Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə136/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   132   133   134   135   136   137   138   139   ...   144

416 

 

miydi  –  seyrək  və  dimdik...  –  mən  isə  çox  ciddi  idim,  şeytanı 



yuxuda elə bu sifətdə görmüşdüm. 

– Sən lap gerçəklədin e, dostum! Sənə ağıllı deyənin başına 

kül olsun... – Yaşar indi əsəbləşirdi  və bu söhbətlərdən bezənə 

oxşayırdı. Sabir və qızlar isə stulda qurcuxub gözlərini ağzıma 

zilləmişdilər. 

Kənan sözünə davam etdi: 

– Yaradanın ətəyindən yapışmaq, ən azından insana təsəlli 

və ümid verir. Deyin, sabaha sağ çıxacağımıza aranızda kim zə‐

manət  verə  bilər?  Kim  bu  zəmanətin  altına  öz möhürünü  basa 

bilər?  Heç  birimiz!  Bunu  bilən  və  görən  yalnız  Allahdır  və  O, 

səcdəyə  layiqdir.  Çünki,  məhrəmət  etmək,  bağışlamaq,  ruzini 

və  bütün  istədiklərini  vermək  yalnız  onun  əlindədir.  O,  sənə 

diz çökməyi əmr etmir, öz böyüklüyü və xaliqliyi ilə qarşısında 

diz çöküb yalvarmağa layiq olduğunu sübut edən bir varlıqdır. 

O, ruzimizə bərəkət qatandır və verdiklərinə görə şükr edilmə‐

yə layiqdir. 

Yaşar: 

– Mən görmədiyimə nə inana, nə də diz çöküb yalvara bil‐



mərəm. Varlıq, var olandır. Var olan, görünər, hiss edilər... 

Kənan: 


– Yaşar əmi, biri sizə, “şüursuzsan” desə xətrinizə dəyməz‐

mi?.. 


Yaşar: 

– Onun gözlərini oyaram... 

– Nəfs də gözlə görünən deyil, şüur da görünən deyil – nə 

dadı var, nə qoxusu, nə də üzü. Amma kim öz şüurunu və nəf‐

sini  inkar  edə  bilər?  Heç  kim.  Allah  da  gözlə  görülməyənlər‐

dəndir.  Bəs  onda  niyə  onun  varlığına  şəkk  edirik?  Hər  baxdı‐

ğın,  gördüyün  şeydə  o  zatın  varlığını  görməmək  korluq  deyil‐

mi? Bu al‐əlvan kainatın bir rəssamı olmalıdır, ya yox? Təbiətin 

nizam‐intizamına nəzarət edən biri var, ya yox?  



417 

 

Sabir: 



– Bəs onda nədi bu qaçdı‐tutdu oyunu? Yaratdığıyla bu qə‐

dər məzələnən Allah, niyə öz yaratdığına sahib çıxmır? Niyə gö‐

zə görünüb hər şeyi qaydasına salmır? Hə, Fərhad, nə deyirsən? 

– Burasını özüm də bilmirəm... – dedim.  

Kənan: 

–  Hər  şeyi  qaydasına  qoyan  odur.  Şeytan  vəsvəsəsinə 



uyanlar  isə  bizlərik.  Odur  ki,  fitnə‐fəsad  durmaq  bilmir.  Özü‐

nüzdən  götürün..,  dediklərimin  ən  azından  yanlış  olmadığını 

bildiyiniz  halda,  inkarda  davam  etməyiniz  təkəbbür  deyilmi? 

İnsan  öz  təkkəbürünü  aşsa,  haqqı  görər  və  qul  olduğunu,  bu 

dünyaya  başıboş  heyvan  kimi  gəlmədiyini  anlar,  yaradanını 

dərk edib yalnız ondan imdad dilər. Ölüm – bu, dəyərini canı‐

mızla  ödədiyimiz  yeganə  şeydir.  Ölüm  canımızdan  ruhu  alıb 

sahibinə  aparır.  Yaradan  o  qədər  adil  və  xeyirxahdır  ki,  onun 

verdiyi  canı,  ruhu  araq,  siqaret  kimi  murdar  zir‐zibillə  kirlət‐

məyə  haqqımız  yoxdur.  Qiyamət  günü  üzümüzə  duracaq  ilk 

şahid,  öz  bədənimiz  və  əzalarımız  olacaqdır.  “Sənin  verdiyin 

bu canı araqla, tüstüylə zəhərlədilər, ey Rəbbim!” – bədənimiz 

dil açıb bizi şikayət edəcəkdir. Göz görə‐görə, şüur bilə‐bilə ca‐

nımıza  olmayan  bir  keyf  xatirinə  xətər  yetirmək  axmaqlıqdır, 

axmaqların işidir. Allah bizləri belə axmaq olmaqdan qorusun... 

Afət oğlunun təklənməsinə dözə bilmirdi: 

– Uşaqlar, gəlin bu məsələyə bir az ciddi yanaşaq. Kənanın 

sözlərini də qəribçiliyə salmayaq. Ya nəyinsə doğru olmadığını 

yəqinləşdirək,  ya  da  razı  olduğumuz  məsələlərə  “hə”  deyək. 

Şəxsən mənə qalsa, elə bilirdim ki, oğlum nəsə bir pis yola qur‐

şanıb, amma baxıram ki, bizdən yaşda balaca olsa da ağıllı söz‐

lər deyir və mənim inkar edəcəyim bir qulp yeri yoxdur. 

Sabir: 

–  Hələ  tələbəykən,  “Motor  Əli”yə  üçulduz  “Gəncə”  kon‐



yakı  vermişdim,  götürməmişdi.  Gör  neçə  ildir  ki  evdə  barda 


418 

 

qalıb...  Onda  gərək  onu  yaxın  bir  adama  verim  içsin,  heyifdir. 



Ya da qoy onu da içim sonra namaza başlayaram. 

Kənan: 


– Onda ilk ibadətə ən böyük günahla başlamış olarsan. 

Afət: 


– Sabir qardaş, uşağı lağa qoymayın... 

Sabir: 


– Vallah, lağ üçün demirəm, bacı. Araq biznesim əldən ge‐

dir,  gərək  başqa  bir  işin  qulpundan  yapışam...  –  əlini  Kənanın 

çiyninə qoydu – qardaşoğluma canım da qurbandır – dedi. 

Bu  söhbətlər  çox  uzun  çəkdi  –  ta  gecə  yarısınadək.  Dini 

söhbətlərimiz  sicim  kimi  uzanır  ancaq  “doğanaqdan”  keçmək 

bilmirdi. Bu dəfə qəsəbə “səs‐küyümüzdən köçmürdü”, əksinə 

evimizdə tanıdığım ən yaxın adamlarla ilk dəfə idi ki, bizə yad 

olan bir mövzu ətrafında məntiqli diskussiya aparırdıq. Məntiq 

hər elmdən üstündür, ona görə ki, danılmaz fakt qarşısında bo‐

yun  əyməli,  razılaşmalı  olursan.  Bir  çoxları  bu  gecəki  mövzu‐

dan xofa düşdü, ibadətdə nə qədər gecikdiklərini etiraf edənlər 

də  oldu.  İçimizdə  “şeytana  qıl  verən”  təkcə  Yaşar  oldu.  Möv‐

zuya dair tutarlı iradı olmasa da, “kafir” inadından dönmədi ki, 

dönmədi.  Hətta,  Sabir  onu  cırnatdı  ki,  –  “Qardaş,  bu  gündən 

sənə bizim aramızda yer yoxdur, sən kafirsən. Allahsız adamla 

mən heç cür dostluq edə bilmərəm”. Bu söhbətlərdən ən çox tə‐

sirlənən isə Dilbər, Afət və Sabirin yoldaşı Sədaqət oldu. Yaşa‐

rın  yoldaşı  Tünzalə  tərəddüddəydi.  Durnanın  dediyinə  görə 

Baysal onsuz da keçirdiyi avtoqəzadan sonra namaza başlamış‐

dı. Bu gecə xanımlar ilk dəfə qalibiyyəti ələ almışdılar. Hamısı 

birləşmiş  və  içkinin  əleyhinə  üsyan  qaldırmışdılar.  Namaza 

başlamaq qərarı alındı... 

...Ünzilə  nənəsiylə  yatmışdı. Gecə  mansarddakı  otağıma 

çəkildim.  Dilbər  qucağımdaydı.  Göydəki  sayrışan  ulduzları 

pəncərədən seyr edirdik. Dilbər sinəmə qısıldı: 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə