb  təfəkkür  tərzlərinin 
uğurlu  vəhdətində,  başqa  sözlə  Şərqə  məxsus 
yüksək mənəvi potensialın Qərbə məxsus rasional 
düşüncə mədəniyyəti ilə birləşdirilməsində axtar­
maq lazımdır [52,110].
Faktik  olaraq  söhbət  bəşəriyyətin  əsasının, 
ayrı-ayrı  insanların,  xalqlann,  bütövlükdə  insan 
cəmiyyətinin  mütərəqqi  mənəvi-mədəni  irsini 
təşkil  edən  yeni  inkişaf  paradiqmasırun  işlənib 
hazırlanmasından gedir.  Bunun üçün isə yenə si­
vilizasiyaların və mədəniyyətin dialoqu zəruridir. 
Elə dialoq ki, bütün bəşəriyyətin, müxtəlif siviliza­
siyaların, xalqlann vətəndaş, mənəvi-etik, huma­
nitar potensialını  hərəkətə  gətirə bilsin,  müxtəlif 
mədəniyyətlər  arasındakı  fərqləri aradan  qaldır­
mağa  deyil,  onlar arasında balansın yaradılması­
na səy göstərsin.
Qərb  və  Şərq  hər  biri  xüsusi  "genotip"ə  və 
daxili  inkişaf məntiqinə  malikdirlər.  Cəmiyyətin 
iki  tipinin  -  ənənəvi  və  texniki  tipinin  qarşılıqlı 
əlaqəsi  ənənəvi  (tradisionalist)  və  texnogen  si­
vilizasiyaların  nailiyyətlərinin  və  dəyərlərinin 
qarşılıqlı çulğaşması yolu ilə həyata keçirilə bilər 
(150,  334].  Bu  mövqedən  çıxış  edənlər  yaxın  və 
uzaq gələcəkdə müəyyən sosial-mədəni paradiq- 
ma  əsasında  hansısa  irimiqyaslı  birliyin  yarana 
biləcəyini inkar edərək mədəniyyətlərin, xüsusən 
Qərb  və  Şərq  mədəniyyətlərinin  qarşılıqlı  çul- 
ğaşmasmdan  (inteqrasiyasından)  deyil,  yalnız 
qarşılıqlı  təsirindən  (dağıdıcı  və  ya  yaradıcı) da­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
277


Sevda Ağamirzə qızı Əhadova
nışmağı  üstün  tuturlar  [124,  77].  Bu  mövqenin 
tərəfdarlarının  nəzərincə,  dünyada  mövcud  olan 
bu  qədər müxtəlif mədəniyyətlərin inteqrasiyası, 
ümumiyyətlə mümkün deyildir, çünki o, müxtəlif 
mədəniyyətlər şəraitində tərbiyə almış insanların 
qarşılıqlı anlaşmasını tələb edir. Buna iş praktika­
sında nail olmaq mümkün deyildir.
Qərb  sivilizasiyasının  təməlində  elmi-texniki 
tərəqqinin  nailiyyətlərinə  əsaslanan  iqtisadi  sis­
tem  durur.  Digər  tərəfdən,  Qərb  sivilizasiyasını 
şərtləndirən  əsas  cəhətlərdən  biri  də  vətəndaş 
(fərd)  -   cəmiyyət  (dövlət)  münasibətlərinin  mü­
kəmməlliyi,  cəmiyyətin  daha  mütəşəkkil  idarə 
olunmasıdır.  Şərq  düşüncə  tərzinin  əsasmı  in­
sanın  mənəvi  kamilliyi  təşkil  edir.  Lakin  in­
san  sosial  varlıq  kimi  cəmiyyətdə  yaşayır.  Şərq 
cəmiyyətlərindən  fərqli  olaraq  Qərbdə  hər  kəs 
özünü  cəmiyyətin  bir üzvü  kimi  hiss  edir,  öz  ri­
fahını  və  azadlığını  da  ictimai  münasibətlərdən 
kənarda təsəvvür etmir [52,129].
Qərb  cəmiyyəti  üçün  insan,  onun  zəkası,  ra- 
sionallığı böyük dəyər hesab olunur.  Cəmiyyətin 
rifahı  üçün  şəxsi  məsuliyyət  prinsipi  mühüm 
əhəmiyyət kəsb edir. Qərb sivilizasiyasının aparıcı 
dini olan protestantizm də özündə maddi tərəqqi 
ideyasını  təcəssüm  etdirir.  Qərb  mədəniyyətinə 
mənsub  insan  həm  özünün,  həm  də  cəmiyyətin 
maddi  rifahım  yaxşılaşdırmaq  üçün  yaşayıb-ya­
radır.  Bu  Qərb  sivilizasiya  tipinin  sosial-mədəni 
identikliyinin əsasıdır.
278
Şərq  təfəkküründə  ənənəçilik  çox  güclüdür. 
Yeniliyə qarşı mühafizəkarlıq isə inersiya yaradır. 
Lakin bu inersiyanı, ətaləti qeyri-şərtsiz pis hadisə 
kimi,  geriliyin  səbəbi  kimi  qiymətləndirmək  ol­
maz [52], bu əslində dəyərlərə sadiqlik deməkdir.
Qərbdə  insanlar öz azadlıqlarına  çatmağı  cə­
miyyətin  qayda-qanunlarını,  prinsiplərini  dəyiş­
dirmək,  təkmilləşdirmək  yolu  ilə  nail  olmaqda 
görürlər.
Demokratiya,  insan  azadlıqlarına  əsaslanan 
hüquq normaları sisteminin Qərb siyasi sivilizasi­
yasında təşəkkül tapması da bununla əlaqədardır.
Halbuki insanın azadlığı, bərabərliyi,  ədalətli 
cəmiyyət  haqqına  ilk  fikirlərin  mənbəyi  tarixən 
Şərq olmuş,  onların  reallaşması uğrunda fəal so­
sial  mübarizə  də  burada  baş  vermişdir.  Bunun 
üçün  sadəcə  olaraq  Məzdəkizm,  Xürrəmilər 
və  başqa  tarixi-sosial  hərəkatları  yada  sal­
maq  kifayətdir.  Lakin  elmi-texniki,  mədəni 
nailiyyətlər,  xüsusi  mülkiyyət  institutu,  mülki 
və dini hakimiyyətlərin bölünməsi  və b.  amillər 
Qərbdə  ictimai  təşkilatlanmanın  daha  səmərəli 
formalarının  tapılmasına  təsir göstərmiş,  müasir 
Qərb demokratiyası təşəkkül tapmışdır.
Müasir  ərəb  müəlliflərindən  Əl-Cənabi  he­
sab  edir  ki,  Şərqlə  Qərbin  qarşılıqlı  anlaşması 
və  hətta  ideya  və  inancların  Qərb-Şərq  sinkrisisi 
həm  genetik,  həm  mahiyyət  əsaslar  etibarilə  is­
tisnadır. Qərb və Şərq mədəniyyətlərinin dialoqu 
sivilizasiyon  əsasların  köklü  fərqliliyi  baxımdan
Müasir dünyada madəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə