Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə137/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   133   134   135   136   137   138   139   140   ...   144

419 

 

– Allaha sidq‐ürəkdən inanırsan? 



– Əlbəttə. 

– Bəs günaha, savaba necə? 

– Onlara da. 

– Bəs bilirsənmi ki, biz günah işlədirik? Axı qanunsuz sev‐

gi haramdır... Görəsən tanrı bizi bağışlayarmı? 

– Bizi sevgiylə yaradan tanrı, bir‐birini sevən iki insanı nə‐

dən bağışlamasın? 

– Bəs onda, belə məhrəmətli Allahı biz niyə sevməyək, ona 

itaət etməyək? Əslində bizi birinci Afət bağışlamalıdır. O bağış‐

lamayınca, tanrı da bizi bağışlamaz. 

–  Səncə,  mənim  qucağımda  bu  cür  rahat yatmağına  im‐

kan yaratması bağışlamaq mənasını vermirmi? 

–  İcazə  verirsən  onunla  açıq  danışım?  Sabah  ona  deyəcə‐

yəm  ki,  qoy  səninlə  mən  də  kəbin  kəsdirim  –  imam  nikahlı 

halalın olmaq  istəyirəm.  

– Yox bir, siğə etdirək! 

–  Hirslənmə,  istəyirəm  ki,  münasibətlərimiz  haram  sayıl‐

masın. 


–  Özünüz  bilərsiniz.  Məncə,  imam  nikahını  onun  istəyini 

öyrənmədən də eləmək olar. 

– Yox. O, mənim həm bacım, həm də ən yaxın sirdaşımdır. 

Yoxsa,  özümü  günü  kimi  hiss  etməkdən  iyrənmişəm.  Qoy 

aramızdakı hər şey qaydasınca olsun. 

– Sən öz halallığını öz istəyinlə mənə verirsənmi? 

– Əlbəttə, halal xoşunam... 

– Mən də səni halalım qəbul edirəm. Bu da oldu bizim ha‐

lallıq kəbinimiz, siğəmiz. 

–  Sən  hər  şeyi  zarafata  sal!  –  çönüb  yenidən  gözlərini  ul‐

duzlara zillədi. Fikrə getdi, düşünməkdən yoruldu və qucağım‐

da  yuxuladı.  Mənimsə  yuxum  yenə  ərşə  çəkilmişdi.  Kənanın 




420 

 

dedikləri  ağlımdan  çıxmırdı.  “Ağıl  yaşda  deyil,  başdadır”  – 



onun  dedikləri  balaca  məsələ  deyil,  həyatın  əsl  mənası  və  tam 

həqiqətlərdir. Mən atamdan, anamdan, Durna nənəmdən ağıllı 

ola  bilmərəm,  olmağımı  istəmərəm  də...  Onlar  uzun  ömürləri‐

nin yekunu olaraq bu inancı qəbul ediblərsə, daha biz nəyin baş 

verməyini  gözləyirik?  Axı  Aşralı  əmi  də,  atam  da  Allaha  iba‐

dətin vacibliyini durmadan beynimə yeritmək istəyirdilər. Heç 

ata, oğul da öz yaxınına lazımsız şeyi rəva bilərmi? İdman şal‐

varımı geyib aşağı düşdüm. Kənanın otağı açıq idi, dizüstə bü‐

züşüb  namaz  qılırdı.  Görünüşündən  tanrı  qarşısında  nə  qədər 

aciz, çarəsiz olduğu, sidq ürəkdən itaət etdiyi bəlliydi. Ürəyim‐

də  –  “Allah  namazını,  dualarını  qəbul  etsin,  mənim  gözəl  oğ‐

lum” – dedim. Allahdan yaman qorxdum. Afətin yataq otağına 

keçdim,  səsə  dikəldi.  Əvvəlcə  onu,  sonra  da  Baharın  yuxulu 

gözlərini öpdüm. Balam yuxu görürdü – üzü gülürdü. 

Siqaret  yandırıb  həyətə  düşdüm.  Dilbərlə  Afətin  birlikdə 

əkdiyi  güllərin  qoxusu  və  Xəzərin  ləpələri  gecənin  sakitliyinə 

xüsusi  dinclik  qatırdı.  Həyətdəki  hovuzun  bəzəkli  balıqlarına 

xeyli tamaşa etdim, – “Bəli, bu gözəlliyin bir rəssamı, bir yara‐

danı  olmalıdır...”  –  dedim.  Hovuzda  əks  olunan  rəngli  işıqlar 

balıqların bəzəklərini daha da gözəl göstərirdi. Magistral yolun 

digər tərəfində isə Qaradağ sement zavodunun tüstü püskürən 

soba borusundan çıxan toz dumanı keçəl boz dağlara yayılırdı. 

Sement tozunun pis qoxusu gəlirdi – “İnsafsızlar, camaat yatan 

kimi  yenə  də  sobalara  zəhərli  şlam  vururlar.  Sobanı  yenə  tə‐

kərlə  qalayıblar,  Allah  sizə  insaf  versin”...  Mansarda  çıxdım. 

Dilbərim şirin yuxuda idi. Yanına uzanıb kürəyini qucaqladım. 

Yerində qurcuxub qolumu qucaqladı, yenidən mışıl‐mışıl yuxu‐

ya getdi. Tək qalmaq istəmirdim. Kənanın sözü yadıma düşdü 

– “Tənhasansa, dostluğa tanrını çağır”. İndi tanrı kimi bir dosta 

böyük ehtiyac duyurdum. İçimdə təlatüm kükrəyirdi. Elə bil iki 

erkək  at  –  biri  nəfsim,  digəri  imanım  –  sinəmdə  dayanmadan 



421 

 

qarpışırdılar.  Lap  uşaqlığımdan  bu  günədək  bütün  itirdiyim 



əzizlərimi xatırladım. Ruhlarını şad edəcək bir‐iki qısa surədən 

başqa heç nə bilmirdim. Yenə yerimdən qalxıb Kənanın yanına 

düşdüm.  Kitab  oxuyurdu.  Məni  görcək  müdrik  qocalar  kimi 

üzümə gülümsündü, ayağa qalxdı: 

– Yuxun gəlmir? – soruşdu. 

– Yox – dedim. 

–  Demək  içində  ilahi  sevginin  ilk  rüşeymi  baş  qaldırmaq‐

dadır.  Çox  sevindim,  ata.  Bizim  yolumuzda  çəkdiyin  əziyyət‐

lərin, qayğının əvəzini biz sənə qaytara bilmərik, qoy tanrı özü 

səni  artıqlamasıyla  mükafatlandırsın.  Məni  də,  Durnanı  da 

əmanət kimi sənə göndərdi. Bizi layiqincə böyütdün, boya‐başa 

çatdırdın. Bizdən yalnız mərifət və övladlıq gözlə. Etdiklərinin 

əsl savabını isə tanrı artıqlaması ilə qaytarar, inşallah. Unutma, 

bizi  və  bizimlə  birlikdə  bütün  nemətləri  sənə  göndərən  Odur. 

O, sevilməyə, səcdəyə layiqdir... 

–  Mənə  namaz  qılmağı  öyrədərsənmi..?  –  sanki  əhədimi 

üzən təlatümdən yaxa qurtardım.  

–  Sevə‐sevə!  –  dedi.  Üzümdən  öpdü.  Surələrin  latın  əlif‐

basıyla  yazılmış  mətnlərini  mənə  verdi.  Sevindiyindən  az  qala 

uçacaqdı. 

–  Ərəbcə  oxumağı  öyrənənədək  hələ  bu  surələri  əzbərlə. 

İnşallah, Quranı ərəbcə oxumağı da birlikdə öyrənərik. Sən bir 

dənəsən.  Bütün  ataların  şahı  sənsən,  atam  mənim.  Sağ  ol  ki, 

məni başqaları kimi özündən itələmədin. Mən səninlə fəxr edi‐

rəm, atacan... 

Surələri götürüb otaqdan çıxarkən oğlum arxadan səsləndi:

 

– Ata, nə vaxt Oğuza gedirik. Babanı görmək istəyirəm. 



– Lap tezliklə, mənim balam. Mən də çoxdandır ki, ziyarət 

etmirəm. 

Gözlərim  yaşardı.  Mansarda  qalxdım.  Ofisdəki  iş  stolu‐

mun  arxasına  keçdim.  Stolüstü  lampanı  yandırdım  ki,  Dilbər 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə