Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə144/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   136   137   138   139   140   141   142   143   144

442 

 

gördülər.  Onu  bu  vəziyyətdə  buraxıb  getməyə  vicdanımız  yol 



vermədi. Sanki, dərddən qaçdıqca dərd özü axtarıb bizi tapırdı. 

Füzuli  demişkən:  –  “Çün  istər  bəla  məni...”.  Aşralı  kişini  yola 

gətirənədək “bizimki bizə dəydi”. Bircə gün qalmaq adıyla onu 

zorla maşına mindirə  bildik. Yolda Afətə zəng vurub dedim ki 

–  “Qonağımız  var”.  Həyətə  girəndə  Aşralının  çox  çəkindiyini 

hiss  etdim.  Ancaq,  Ünzilənin  –  “Baba!”  –  deyib  onun  üstünə 

cumması  onu  əməlli‐başlı  kövrəltdi.  Evdəkilər  də  onu  mehri‐

banlıqla  qarşıladılar.  Aşralı  həyətə,  ağaclara  baxmaq  istədi. 

“Ağacları  iç‐içə  bu  qədər  sıx  çitəməzlər”–  Ağacların  düzgün 

budanmadığını,  budama  qaydalarını,  suvarmanın  vaxtı  və  s. 

barədə geniş izahat verdi. Bağda namaz qılan cavan oğlanın isə 

mənim  oğlum  olduğunu  biləndə  xeyli  sevindi  –  “Demək  əbəs 

yerə  narahatmışam,  bəs  sən  nə  vaxt  başlayırsan?”  –  soruşdu. 

“Çoxdan  başlamışam,  əmican!”  –  sevincək  dedim.  Alnımdan 

öpdü – “Bax  indi  gözümdə daha da böyüdün, gedək içəri, de‐

yəsən yenə titrətməyə başlayıram. Bu dənizin havası mənə heç 

düşmədi”  –  dedi.  Uşaqların  dərs  hazırladığı  otaqda  Aşralı  kişi 

üçün yer saldılar. Axşamadək dərdləşdik və namazımızı birlik‐

də  qıldıq.  Axşam  Aşralı  kişinin  başına  gələnləri,  həyat  tarix‐

çəsini Afətə danışdıqca onun halına acıyır, əvvəlcə tam sağala‐

nadək,  sonra  da  evimizə  baxması  üçün  həmişəlik  qalmağını 

yalvarırdı.  Zarafatla,  –  “Xəbərin  varmı  ki,  evimiz  yavaş‐yavaş 

kimsəsizlər evinə dönür?” – dedim. “Elə demə, Allaha ağır ge‐

dər. Elə bilirsən Allah bu mehribanlığı, ruzini bizə elə‐belə göyə 

sovurmaq üçün verib? Bərəkətimiz artdıqca, ruzini və xoşbəxt‐

liyimizi ehtiyacı olanlarla bölüşmək Allaha da xoş gedər” – de‐

di.  Kim  nə  deyir  desin,  Afəti  özümdən  daha  mətin  və  güclü 

hesab  etmişəm  və  indi  buna  bir  daha  əmin  oldum.  Durna  nə‐

nəm bu halımı görsəydi, – “Mənim balam qızbibidir, qızbibi” – 

deyib məni lağa qoyardı... 




443 

 

Ağlımıza  gözəl  bir  fikir  gəldi  –  “Gəlsənə,  Aşralı  kişini  öz 



ailəsiylə qovuşduraq? Başqa gözətçi axtaraq. Axı biz Oğuza kö‐

çürüksə, onun da yanımıza gəlib‐getməsinə bəhanə tapmağa nə 

var ki? Sonra da ailəsinə doğru yaxınlaşdırarıq...”. Razılaşdıq. 

Aşralı  kişinin  tam  sağalması  və  onu  evimizin  qayğısına 

qalmağa razı salmağımız bir həftəmizi aldı... 

 

 

 

 

 

 

 



444 

 

 



Epiloq: 

 

Oğuz rayonu. Demək olar ki, rayon mərkəzində hamı mal‐ 



heyvan  saxlayır.  Adı  rayon  mərkəzi  olsa  da,  kənddən  yalnız 

xüsusi  abadlığı  ilə  fərqlənir,  qalan  şeylərdə  elə  kənd  kimi  bir 

yerdir.  Adamları  olduqca  mehriban,  qonaqpərvər  və  açıq‐

ürəklidirlər,  hamı  bir‐birini  yaxından  tanıyır.  Qoyun  sürüsü 

rayon  mərkəzinə  düz  İcra  Hakimiyyəti  binasının  qarşısından 

keçir. Çoban, binanın qarşısında toplaşıb söhbətləşən adamlarla 

salamlaşdıqdan sonra, – “Başçı yerindədirmi?” – soruşur. “Hə”, 

– deyirlər. “Gedim kişiylə görüşüb gəlim” – deyir və elə çomağı 

əlindəcə  arın‐arxayın  İcra  Hakimiyyəti  binasının  ikinci  mərtə‐

bəsinə qalxır. Onun qarşısını nə polis, nə də digər bir işçi kəsir, 

çünki  onu  hamı  tanıyır  –  başçının  yaxın  dostlarından  biridir. 

Dilqəm  yığıb  gətirdiyi  tər  kəkotu  və  faraş  mərəvzə  zoğlarını 

qəbul  otağında  ciblərini  çevirib  katibənin  stolunun  üstünə 

boşaldır, – “Bunu evlərinə gedəndə məllimə verərsiniz. İçəridə 

qonaq  var?”  Qız,  –  “Yox”,  –  deyir.  Qapını  ehmalca  tıqqıldadıb 

başını içəri salır – “Olarmı?”. 

– Ay səni xoş gəldin, necəsən, qardaş. Dağda‐daşda nə var, 

nə yox? Vallah girmişik bu otağa, heç yanına qalxa da bilmirəm 

–  yaxınlaşıb  çobanı  bağrına  basdı  –  Hə,  de  görüm  quzuqulağı, 

yemlik çıxıb, ya yox? Amma çirişin əsl vaxtıdır... 

Dilqəm: 

–  Sənə  bu  gün  mərəvzə  yığmışam,  verdim  qəbul  otağına, 

gedəndə evə apararsan. İşlərin necədir? 

–  Şükür  Allaha,  qaydasındadır.  “Heydər  parkı”  xoşuna 

gəldimi,  respublikada  ən  iri  və  gözəl  park  olacaqdır,  inşallah. 

Hər  dəfə  adamları  orada  sakit  və  gülərüz  dincələn  görəndə 

fikirləşirəm ki, bu parkın ən birinci səbəbkarı sənsən. Gözəl yer 



445 

 

təklif etmisən, – Qəbələnin, Şəkinin kəndləri əl içi kimi görünür. 



De görüm camaatın elə bir böyük şikayəti, dərdi varmı ki, onu 

unutmuşuq? 

– Allah səndən razı olsun, nə qalıbsa, o da ölkənin ümumi 

dərdidir.  Sən bacardığını eləyirsən. Hamı səndən razılıq  edir. 

Allah  səni  zavalda  qoymasın.  Hətta,  deyirlər  ki,  müxalifət 

qəzetlərinin haqqında yaxşı yazdığı yeganə başçısan. 

–  Hə  belə  deyirlər,  mən  də  eşitmişəm.  Amma  evdə 

qoyun‐keçi sağdığımı da yazırlar. 

–  Üzüyünün  qaşı  düşməyib  ki,  qoy  yazsınlar,  başqaları 

kimi oğurluq eləmirsən, nə də rüşvət almırsan. Amma düzünü 

de, doğrudan qoyun sağırmışsan? 

–  Hə.  Aşralı  kişiylə  birlikdə  Ünziləyə  qoyun  sağmağı 

öyrədirdik.  Elə  bu  vaxt  qonşunun  arvadı  həyətə  girdi,  gizlənə 

bilmədim. Elnən bir oldu bizim qoyun sağmağımız. Uşaq vaxtı 

keçiləri  elə  mən  sağırdım.  Yadımdadır,  bir  dəfə  birinci  doğuş 

keçimiz vardı. Dilbərlə nə qədər çalışırdıqsa dinc durmurdu ki, 

sağıb  qurtaraq.  Gah  qazana  qığlayır,  gah  da  ayağı  ilə  südü 

aşırıb  tökürdü.  Məcbur  qalıb  ayaqlarından  tutdum,  beliüstə 

yerə çırpdım. Mən altdan yuxarı sağır, Dilbər isə qazanla südü 

göydə  tuturdu.  Sabah  atamın  söyüşünə  yuxudan  durdum, 

keçimiz gecəykən murdar olmuşdu. Axşam gələrsən bizə, evdə 

döşəməli  balıq  aşı  bişirirlər,  gör  Oğuzun  aşı  dadlıdır,  yoxsa 

Qubadlının? 

–  İnşallah,  mütləq  gələrəm.  Elə  Nazlı  da  nə  vaxtdandır 

başımın  ətini  yeyir  ki,  –  “Afət  və  Dilbər  bacıdan  ötrü  darıx‐

mışam, bir aralıq edib dəyərdik”. Bir şey gətirim, ya yox? 

–  Təkcə  ağ  xiyar  və  sarımsaq  tutması  gətirərsən,  Nazlı 

bacının tutmasının dadı tam başqadır – bizimkilər o cür şoraba 

tuta bilmirlər. Danışdıq, axşam bizdəyik. 

 

* * * 



446 

 

...Axşam namazının əzanı verilirdi. Nazlı və Dilqəm həyət 



darvazasını açıb içəri keçdilər. Aşralı və Fərhad yamyaşıl otlu‐

ğun  üstünə  canamaz  salıb  namaza  durmuşdular  –  Fərhadın 

səccadəsi  Durna  nənəsindən  qalma  yadigar  idi.  Balaca  Ünzilə 

isə  onları  yamsılayaraq,  üzüstə  uzanıb  başını  gah  yuxarı 

qaldırır, gah da torpağa vuraraq “namaz qılırdı”. Darıxanda isə 

səcdəyə əyilmiş Aşralının belinə tullanıb şitənirdi. 

Qonaqları Afət qarşıladı, elə tənək talvarının altındaca stol 

arxasına  dəvət  etdi.  Samovar  pıqqıldayırdı.  Dilqəm  çaynikə 

quru çay töküb dəmə qoydu. 

Namazı  bitirib  onlar  da  Dilqəmgillə  oturdular.  Az  sonra 

süfrənin  üstü  doldu,  təzə  yuxanın  qoxusu  adamı  bihuş  edirdi. 

Allah verəndən hər şey vardı. “Bismillah”, – deyib aşı yuxayla 

burmələyib  şirin‐şirin  yeyirdilər.  Fərhad  kəsdiyi  yuxa  tikəsini 

Dilqəmə göstərib: 

–  Hə  dostum,  bizdə  buna  loxma  deyirlər.  Hər  adam,  “yu‐

xanı  loxmalama” sözünü deyə bilmir. Bir de görüm,  – “yuxanı 

loxmalama”. 

Dilqəm bir neçə dəfə cəhd eləsə də, gah “loxlama”, gah da 

“yoxlama” dedi. Hamı gülüşdü. Fərhadın eyni açılmışdı: 

– Beş ədəd yuxa bir büküm adlanır. Bizdə bir adam bu aşla 

bir  büküm  yuxa  yeyirdi,  həm  də  qaşıqsız‐zadsız.  Bu  aşa  qaşıq 

vurdunsa,  demək  ağzının  dadını  qaçırdın.  Şəkidə  pitinin,  Qu‐

badlıda isə aşın yemək qaydaları var. İndi sən də qaşığı tulla və 

aşı  loxmalayıb  ye,  onda  əsl  dadını  görərsən.  Sənin  gətirdiyin 

mərəvzədən  isə  Dilbər  bir  kətə  bişirib  ki,  barmaqlarını  yalaya‐

caqsan.  Al  bu  balığın  qazmağını  dad,  gör  necədir,  –  qızarmış 

balıq qazmağını dostunun qabına qoydu. 

Dilqəm,  –  “Bəh,  bəh,  bəh!  Ləzzət!  A  Nazlı,  səni  dədənin 

goru, Dilbər bacıya de, bu aşı bişirməyi sənə də öyrətsin, yaman 

həzz elədim...” 

Nazlı: 



447 

 

– Bəs Dilbər bacı hanı?  



Afət: 

–  Ağəlini  yatırır.  Axşam  sancıdan  yatmayıb  uşaq,  nə  də 

yazıq qızı qoymayıb yatmağa. 

Dilqəm  qaşığı  kənara  qoyub  Fərhad  dediyi  kimi  aşı  lox‐

malamağa  keçdi.  Ağzını  marçıldadır,  ləzzətlə  gövşəyib  başını 

yellədi: 

–  Həqiqətən  də  başqa  aləmiymiş.  Mən  də  bayaqdan  fikir‐

ləşirdim  ki,  ay  Allah,  bu  zəhrimara  qalmış  qaşığı  sağ  əldə 

tuturlar, ya sol əldə? Evdə Nazlı məni o qədər danlayır ki – “Ay 

kişi,  çoban  adamsan,  çay  içəndə  ağzını  marçıldatma,  bıçaq  bu 

əldə, nə bilim, qaşıq o biri əldə, ...adamın başı şişir. Heyif deyil, 

bax  beləcə  –  dədə‐baba  qaydasıyla  ürəyin  istəyən  kimi  ye‐

yib‐içəsən?”.  Deyirəm  ki,  –  “Ağız,  vallah  elə  çoban  olduğum 

üçün  Fərhad  qardaşla  dil  tapa  bilirəm,  yoxsa  gərək  boynuma 

inək  çatısı  kimi  qalstuk  bağlayıb  gözlərimi  qoyun  kimi  döyüb 

oturum”.  Vallah,  camaat  bu  mədəniyyətin  qorxusundan  lap 

ağızlarının  dadını,  başlarını  itiriblər  ey...  Niyə  insanlar  olduğu 

kimi  görünməyə  çalışmırlar,  sanki  hamısı  qrimlənib  aktyorluq 

edirlər.  Mələk  sandığın  birisi,  bir  də  gördün  üç  gündən  sonra 

iblis kimi hüzuruna çıxır. Namuslu saydığın biri, bir də gördün 

kiminsə  qarşısında  quyruq  bulayıb  şərəfsizin  dal  ayağı  olur. 

Salam  üçün  əl  uzadırsan,  əlinə  əjdaha  quyruğu  keçir.  Fərhad, 

üzünə  görə  demirəm,  vallah,  bilirsən  ki,  səndən  beşdə 

alacağım‐üçdə verəcəyim yoxdur, amma sənə halal olsun, ürə‐

yin  necədirsə,  əməlin  də  elədir.  Hamı  sənin  halal  adam  olma‐

ğından  danışır.  Bir  bilsən,  onda  necə  qürur  duyuram  səninlə... 

Kaş  sənin  kimi  10‐15  icra  başçısı  olaydı  bu  Azərbaycanda. 

Vallah,  dirəyimiz  də  qızıldan  olardı.  Biri  desə  ki,  sən  də  yalan 

danışmağı  bacarırsan,  göründüyün  kimi  deyilsən,  inan,  onu 

çomağımla öldürərəm. 




448 

 

Fərhad ürəyində, – “Yox, qardaşım, mən də aydan arı, su‐



dan  duru  deyiləm.  Bax  sənin,  “Afətin  qardaşı  oğlu”  bildiyin 

Ağəli,  əslində,  mənim  dost‐doğmaca  öz  oğlumdur,  Dilbərdən 

olan doğmaca oğlum... Yalan, insanın xislətində gizlənmiş iblis 

dilidir!  Hər  şirin  şeyin  də  öz  acılığı  olur,  hər  pisin  də  astar 

üzündə bir yaxşı gizlənir. Dilbərlə olan oğrun  sevgimizin şirin 

dadıydı Ağəli...” – fikirləşirdi. 

Fərhadı fikirdən Dilqəm ayırdı: 

–  Sabah əmisi  Ağəli  balasına  dağlarımızın  ən  şəfalı otla‐

rından bir dəmləmə düzəltsin ki, ta bir də sancı‐mancı nə oldu‐

ğunu bilməsin. 

Fərhad telefon zənginə diksindi. 

– Hə, oğul... İnşallah, mənim balam. Sabir əmigil də sabah 

gəlirlər...  Əli,  Elza  və  uşaqları,  Baysal,  Durna,  Zəhra  xalangil,  

Yaşar əmigil,  Nailə  bibingil,  Mətləb  babangil..,  bir sözlə tanı‐

dığın bütün yaxınlar və qohumların hamısı. Üzük‐zad seçib ala 

bildinizmi?.. Hə, hamımız yenidən bir yerdəyik. Gözləyəcəyik, 

oğul,  Allah  amanında,  yolda  ehtiyatlı  olun.  Tükəz  balama  sa‐

lam de. 


Afət: 

– Kənan idi? 

– Hə, Tükəz qızımla gəlirlər, yoldadırlar. 

– Aşralı əmi, toya sizinkilər də gəlirmi? – Afət soruşdu. 

Aşralı: 

–  Əlbəttə,  qızım,  hamı  gələcək.  Qızım,  kürəkənim,  nəvə‐

lərim..,  hamımız  birlikdə  gələcəyik.  Allah  sizə,  doğmalarınıza 

peşmanlıq göstərməsin. 

Dilqəm: 

– Amin. Toy ayın neçəsidir? 

– Gələn həftənin bazar günü.  

Dilqəm: 


– Qonaqlar bir həftə burda qalacaqlar?  


449 

 

Fərhad: 



– Onlar qonaq deyil, ürəyimin parçalarıdırlar. 

Dilqəm: 


– Bizdə də gen‐bolluqdur ha... Qonaqlardan 3‐5 ailəni bizə, 

3‐4‐nü Aşralı kişigilə ayırarsınız... 

Fərhad: 

–  “Bənduvan”  10  gün  onların  sərəncamındadır,  narahat 

olmayın. 

Məclis  gecə  yarısınadək  davam  elədi.  Məclisin  gözəlliyi 

onda  idi  ki,  burada  söhbət  gündəlik  iş,  siyasət,  şikayətlərdən 

deyil, dağlardan, otlardan, çoban həyatının acılı‐şirinli çətinlik‐

lərindən,  təmiz  insanlardan  və  savab  işlərdən  gedirdi.  “Şeyta‐

nın və siyasətin şərindən sənə sığınıram, Allahım. Sən peşiman‐

çılıq  vermə”  –  bu,  Fərhadın  son  vaxtlar  ən  çox  sevdiyi  kəlam‐

lardan biriydi... 

 

* * * 

 

– Nağı!? 



– Hə, mənəm, qorxdun? Nə şirin yatmısan, qardaş? 

– Səni gördüyümə sevindim, oğrəş! Necəsən? 

– Lap əla... 

– Toy xəbərini eşidib gəlmisən? 

–  Hə.  Həm  də  sizin  hamınızı  birlikdə  gördüm  xayınlığım 

tutdu.  Bir  günlük  “ezamiyyət”  almışam.  Cənnət  sizsiz  çox  da‐

rıxdırıcıdır..,  özünü  qoymusan  həyasızlığa,  nə  ölmürsən  canın 

qurtarsın, nə də bu dünyada adam balası kimi dinc yaşaya bil‐

mirsən. 

– Doğrudanmı, ölməyimi istəyirsən? 

– Hə. Cənnət siz dostlarsız çox darıxdırıcıdır. Amma, həm 

də  yox.  Sən  olmasaydın  kim  bilir  bu  qədər  insanın  taleyi  indi 

necə olardı? 



450 

 

–  Yəqin  ki  tanrı  onları  qoruyardı,  onların  hər  biri  saf  və 



təmiz insanlardır. 

–  Doğrudan  a!  O  qədər  “oğrəş,  oğrəş”  dedik  ki,  deyəsən 

oğrəşliyi  boynuna  aldın,  –  Durna  nənən  sənə  nəvəsini  etibar 

eləmişdi,  sən  də  əmanətə  göz  dikdin.  Oğlun  eynən  sənə  bən‐

zəyir,  adıyla  böyüsün,  şirin  baladır,  səni  təbrik  edirəm,  qoca 

kürd! 


– Sağ ol. 

–  Hm...  “Sağ  ol...”.  Kaş  ki,  sağ  ola  biləydim...  Xoş  günlə‐

rinizin qədrini bilin. Mən də sizinlə olacağam, – düz yanındakı 

stulda...  Allah  mübarək  eləsin,  yarıyanlardan  olsun.  Yadında‐

dır, tələbə vaxtı həmişə bu şeiri deyərdin: 

 

Qızıl demə parıldayan hər daşa, 



 Milyon tanış dönməz dosta, qardaşa.  

Otağında dövlət daşa, var daşa,  

Dostun yoxsa, kasıblardan kasıbsan... 

 

– Gözəl günlər keçirdik, yaxşı yaşadıq, qardaş. Çoxusu da 



sənin sayəndə oldu. Dur, artıq səhərdir, axı bu gün hamımızın 

sevinən günüdür, belə günün hər saniyəsini yaşamaq lazımdır. 

Fərhad  gözlərini  ovuşdurub  yuxudan  ayıldı,  yerində  gər‐

nəşdi.  Üzü  gülürdü,  özünü  quş  kimi  yüngül  hiss  edirdi.  Gün 

gözəl başlayırdı... 

 

* * * 

 

...Günortaüstündən  bəriydi  ki,  hamı  “Bənduvan”  istirahət 



zonasının açıq meydançasında qurulmuş toy ziyafətinin dadını 

çıxarırdı.  Hər  ehtimala  qarşı  musiqiçilər  üçün  çadır  qurulmuş, 

ehtiyat  generator  qoyulmuşdu.  Hava  “doluxsunmuşdu”  –  ara‐



451 

 

da‐bərədə damcı da atırdı. Göyrüş və palıd ağaclarının hələ çıl‐



paq çətiri stolları yağışdan, günəşdən qoruya bilməyəcəkdi. Bu 

dəfəki  mart  yaman  gücənə‐gücənə  çıxırdı.  İlk  bahar  olsa  da 

“Bənduvan”da  hava  soyuq  sayılırdı.  Afət  hələ  səhər  yuxudan 

qalxanda deyinirdi, – “Mart çıxdı, dərd çıxdı” deyiblər, bircə bu 

dəli  mart  işləri  korlamasaydı,  hava  günəşli  olub  yeri  əməllicə 

isitsəydi”... Amma yuva quran quşların səs‐küylü uçuşu yaxın‐

laşan  yağışdan  xəbər  verirdi.  Bəkarəti  indicə  çırtlayıb  “qana‐

mış”  zanbağın  ətri  gəlirdi.  Fərhad  meşənin  zanbaq  qarışıq  qo‐

xusunu  sinəsinə  çəkdi,  yanındakı  stula  dirsəkləndi,  illərdir 

dostluq himni kimi qəbul etdikləri şeiri deyirdi: 

 

...Ağac deyil kölgəsində yatasan,  

Çırpı deyil yığıb ocaq çatasan,  

Paltar deyil köhnələndə atasan,  

İldən‐ilə bahalaşan zərdi dost... 

 

Onun sol tərəfindəki stul, məclis başlayandan bəri boş idi, 



bu  Nağının  stulu  idi.  Fərhadın  telefonu  zəng  çaldı.  Telefona 

baxıb əlinin işarəsilə hamının susmasını işarə etdi, ayağa qalxdı, 

hamıdan  üzr  istəyib  telefonu  açdı.  Sifətindəki  bayaqkı  sevinc 

yerini indi ciddi rəsmiyyət almışdı: 

–  Buyurun,  Ramiz  müəllim...  –  deyib  ağacların  sıx  yerinə 

çəkildi.  Telefon  söhbəti  4‐5  dəqiqə  çəkdi.  Hamı  narahatlıqla 

onun üzünə baxırdı. Öz yerinə qayıdanda Sabir soruşdu: 

– Kim idi, xeyirdimi? 

–  “Birinci”nin  təbrikini  çatdırırdılar.  Bəylə  gəlini  təbrik 

edir, hamınıza gözaydınlığı verir. Məclis sanki indi  başlayırdı,  

Bəkir    kababçıya    göstəriş  verdi  –  “Ədə,  Mahmud,  o  erkəkdən 

ikisini də kəs, kababı bol elə, səhərədək burdayıq!” – musiqi ye‐

nidən nəm meşənin xoş qoxusuna qarışdı. 



452 

 

Bir azdan qəfil şıdırğı yağış başladı. Hamı kotejlərə doluş‐



du.  Leysan  yağışın  altında  üç  nəfər  əl‐ələ  tutuşub  musiqinin 

müşayiətiylə  süzməkdə  davam  edirdi  –  Aşralı,  onun  nəvəsi 

Ceyhun  və  Bahar...  Aşralının  gözlərindən  bıldır‐bıldır  axan 

sevinc  yaşlarını  yağış  damcılarında  necə  gizlətdiyini  heç  kim 

görə bilmədi. İndi Aşralının balaca uşaqlardan heç bir fərqi yox 

idi  –  o  da  onlar  kimi  şən,  qayğısız  və  həyat  doluydu.  Baharın 

biləyindəki islanıb düyünü açılmış ipini bağlayır (Bu ip Durna 

nənədən  qalan  yadigar  idi,  gecələr    yuxuda    qorxduğu    üçün 

anası  bağlamışdı),  için‐için  hıçqıraraq  dilinin  altında  lalıyır, 

Allaha  yalvarırdı,  –  “Dünyamızı  salamat  elə,  qara  buludları 

üstümüzdən çək, xoş günlərimizi bədnəzərdən qoru, dərd‐bəla‐

larımızı Qaf dağlarının dalına apar. Günahlarımızı yağışınla yu, 

savablarımızla yıxa və öz nurunla qurut, ya Rəbbəna”... 

Hamı  səbirsizliklə  yağışın  kəsməyini  gözləyirdi.  Bilirdilər 

ki,  leysan  tez  kəsəcək.  Hətta,  bir  azdan  göy  qurşağı  aydın  sə‐

manı bəzəyəcək. Çünki, bu yağış adından bəlli idi, – bu yağışa, 

“Tülkü  oğlunu  evləndirir”  deyirdilər.  Yağışda  islanmaqdan 

qorxmazlar, yağış suyu günahlarımızı qüsl edən aydınlıqdır... 



 

 

26 fevral – 07 may 2010 (Metanol zavodu)



 

 

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə