Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə132/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   128   129   130   131   132   133   134   135   ...   144

403 

 

dığımı  bilir,  odur  ki,  günboyu  gözlərinin  içinə  dik  baxmağa 



çəkinirəm”, – deyirdi. Mənsə, ata‐anasının tez yatmağını gözlə‐

yən  yeni  evlənmiş  bəy  kimi,  Afətin  yatmağını  gözləyir,  Dilbər 

gecikəndə isə otağı o baş‐bu başa var‐gəl edirdim. Hər dəfə Dil‐

bərlə görüşəndə sanki ilk dəfəymiş kimi ayaqlarım titrəyir, ürə‐

yim  sürətlə  döyünür  və  həyəcanımı  yığıb‐yığışdıra  bilmirdim. 

Məni  həyəcanlandıran,  əslində  Afətin  Dilbərlə  görüşümüzə 

açıq‐aşkar  şərait  yaratması,  mənimsə  bu  şəraitdən  sırtıqcasına 

istifadə etməyim idi. Afət hər gün mənim gözümdə daha yük‐

sək  zirvələri  fəth  edirdi.  O,  misilsiz  bir  qadın  idi.  Bu  həyatda 

məni  gənc  və  sağlam  saxlayan  əsas  şeyin  Dilbərin  qayğısı  və 

ona  olan  sevgim  olduğunu  Afət  çox  yaxşı  başa  düşürdü.  Bu 

qadın,  göz  görə‐görə  öz  təbii  qadın  hisslərini  Dilbərlə  mənim 

istəyimə  qurban  verirdi.  Bu  dünyada  qarşısında  üzüqara,  gö‐

zükölgəli  olduğum  yeganə  insan  vardısa,  o  da  Afət  idi  –  tanrı 

ondan  razı  olsun.  İkinci  xəcalətim  övladlarım  qarşısındaydı. 

Çünki, mənim həyasızcasına adi qadın səviyyəsinə endirdiyim 

doğmaca arvadım, əslində övladlarımın ən güclü və müqəddəs 

saydığı zərif anaları idi. Başqa qadın dalınca qaçanda, hətta, öz 

sevgilisi olan övladın da səni alçaq görər, çünki sən onun ana‐

sını kiminləsə müqayisə edirsən. Şəxsən, atam bu addımı atmış 

olsaydı,  ən  azından  övladlıqdan  imtina  edər,  bəlkə  də  onun 

düşməninə çevrilərdim. Amma məndə şərait və istək başqa cür 

idi. Sanki, bu “haram tikənin” halallığını hamı çoxdan vermiş‐

di. Dilbərə olan sevgimin əvəzolunmazlığını bilən hər kəsin, bu 

istəyimin  qarşısına  keçməyəcəyindən  əmin  idim.  Dilbəri  isə 

sevgilim,  ya  da  haram,  naməhrəm  kimi  hesab  etmirdim.  O, 

mənə  həyat  yoldaşım  qədər  yaxın  idi.  Əgər  bu  dünyada  sevgi 

deyilən bir şey mövcuddursa, ən böyük sevgim ailəmdən sonra 

Dilbərəydi  –  o  mənim  ən  əziz  ailə  üzvüm  idi.  Əzrayıl  soruş‐

saydı ki – “Afətin, yoxsa Dilbərin canını alım?”. “Uf” demədən 

deyərdim, – “Heç birinin, ancaq mənim canımı al!” 



404 

 

* * * 



 

“Papağımızı  yellədik”,  aylar  yel  kimi  ötüb  keçdi.  Oğlum 

Kənan  Kiprdən  təhsilini  başa  vurub  qayıtdı.  Xeyli  dəyişmişdi. 

Türklərsayağı  qısa  saqqal  saxlayırdı,  ona  çox  yaraşırdı  bu  saq‐

qalı.  Öz  otağındakı  şəkilləri  çıxarıb  rəfləri  qırmızı  cildli 

kitablarla  doldurdu.  Kitabın  müəllifi  Bədiüzzəman  Səid  Nursi 

adlı biriydi. Çox nəfis tərtib olunmuş kitablardı, ancaq nə qədər 

oxumağa cəhd etsəm də, osmanlıca yazıldığından bir şey anla‐

ya bilmirdim. Ancaq dini kitablar olduğunu anlayırdım. Dilbər 

mansarda  –  kabinetimə  bitişik  yan  balaca  otağa  köçdü.  Bu  da 

Afətin təklifi idi – guya oğlum dinlə ciddi məşğul olduğundan 

subay qızla bir mərtəbədə yatmağı şəriətlə məkruh sayıla bilər‐

miş...  Kənan  bütün  günü  bu  kitabların  içində  eşələnir,  ancaq 

yemək  vaxtları  aşağı  düşürdü.  Demək  olar  ki,  ancaq  süfrədə 

onunla görüşə bilirdik. 

Bir gün Kənandan soruşdum: 

– Kimdir bu Səid Nursi, nə kitablardır bunlar? 

–  Dini  kitablardır.  Axtardığın  bütün  suallara  cavab  tapa 

biləcəyin  elmi‐dini  kitablardır.  Qurandan  sonra  bunlar  kimi 

tamamlanmış kamil kitablar yoxdur. 

– Hamınız elə deyirsiniz, kim öz ayranına indiyədək “turş‐

dur”  deyib  ki...  Biriniz  həzrəti  Əbdülvəhabın,  biriniz  həzrəti 

Hənəfinin,  biriniz  həzrəti  Xomeyninin,  daha  nə  bilim  həzrəti 

kimlərin məzhəbinə tapınmısınız. Öz kitabınızı, məzhəbinizi də 

ən  üstün  kitab,  məzhəb  sayırsınız.  Həzrəti  Allah,  həzrəti  Mə‐

həmməd və Quran, Tövrat, İncil qalıb bir yanda, onlardan son‐

rakılardan “pir” deyib ikiəlli yapışmısınız. Sən də həzrəti Səidin 

kitablarına sarılmaqla dünya dağılmaz yəqin. Vallah, müsəlma‐

nın bu halını görəndə adamın büdpərəst olmağı gəlir. 

“Sözlər”  adlı  kitabı  əlinə  alıb  “Bismillah”  kəlməsinin  hik‐

mətini  öz  doğma  dilimizdə  mənə  izah  etdi.  Düzü,  o  qədər  ay‐



405 

 

dın  və  məntiqli  sözlər  idi  ki,  inkar  etməyə  qulp  yeri  tapa  bil‐



mirdim. Hələ bu kitabların neçə dəfə məhkəmə qərarı ilə bəraət 

alması  isə  bu  kitablara  və  onun  müəllifinə  rəğbətimi  bir  az  da 

artırdı. Soruşdum: 

– Bu “nurçu” dedikləri sənsənmi?  

–  Nurçu‐murçu  deyilən  bir  şey  yoxdur.  Həqiqəti  öyrənib, 

nur  yayan  “Nur  tələbələri”  var.  Onların  yaydıqları  isə  əsl 

elmdir – həqiqətlərdir. Elmin təsdiq etmədiyi bir şey bu kitabda 

yoxdur, bu kitabın təsdiq etmədiyi bir elm və din isə nə elmdir, 

nə də din. Bu kitabların qaynağı isə Qurani‐Kərimdir.  

Bu söhbətimiz uzun çəkdi. Hələ kimya və biologiya fənlə‐

rindən yadımda qalanlar dadıma çatırdı. Ancaq bəzən oğlumun 

verdiyi  suallara  nə  Darvinin  “Təkamül”  təlimi  ilə,  nə  də  Mor‐

qanın  “İlişikli  irsiyyət  hadisəsi”  ilə  cavab  verə  bilmirdim.  Ək‐

sinə,  müəmmalı  suallarıma  sadə  dildə,  razı  qaldığım  cavabları 

alırdım. İçimdə narahat idim – “Görəsən oğlum qatı dinçi və ya 

başqa  bir  səhv  yolda  deyil  ki?”  Ancaq  onun  mənsub  olduğu 

məzhəbin mühakimələrinə bələd olmadığımdan hələlik susma‐

ğı üstün tuturdum. O gecə dəhşətli bir yuxu gördüm – ölümlə 

üz‐üzə,  nəfəs‐nəfəsə  dayanmışdım,  Allah  bir  də  göstərməsin. 

Hələ Allahdan, ölümdən belə qorxmamışdım... 

 

 

* * * 



 

...Kənanın  gəlişi  münasibətilə  Sabir  və  Yaşargil  ailəlikcə 

bizə qonaq gəlmişdilər. Hələ onları dəvət edərkən, Kənan onları 

əvvəlcədən özü xəbərdar etmişdi ki, – “Bax içki olmayacaq ha!”. 

Süfrəyə əyləşəndə kişilər matdım‐matdım bir‐birimizin sifətinə 

baxırdıq.  Düzü  mən  də  içkinin  tərəfdarı  deyildim.  Amma  qa‐

dınlardan fərqli olaraq, məncə də, kişilər süfrə başında bu zəh‐

rimarsız keçinə bilmir, söhbətləşməyə bir mövzu tapa bilmirlər. 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə