Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

əməli  m əqsədlərini  dərindən  bilməyi  tələb  edirsə,  izahlı  lüğətlərin 

qarşısm da  bir  sıra  daha  spesifik  və  daha  m ürəkkəb nəzəri  və  əməlı 

məsələlər d u ru r [217,  295].

Öyrəndiyim iz  dövrdə  soraq-m əlum at  nəşrlərində  ən  mühüm 

nailiyyətlərdən  biri  hələ  1928-1929-cu  illərdə  R u h u lla   A xundovun 

redaktəsi və rəhbərliyı altm da çap edilmxş  ikidilli ikicildlik  «Rusca- 

türkcə  (azərbaycanca  -   S.Q .)  lüğət»  hesab  edilir.  Lüğətin  birinci 

cildi  (A  -   O  hərfləri)  319  səhifə  həcm ində  1928-ci  ildə  [30,  519], 

ikiııci  cildi  isə  (P  -   Y   hərfləri)  (320)+626  səhifə  həcm ində  1929-cu 

ildə  çap d an   buraxılm ışdır  [192,  12].  50  m inə  qədər  sözdən  ibarət 

olan bu lüğəti  o  dövrün görkəmli,  tanxnmış ziyalıları:  Ə hm əd Pepi- 

nov,  Ə ləkbər  Q ərib,  Ə ləkbər  H eydərli,  Hənəfi  Zeynallı,  Yusif 

Əliyev,  Yusif  Vəzir,  Məhərrəm  Kamil,  Rəşid  Yusifzadə,  Ruhulla 

Axundov,  Sami  K am al,  Süleyman  M əlikov,  Tağı  Şahbazi,  Vəli 

X uluflu,  X udad  Əzizbəyli  tərtib  etm işdir.  Bu  lüğət  o  dövrdə  çap 

olunm uş  liiğətlərin  ən  böyüyü  və  m ükəm məli  idi.  Təsadüfi  deyildir 

ki,  onun  yaradılmasxm  elmi  ictim aiyyət  çox  böyük  mədəni  əhə- 

miyyəti  olan  bir hadisə  kimi  qiym ətlondirm işdir.  Ə lbəttə,  bu n u   elə 

bclə  də  qəbul  etm ək  lazımdır.  Çünki  1930-cu  illərdə rus  dilinin  öy- 

rənilməsinə  və  A zərbaycan  dilinin  öyrənilm əsinə,  təbliğinə  və 

yayılm asına  böyük  ehtiyac var  idi.  Ə lbəttə,  dillərin  öyrənilməsində 

ikidılli  lüğətlərin  böyük  əhəxniyyətinin  nəticəsi  olaraq  1930-cu  il- 

lərdə  də  ikidilli  lüğətlərin  hazırlanm asına  və  nəşrinə  xüsusi  diqqət 

yetırilmişdir.

«R usca-türkcə  lüğət»in  quruluşu  barəsində  bir  neçə  söz  demək 

yerinə  düşər.  İlk  növbədə  qeyd  etməliyik  ki,  bu  lüğət  rus  dilinin 

leksikasının  1928-ci  illərdəki  vəziyyətini  əks  etdirirdi.  Lüğətin  tər- 

tibində  tərtibçilər  əllərinə  keçən  bütün  lüğətlərdən  (V.Dalın  «Rus 

dilinin  izahlı lüğəti»ndən,  habelə ikidilli  rusca-əcnəbi lüğətlərindən) 

istifadə  etmişlər.  Eyni  zam anda  lüğətin  Azərbaycan  hissəsi  üçün 

əldə olan bütün lüğətlərdən istifadə olunm uşdur.

Tərtibçilər həm in  lüğətlərdəki  köhnəlmiş  və hələ o  dövrdə,  yəni 

1928-1929-cu  illərdə  rus  dilində  işlənməyən  sözləri  lüğətlərinə 

salm am ışlar.

Lüğətin  quruluşu  olduqca  sadədir.  B urada  sözləri  üslubi, 

qram m atik  və  s.  cəhətdən  səciyyələndirən  heç  bir  işarə  sistemi  tət- 

biq  edilməmiş,  yalnız  xüsusi  term inologiyaya  aid  sözlərin  yanında 

onların  hansı  elm  sahəsinə  aid  olduğu  latınca  ixtisar  şəklində  gös- 

tərilm işdir.  O  dövrdə  tərtibçilərin  əlində  olan  lüğətlər  rusca sözlə-

rin  mənalarxnı  tam   şəkildə  açmağa  on lara  lazım ınca  köm ək  edə 

bilməmişdir.  Buna  görə  də  lüğətdə  çoxm ənalı  sözlərin  ancaq  əsas 

m ənasının  (bəzi  hallarda  m ənalarınm )  qarşılığı  verilə  bilmişdir. 

Lüğətdə m ənalar  rəqəmlərlə  deyil,  paralel  işarəsi  ilə ayrılmış,  açıq- 

aydın  om onim   olan  sözlər  çoxmənalı  sözlər  kim i  verilmişdir.  Lü- 

ğətdə sözlər əlifba sırası  ilə verilsə də,  fellərin törəm ə form aları  əsas 

form anın yuvasında yerləşdirilmişdir.

Term inologiyanın verilməsində  lüğətdə  ardıcılsızlıq görürük  ki, 

b u n u n   da  səbəbi,  əlbəttə,  bu  sahədə  sabitlik  və  unifikasiya  olma- 

m ası ilə izah edilir [217,  305-306].

N itq   hissəsinə gəldikdə,  lüğətdə yalnız  ən  çox  işlənən  zərflər  öz 

əksini  tapmışdır.  Ümumiyyətlə  bu  lüğətdə  əyani  m isallar  və  fra- 

zeologiya yoxdur.  O dövr üçün  tam am ilə  labüd  o lan   yuxarıda  gös- 

tərilən  bütün  nöqsan  və  çatışm azlıqlarına  baxm ayaraq,  haqqında 

dam şılan  lüğət  A zərbaycan  lüğətçıliyi  tarixində  ən  qiymətli  leksi- 

koqrafık bir yadigar olaraq qalm aqdadır.

1930-1931-ci  illərdə  nəşr  edilmiş  «A zərbaycan  dilinin  canlı  şi- 

vələr  lüğəti»  də  mühüm  soraq-m əlum at  nəşrlərindən  hesab  edilir. 

Bu  lüğət A zərbaycam   Öyrənmə  Cəmiyyəti  tərəfındən  hazırlanm ış- 

dır.  Lakin  1929-cu  ilin  axırlarında  A zərbaycanı  Öyrənmə  C’əmiy- 

yəti Azərbaycan  Dövlət Elmi-Tədqiqat  İn stitu tu n u n   tabeçiliyinə  ve- 

rildiyinə görə, d a h a  dəqiq,  həmin Cəm ıyyətin bazası əsasında yara- 

dılmış  yuxarıda  adını  çəkdiyimiz  İn stitu t  tərəfindən  çap  olunm uş- 

dur.  Birinci  cildin  birinci  buraxılışı  (A  hərfi)  1930-cu  ildə 250  səhi- 

fə  həcmində,  birinci  cildin  ikinci  buraxılışı  (B  hərfı)  1931-ci  ildə 

(126)+259 səhifə həcm ində çap edilmişdi  [192,  16].

V.X uluflunun  redaktorluğu  ilə  çap  edilmiş  (I  cildin  II  hissəsi) 

lüğətin  tərtibçiləri:  V.Xuluflu,  Zifeldt  Sim um yani  və  Ə .Tağızadə 

olmuşdur.  Eyni  zam anda  bu  nəşrin  redaktəsində  İ.Həsənov,

H .K .Sanlı,  Y.Əliyev,  S.Bağırzadə  və  Ə .B abazadə  iştirak  etmişlər. 

Lüğətin  yaradılm ası  təşəbbüsçüsü  və  əsas  icraçılarm dan  biri  məş- 

h u r sovet türkoloqu  N .İ.A şm arin olm uşdur.

Quruluş  prinsipinə  görə  lüğət  dialektoloji  lüğət  olm aqdan  ziya- 

də, izahlı lüğət xarakteri daşıyır.  Sözlərin m ənalannın  açıJmasına xü- 

susi  fıkir  verilmişdir.  H ər  bir  sözün  izahı  canlı  şivəJərdən,  xa]q  ya- 

radıcılığından  və  sairədən  ahnmış  illüstrativ  m aterial  və  m isallarla 

əyaniJəşdirilınişdir.  Bu  lüğət  Azərbaycan  dilinin  dialektoloji  lüğətini 

yaratm aq  sahəsində  ilk  təcrübə  olmuşdur.  Bu  lüğət  sayəsində  külli 

m iqdarda qiymətli dialekt materialı toplanm ışdır [217,  307].




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə