Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə140/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   136   137   138   139   140   141   142   143   144

430 

 

onu  da  bu  dağlarda  tapmışdım.  Dilqəm  bircə  dəfə  də  olsun 



soruşmadı  ki,  –  “Harada  işləyirsən,  nəylə  dolanırsan?”  İnsan, 

məncə olduğu kimi görünəndə gözəldir, safdır. İnsanı eybəcər‐

ləşdirən əsas şey təkəbbürmüş. Mən Dilqəmin ürəyinə, saflığına 

valeh olmuşdum. Dilqəm kimi saf insanlarla udulan dağ havası 

adamın canına qut olur, onqat şəfa verir. 

 

Kənan: 

 

Allaha  min  şükürlər  olsun  ki,  belə  bir  ailənin  övladıyam. 



Orta məktəbi yaxşı oxumasam da, atam mənim ali təhsil alma‐

ğımda  israrlıydı  və  buna  nail  oldu  –  həm  də,  dünyanın  ən qa‐

baqcıl  beynəlxalq  universitetlərindən  birində  oxutdu  məni. 

Həmişə ali məktəbi pulnan oxuyanlara pis baxmışam – oxuyub 

nə  olacaqdılar  ki...  Ancaq  universitet  atmosferi  və  dostlarımın 

bilik səviyyəsi məni də ixtisasıma dair əsas bilikləri öyrənməyə 

vadar  etdi.  Kipr,  tələbəlik  və  gənclik  dövrünün  bütün  tələb‐

lərinə cavab verən ölkədir. Bu ada, sanki gənclik üçün yaranıb – 

görməli  yerləri,  tarixi  abidələri,  dənizi,  istirahət  zonaları,  elmi 

dərnəkləri, gecə klubları və s. Tez‐tez yaxın ölkələrə keçib ora‐

nın  adamları,  mədəniyyəti  ilə  tanış  olmaq  mənə  çox  şeylər 

verdi.  Tələbəlik  dövründə  İsrail,  Suriya,  İordaniya,  Əlcəzair, 

Türkiyə,  Yunanıstan,  Misir  kimi  qonşu  dövlətlərin  ərazisini 

gəzdim,  Nil  çayı,  Süveyş  kanalı,  Qırmızı  dəniz,  Qüds  və  s. 

məşhur yerlərdə oldum. Bütün bunlara görə ilk növbədə atama 

minnətdaram. Ancaq tələbə dərnəklərindən biri məni daha çox 

cəlb etdi – “Nur dərsxanaları”. Yerusəlimdən olan yəhudi dos‐

tum  Raviklə  bu  dərsxanalara  ilk  gedişimdən  sonra  içimdəki 

boşluğu dolduracaq “qidanı” tapdığımı müəyyən etdim. Gəzdi‐

yim  fərqli  ölkələrin  fərqli  dinlərini  müqayisə  etmək  imkanım 

olmuşdu.  Ancaq,  hərəsində  bir  boşluq  olduğunu  sezirdim. 



431 

 

İslamın  bu  qədər  mükəmməl  olduğunu  anladıqdan  sonra,  iki‐



əlli axirətimə bağlandım, vaxt itirmədən özümü Allaha qulluğa 

– hizmətə həsr etməyi qərara aldım.  Bu, özünü aldatmaq və ya 

gənclik  həvəsindən  yaranan  bir  maraq  deyildi  –  mən  həqiqəti 

tapmışdım  və  onu  əldən  buraxmaq  fikrində  deyildim.  Dünya 

nə qədər gözəl, yaşamalı, sevgi dolu olsa da, onun faniliyi məni 

üzən ən böyük dərd idi. Gözəlliklərin daimi olduğu bir cənnə‐

tin  sakini  olmaq  istəyi  məni  o  biri  dünyaya  daha  çox  bağladı. 

Beləliklə, mən günbəgün ustad Bədiüzzəman Səid Nursinin ki‐

tablarına daha çox bağlanırdım. Külliyatı təkrar‐təkrar oxuduq‐

ca  suallarıma  yeni  –  daha  səlis  və  sanballı  cavablar  tapırdım. 

Fərqli irq və dinlərdən olan tələbələr bu dərnəklərə sonsuz hə‐

vəslə gəlir və islamı qəbul edirdilər. Bu dərsxanalarda yüzlərlə 

dost qazandım – hamısı da imanlı, elmli gənclər idi. Özümüzü 

“axirət  dostları”  adlandırırdıq.  Ən  böyük  arzum  isə  əzizlərimi 

doğru  olan  haqq  yola  gətirmək  idi.  Bu  mənə  qeyri‐mümkün 

görünsə  də,  atamı  yola  gətirəcəyim  təqdirdə  bunun  mümkün‐

lüyünü  başa  düşürdüm.  Çünki,  yaxınlarım  arasında  atamın 

nüfuzetmə  qabiliyyəti  danılmazdı,  o,  başqalarına  nümunə  ola 

bilərdi.  İlk  olaraq  ailəmizin  bir  üzvünə  çevrilmiş  Elzadan  baş‐

ladım.  Çox  əziyyət  çəkməli  olmadım.  Yunan  dilində  kitabların 

bir  neçəsini  oxumaq  üçün  Elizabetə  verdim.  Bir  müddət  sonra 

külliyatın  qalan  kitablarını  istədi  və  rəsmi  olaraq  islam  dinini 

qəbul edərək müsəlman oldu. Əlini isə namaza cəlb edə bilmə‐

səm  də,  içində  tanrı  sevgisi  toxumunu  əkməyi  bacarmışdım, 

qalanı Elzanın boynunda qalırdı. 

Universiteti  bitirib  Bakıya  döndüm.  Atamla  ilk  söhbətim 

uğurlu  alınmışdı.  Beynində  təlatüm  yaratmışdım,  elə  ən  çətini 

də bu idi – insanı özünə qarşı, özüylə, nəfsiylə üzbəüz qoymaq. 

Bu dünyaya mənasız yaşamağa gəlmədiyimizi anlayırdı, ancaq 

axirətə  inamı  da  sabit  deyildi.  Lakin,  məntiqə  inamı  onu  bu 

kitabları  oxumağa  sövq  etdi.  İlk  günlər  oxuduqlarını  sərbəst 



432 

 

başa  düşməsə  də,  mənim  izahlı  mütaliələrim  onun  içindəki 



iman nurunu alovlandırdı və hətta, gecələr külliyatı xəlvət höc‐

cələyib oxuduğunu görəndə xeyli sevinirdim. Anam, Durna və 

Dilbəri elə ilk addımdan fikirlərimə cəlb edə bilmişdim, ən çətin 

imana gələn isə Sabir əmi olacağını bilirdim. Yaşar əminin “di‐

zini  yerə  qoymaq  istəməməsi”  əslində  can  verən  adamın  son 

çırpıntıları  kimiydi.  Çünki,  onun  “ipi”  arvadı  Tünzalə  xalanın 

əlindəydi.  Mən  əmin  idim  ki,  əsgər  olan  biri,  nizam‐intizama 

daha  çox  meyilli  olur  və  Yaşar  əminin  üzdə  inkarı,  əslində, 

içindəki imanın qaynartılarıydı. 

Evimizin  həyətində  namaza  düzülmüş  atamı,  Yaşar  əmi, 

Sabir  əmi  və  Baysalı  görəndə  içimdəki  qürur  hissini  təsvir  edə 

bilmədiyim üçün çox üzgünəm. Hərdən fikirləşirəm – “Sevdik‐

lərimi  “düz”  yoldan  çıxardığım  üçün  düzgün  hərəkət  etmiş‐

dimmi,  bəlkə,  məni  qırmamaq  üçün  razılaşdılar,  aralarında 

ixtilaf və fikir ayrılığı olmasın deyə, atamın ilk təşəbbüsünə səs 

vermişdilər? Ümumiyyətlə, əminliklə girişdiyim bu ibadətimdə 

tam  haqlıydımmı?”.  Əstəfürullah,  bu  şirk  və  şübhədən  irəli 

gəlmirdi,  sadəcə,  sevdiyim  insanları  doğru  bildiyim  yola  cəlb 

etdiyim  üçün  haqlı  olduğumu  bilmələrini  istəyirdim.  Sevi‐

nirdim ki, onlar bunu qısa vaxtda dərk ediblər, hətta, təşəkkür 

edirdilər. Tanrı imanlarını kamil etsin. Amin! 

Oğuza  axırıncı  səfərimiz  həyatımın  ən  xoş  günlərinə  çev‐

rildi. Çobanların alaçığında gördüyüm dağlar gözəli Tükəz ağ‐

lımdan  bircə  saniyə  də  olsa  çıxmırdı.  Tanrının  mənə  əta et‐

diyi  bir  gözəllik  möcüzəsiydi  Tükəz.  İlk  baxışdan  vurulmağın 

nə  olduğunu  anladım.  Namazımın  təkrar‐təkrar  qəzalarını  qıl‐

maqdan ləzzət alırdım. Tükəz beynimdəykən ayələri bir‐birinə 

qarışdırır, bəzən isə namazda susub fikrə dalırdım, qızın gözəl 

və  gülərüz  çöhrəsi  gözlərim  qarşısından  çəkilmirdi.  Mən  ona 

aşiq  olmuşdum.  Yaxşı  ki,  atamın  dağ  səfası,  ayran,  mərəvzə 

vurğunluğu varmış... Atamla birlikdə Dilqəm əmigilin yatağına 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə