Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə12/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   8   9   10   11   12   13   14   15   ...   144

40 

 

lini  mənə  çöndərib  lifçiyini  açmağımı  istədi.  Açdım.  Əlim  axır 



ki, çılpaq qız bədəninə də toxundu. Sağ əlimi qeyri‐ixtiyari cibi‐

min  dərinliyinə  soxdum.  Futbol  köynəyimi  əyninə  geyəndə,  – 

“Əla qoxun var”, – dedi. 

Səmərqənd  Lenaya  uşaqlıq  həyatımızla  bağlı  rus  dilinin 

“belini qıra‐qıra” uzun‐uzadı dəsgah açdı. Lena ilə Saşa gülür, 

mənsə utandığımdan yerdə siçan dəliyi axtarırdım. Kənd uşaq‐

larının  “boz  eşşəyin  məhəbbəti”  məcaralarına    toxunanda  isə 

nifrətim az qala məni dost qatili edəcəkdi. Hirsimdən dişlərimi 

qıcayırdım, şəhvətimin üstünə elə bil soyuq su tökdülər – əlimi 

cibimdən çıxardım. 

Lena kartof qızartması hazırladı. Səmərqənd həyətə düşüb 

əlində “Gəncə” konyakı ilə geri qayıtdı. Armudu stəkanda üçü‐

müzə  də  konyak  süzdü.  Yemək  süfrəyə  verildi.  Saşa  stəkanı 

əlinə alanda Lena da armudu stəkanı götürüb mənə üzatdı: 

– Bunu Fedya ilə tanışlığımızın şərəfinə içək, arzulayaq ki, 

ali  məktəbə  daxil  olsun.  Həmin  gün  mən  sənin  şərəfinə  indi‐

yədək görmədiyin ləzzətli ziyafət verəcəyəm, söz verirəm... 

Mən  indiyədək  spirtli  içki  içməmişdim.  Lakin,  bayaqdan 

məsxərəyə  qoyulduğumdan  bir  daha  gülüş  hədəfi  olmamaq 

üçün stəkanımı götürüb onlarınkı ilə toqquşdurdum. Onlar bir‐

nəfəsə içdilər. Mənsə, ilk dəfə içəcəyim zəhərin dadını təsəvvür 

etməyə  çalışırdım,  –  stəkanı  iyləyib  ağız‐burnumu  turşutdum. 

Artıq  rəqiblərim  bu  işdə  də  “devstvennik”  olduğumu  hiss  et‐

mək  üzrəydilər.  Gözümü  yumub  konyakı  loppultuyla  dilimin 

arxasına  tulladım.  Ani  hiss  etdiyim  iyrənc  dadın  məni  boğma‐

ması üçün mayeni tələsik uddum. Konyak nəfəsimi kəsdi. Həm 

boğazım yanır, mədəm göynəyir, həm də öskürək məni boğur‐

du. Gözlərim yaşla dolmuşdu. “Vay, nənəm vay!” – deyib dəh‐

lizə, ordan da ayaqyoluna qaçdım. Ağzımı su krantına dayayıb 

konyakın yandırdığı bütün daxili divarlarımı o ki var “yaxala‐

dım”.  Səmərqənd  arxamca  gəlmişdi.  Dəhlizin  pəncərəsindən 



41 

 

küçədəki  isti  havanı  ciyərlərimə  çəkirdim.  Bir  azdan  özümə 



gəldim. 

Səmərqənd: 

– Araq da içməmişdin? 

Mən sakitcə, günahkarcasına, – “Yox...” – dedim. 

–  Bəs  niyə  içirsən,  deyə  bilmirsən  ki,  –  “İçən  deyiləm”? 

Nəysə, bağışla... – gülürdü. 

–  Ölmüş  eşşək  kimi  dişlərini  ağartma!  Mənimki  sənlə 

sonraya qalsın, süzənək “Saşa”...  

Otağa  qayıtdıq.  Yeməyimizi  yedik.  Səmərqənd  çarpayıda 

oturub divara söykənmişdi, Lenanı qucaqlayıb kürəyini, bud və 

baldırlarını  əlləyir,  nəsə  qırıldayıb  tökürdü.  Arada  məndən  də 

söhbət  salıb  gülüşürdülər.  Üst‐üstə  gələn  dilxorçuluq,  bir  yan‐

dan da lifçiyini açdığım qızın Səmərqəndlə saymazyana mazaq‐

laşması  məni  tamam  dilxor  eləmişdi.  Hiss  edirdim  ki,  Lenanı 

Saşaya qısqanmağa başlamışam. 

Axşam  televizorda  “Heyvanlar  aləmində”  verilişinə  baxır‐

dıq.  Tərs  kimi,  verilişdə  aslanların  cütləşmə  səhnələrini  tək‐

rar‐təkrar göstərirdilər. Bu aslanlar da ki, maşallah imişlər – gün‐

də  50‐60  dəfə  cütləşirmişlər.  Lena  gözucü  mənə  boylanır,  kon‐

yakdan  və  ehtirasdan  xumarlanan  gözləriylə  məni  şəhvətlə  sü‐

zürdü. Udduğum konyak məni də xumarlandırmışdı. Guya on‐

ların nə danışdığını başa düşürmüşəm kimi hərdən gic‐gic gülür‐

düm.  “Kimyadan  vəsait”  kitabını  əlimə  götürüb  yalandan  göz‐

lərimi səhifəyə zilləmişdim. Fikrim isə mazaqlaşanların yanında 

idi. Səmərqənd Lenanın qulağına nəsə pıçıldayıb ayağa qalxdı: 

–  Hə  uşaqlar,  gecdi,  mən  getdim  imtahana  hazırlaşmağa. 

Həftəsonu axırıncı şansımdır, bu dəfə də qiymət almasam kurs‐

da qalacağam. Mənə uğurlar diləyin və keyfinizə baxın. 

Əlini qapıya atanda: 



42 

 

– Hara gedirsən, bəs Lena? Onu aparmırsan, bəlkə mən ge‐



dib qonşu otaqların birində qalım? – həyəcanla soruşdum. 

Səmərqənd: 

–  Bu  gün  istirahət  elə.  Amma  sabahdan  gücləndirilmiş  iş 

rejiminə keçəcəksən! – təkrar ağzımı açmağa macal tapmadım. 

Saşa qapını çırpıb getdi. 

“Qızmar  səhrada dəvə axtarırdım, özü gəlib çıxmışdı, həm 

də dişisindən...”. “Dəvə” tapdığıma sevinirdim, ancaq ona min‐

məyi bacarmırdım. Təəssüf ki, nə tanrı möcüzəsi gözəl Lenanın, 

nə də eşq yaratmağın dilini bilirdim. Demək hər şeyi ona əl‐qol‐

la başa salmalı, mənə lazım olan şeyləri istəmək üçün “lal dili” 

danışmalıydım. 

Yaxşı  ki,  bütün  nağıllarda  belə  vəziyyətlərdə  qarşı  tərəf 

duyğusal, təcrübəli  və başadüşən olur. Tanrıya  yalvarırdım ki, 

Lena məndən ürəkli çıxsın, ilk addımı o atsın. 

Başımı  bir  qapısı  qırıq  şifonerin  içinə  soxub  mənasız  yerə 

eşələnirdim.  Əslində  başımı  qaranlığa  soxub  sifətimi  gizlədir, 

nəyi və haradan başlayacağımı, nədən və necə söhbət açacağımı 

fikirləşirdim. Qəfildən belimə toxunan titrək və totuq əlləri hiss 

etdim,  içimdən  sanki  elektrik  axını  keçdi.  Maykamı  birnəfəsə 

əynimdən  çıxarıb  tulladı.  Lena  çılpaq  belimi  qucaqlayıb  arxa‐

dan  boynumu,  kürəyimi,  çiyinlərimi  öpüşlərə  qərq  edəndə  qa‐

ranlıq  şifonerdə  gözlərimi  yumdum,  –  birdən  qız  utanar  deyə 

geriyə  çevrilməyə  də  qorxdum.  Bu  ləzzətin  sonsuzadək  uzan‐

masını  istəyirdim.  O  qədər  asta  və  ehtiraslı  idi  ki,  demək  olar 

nəfəsim  dayanmışdı.  Onun  tövşədiyini  isə  aydınca  eşidirdim. 

Şalvarımı aşağı çəkəndə əlimi divara atdım – işığı söndürdüm – 

yoxsa  qız  yanında  özümü  lüt  görməyə  utanardım.  Şalvarımı 

aşağı  saldı,  ayaqlarımla  şalvarı  tamamən  soyundum.  Üzümü 

özünə  tərəf  döndərib  boynumu  qucaqladı.  Yanaqlarımı,  boğa‐

zımı,  qulaqlarımın  ucunu  (burdan  hələ  də  qıdıqlanıram),  sinə‐

mi  yalayır,  astaca  öpüşlərlə  qarnıma,  göbəyimə  tərəf  əyilirdi. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə