Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə139/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   136   137   138   139   140   141   142   143   144

426 

 

–  Dilqəm.  Deyəsən  bura  adamı  deyilsiniz,  gəzməyə  gəl‐



misiniz? 

– Yox, yerli sayılırıq, Calut kəndində yaşayırıq. Amma hələ 

tam köçüb  gəlməmişik. Amma sənin bu ayran,  pencər  və pen‐

dir  dürməyindən  sonra  əminəm  ki,  elə  bu  yaxın  günlərdə  kö‐

çüb buraya birdəfəlik gələcəyik. 

– Əsliniz hardandır? 

– Qubadlıdan. 

–  Hə...  Gözəl  yeriydi,  Allah  mərdimazara  lənət  eləsin,  ca‐

maatı yerindən‐yurdundan elədilər. Mən də deyirəm, a bala, bu 

şəhərlidirsə, şəhərlilər ayranın az qala iyindən iyrənirlər... Bildim  

ki,  dağ  adamısan.  Dürmək  bükməyinə  isə  söz  ola bilməz. 

Qızın  ikinci  qrafinini  də  boşaltmışdıq.  O  ürkək‐ürkək  Dil‐

qəmə baxıb soruşdu: 

– Əmi, yenə gətirimmi? 

Mən cavab verdim: 

– Yox, bəsdi mənim balam, Allah səni xoşbəxt eləsin, doy‐

duq ta. Ağzın şirin, ömrün uzun olsun. 

Qız  –  “Sağ  olun”,  –  deyib  getdi.  Dilqəmdən  soruşdum:  – 

“Qızındır?  Hərdən  bizdə  də  ataya  “əmi”,  “dayı”,  “qağa”  de‐

yirlər?”. “Yox”, – dedi – “Tükəz çoban dostumun qızıdır, atası 

aşağı yenib ki, bəzi xırda‐xuruş bazarlıq eləsin. Amma sizi and 

verirəm  Allaha,  sözümü  yerə  salmayın,  bir  az  əyləşin  uşaqlar 

yemək  hazırlamışdılar,  yeyin,  sonra  gedərsiniz.  Yaxşı  içalat 

qovurmamız  var  –  çobanın  olanından...”.  Uşaqlara  baxdım  – 

“Hə,  nə  deyirsiniz,  andını  yerə  salaq,  ya  qardaşımızın  qonağı 

olaq?  Bilirəm  ki,  indiyədək  heç  biriniz  qarın‐qarta  qovurması 

yeməmisiniz?”. 

Dilqəm  əlini  əlinə  vurub,  –  “Oy  qadan  alım  ha,  sözə  bax 

ey, – “qarın‐qarta”. Əsl çobansan”. 

Hamı  gülüşdü.  Mən,  –  “Deyirsən  yəni  məndən  çoban 

olar?”. 



427 

 

Dilqəm  özünü  azca  itirib,  –  “Yox,  elə  demək  istəmədim, 



vallah.  Deyirəm  yəni  əsl  dağ  adamısan.  Çoban  adamam,  məni 

çox bərkə‐boşa salma, sən Allah” – dedi. 

Afət: 

– Əziyyət verməyək, uşaqlar gəzmək istəyirlər.  



Dilqəm: 

– Nə əziyyəti var, bacı, qulağıbatmış kimi bütün günü tək 

qalmaqdan  vaveyla  deyirik.  Tanışlığımızı  urvatsız  etməyin. 

Gəlmişkən,  qoy  qardaşla  da  dərdləşək,  görək  dəniz  tərəflərdə 

nə var, nə yox... 

Mən: 


–  Şəxsən  mən  qalacağam,  gəzmək  istəyən  gəzsin.  Uşaqlıq 

illərim  yadıma  düşdü,  məni  burdan  heç  kim  dartıb  apara 

bilməz – dedim. 

Kənan,  mən  və  nəvəm  Ünzilə  burada  qaldıq.  Afət,  Bahar 

və Dilbər isə meşənin ətəklərinə çiyələk axtarmağa getdilər. 

Bir  qədər  sonra  iki  qadın  və  Kənan  yaşda  bir  oğlan  əllə‐

rində  yuyulmuş  paltar  ləyənləri  çay  tərəfdən  gəldilər.  Bizimlə 

mehriban görüşüb Ünziləni qucaqlarına alıb oynatdılar. Biri Tü‐

kəzin anası, digərləri isə Dilqəmin oğlu və arvadı idi. Alaçıqdan 

yuxa  iyi  ətrafa  yayıldı.  Bu  iyə  heç  dayana  bilmirəm,  eynən 

bizdəki kimi, – təzəklə sac qalamışdılar. 

– Yuxa salırlar deyəsən? – yerimdə dingildədim. Durna nə‐

nəmlə anamın yuxa salarkən kündə daşıdığım günləri qəribsə‐

dim. 


– Yox, kətə bişirirlər, sizdə mərəvzə olurmu? – Dilqəm so‐

ruşdu. 


– Nə danışırsan, mərəvzə kətəsi yeyəcəyik!? – lap “çiçəyim 

çırtladı”. 

–  Mərəvzə,  çiriş,  cincilim,  yemlik,  quzuqulağı,  gicitkən  –

hamısının qarışığı bir yerdə daha ləzzətli olur. 




428 

 

–  Mən  daha  heç  yana  gedən  deyiləm,  düz  on  gün  sənin 



yanındayam. Yanında boş çoban yeri varmı? 

–  Gözüm üstə  yerin   var,  baş  çoban  yerimiz  boşdur, – 

deyib güldü və sonra, – “Heç adını demədin?” – deyə soruşdu. 

–  Oy,  bağışla,  sən  Allah!  Adım  Fərhaddır,  bu  isə  oğlum 

Kənan və nəvəm Ünzilə. 

Kətələr yerə salınmış kilimin üzərinə qoyuldu. Yanında da 

xalis  nehrə  yağı.  İsti  buğ  qalxırdı  kətələrdən.  Ağzımın  suyunu 

yığışdıra bilmirdim, mərifət və qanacağı unudub mənə doğma 

olan bu qoxu və dada tez çatmaq üçün kətələrin birini dürmək 

kimi  büküb  ağzıma  dürtdüm.  Ləzzətlə  –  “Bəh,  bəh..!”  –  deyib 

başımı buladım. 

– Qatıq da varınızdırmı? – soruşdum. 

–  Əlbəttə,  qatıqsız  çoban  olar  heç?  Ay  Nazlı,  qatıq  gətir, 

həm  də  lap  turşundan...  –  mənim  kimi  qulaq  dostu  tapdığına 

sevinir, gülürdü. 

Bir  kasa  soyuq  qatıq  gətirdilər.  Yanımdakıları  unutmuş‐

dum, kətələri az qala gözümə təpirdim. “Qatıq da tam mən istə‐

yəndir,  –  turşumuşundan!”.  Görünür  qanacaq  qaydalarını  çox 

pozmuşdum, Kənan dilləndi: 

–  Ata,  lap  kinodakı  Beyrək  kimi  yeyirsən,  qorxma,  hamısı 

sənindir, yavaş‐yavaş yesənə, boğazında qalacaq... 

– Kaş biləydin neçə ildir belə kətənin həsrətindəyəm, oğul. 

Hələ bundan sonra da üstündən bir ayrannaş

 

vurursan, olursan 



anadangəlmə sütül  igid.  Yoxsa  sizin  kimi,  marqarin yağı ye‐

məkdən dişləriniz 13 yaşınızda çıxır. 

Dilqəm yerində qurcuxdu: 

– A Nazlı, o qıcqırmış ayrannaşı da bəri ver. Vallah əsl dağ 

adamısan,  Fərhad  qardaş,  xoşuma  gəldin,  saf  adama  oxşa‐

yırsan.  İnan  ki,  mənə  o  qədər  xoş  oldu  sənin  bu  səmimiliyin, 

nuşcanın  olsun. Biz belə şeyləri hər gün  yeməkdən  bezmişik. 



429 

 

Belə pis çıxmasın, çox vaxtı ayranı, dovğanı inəyə, kətəni isə itə 



atırıq – Dilqəm yenə də istəmədən “çobanlığına saldı”. 

Kənanı dəli bir gülmək tutdu, mən də ona qoşulmuşdum. 

Dilqəm tutldu, sözündən pərt olmuşdu: 

–  Vallah  o  mənada  demədim,  çoban  adamam,  yenə  gül‐

səniz bax ağzımı bir də açmayacağam! 

Xeyli  güldük  və  səsimizə  alaçıqdakılar  da  çıxdılar.  Güclə 

özümü saxlayıb qadınlara: 

–  Bacı,  Dilqəm  qardaş  deyir  ki,  siz  Allah  yeyib  qurtarın, 

bizdə kətəni it də yemir, ayrana isə qoyun‐inək yaxın durmur... 

– Şərə bax ey! Mən elə söz dedim? – Dilqəm pərt olmuşdu. 

Mən: 

– Belə çıxır dayna! 



– “Belə çıxır” başqa, demək isə başqa... 

Onlar  da  bizə  qoşuldular.  Tükəz  Ünzilənin  başına  güldən 

çələng düzəldirdi. Afətgil də artıq gəlib çıxdılar, arvadlarla elə 

öpüşüb‐görüşdülər  ki,  sanki  yüz  ilin  tanışıydılar  –  qadınların 

bu ani mehribanlığı lap çaş‐baş qalmalı işdir. 

Qubadlıdan  çıxandan  bəri  bu  ləzzəti  duymamışdım.  Ağ‐

zımın dadı özümə qayıtmışdı. Atam buranı havayı yerə sevmə‐

yibmiş.  Bir  dəfə  həyəti  belləyəndə  ondan  soruşmuşdum  ki,  – 

“Ata,  necədi  Bakı,  xoşuna  gəlir?”.  Cavab  vermişdi  ki,  –  “Ay 

oğul, bayaqdan yer belləyirəm, bir dənə də olsun soxulcan gör‐

məmişəm. Sən özün de, soxulcan yaşamayan yerdə insan yaşa‐

yarmı  heç?”.  Amma  burda  atam  quzuqulağını,  çirişi,  yemiliyi, 

mərəvzəni  görmüşdü.  Ruhun  şad  olsun,  ata,  iki  nəsihətin  ye‐

rinə yetirilməmiş qalıb – namaz qılmaq və Oğuza köçmək. Sənə 

söz verirəm, növbəti işim bunlar olacaqdır. 

On  gün  Oğuzda  qaldıq  və  hər  gün  də  Dilqəmin  qonağı 

olurduq – gah Kənanla ikilikdə, gah da Ünzilə ilə üçümüz bir‐

likdə.  Dilqəmlə  əməlli‐başlı  yaxınlaşıb  dost  olmuşduq.  Belə 

sadə  və  açıqürəkili,  qonaqpərvər  adamların  həsrətindəydim, 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə