Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə142/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   136   137   138   139   140   141   142   143   144

436 

 

lamaqdansa, Dilbəri evimizə gətirməyi üstün tutdum. Bu qəra‐



rımdan  heç  vaxt  peşiman  olmamışam,  inşallah,  olmaram  da. 

Dilbər olduqca təmizqəlbli və sadəlövh qızdır, bizim hamımızı 

çox  sevir,  onsuz  da  sevəsi  başqa  kimsəsi  də  qalmayıb.    Onun  

bizimlə birlikdə yaşaması heç kimə mane olmur, əksinə, mənim 

ən yaxın köməkçim elə Dilbərdir. O olmasaydı, artıq mən çox‐

dan xəstəlikdən ölmüşdüm. O, indi atandan çox mənə lazımdır. 

Sizin də onu beləcə sevməyinizi istəyirəm. Bu barədə Durna ilə 

də söhbət etmişik, lakin sənin verəcəyin qərardan narahat idim. 

Xahiş  edirəm,  Dilbəri  nə  mənim  üstümə  gəlmiş  günü  kimi,  nə 

də atanın şorgözlüyü kimi qəbul etməyin. Tək‐tənha qalmış bir 

qıza  sahib  çıxmağımız  kimi  qiymətləndirin.  Biz  olmasaydıq, 

kim  bilir  yazıq  qız  indi  çoxdan  hansı  uçurumun  dibindəydi. 

Mənim dediklərimi anlaya bilirsənmi? 

–  Ana,  atamın  xasiyyətinə  mən  də  kifayət  qədər  bələdəm. 

Keçən  həftə  Durna  bunu  mənə  deyənədək  mən  əksini  düşü‐

nürdüm, atam bir qədər gözümdən düşmüşdü. Ancaq, Tükəzə 

vurulan gündən atama haqq qazandırıram. Sevmək insanın öz 

əlində  deyilmiş.  Bu  iş  tam  sənin  razılığınla  olubsa  və  bundan 

sonrasına da etirazın yoxdursa, qoy elə hər şey öz axarıyla da‐

vam  eləsin.  Ancaq,  Dilbər  də,  atam  da  yəqin  ki  nikahsız  yaşa‐

dıqlarına görə özlərini günahkar sayıb əzab çəkirlər. İşin ənda‐

zəsi daha da böyüməsin və bizim də razılıq əlaməti kimi, həm 

də halallıq olsun deyə onların nikahlarını kəsdirərdik. Buna eti‐

raz etmirsən ki? 

– Əksinə, oğul, bunu indiyədək etməmişiksə, ancaq sizdən 

çəkindiyimiz üçün etməmişik. Əgər sən də razısansa, onda sən 

demişkən,  onları  bu  vicdan  əzabından  xilas  etmək  lap  yaxşı 

olardı. 


Anamın boynunu qucaqlayıb, dən düşmüş saçlarından öp‐

düm – “Sən mənim mələk anamsan, görəsən səndən yer üzün‐

də yenə varmı?”. 



437 

 

Bu  söhbətin  sabahı  Dilqəm  bizə  gəlmişdi.  Atam  Tükəzə 



olan  istəyimi  ona  bildirdi:  –  “Şakir  kişi  halal,  dünyagörmüş 

adamdır. Mənim deməyim düzgün düşməz. Sən ən yaxın dos‐

tusan,  bir  ağzını  ara,  əgər  etiraz  eləmirsə  elə  burdaykən  uşaq‐

ları nişanlayardıq”, – dedi. Dilqəm gedəndə söz verdi ki, böyük 

fəxrlə  bu  işə  qoşulacaq.  O  da  Tükəzin  zəhmətkeş  və  ağıllı  qız 

olduğundan ağızdolusu danışdı – “Allah xeyirlisindən eləsin”, 

–  dedi.  Sabah  axşam  yenidən  təşrif  buyurdu,  həyəcanımın  son 

həddiydi, fikriləşirdim ki, – “Bəlkə Tükəzin  söz verdiyi başqası 

var?”.  Ancaq  xəbər  sevindirici  oldu  –  “Şakir  sizinlə  qohum 

olmaqdan  çox  şərəf  duyduğunu  və  razılığını  bildirdi.  Dedi  ki, 

əgər  cavanlar  bir‐birini  bəyənib  istəsələr,  nə  qızın  anası,  nə  də 

mən etiraz etmirik”. Bundan sonrası anamın boynuna düşürdü. 

Elə  həmin  gün  Dilbər  və  anam  Ünziləni  də  götürüb  Bəkirin 

maşınında  Tükəzgilə  yollandılar.  Anam  Tükəzi  yanına  çağırıb 

onu  sevdiyimi  qıza  açır,  qız  isə  susub  durur.  “Susmaq  razılıq 

əlamətidir”,  –  deyib,  anam  Tükəzi  öpür  və  ona  ilk  dəfə  –  “Bu 

gündən  gəlinimsən”,  –  deyir.  Beləliklə  Tükəzin  “hə”sini  aldıq 

və mənim öz sevdiyimə qovuşmağım üçün yollar açıldı – tanrı 

bütün sevənləri qovuşdursun! İndi, toyu gözləmək qalırdı... 

 

Fərhad: 

 

Afət, mənim və Dilbərin pasportunu istəyəndə sual dolu nə‐



zərlərlə onu süzdüm. “Sizi evləndirirəm” – deyə sevincək dilləndi. 

Biləndə  ki,  Durna  ilə  Kənan  bizim  “gizli”  məhəbbətimizdən  xə‐

bərdardır, utanıb girməyə deşik axtardım. Afət öz əli ilə bizim kə‐

binimizi  kəsdirmək  qərarı  vermişdi.  Durna  nənəmin  deyimi  ya‐

dıma düşdü, – “Allah, mənə ucuz bir ölüm ver!”... Əslində şəriətlə 

zina  etdiyimizi  Dilbər  də,  mən  də  bilirdik,  ancaq  bir‐birimizin 

halallığını çoxdan vermişdik. Yenə də Allah xofu bizə əzab verirdi. 



438 

 

Afət bizim pasportları alıb Ağdaşın imamına (məxfi qalsın deyə) 



bizim  nikahımızı  kəsdirdi.  İndi  biz  Dilbərlə  bir‐birimizin  şəriətlə 

halalı  sayılırdıq.  Bir  müddət  övladlarımın  üzünə  baxmaqdan 

çəkinirdik. Ancaq vaxt hər şeyi öz qaydasına qoydu. Dilbərlə yenə 

də hamıdan gizli görüşməyə davam edirdik. 

Aradan  xeyli  müddət  keçmişdi.  Bir  gün  Afət  yanıma  – 

mansarda  qalxıb  (bu  onun  mansarda  yadıma  düşən  ilk  gəlişi  

idi)  şad  xəbər  çatdırırmış  kimi  Dilbərin  hamilə  qaldığını  xəbər 

verdi.  Dünya  başıma  fırlandı,  –  “Bircə  bu  çatmırdı!”  –  dedim. 

Sən  demə  Dilbər  iki  gündür  ki,  utandığından  yanıma  gəlmir‐

miş. “Bəs indi necə olacaq?” – deyə çarəsiz soruşdum. 

– Uşaq olacaq! 

–  Sən  dəli  olmusan,  nə  uşaq,  bu  yaşımda  uşaq  olar?  Bu 

gün‐sabah nəvəmin uşağı olacaq, deyirsən   bir  tərəfdən də  biz 

küçükləyək?! Bir şey fikirləşin, belə biabırçılıq olmaz! 

–    Sən  Dilbərin,  körpəykən  Ünziləni  qucağına  alıb  necə 

oxşadığını  unutmusan?  Sən  analıq  hissinin  nə  müqəddəs  hiss 

olduğunu heç dərk edirsən? Sənin nə haqqın var ki, onu analıq 

hissindən  məhrum  edəsən!  Bilirəm  ki,  bu  uşağın  dünyaya  gəl‐

məməsi üçün dünyanı da dağıtmağa hazırsan. Bəs necə, bizim 

Fərhad  müəllim  axı  hörmətli,  ağır‐sanballı  kişidir...  Heç  o  razı 

olarmı  ki,  onun  üzüyünün  qaşına  xal  düşsün?  Bunu,  Dilbərə 

vurulanda,  onu  yatağına  salanda  düşünəydin!  Xasiyyətinin 

tündlüyünü  və  qərarını  da  bilirəm.  Amma  bura  bax,  sənin  bu 

günədək elədiklərin hər şeyə göz yummuşam. Bunun əvəzində 

isə  səndən  xahişim  budur  –  uşağın  doğulmağına,  Dilbərin  ana 

olmağına mane olma. Ancaq qərarını dəyişməsən, haqqımı sənə 

halal  eləmərəm,  indiyədək  səmimi  göz  yumduqlarımın  qara 

qarğışını  tökərəm!  Bunu  dəqiq  bil,  fikrimi  heç  nə  dəyişdirə 

bilməz! Onsuz da Dilbəri yola gətirincə cana yığılmışam, sən də 

inad eləsən, qərarım belə olacaq – “Uşağın dünyaya gəlməsinə 

mane olsan, məni birdəfəlik itirəcəksən!”. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə