Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   2   3   4   5   6   7   8   9   ...   69

II fəsil.  Soraq-m əlum at  nəşrlərinm   sahə,  mövzu.  m əzm un  təh- 

lili və inkişafı xüsusiyyətləri;



III fəsil.  Soraq-m əlum at ədəbiyyatınm  m üasir vəziyyəti və ınki- 

şa f perspektivləri.

M onoqrafiyam n nəticəsi tədqiqatm  ümumiləşdirilməsi və Azər- 

baycan  soraq-m əlum at kitablarınm   daha  da  inkişaf etdirilməsi  və- 

zifəsini qarşıya qoyulm ağı ilə başa çatır.

/  FƏSİL

AZƏRBAYCAN SO RAQ-M ƏLUM AT ƏDƏBİYYATININ 

YARANM ASI VƏ İNKİŞAIT TARİXİ

1.1. 

Qodim dövrdən  1920-ci ilə qədər Azərbaycan soraq-məlumat 

ədəbiyyatınııı  vəziyyəti.  Soraq-m əlum at  nəşrləri  elm,  texnika,  mə- 

dəniyyət,  ədəbiyyat,  incəsənət  və  digər  sahələrdə  özünü  təsdiq  et- 

m iş  m əlum atları,  bilikləri  yığcam  şəkildə  əks  etdirir.  Bu  cür  kitab- 

ların  yığcamlığı  və  aydınlığı  qədim  zam anlardan  insanların  diqqə- 

tini özünə cəlb etmişdir.

Soraq-m olum at  nəşrləri  inkişaf  edərək  nəşr  növünə  çevrilmiş- 

d ir.  O nlann  başlıca,  əsas  sosial  funksiyası,  başqa  sözlə,  təyinatı 

m üxtəlif  molumatları  on  əlverişli  form ada  oxuculara,  daha  geniş 

m ənada  tələbatçılara  çatdırm aqla  şərtlənir.  Başlıca  olaraq  ordan- 

burdan  mütaliə  üçün  nəzərdə  tutulur.  Lüğətlər,  soraq  kitabçaları, 

soraq  vəsaitləri,  ensiklopedik  lüğətlər,  ensiklopediyalar və s.  soraq- 

məlumat noşrlorinin osas  hissəsini təşkil edir [281,  612].

Bu  çap  əsorlərinin  oksəriyyotində  elmi  vo  yaxud  praktiki  moz- 

m unlu  m olum atlar  yığcam  şəkildo  ifadə  edilir.  Bu  nəşrlər  sistemi 

ardıcıl  mütaliə,  öyronmə  üçün  deyil,  m olum atın  tez  tapılm asına 

xidmo!  etmok  üçiin  yaranm ış  və inkişaf etm işdir [289,  514\.



I 

Soraq-m olum at  kitablarının  ən  qədim  növü  lüğətlərdir.  Lüğətlor 

stolüstü  kitaba,  insanların  yaxın  köməkçisinə çevrilənəcon  böyük  bir 

tarixi  yol  keçmişdir.  O,  dılçilikdo  oldə  edilən  hor  nə  varsa,  hamısını 

toplu şəklindo əks etdirir.  Bütün biliklər haqqında  ümumiloşdirilmiş, 

söz  haqqında  yığcam  fo ım ad a  mürəkkəb  və  müxtəlif  informasiya 

verir.  Lüğətçilik  işində  təkam ül  inadlı,  fasiləsiz  fəaliyyət  nəticosində 

baş  vcrmişdir.  Bunu  insan  fəaliyyətinin  bütün  sahəlori  tələb  edirdi. 

Lüğətlərin  m eydana  gəlməsındə  və  təkmilləşdirilməsində  görkəmli 

dövlət xadımlərinin, şair və yazıçıların,  alimlərin rolu böyükdür.

Bugünkü  Azorbaycan  lüğətçiliyi  birdən-birə  m eydana  gəlmə- 

mışdir,  uzun  bir  inkişaf yolu  keçərək  indiki  halını  almışdır.  O nun 

m eydana  gəlməsi  və  təşəkkül  tapm ası  üçün,  təbii  ki,  müəyyən  icti- 

maı,  tarixi,  mədəni  və  s.  şəraitin  olması  lazım  idi.  M əlum dur  ki, 

ümumıyyətlə  lüğətçiliyin  m eydana  gəlməsi  üçün  ən  m ühüm   am il 

form alaşm ış yazı onənəsinin olm asıdır.  Buna görə də milli lüğətçili- 

yin  tarixi  xalqın  ictimai  və  m ədəni  inkişafı  ilə  əlaqədar  surətdə 

tədqiq  edilməlidir [225, 5].




A zərbaycan  Milli  Elmlər  Akadem iyasm ın  m üxbir  üzvü,  filolo- 

giya elınləri d o k to ru   Ə.Ə .O rucov çox haqlı olaraq yazır ki,  «Azər- 

baycan  dili  qədim   yazılı  ədəbiyyat  dili  olub,  öz  tarixi  inkişafm da 

müxtəlif m ərhələlər  keçdiyindən,  əlbəttə,  onun  özünəməxsus  lüğət- 

çilik  ənənəsi  olm am ış  deyildir.  Lakin  təəssüflə  qeyd  etməliyik  ki, 

xalqım ızm   lüğətçilik irsi hələ m eydana  çıxarılmam ış və  onun  tarixi 

öyrənilməmişdir.  O dur  ki,  bu  məsələ  indi  dilçiliyimiz  qarşısm da 

d uran ən m ühüm  m əsələlərdən biri hesab edilməlidir» [225, 5].

Lüğətlərdə iki cəhət var:  nəzəri və praktik.  Lüğətlər həm nəzəri, 

həm   də  əməli  cəhətdən  əhəmiyyətlidir.  Lüğətçilik  işinin  tarixini 

öyrənərkən  lüğətlərin  bu  cəhətləri  işıqlandırılm alıdır,  çünki  bunlar 

bir-birilə əlaqədardır [130,11].

Lüğətçiliyin  tarixi  qədim dir.  Lüğətlərin  ilk  nümunələri  bizim 

eradan əvvəl yaranm ışdır.  E ram ızdan ə w ə l m eydana  gəlmiş  lüğət- 

ləri yaranm a dövrünə görə üç q ru p a ayırm aq olar:

1.  Lüğətlərin  m eydana  gəlməsinə  qədərki  dövr.  Bu  dövrdə  ya- 

ranan  lüğətlərin  əsas  vəzifəsi  çoxm ənalı  sözləri  izah  etmək  idi.  Lü- 

ğətlər  Şum erlərdə  bizim  eradan  əvvəl  25-ci  əsrdə,  Çində  eradcin  20 

əsr əvvəl,  Qərbi A vropada və Ə rəbistanda V III əsrdə, Türk dövlət- 

lərində X II əsrdə, R usiyada X III əsrdə m eydana gəlmişdir.

2.  İlkin  lüğətlər  dövrü.  Bu  dövrdə  y ara n a n   lüğətlərin  əsas  vəzi- 

fəsi danışıq dilindən fərqli olaraq ədəbi dili öyrənməkdir.

3.  Lüğətlərin  inkişaf  dövrü.  Bu  dövr  lüğətlərinin  əsas  vəzifəsı 

dilin lüğət tərkibinin  təsviri və norm alaşm asını öyrənməkdir.

A zərbaycanda  soraq-m əlum at  kitabınm ,  əsasən  də  lüğətlərin 

yaranm ası tarixi qədim dir.  Tarixi,  elmi  m ənbələr təsdiq edir ki,  so- 

raq-m əlum at  kitabları  A zərbaycanda  X I  əsrdən  yaranm ağa  baş- 

lanm ışdır.  Ə lbəttə,  ilk  soraq-m əlum at  k ita b la n   lüğətlər və  təqvim- 

lər şəklində özünü büruzə vermişdir.

O nu d a qeyd etməliyik ki,  lüğətlərin yaranm ası üçün zəmin  hələ 

IX -X I  əsrlərdə  yaranm ışdı.  Belə  ki,  ərəblər  Azərbaycanı  ışğal  et- 

dikdən  so n ra  əksəriyyətini  türklər  təşkil  edən  yerli  əhali  İslam  di- 

nini  qəbul  etdilər.  İslam m   müqəddəs  kitabı  «Q uran»  ərəb  dilində 

nazil  olduğundan  və  onun  dili  m üqəddəs  sayıldığından  yerli  əhali 

onu  yalnız  bu  dildə  oxuyub  öyrənmək  m əcburiyyətində  qaldı.  Bu 

amil  ərəb  dilinin  bütün  müsəlman  ölkələrində  olduğu  kimi,  Azər- 

baycanda  da  tez  b ir  zam anda  geniş  yayılm asına  səbəb  oldu.  Çox 

keçmədi ki,  A zərbaycan  alimləri  və din  xadim ləri,  şair  və yazıçılar

ərəb  dilini  ana  dili  kimi  mükəmməl  öyrənib,  ərəbcə  şah  əsərlər  ya- 

ratdılar  (Bəhmənyar  Azərbaycani,  Şihabəddin  Sührəvərdi,  Xətib 

Təbrizi vəb.).

Beləliklə,  hər iki dili mükəmməl bilən ziyalılarm yetişməsi ərəb- 

cə yazılmış ayrı-ayrı əsərlərin,  birinci növbədə dini ədəbiyyatın dili- 

mizə tərcüməsi üçün real zəmin yaratdı [212,  7].

Bu  da  m əlum dur  ki,  o rta  əsrlərdə  elmi  kitab lan n   əksəriyyəti 

ərəb,  ədəbi  əsərlərin,  poeziyanın  böyük  hissəsi  fars  dilində  yazıl- 

m ışdır.

Bu  vəziyyət  şəraitdən  asılı  olaraq  m eydana  çıxmışdı.  Bu  da  in- 

karedilm əz  faktdır  ki,  m əktəb  və  mədrəsələrdə  «Q uran»  və  şəriət 

d ərsləri  ərəb  dilində  tədris  olunsa  da,  müəllimlər  hələ  bu  dili  bil- 

m əyən  şagirdlərə ayn-ayrı  mətləbləri  anladarkən  öz  şərh və  izahını 

istər-istəməz ana dilində söyləməli olurdular.

Beləliklə,  «Q uran»ın və digər bəzi zəruri kitabların A zərbaycan 

türkcəsinə  tərcüməsi  vacib  sayılırdı.  Belə  bir  m əqam da  lüğətlərin 

tərtibi zəruri,  vacib tələbatın nəticəsi kimi qiymətləndirilməlidir.

Indi  olduğu  kimi,  keçmiş  əsrlərdə  də  Azərbaycan  oxucu  və 

tədqiqatçıları  m ütaliə  etdikləri.  yaxud  oxunuşuna  qulaq  asdıqlan 

k itab lan n   səhifələrində  tez-tez  çətin  söz  və  ifadələrlə  qarşılaşm ış- 

lar.  Onların  əlində  həmin  çətin  sözlərin  mənasını  açan  izahlı  lüğət- 

lərin  olm asm a  böyük  ehtiyac  vardı.  Q ətran  Təbrizi  (1012-1088) 

indi  də  m əşhur  olan  «Təfsir»  adlı  lüğət  kitabı  hazırlam ışdı.  «Bu, 

fars  dilinin  ilk  izahlı  lüğət  kitabıdır.  Sözlər  m isallarla  verilmişdir» 

[253,  67].

Lüğət  kitabı  oxucular  arasında  çaşqınlıq  da  y a ra d a   bilor,  doğ- 

ruçu,  faydalı  da  ola  bilər.  Tərtibçi  müəllif bu  məsuliyyəti  vaxtm da 

hiss etmişdi.  Buna  görə də onun kitabı sonrakı lüğətlər və lüğətçilər 

üçün  nüfuzlu  məxəz  olm uşdur.  Bu  kimi  səbəblərə  görədir  ki,  tarix 

Q ətran   Təbrizini  X I  əsr  A zərbaycan  kitabının  yaradıcı  xadim lə- 

rindən  biri kimi yaşatm aqdadır [2 73,122].

JKII  əsrin  görkəm li  lüğətçilərindən  biri  də  Əbül-Fəzl  Hübeyş 

Tiflisidir.  O,  Y axın  Şərq  m ədəniyyətinin  inkişafında  böyük  rol  oy- 

nam ışdır.  XII  əsrin  görkəmli  A zərbaycan  alimi  Hübeyş  Tiflisi  30- 

dan  artıq  əsər  yazmışdır.  O nların  ham ısı  gəlib  bizə  çatm am ışdır.

O,  Tiflisdə dünyaya  gəlmiş,  boya-başa  çatmışdır.  H.Tiflisi  ictim ai- 

sıyasi-tarixi  səbəblər  üzündən  gənc  yaşlarında vətənindən,  elindən, 

xalqından  aralı  düşmüş,  Türkiyənin  Konyə  şəhərinə  köçm üşdür. 

Ö m rünün  əsas  hissəsini  K onyə  şəhərində  keçirmiş,  əsərlərinin  əsas



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə