Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə141/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   136   137   138   139   140   141   142   143   144

433 

 

getməyi  həsrətlə  gözləyir,  hətta  gecikəndə  onu  utanmadan  tə‐



ləsdirirdim.  Hər  gün  Tükəzdə  yeni  bir  gözəllik  nişanəsi  tapır‐

dım. Atam beləsi haqqında, – “Kəklik yerişli, təri kəkotu qoxu‐

yan dağlar gözəli” – deyərdi. İnsan nə qədər çətinliyə, zəhmətə 

qatlaşarmış... Bütün günü bir yerdə dayanmırdı – çayda paltar 

yu,  yemək  bişir,  təmizliyə  bax  və  ilaxır  –  hamısı  da  Tükəzin 

boynundaydı. 

Bir  gün  sübh  ertədən  atamla  yatağa  getmişdik.  Qoyunları 

təzəcə  sağıb  qurtarmışdılar.  Mələşən  quzuları  açıb  analarını 

əmməyə buraxanda gördüyüm acı mənzərə məni ağlatdı. Ana‐

larını axtarıb tapa bilməyən  quzular, mələr qalıb balasını axta‐

ran  anaların  halı  mənə  qiyaməti  xatırlatmışdı.  Biləyimlə  gözü‐

mün yaşını siləndə, atam soruşdu, – “Nəsə olub?”. 

– Qiyamətdən qorxdum, ata... Ananın balaya, atanın övla‐

da əl uzada bilməyəcəyi o dəhşətli səhnəni gördüm. Quzuların, 

ana  qoyunların  mələrtisinə  bax  sən...  –  dedim.  Qolunu  boynu‐

ma dolayıb telimi sığalladı. 

Quzular  analarını  əmib  qurtarandan  sonra  Dilqəm  və  Tü‐

kəzin  atası Şakir  kişi  qoyunları  qırxmağa  başlamışdı.  Bu ara‐

da  bir  qədər  tək  qaldım.  Alaçığın  qarşısını  süpürən  Tükəzi 

astadan səslədim: 

– Tükəz, evdə ayran qalıb? Sıxıla‐sıxıla, – “Hə. Gətirim?” – 

dedi. 


– Zəhmət olmazsa, mümkünsə... 

Qrafini  və  bir  parç  gətirdi,  parçı  mənə  verib  ayran  süzdü. 

Gözüm onun üzündə, dodaqlarında idi. Gözlərimiz toqquşanda 

başını aşağı dikdi. 

– Bəs məktəbə getmirsən? – soruşdum. 

– Yox, səkkizinci sinifdən çıxmışam. 

– Heç olmazsa oxumağı, yazmağı yadırğamamısan? 

– Yox. Bədii kitablar oxuyuram. 

– Axırıncı oxuduğun kitab hansıdır? 



434 

 

– Salam Qədirzadənin “46 bənövşə”si. 



– Oxumamışam, maraqlıdır? 

– Çox. 


– Tükəz, mənə ərə gələrsənmi? 

Qız qıpqırmızı qızardı. Bəlkə də nəyisə tərs eşitdiyinin ani 

tərəddüdünü yaşayırdı. Qırmızı yanaqları indi lap allandı. Qra‐

fini  yerə  qoyub,  alaçığa  doğru  qaçdı.  Həyəcandan  ayaqları  az 

qala bir‐birinə dolaşacaqdı. 

Özüm özümə məəttəl qalmışdım. Mən nə birdən‐ikiyə belə 

tərbiyəzlik  edən,  nə  də  bu  cürətin  sahibi  deyildim.  Söz  ağlım‐

dan  dilimə  gəlmişdi  və  artıq  ağzımdan  çıxmışdı.  Elə  bil,  qiya‐

mətin  hər  an  qopa  biləcəyindən  ehtiyat  edib  tələsmişdim...  Bir 

qədər düşünüb baxdım ki, burda pis nə var ki? Ürəyimi Tükəzə 

açdığım üçün tam rahatlanmışdım. Atamgilin yanına gedib qır‐

xılan  qoyunun  ayaqlarından  yapışdım.  Atamın  qoyun  qırxma‐

ğına söz ola bilməzdi. Axirət dostumun bu məharətinə hətta ço‐

banlar da mat qalmışdılar. Mən isə Tükəzi bir daha görmək hə‐

vəsiylə  gözümü  qırpmadan  alaçığa  zilləmişdim.  Atam  cavan 

vaxtı qoyun qırxarkən dizini qoyunun boynuna dayayaraq bil‐

mədən  boğub  öldürdüyündən  danışırdı.  Mən  isə  başqa  bir 

aləmdəydim. 

...Atamın müşahidə və hissetmə qabiliyyətinə heç şübhəm 

yox idi. Elə həmin axşam anam yataq otağıma keçib ağzımı ara‐

dı: 

– Anan sənin qadanı alsın, artıq böyük oğlan olmusan. Heç 



evlənmək, ailə sahibi olmaq barədə düşünürsənmi? 

Tükəzə  ürəyimi  necə  açmışdımsa,  eynilə  anama  da  dərdi‐

mi danışdım: 

– Alaçıqda gördüyümüz Tükəzdən yaman xoşum gəlib, elə 

burdaykən  sözü  açmağınız  məsləhətdir,  qəti  qərara  gəlmişəm. 

Qız özü də bilir, qalır sizin gedib razılıq almağınız. 




435 

 

Anam boynumu qucaqlayıb alnımdan öpdü. 



–  Buy,  boyuna  qurban,  nə  tez  vuruldun?  Heç  səni  belə 

bilməzdim, eynən atan kimisən. 

Söz  açılmışdı,  içimi  deşən  sirri  anamla  bölüşməyin  tam 

vaxtı idi. 

–  Ana, bir şey deyəcəyəm, ancaq səmimi cavab ver. Atam‐

la  Dilbərin  arasındakı  münasibət  məncə  çoxdan  həddini  aşıb. 

Buna necə baxırsan, sənin razılığın varmı bu işlərə? Mən bilmi‐

rəm necə davranım... 

Bir az özünü itirdi. Özünü toparlayıb dedi: 

–  İndi  ki,  məsələni  sən  də  duymusan, –  onsuz  da  nə 

vaxtsa bilməliydin – onda axıradək və səbrlə dinlə. Deyəcəklə‐

rim  mənim  ürəkdən  gələn  sözlərimdir.  Əslində,  qarşımı  kəsən 

Durna  ilə  sənin  münasibətlərin  idi.  Lakin,  atanız  ən  çox  mənə 

məxsus olan bir insan olduğu üçün, onu mən hamınızdan yaxşı 

tanıyıram.  Dilbər,  onun  lap  balacalıqdan  tanıdığı,  birlikdə  bö‐

yüdüyü qızdır. Biz evlənməmişdən qabaq Durna nənə Dilbərlə 

atanın  evlənməyini  istəyibmiş,  Dilbərin  anası  buna  razı  olma‐

yıb. Heç Fərhadın da balaca, az qala qucağında böyütdüyü Dil‐

bərlə evlənməyi ağlından keçmirmiş. Biz atanla evləndik. Tanrı, 

Dilbərlə  atanı  yenidən  görüşdürdü  və  mən  məsələdən  xəbər 

tutanda  artıq  iş‐işdən  keçmişdi.  İlk  vaxtlar  evli  birinin  başqa‐

sıyla  gün  keçirməyi  məni  qıcıqlandırırdı,  lakin  sonradan  bu 

qısqanclığım az qala ailəmizin dağılmasına səbəb olmuşdu. Bir 

şeydən  əmin  idim  ki,  atan  heç  vaxt  ailəsini  heç  kimin  ayağına 

verməz və mənim yerimə kimisə gətirməz. Lakin, Allahın istəyi 

başqa  cür  oldu.  Dilbərin  anası  rəhmətə  getdi  və  qız  tək‐tənha 

qaldı. İndi tənha qalan Dilbər təkcə atanın görüşdüyü qız deyil, 

həm  də  Durna  nənənin  yurdunun  son  yadigarı  idi.  Buna  isə 

Durna nənəyə bağlı olan atan biganə qala bilməzdi. Həm ürəyi, 

həm  də  övladlıq  qeyrəti  çöldə  qalmışdı.  Qərar  vermək  vaxtım 

çatmışdı və ən düzgün olana qərar verdim. Fərhadı ikiyə parça‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə