Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   2   3   4   5   6   7   8   9   10   ...   69

hissəsini  də  b u rad a  yaratm ışdır.  Elmin  m üxtəlif  sahələrinə  (tibb, 

ədəbiyyatşünaslıq,  ilahiyyat,  astronom iya,  lüğətçilik  və  b.)  aid 

sanballı  əsərlərin  müəllifidir.  A zərbaycan  alimi  Əbü-l-Fəzl  Hübeyş 

Tiflisi  ensiklopedik zəkalı alim  kimi  ərəb  dilinə  aid  bir sıra lüğətçi- 

lik  əsərləri  yazm ışdır.  Onun  tərtib  etdiyi  lüğətlər  aşağıdakılardır: 

«Tərcüm an  ul-Q uran»,  «Vuchul-Q uran»,  «ət-Tərcum an»,  «Qanu- 

nul-ədəb».  B unlardan  əlavə  o,  ərəbcə-farsca,  ərəbcə-türkcə  nəsr  və 

şeir  form alarında  lüğotlərin  təritibi  ilə  m əşğul  olm uşdur.  Yuxarıda 

adları  çəkilən  lüğətlərin  dördü  ərəbcə-farsca  lüğət,  biri yuxuyozma 

sözlüyüdür.  G örkəm lı alimin  farsca  yazdığı  «Kam il  ut-təbir»  əsəri- 

nin  farsca-ərəbcə  sözlüyü  fars  əlifbası  ilə  düzülmüş  və  onun  ərəbcə 

qarşılığı, şərhi,  izahı verilmişdir [130,  55-59].

O rta əsrlərin görkəm li nüm ayəndələrindən olan Əbü-l-Fəzl Hü- 

beyş Tiflisi  (1121-1232)  tibbə,  riyaziyyata,  astronom iyaya  dair çox 

qiymətli  əsərlər  yazmışdır.  O,  təbabətə  aid  doqquz  əsərdən  ibarət 

«Tibb  tra k tatla rı  məcmuəsi»  («M əcm uət-ər-rəsail  ət-tibbiyə»), 

«Tibbə  d air  kafi  əsər»  («Kifayət  ət-tibb»),  «D ərm anlar  cədvəli» 

(«Təqvim  əl-ədəviyyə»),  astronom iyaya  d air  «U lduzların  təsviri» 

(«Bəyan ən-nücum ») adlı əsərlərin m üəllifidir [203,  58-59].

O nun  m üxtəlif  elm  sahələrinə  dair  yazdığı  əsərlər:  «Vucud  əl- 

Q uran»,  «Bəyan  əs-sənət»,  «Q anun əl-ədəb»,  «Kam il  ut-təbir»  və  s. 

əlyaznıası  şəklində  geniş  yayılmışdı.  Alimin  «Təqvim  əl-ədəviyyə» 

(«D ərm anlar  cədvəli»)  və  «Q anun  əl-ədəb»  əsərləri  o rta  əsrlərdə 

Azərbaycan  soraq-m əlum at  kitabları  içərisində  m ühüm   yer  tutur. 

O nun  «Q anun əl-ədəb» əsəri  çox  m əşhur  olm uşdur.  Əsərin dəfələrlə 

xəttatlar tərəfındən üzünün köçürülməsi o rta  əsrlərdə onun çox geniş 

yayıldığmı  göstərir.  M üxtəlif  əsrlərdə  köçiirülən  əlyazma  nüsxələri 

dünyanın  bir  sıra  m əşhur  kitabxanalarında,  şəxsi  arxivlərdə,  mu- 

zeylərdə  və  əlyazma  institutlarında  (İngiltərə,  Fransa,  Almaniya. 

İran,  Türkiyə və  s.)  saxlanılır [210].  Alimin  1150-ci  ildə tam amladığı 

700 səhifəlik  «Q anun əl-ədəb» əsəri  orta əsrlərdə ərəb  leksikoqrafıya 

tarixində  məlum  olan  əsas  məktəbin  birini  -  qafiyə  quruluşlu  lüğət- 

lər sistemini  davam   etdirən  fundam ental  əsərdir.  Səəddin  Süleyman 

Ə m inullah  M üstəqim zadə  «Q anun  əl-ədəb»də  fars  sözlərini  türk 

dilinə  (1183-1190)  tərcümə  etmişdir.  O,  əsəri  «Əl-sinət  sələsə»  («Üç 

dilli»)  adlandırm ış  vo  onu  Soltan  Əhm əd  III  O sm anın  nəvələrindən 

olan Əm ir N uri və onun övladlarm a həsr etm işdir [210].

H.Tiflisinin  «Ən  mükəmməl yuxuyozma»  («Kamil  ət-Təbir»)  və 

«Q anun əl-ədəb»  ensiklopedik  lüğəti  özündən  sonra  b ir sıra  soraq-

m əlum at  kitablarının  m eydana  gəlməsi  və  inkişaf etməsi  üçün  zə- 

m in rolunu oynamışdır.

'  Yeri gəlmişkən onu d a qeyd etməyi lazım  bilirik ki,  o rta əsrlər- 

də  yaranan  bəzi  lüğətlərin  bilavasitə  və  xüsusi  olaraq  Azərbaycan 

dilinə  həsr  edilmədiyinə  baxm ayaraq,  o n u n   da  leksikasını  az-çox 

özündə  əks  etdirən  bəzi  mühüm  leksikoqrafık  əsərlərin  (lüğətlərin) 

ötəri  də  olsa  adlarm ı  çəkməyi  zəruri  hesab  edirik.  B urada  birinci 

növbədə  M ahm ud  K aşqarinin  «Divani-lüğəti-türk»  (XI  əsr)  adlı 

m əşhur  lüğətini  və  türkologiyada  «İbn-M ühənna  lüğəti»  adı  ilə 

m əşhur,  dilimizin  tarixi  leksikoqrafıyası  nöqteyi-nəzərindən  çox 

əhəmiyyətli lüğəti göstərmək olar.

T ürk  dillərinin  lüğətçilik tarixində xüsusi yer tu ta n ,  X I  əsr  türk 

xalqlarınm   dil  xüsusiyyətlərini  özündə  əks  və  izah  edən  ilk  lüğət 

M ahm ud  bin  əl-Hüseyn  bin  M əhəm m əd  əl-K aşğarinin  «D ivani- 

lüğəti-türk»  («Türk  dillərinin  lüğəti»)  fundam ental  əsəridir.  M ah- 

m ud  Kaşğari  XI  əsrin  birinci  yarısında  (təxminən  1029-1038-ci 

illərdə)  Özbəkistanm  K aşğar  şəhərində  türk  qəbiləsində  doğul- 

muşdur. Əcdadı əm ir olmuşdur.

Lüğətdə  türk  tayfalarına  aid  9000-dən  artıq  söz  və  söz  birləş- 

məsi  əhatə  olunm uşdur.  M ahm ud  K aşğari  lüğətini  struktur-əlifba 

prinsipi  əsasında  tərtib  etmişdir.  B urada  o,  sözləri  isim  və  fel  adı 

altında  iki  qrupa  bölərək  aşağıdakı  məsələləri  nəzərdən  keçirmiş- 

dir:  1)  leksika;  2)  türk  qəbilələrinin  yerləşdiyi  regionlar  haqqında 

m əlumat;  3)  türk  dillərinin  təsnifatı;  4)  türk  dillərinin  tarixi  foneti- 

kasına  və qram m atikasına d a ir molumat;  5)  türklərin  tarixi,  coğra- 

fıyası,  etnoqrafıyası,  poeziyası,  folkloru  haqqında m əlumat;  6)  dün- 

yanın ən qədim  türk  xəritəsi [130,  53-54].

Gılisli Əhməd  R ifət lüğətin orijinalm dan  üzünü  1266-cı  ildə  kö- 

çürmüş,  Məhəmməd  bin  A bu  A bulfətin  əlyazması  əsasında  çapa 

hazırlam ışdır.  Lüğət  1915-ci  il  (1-2-ci  cildlər)  və  1917-ci  (3-cü  cildi) 

illərdə  Türkiyə  X alq  M a arif  Nazirliyi  tərəfindən  İstanbulda  nəşr 

edilmişdir.  Əsər  ərəb  dilində yazılmışdır.  Əsər bir  neçə  dilə  çevril- 

mişdir.  Lüğətin  alm an  dilinə ilk  tərcüməçisi  K .B rohelm andır.  Əsər 

alm an dilində  1928-ci  ildə çap edilıb.  O nu  türk dilinə tərcümə edən

B.A talaydır.  K itab  1933-1941-ci  illərdə  A nkarada  «Türk  dili  cə- 

miyyəti»  tərəfindən  nəşr  edilmişdir.  Lüğət  özbək  dilində  1960- 

1963-cü  illərdə  çıxmışdır,  çevirəni  İ.M ütəllim ovdur.  X .S.X ocayev 

1935-ci  ildə  M .K aşğarinin  lüğətinin  tərcüməsi  ilə  m əşğul  olm uş  və



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə