Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə1/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
  1   2   3   4   5   6   7   8   9   ...   144


Rəşid Bərgüşadlı 

 

 



 

 

 



 

 

 



 

 

 



Sevginin dadı 

 

(roman) 

 

 



 

2‐ci kitab 

 

 



 

 

 



 

 

 

 

“Azərnəşr”  

Bakı – 2014 


BBK 47 

B 56 


 

 

 



 

 

Redaktor: 



Elman  Aslanov 

 

Texniki redaktor: 



Aliyə  Qabilqızı 

 

 



 

 

 



 

 

R.Bərgüşadlı. ʺƏsərləriʺ. Bakı, “Azərnəşr”, 2014;  456 səh. 



 

Rəşid Bərgüşadlının bu kitabı oxucularla ikinci görüşüdür. Kitabda ad‐

ları çəkilən, hazırda yaşayan və ya dünyasını dəyişən insanlarla bağlı qələ‐

mə alınmış hər şey müəllif təxəyyülünün məhsuludur. 

 

 



 

         4700000000 __ 

Qrifli nəşr 

M – 651(07) 2014 

 

 

 



ISBN 978 – 9952 – 40 – 

 

 



 

 

 



 

 

“Azərnəşr” 



–  

2014 



3

 

 



 

 

 



 

 

 



Müəllifdən 

 

 



 

 

 



P

işik  öz  quyruğuyla  oynayan  kimi,  xəlvəti  yazdıqlarımı 

çək‐çevir  etməkdən  yorulmuşdum.  Qərara  aldım  ki,  yazıları‐

mın son variantlarını redaktə üçün toplayıb kitab halına salım. 

Belə də elədim. Nəticədə yeddi kitab alındı. Bu kitabları hər ge‐

cə vərəqləyir, sonra da qucaqlayıb yuxuya gedirdim. Kitablarım 

yastığım,  qoxusuna  alışdığım  doğma  balalarım  olmuşdu  mənə. 

Elə bil ki, gizli bir xəzinə tapmışdım və hamıdan gizlədirdim bu 

kitabları. Gündə bir düzəliş edirdim, yenə nəyisə kəsirdim, nəsə 

əlavə edirdim – səhifələri qıpqırmızı qızartmışdım... 

...Amma  insan  ağzıyırtıqdır  axı  –  dilim  dinc,  əlim  fərağat 

durmadı  –  yazılarımın  kompüter  variantını  ədəbiyyatdan  az‐

maz başı çıxan ən yaxın dostlarıma göndərdim. Onlar da – “sağ 

olsunlar”,  –  öz  dostlarına  göndəriblər.  Beləcə,  yazılarım  inter‐

netlə  bir  oldu.  Adımı  qəsəbədə  “yazıçı”  çağıranda  və  elektron 

ünvanım çoxlu sayda şərhlər, tanımadığım ilk  oxucu fikirlərilə 

dolanda,  dedim,  –  “Vay  dədəm  vay,  el  içində  biabır  oldum!”. 

Hələ,  toyların  birində  masabəyi  cılız  bir  şeirimi  şövqibəlağətlə 

mikrofona  guruldayanda  xəcalətimdən  siçan  dəliyi  axtardım 

girməyə. 




4

 

Mən  nə  bilim  ki,  xətrimi  istəyən  3‐5  dostumdan başqa  da 



yazdıqlarımı  oxuyan  olacaqmış.  Amma,  sən  demə  varmış... 

Dostlarım məni qızışdırdılar – “Vallah, çap elə. Qoy camaat da 

oxusun. Çap pulunu özümüz yığıb verəcəyik” – dedilər. Ədəb‐

ərkanla nəşriyyat evi tapdılar, yazılarımın çap xərclərini araşdı‐

rıb  öyrəndilər.  “Daş  atmamışam,  qollarım  yorulmayıb  –  göz‐

lərimin nurundan başqa nə itirirəm ki, özləri bilərlər...” – deyib 

birinci  kitabı  mətbəəyə  verdim.  Hələ  mətbəədə  yığılan  kitab‐

larımın  çap  xərcini  dostlarım  çoxdan  toplamışdılar.  Özlərinə 

lazım  olan  qədər  kitab  götürdülər,  mənə  də  qohum‐əqrəbama 

paylamaq  üçün  öz  kitabımdan  40‐50‐sini  bağışladılar.  Qalan 

kitabları  da  hədiyyə  olaraq  payladıq  həbsxana  həyatı  yaşayan 

həmvətənlərimizə –  kitab  oxumağa  səbr  və  vaxt  ancaq  türmə‐

dəkilərdə var,  yoxsa  kimdi  indi  kiminsə  kitabını  oxuyan...  Be‐

ləcə,  oldum  “Sahil  qəsəbəsinin  türmələr  üçün  yazan  yazıçısı”. 

Başqalarının “Biləcəridən o  yana  keçmək”  arzusu  var, mənim‐

sə, türmədən çölə çıxmaq... 

“Adamın  adı  çıxınca,  canı  çıxsın”,  “Çünki  oldun  dəyir‐

mançı, çağır gəlsin dən, Koroğlu” – irəliləməkdən başqa yolum 

qalmadı.  İnternetdəki  və  həbsxanadakı  oxucularımı  daha  “ac” 

qoya bilməzdim...  Aldığım məktublar mənə bir az təsəlli oldu. 

Belə  baxanda,  Nyuton  anadan  fizik  doğulmamışdı  ki.  Əgər 

onun  təpəsinə  alma  düşməsəydi,  guya  yerin  cazibə  qüvvəsini 

kəşf  edə  bilməyəcəkdi? Yazıçı  olmaq  üçün  də  illah  gərək  ada‐

mın  təpəsinə  alma,  ya  da  kərpic  düşməlidir?  Üzünü  heç  gör‐

mədiyim  mütəxəssis  şərhlərini,  dostlarımın  qayğılı  fikirlərini, 

çoxlu  sayda  oxucu  irad  və  rəylərini  nəzərdən  keçirdikcə  gah 

gözlərim sevincdən doldu, gah  da haqlı  qeyd  edilən  nöqsanla‐

rımı,  səhvlərimi  görüb  pərişan  oldum.  Bu  şərhlərdən  sonra 

“Ədəbiyyat  nəzəriyyəsi”  kitablarını  ələk‐vələk  elədim.  Qayda‐

ları naşı süzgəcimdən keçirdikcə “yazıçı” kimi qüsurlarımı  an‐

ladım.  Ancaq  qatar  ötüb  keçmişdi  –  səhv,  ya  düz,  bir  cild  söz 



5

 

yığınını çap etdirmişdim artıq. Kitabın üstünə ad yazdırmaq da 



ağır məsuliyyətmiş. “Neçə ki söz ağzından çıxmayıb, sənin qu‐

lundur, çıxdısa, sən onun qulusan”, – mən bir kitab yığını sözlə‐

rimin quluydum artıq. 

Elə  oxucu  rəylərini  və  həvəsləndirmələrini  nəzərə  alıb  2‐

ci  kitabın  çapına  qərar  verdim  –  “Eşşəyə  minmək  bir  ayıb, 

düşmək iki  ayıb”  –  artıq  ox  yaydan  çıxıb  və  yazıların  davamı 

gəlməsə  adına  pis  söz  çıxar,  dalınca  –  “Bir  atımlıq  barıtı  var‐

mış”, – deyərlər. 

Yaxınlarım, – “Tanınmış bir adama kitabların üçün ön söz 

yazdır”,  –  dedilər.  “Mən,  qonşunun  uşaqlarına  qoşulmayan, 

öz‐özünə  oynayan  uşaq  kimi  tək  özümçün  yazıram.  Məni  ta‐

nımayan birinin qapısını kəsdirib niyə “Ön söz” dilənim ki...” – 

dedim.  “Amma  ön  söz  olmadan  kitab  kitablıqdan  çıxar”  – 

dedilər.  Onda,  –  “Oxucu  məktubları  ən  yaxşı  “Ön  sözdür”  – 

deyib,  uzun‐uzadı oxucu  məktublarından seçdiyim  qısa  parça‐

larla  sizi  də  tanış  etmək  istəyirəm.  Oxucuların  tərifini  də,  tə‐

nəsini (bu söz nəsə düz səslənmir – keçmişdə tə’nə deyəndə da‐

ha başadüşülən idi – R.B.) də səmimi qəbul edirəm – qoy kitab 

kitablığını  alsın  deyə  həm  də  “Ön  söz”  olsun.  Bəribaşdan  ya‐

zılarımı oxuyub  rəy  verən,  səmimi  irad  bildirən,  dəyərli  şərh‐

lər  yazan  hər  kəsə  dərin  təşəkkürümü bildirirəm. Və  dalbadal 

cildlərimin çapını  dostlarımın  ağzıyırtıqlığına borcluyam  –  üz‐

ləri “ağ” olsun... 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə