Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə14/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   10   11   12   13   14   15   16   17   ...   144

46 

 

gözlərindən oxumağa çalışdım. Bir qədər aralıda peraşki satan 



qadından  ikisini  aldım,  doğrayıb  itə  tulladım.  İt  tikələri  göydə 

qapırdı. Şəhərin ələngə iti də maraqlı gəlmişdi mənə. 

Bir azdan hardansa bir qız və bir oğlan peyda olub skam‐

yamın o biri ucunda oturdular. Oturan kimi də girişsiz‐filansız 

bir‐birinə sarılıb dodaqları ilə birləşdilər. Gah oğlan qızın köy‐

nəyinin üstündən əlini döşlərində gəzdirir, gah da qız həyasız‐

casına əli ilə oğlanın qabağını sıxırdı. Bu səhnə mənim beynimi 

dağıdır,  üstəgəl,  axşamkı  səhnələri  yadıma  salıb  məni  haldan‐

hala  salırdı.  Parkda  başqa  boş  skamya  yox  idi,  yoxsa  bu  tərbi‐

yəsizlərə  baxmaqdan  ətim  ürpənirdi.  Ətrafı  isə  tanımadığım 

üçün  uzağa  gedə  bilmirdim  –  qorxurdum  ki,  azam,  uşaqlar 

məni  tapmasınlar.  Kitabı  yenidən  götürdüm.  Gözlərimi  yalan‐

dan  kitaba  zilləyib  gah  yanımdakıların  mazaqlaşmalarına  göz‐

ucu  baxır,  gah  da  axşamkı  sevişmələrimizin  şirin  səhnələrini 

düşünürdüm. Lenanın yanımda olmasını, onunla bax bu cavan‐

lar kimi ətrafdakılardan utanıb‐çəkinmədən qucaqlaşıb bir‐biri‐

mizə sarılmağımızı ağlımdan keçirdim. Amma yüz il də qalsa, 

mən  açıq‐aşkar,  adamların  gözləri  qarşısında  belə  qələti,  tərbi‐

yəsizliyi  etməzdim.  Bu,  mənim  fikrimcə  tərbiyəsizlik,  vəhşilik, 

atasının üzünə qayıtmağa bərabər bir şərəfsizlikdir. İnsanın bu 

qədər  saymazyana,  ətrafına,  ətrafındakıların  onlar  barədə  nə 

düşündüklərinə  biganə  olmağa  heç  bir  haqqı  yoxdur.  Buna  nə 

onun  şüuru,  nə  də  qanacağı  imkan  verməməlidir.  Axı  bu  dü‐

düklərin  məni  görməməyə,  görürsə,  adam  yerinə  qoymamağa 

nə  haqları  var!?  Bəlkə  bu  park  atalarınındı,  bəlkə  ətrafda  do‐

laşan insanlar bunların atasının xidmətçisi, ya heyvan yerinə iş‐

lətdiyi qullarıdır? Bu səhnəni görməyə vərdiş etmiş, mənzərəyə 

təbii və adi bir şey kimi baxan insanların münasibətsizliyi, sus‐

ması isə məncə, bu sürtük gədə və fahişəliyə meylli qızcığazın 

onlara laqeydliyindən yüzqat artıq günahdır və ən ağır cəzaya 

layiqdir.  Özüm‐özümü  qızışdırırdım.  Hirs  təpəmə  vuranda, 



47 

 

sanki  bunu  öz  qulaqlarımla  eşidirdim,  –  “Biz  nəyiksə,  siz  də 



onu gözüylə görənlərsiniz. Biz cəmiyyətin aynası, arzuladığınız 

avropa mədəniyyətinin ilk qaranquşlarıyıq! Xoşunuza gəlmirik‐

sə,  siz  öz  ana‐bacınızdan,  arvad‐uşağınızdan  gözqulaq  olun”. 

“Sizin  kimi  qaranquşları  gülləboran  etmək  lazımdır,  it  uşağı, 

it!” – içimdə dəli təlatüm püskürürdü. 

Sevgi və məhrəm hisslər gizli qaldıqca müqəddəs olur. Faş 

olduqca  iyrəncləşir,  nifrət  doğurur,  –  yanımdakı  cütlüyün  gö‐

rüntüləri kimi. Tərəflərdən biri tam çılpaqlığı ilə bütün sahib ol‐

duqlarını göstərirsə, ikinci dəfə bu, qarşı tərəf üçün adi bir şey 

olacaq  və  ikrah  doğuracaq,  –  ətrafdakı  adamların  laqeydliyi 

kimi...  İnsan  gizli  şeyləri  görməyə  meyllidir.  Düşündüm,  – 

“Yaxşı  ki,  dünən  qaranlıqda  çox  şey  görmədim,  yoxsa  gələn 

dəfə  mənim  üçün  bunu  görmək  maraqsız  olardı.  Heç  olmazsa 

Lenada görməyə bir şey qalıb”... 

Təngnəfəs  olurdum.  Fikrimi  yayındırmaq  üçün  axşamkı 

sevgi oyunlarımızı xatırlamağa çalışdım. Gecəyarısı Lenaya, – “ 

Mən  yenə  istəyirəm”  deyəndə,  o,  –  “Manyak!”  –  deyə  üstümə 

çığırmışdı. Sən demə bu fikirlərimə aludə olduğum vaxt özüm 

də  bilmədən  gülümsəyirmişəm.  Yanımdakı  cütlük  də  nəyəsə 

qəşş  edirdilər  –  bəlkə  də  qız  oğlanı  qıdıqlamışdı,  ya  da  mənə 

gülürdülər... Qeyri‐ixtiyari onlara boylandım. Oğlan mənə tərəf 

qıcanıb dedi: 

– Qoyun təzə darvazaya baxan kimi nə gözlərivi bərəltmi‐

sən,  ə!  Nöşün  gülürsən,  maygülü.  Kitabıvı  oxu  də.  Чушка 



вонючий!

27 

Onsuz  da  bayaqdan  kifayət  qədər  nifrətlə  dolmuşdum. 

“Çuşka” sözünün izahını bilirdim, bircə “maygülü”nün məğzini 

başa  düşmədim.  Odur  ki,  hiddətimi  boğmadan,  astadan,  lakin 

adama mırıldayan quduz itlər kimi dişlərimi qıcıyaraq dedim: 

                                                            

27

 

İy verən “çuşka”



 


48 

 

–  Maygülü  sənin  yanındakı,  çuşka  isə  sənin  atandı!  Səni 



yanındakına,  yanındakınısa  sənə  dürtərəm.  Səsini  kəs  və  qan‐

cığını yala! 

Oğlan  ayağa  qalxıb  üstümə  yeridi.  Özündəndeməklik  ol‐

masın,  heç  tüküm  də  qımıldamadı.  Heyvərə  oğlunun  deyəsən 

heç şalvarının qabağından xəbəri də yoxdu – mən olsaydım, ən 

azından əlimi cibimə soxardım... 

Köynəyimin  yaxasını  qamarlayıb  məni  ayağa  qaldırmağa 

cəhd  elədi.  Köynəyim  carhacurla  düymə  yerlərindən  cırıldı. 

Ucuz olsa da, kəndimizin mağazasında ən gözəgəlimli və rəng‐

bərəng köynək idi. Atam, inadıma dayana bilməyib on dəfə ba‐

şıma  qaxandan  sonra  almışdı.  Məncə  pis  də  yaraşmırdı  mənə. 

Bəs indi mən köynəksiz necə gəzəcəyəm bu qoca şəhərdə... 

Biləyindən  yapışıb  barmağımın  ucları  ilə  venasını  sıxdım. 

İkiqat əyilib başını az qala paçamın arasına soxdu. Dizimlə əyil‐

miş sinəsinə, – çəkisinə uyğun, dözə biləcəyi bir zərbə vur‐dum. 

Yazıq  buna  da  dözmədi,  –  uşağın  səsi  batdı,  demək  istədikləri 

ağzında  ilişib  qaldı.  Qız  yerindən  qalxıb  oğlanın  digər  biləyin‐

dən tutub dartdı. Mənə yalvarırdı: 

–  Burax,  vurma.  Elə  bildik  ki,  bizə  gülürsən.  Bağışla.  Рус‐

ланчик, не ругайся, замолчи!

28 

Qız gədəni əlimdən alıb apardı. “Ruslançik” geriyə dönüb 

söyüşlər  yağdırmaqda  davam  edirdi:  –  “Kişisənsə,  harda  qal‐

dığını de! Səni yortmasam, anamı bütün burdakılar...” 

– Tərbiyəsizin oğlu, ağzını təmiz saxla, camaat eşidir! – eşi‐

dən olub‐olmadığını yoxlamaq üçün ətrafa baxdım. Heç kimin 

vecinə deyildi. Bura şəhər imiş, şəhər belə olurmuş... 

Dil, fikirlərini ifadə etmək üçündür. “Lal dili” də var – Le‐

nayla axşam “danışdığımız” kimi, arifi qandıran işarə kimi, lap 

qarşımda  bayaqdan  məlul‐məlul  baxan  itin  ifadəli  baxışları  ki‐

                                                            

28

 



Ruslan, söyüş söymə, sus!

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə