Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə135/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   131   132   133   134   135   136   137   138   ...   144

413 

 

–  Dəftər  vaxtı  deyil!  Qurbanın  olum,  sonra  gec  olar,  aç 



qapını. Söz verirəm, qayıdıb səninlə hara desən – lap cəhənnə‐

mə də desən gedəcəyəm! 

Otağa hardansa külək doldu. Ölümün üzü titrədi, beynim‐

dəki saman çöpləri havaya qalxdı, ürəyimin döyüntüləri zəif də 

olsa  tərpənməyə  başladı.  Geriyə  döndüm,  qaranlıqda  qapını 

gözüm  güclə  seçirdi.  Əlimi  qapıya  atdım  –  kilidlənmişdi.  Ona 

tərəf  qanrıldım

66

,  –  “Yalvarıram,  aç...”  –  dedim.  Kilid  açıldı. 



Qızımın  ağlamaqdan  gözləri  şişmişdi.  Cəld  qızımın  yataq  ota‐

ğına keçdim. Nəvəmin rəngi göyərmiş, göz bəbəkləri çevrilmiş, 

ağzı köpüklə dolmuş, çənəsi kip bağlanmışdı. Çənəsini aça bil‐

mədim. Xörək qaşığı  ilə güclə aralayıb barmağımı  çata  bildiyi 

qədər boğazının lap dərinliyinə soxub dilini çölə çıxardım. De‐

yəsən  nəfəsi  gəlirdi.  Sinəsindən  basdım,  ağzından  hava  qabar‐

cıqları çıxdı. Çənəsini dikəldib döş qəfəsini yenidən bir neçə də‐

fə basdım. “Allahım, mənim canımı aldır, amma nəvəmə toxun‐

ma, qaytar nəvəmi, ya Rəbbim!” – dedim. “Fatihə” surəsini dili‐

min altında oxuyub uşağın sinəsini daha möhkəm sıxdım. Əv‐

vəlcə öskürdü, sonra köpük qusdu və ağladı... Üçümüz də bir‐ 

birimizə  qoşulub  ağlayırdıq.  Ana, 

övlad

  itkisinin  qorxusuna; 



körpə, sinəsindəki və damağındakı ağrıya; mənsə, nəvəmi mə‐

nə bağışlayan Allaha təşəkkürün sevincindən, ölüm mənə aman 

verdiyi üçün... İndi ölümə can borcumdan başqa bir də minnət 

borcum vardı. Gözlərimi silib əvvəlcə nəvəmi, sonra da qızımın 

yaşlı gözlərini öpüb heç bir tərəddüd etmədən məni yatağımda 

gözləyən  Ölümə  doğru  tələsdim.  Otaqda  yoxuydu...  Şkafa, 

çarpayının altına, hər yerə baxdım, vallah, yoxuydu! Qulağımın 

dibində nəfəsini hiss edəndə donub qaldım: “Əməl kitabını yaz 

və  məhşərə  hazırlaş,  indi  qayıdıram”  –  dedi.  Külək  açıq  pən‐

cərəni çırpdı. Ətrafa boylandım – o, çıxıb getmişdi... 

                                                            

66

 Çönüb boylanmaq.



 


414 

 

Çarpayımın  üstündəki  kitaba  gözüm  sataşdı.  Bu,  Yunis 



Əmrənin “Risalətun‐nushiyyə”si idi. Amma kitabın arxa üzün‐

də, qaranlıqda fosfor kimi titrək yanan digər adı da parıldayırdı 

– “Sənin əməl dəftərin”. Hələ də ağlayan nəvəmin yanına tələs‐

dim. Uşağın temperaturu bərpa olunmuşdu. Halsızdı. Durnaya, 

– “Axı bilirsən ki, çöpü qalıbsa, demək istisi qalxacaq, dili qat‐

lanacaq, niyə vaxtında çöpçüyə aparmadın?” – dedim.  “Geciy‐

di,  çatdıra  bilmədim.  Gecələr  də  çöpçünün  əri  qoymur  uşağa 

baxmağa, sabaha qaldı” – zavallı qızım əməlli‐başlı qorxmuşdu. 

Uşaq  özünə  gəlirdi,  hətta  “buba..!”  deyib  qucağımı  istədi.  Nə‐

vəmi  bağrıma  sıxıb  öz  otağıma  keçdim.  Qızımsa,  əmzik  şüşə‐

sinə çay doldurmaq üçün mətbəxə getdi. Uşağı çarpayıma qoy‐

dum.  Siqaret  götürmək  üçün  pəncərəyə  yaxınlaşdım.  Körpəni 

ölümün qucağına öz əllərimlə qoyduğumu zənn edib cəld geri‐

yə  atıldım,  –  az  qala  çarpayımın  üstünə  tullanmışdım.  Uşaq 

mışıl‐mışıl yatırdı, nəfəs alırdı. Ölümün bizə rəhmi gəlmişdi, bi‐

zim evdən əliboş qayıtmışdı... 

Növbəti səhər günəş gözünü açanda məni də oyaq gördü. 

Dördgözlə  ölümün  qayıdacağını  gözləyirdim.  Gün  asta‐asta 

gərnəşib  yuxudan  oyanırdı  –  sanki,  kim  ölüb,  kim  qalıb  deyə 

ehmalca yerə işıq salırdı. Elə bu vaxt qonşudan nalə səsi yüksəl‐

di,  –  “Məni  tək  qoyub  gedən  dədəm,  hey..!”.  Həyətə  çıxdım. 

Qonşular tək‐tük ağı səsi gələn evə axışırdı – qonşumuz 80 yaşlı 

Veysəl  kişi  rəhmətə  getmişdi...  Demək  ölüm  əliboş  qayıtmır, 

gəlibsə, kimisə aparmalıdır – “Ölüm çatana yox, yetənə gəlir” – 

mənim əcəlim hələ yetməyibmiş, çörəyim afsanata

67

 düşmüşdü. 



Bizdən qurban almadığı üçün Allahın rəhminə sonsuz şükürlər 

etdim. 


                                                            

67

 Savab. 




415 

 

O  gündən  günaha,  harama  əl  atmayacağıma  tövbə  etdim. 



Bir  də  yalvardım  –  “Allahım,  mənə  övlad  dağı  göstərmə.  Çiy‐

nimdə  sevdiklərimin  cənazəsini  daşımağı  mənə  qismət  eləmə. 

Birinci  mənim  canımı  al.  İnsanlığımı  əlimdən  alıb  var‐dövlət 

verəcəksənsə,  o  var‐dövləti  mənə  qismət  eləmə!”.  Siqaretimi 

tüstülədib  qonşunun  yasına  getdim.  Yolboyu,  sonra  da  Veysəl 

kişini dəfn edib qəbristanlıqdan qayıdanadək bütün həyatım ki‐

no lenti kimi gözlərim önündə canlanırdı... 

 

* * * 



 

Dilbər: 


–  Orxan  Pamukun  “Mənim  adım  qırmızı”  romanında  var 

buna oxşar səhnə – bir süryani rəvayətindəndir, deyəsən “əniş‐

tənin yuxusu”dur... 

– Hə.., buna oxşar bir şeyi Orxan Pamukdan mən də oxu‐

muşam,  amma  hər  şey  elə  real  idi  ki,  bunun  yuxu  olduğuna 

özümü bir‐iki gündən sonra inandırdım. Hələ də hər gecə o so‐

yuq ölümün yolunda qalıb gözlərim... – dedim. 

–  Gözlə,  birdən  vergi‐zad  verilər  sənə,  xəbərimiz  olmaz. 

Sən surə‐zad da bilirmişsən? – Yaşar güldü. 

– Kənan bir‐ikisini əzbərləməyə verib... – dedim. 

Yaşar Kənana: 

–  Ə,  qardaşoğlu,  sən  dostumuzu  gic‐gic  moizələrinlə 

psixopat  eləmisən  ki...  Dədəni  əməlli‐başlı  depressiyaya  salmı‐

san  sən,  –  sonra  məni  lağa  qoyub,  –  Sən  Allah,  əsas  şeytandır 

ey, şeytanı bir az təsvir edə bilərsənmi, suyumu‐zadı adama ox‐

şuyurdumu? – məni cırnadırdı. 

–  Eynən  suiti  sifətindəydi...  Adamın  gözünə  ilk  sataşan 

şey,  yekə  qulaqları  və  qapqara,  uzunsov  sifətidi.  Çənəsindən 

8‐9  uzun  tük  sinəsinədək  sallanırdı.  Bığları  da  suiti  bığları  ki‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə