Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə10/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   6   7   8   9   10   11   12   13   ...   144

34 

 

–  Mənə  çaydan‐çörəkdən  ver,  çantaya  da  bir‐iki  yumurta 



qoy,  bu  gün  arxın  dəhnəsini  badlayacağıq

24

.  Fərhad,  sən  də 



işlərini tez qutarsan, uşaqlarla civir qırmağa gələrsən. 

Dilbər: 


– Ağa əmi, olar mən də Qaqaşla gəlim? 

–  Yox  qızım,  hamı  paltarını  soyunub  suyun  içində  işlə‐

yəcək,  səndən  utanarlar  axı,  ayıbdır,  artıq  böyümüsən,  ağıllı 

balam. 


...Dilbəri ulağa mindirib, kəndin ayağındakı bağımıza (mə‐

nasını bilməsəm də, bura “nalpara” deyərdik – bəlkə də at nalı‐

nın  parası  anlamında  –  ancaq  qonşular  çəpəri  ayağıyla  ilbəil  o 

qədər  basıb  itələmişdilər  ki,  naldan  əsər‐əlamət  qalmamışdı) 

torpaq  belləməyə  yollandıq.  Dilbər  kəndin  aralığında  tanıdığı 

hər kəslə mehriban görüşür, hal‐əhval tuturdu. 

–  Diliş,  niyə  birdəfəlik  kənddə  yaşamırsan,  elə  burda  da 

məktəbə  gedərsən,  nənə  tək  darıxmaz?  Hamı  səni  kənddə  çox 

istəyir, sən də kəndi sevirsən – Dilbərdən soruşdum. 

– Elə istəyərəm, amma atamgil qoymur axı... Nənəm də on 

gündən sonra – “Başım‐beynim pozuldu!” – deyib məni başın‐

dan  rədd  eləyir...  Sən  bu  il  instituta  gələndə  bizdə  qalacaqsan, 

eləmi? Yenə həkim olmaq istəyirsən? 

– Hə. 


–  Keçən  il  cərrah  bıçağıyla  qurbağaları,  ölmüş  cücələri 

doğradığımız yadındadır? Mənsə, institutu qurtarıb kəndimizə 

müəllimə işləməyə gələcəyəm. Ona qədər ceyranımın da balası 

olacaq, onu da səndən alıb özüm saxlayacağam. 

Mən gülə‐gülə: 

– O ki erkəkdi, doğa bilməz... 

                                                            

24

 



Bənd bərkitmək.

 



35 

 

Dilbər təəccüblə: 



–  A...  deyirəm  axı  niyə  belə  qaş‐qabaqlıdır  bu  heyvan... 

Doğrudan erkəkdir? 

–  Erkək  oldu  deyə  “ceyran”ın  heyvan  oldu?  Ay  sənin 

məzən olsun – qurşağım boyda olan bu qızcığaz o qədər dəcəl 

və şirin idi ki, onu sevməmək mümkün deyildi... 

 

 



* * * 

 

...İsti iyun ayı ali məktəbə  qəbul həyəcanını da özüylə gə‐



tirdi.  Ayın  24‐ü  Tibb  İnstitutuna  biologiyadan  birinci  imtaha‐

nımdır. Mən Bakıya gedirdim – ömrüm boyu görmək arzusun‐

da olduğum şəhərə. Yol boyu beynimdə Bakının mənzərələrini 

cızırdım  –  “Bircə  tez  çatsaydım,  televizorda  gördüyüm  yerləri 

doyunca gəzərdim”... Bakıya axşamüstü çatdım. Əlimdə karton 

yeşik  vağzalı  seyr  edirdim.  Anam,  bacımgilə  diri  hinduşka 

göndərmişdi. Hinduşka başını katronun hava dəliyindən çıxar‐

dıqca  camaat  görməsin  deyə  başını  içəriyə  basır,  tez‐tez  pul 

olan dal cibimin sancağını yoxlayırdım. Şəhərin rənbərəng rek‐

lam  işıqları  adamın  gözünü  qamaşdırırdı.  Məni  avtovağzalda 

həmkəndlimiz  Səmərqənd  qarşıladı.  Avtovağzaldan  106  nöm‐

rəli ekspress avtobusa minib üzüyuxarı çıxarkən, hər şey məni 

valeh  edirdi  –  qarmonşəkilli  rezinlə  iki  hissəyə  ayrılmış  avto‐

busun  özü,  dizicırıq  cins  şalvarlı  cavanlar,  yolpulu  yığan  kon‐

duktor, şəhərli sərnişinlərin üz cizgiləri, yolkənarı qəribə ağac‐

lar  və  güllər,  heykəllər...  Elmlər  Akademiyası  Rəyasət  Heyəti‐

nin binası qarşısından keçəndə, əlindəki siqareti qapı ağzındakı 

zibil  qabına  tullayıb  binaya  daxil  olan,  televiziyada  bir  neçə 

dəfə  gördüyüm  akademik  Ziya  Bünyadovu  tanıdım.  Tanıyan 

kimi də həyəcanla, – “Ziya Bünyadov!” – deyə elə bağırdım ki, 




36 

 

avtobusda    əyləşənlərin    yarısı    mənə    tərəf    çöndü.  Çöndü  və 



bir nəfər 45–48 yaşlarında kişidən başqa hamısı mənə istehza ilə 

güldü.  Bu,  mənim  şəhərə  gəldiyim  ilk  gündə  ilk  “çuşka”lığım 

idi.  Həmin  kişi  isə  görünür  kənd  adamı  olduğundan  Səmər‐

qənddən  soruşdu,  –  “Hansı  rayondansınız,  qaqam  imtahana 

gəlib deyəsən?”. Səmərqəndi ağzını açmağa qoymadım, – “Hə, 

Qubadlıdan, bəs siz?” 

–  Cəbrayıldan,  mən  də  qardaşım  qızını  gətirmişəm,  –  

politexnikə.  Allah  hamınıza  kömək  olsun,  bizimkilər  də  içində 

– dedi. 

Yasamalda avtobusdan düşdük. Bazara girib borş bişirmək 

üçün kələm‐kök, kartof‐soğan aldıq. 

Səmərqəndin  yanında  qalacağam.  O,  Kirov  adına  Azər‐

baycan  Dövlət  Universitetinin  ikinci  kurs  tələbəsi  idi.  Tələbə 

şəhərciyində  qalırdı.  İmtahanlarından  kəsiri  olduğu  üçün 

kəndə  getməmişdi.  Təkrar  imtahandan  da  kəsilmişdi.  Məndən 

üç yaş böyük olsa da, kənddən aramız açığıydı. Çox zəhmətkeş, 

amma,  əzazil  uşağıydı.  Yarğanlarda,  kol‐kosda  quş  yuvası 

görən  kimi  yumurta,  quş  balası  qoymazdı,  –  alaçiy  bişirib  ye‐

yər, ya da quşatanla nişan alıb atardı. Hətta bu əzazilliyinə görə 

uşaqlar ondan qorxardılar. Kövrək  uşaqlar  bu  mənzərəyə  döz‐

məyib  acığından  ağlayanda,  bundan  ləzzət  alardı  –  bir  sözlə 

ağlına, zəhmətkeşliyinə və zarafatcıllığına tam tərs olan  “man‐

yaklığı”  da  vardı.  Amma  oxumaqla  arası  yaxşıydı  –  dərslərinə 

niyə  ciddi  yanaşmaması,  hətta,  kəsirə  qalması  mənə  təəccüblü 

gəlirdi. 

Axşam  düşsə  də,  avtobusla  yeddi  saatlıq  yol  yorğunluğu‐

ma    baxmayaraq,    Səmərqənddən    məni    şəhəri    gəzdirməyini 

xahiş  etdim.  Piyada  “Elmlər  Akademiyası”  metrosunun  qar‐

şısına  endik.  Məni  metronun  girəcəyindəki  kafeteriyada  kakao 

ilə  sosiskaya  qonaq  etdi.  Ayaqüstə  qarnını  doyuran  nə  qədər 

qızlı‐oğlanlı  tələbələr  gördüm  burda...  Qayğısız  deyib‐gülən, 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə