Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə138/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   134   135   136   137   138   139   140   141   ...   144

422 

 

oyanmasın.  Surələri  əzbərləməyə  girişdim.  Heç  nə  yadımda 



qalmırdı. Elə əvvəlcədən şeir əzbərləməklə aram yox idi. Ancaq 

biri  ucadan  oxusaydı  yaddaşıma  tez  həkk  olunardı.  Yadım‐

dadır, Durna nənə bir dəfə ağzından qaçırdı ki, – “Əgər “Yasin” 

surəsini  əzbərləsən,  sənə  50  manat  pul  verəcəyəm”.  Doğrusu 

elə  əlli  manatın  xatirinə  yapışdım  bu  işin  ətəyindən.  Hər  gecə 

onun  qucağında  yatar,  onun  oxuduğu  ayələri  təkrar  edib 

əzbərləyirdim.  Günlərin  birində  “Yasin”i  yarıyadək  əzbər  söy‐

ləyəndə  alnımdan  öpüb dedi  – “Ay  maşallah,  sənə  nənən  qur‐

ban olsun. Üç  günə qalanını da  əzbərləyərsən, nənən də sənə 

25  manat  pul  verəcək”.  “Axı  50  demişdin?”  –  dedim.  “25  bə‐

sindir,  əzbərləyib  qurtarmısan,  daha  nə  qalıb  ki?”.  Nənəm  da‐

ğalladı  və  “Yasin”i  əzbərləmək  həvəsim  də  belə  öldü.  Amma 

bu  saat  Durna  nənənin,  atamın,  anamın  ruhuna  oxuyub  ba‐

ğışlamaq  üçün  “Yasin”i  öyrənmədiyimə  elə  peşimanam  ki... 

“Kaş,  hər  gecə  onların  ruhuna  oxuyub  bağışlamaq  üçün  “Ya‐

sin” biləydim”... 

Dilbər  oyandı.  Gecə  köynəyindəydi.  Nazik  köynəyinin  al‐

tından incə, qız təravətli çılpaq bədəni ağlımı başımdan alırdı. 

– Nə oxuyursan? – soruşdu. 

– “Yasin”i əzbərləyirəm. 

– Artıq başlayırsan? 

– Hə. 


– Çətindir? 

– Deyəsən... 

Yaxınlaşıb  boynuma  sarıldı.  Əlini  köynəyimin  yaxasından 

içəri salıb döşümə sürtdü. Dəli bir istək içimi gizildətdi. Surələri 

stolun üstünə atıb onu yatağa çəkdim... 

Yenə də bir‐birimizə sarılıb uzanmışdıq. Onun şirin çöhrəsi 

cənnət almasından da bihuşediciydi. 

– Fərhad, xoşbəxtsənmi? – soruşdu. 




423 

 

–  Əlbəttə.  Gözəl  ailəm,  nəvəm,  sən,  dostlar...  Heç  xoşbəxt 



olmamağa haqqım varmı? 

– Elə bir arzun qalıbmı ki, onun həyata keçməsini çox arzu‐

layırsan? 

Çətin  sual  idi.  Fikrə  daldım.  O  isə  burnumu,  alnımı  şəha‐

dət barmağının ucuyla oxşayırdı. 

–  Tapdım!  Saz  çalmağı  öyrənmək  istərdim  –  həyəcanla 

dedim. 

Yastığa dirsəklənib gözlərini üzümə zillədi: 



– Bu hardan çıxdı, saz hara, sən hara? Doğru sözündür? 

– Doğru sözümdür. 

– Kəndçisən ki, kəndçi... 

Belini  qucaqlayıb  üstünə  uzandım,  –  Nə  tez  unutdun  

kəndçi Fərhadın “ceyran”ına minib forslandığın kəndi, ay şəhər 

çuşkası!? 

Dodaqlarından  öpdüm,  sonra  əlimlə  ağzını  qapayıb  onu 

“boğdum”. 

– Sən Allah, saz çalıb neyləyəcəksən ki? 

– Amma gülmə, yaxşı? 

– Gülməyəcəyəm – amma gülürdü. 

– İnşallah Qubadlıya qayıdanda Durna nənənin məzarı ba‐

şında saz çalmağı çox istərdim. Sən bilirsən, o sazı çox sevirdi, 

elə saz havasıyla da dünyadan köçmüşdü. 

Onun çöhrəsi dəyişdi, fikrə daldı. 

–  Görəsən  mən  niyə  öz  doğma  nənəmi  sənin  qədər  sevə 

bilmirəm? 

–  Çünki  sən  onun  qucağında  yatmamısan,  yerini  mənim 

kimi  islatmamısan.  Amma  mən  səkkizinci  sinfədək  mizqəkli 

yatağın  iyi  ilə  böyümüşəm.  Səni  bağrına  basıb  üzünü‐gözünü 

səhərədək  duz  kimi  yalamayıb,  hər  gecə  sənə  yeni  nağıl  qoş‐

mayıb... O, mənim çırağım idi. 

– Ona görə qızını çox istəyirsən? 



424 

 

–  Həm  də  ona  görə,  əlbəttə...  Bəs  sənin  belə  arzun  varmı? 



Gözlərini azca qıyıb fikrə getdi: 

–  Həmin  məzarın  başında  sən  saz  çalarkən  oturub  səni 

izləmək.  Sənin  göz  yaşlarına  qoşulub  ağlamaq,  nənəmi,  insanı 

sevməyi səndən öyrənmək. 

– Mən də sənə bir sual verim? 

– Ver. 


– Dünyaya bir də yenidən gələrdin? 

Yataqda  oturub  azca  fikrə  getdi,  –  “Əgər  Qubadlıda  sənə 

qonşu olan bir evdə doğulacağamsa, səni səndən xəbərsiz sevə 

biləcəyəmsə, bütün ömrümü səninlə it‐pişik kimi boğuşaraq bir 

yerdə  böyüyəcəyəmsə  və  sən  də  mənimlə  yenidən  doğulmağa 

razı olarsansa – hə. Həm də yüz dəfə hə, milyon dəfə hə... 

Onu qucaqladım. Onun belinə arxadan sarılmağımı çox se‐

virdi. Elə bu vəziyyətdə də sübhü qarşıladıq. 

 

*  *  * 


 

Yazın gül‐çiçək çağıydı. Bəkir, atamın uyuduğu qəbristan‐

lığın aid olduğu Calut kəndində bizə ucuzvari bir ev soraqlayıb 

tapmışdı. Evin sahibi 15 ildən artıq idi ki Rusiyada yaşayırdı və 

bu  illər  ərzində  ev  sahibsiz,  baxımsız  qalmışdı.  Evi  Kənanın 

adına aldıq. Kənana söz verdiyim kimi ailəvi Oğuza yollandıq. 

Kənddəki evimizin qapısını açanda bizi həyətdə gül‐çiçək qarşı‐

ladı. Evə gözətçilik edən Məcid kişi gülləri sulayırdı. Bal arıları 

güllərə  daraşıb  şirə  çəkirdilər  –  Məcid  kişiyə  əmək  haqqından 

artıq  verdiyimiz  pulu  özünə  xərcləməyə  əli  gəlməyib,  bizə  14 

yeşik  arı  pətəyi  alıbmış.  Qızlar  evə  girib  yır‐yığışa  başladılar. 

Samovar çayı ilə təzə balı qarışdırıb öz arılarımızın ilk nübarını 

daddıq.  Bir  qədər  yol  yorğunluğumuzu  alıb  atamın  məzarını 

ziyarətə yollandıq. Ölüb qalmalı qəbristanlıq idi. Kənd camaatı 




425 

 

yığışıb  öz  vəsaitləri  hesabına  qəbristanlığı  cənnətə  döndərmiş‐



dilər.  Heç  kimin  məzarına  fərq  qoymamışdılar,  hamının,  o 

cümlədən atamın məzarı ətrafına eyni növ güllər əkilmişdi. Kə‐

nan,  babasının  ruhuna  “Yasin”  oxuduqdan  sonra  meşəyə  çıx‐

dıq. Günəş şüalarının çatmadığı yerlərdə elə rəngdə güllər bit‐

mişdi ki, adam bu gözəllikdən gözlərini çəkə bilmirdi. Artıq hər 

gül‐çiçəyi, ağacı, yarpağı, daşı tanrı əsəri – möcüzə kimi görür‐

dük.  Meşə  talaya  keçdi.  Talada  qoyun  sürüsü  otlayırdı.  Sürü‐

nün yanında isə qoşa alaçıq qurulmuşdu. Bizi görcək çoban iti 

üstümüzə  hürdü.  Hər  ehtimala  qarşı  əl  atıb  yerdən  daş  götür‐

düm. Səsə çoban çıxdı, iti geri hayladı. Ünzilə itin qorxusundan 

yığdığı gülləri tullayıb ayaqlarıma qısıldı. “Qorxmayın, it görsə 

ki ondan qorxursunuz, onda ayağı yer alacaq, lap coşub qudu‐

racaq”, – dedim. Susamışdıq. İtin hay‐həşirinə  baxmayıb çoba‐

na  tərəf  getdik.  O,  45‐48  yaşlarında  sağlam,  qırmızıyanaq  bir 

kişiydi.  Yaxınlaşıb  salamlaşdıq.  İçməyə  su  istədik.  Bizi  soyuq 

ayrana dəvət etdi. Alaçığa tərəf səsləndi:  

– Tükəz, ay Tükəz... 

İçəridən dağlar maralı, qarayanız bir gözəl çıxdı: 

– Bəli, Dilqəm əmi – qız dilləndi.  

Dilqəm: 


–  Qızım,  ordan  qrafini  soyuq  ayranla  doldur  hazır  qoy, 

qonaqlarımız susayıblar. 

Qız qrafin və iki dəmir parç gətirdi. Parçı birnəfəsə başıma 

çəkdim.  Axırıncı  dəfə  belə  dadlı  ayranı  yəqin  ki,  Qubadlıda 

içmişdim. Doldurub birini də, sonra birini də içdim. Bizimkilər 

də  ayrana  daraşmışdılar.  Qrafini  boşaltdıq.  Qız  ikincini  gətir‐

məyə  getdi.  Bu  dəfə  yenicə  islanmış  yuxa,  qoyun  pendiri  və 

pencər də gətirmişdi. Dədə‐baba qaydasınca iri bir dürmək dü‐

zəltdim, bir parç ayran da götürüb yanımızdakı qaya parçasının 

üstündə oturdum. Çobanı bir az dilə tutmaq istədim. 

– Adın nədir, qardaş? – soruşdum. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə