Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə15/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   11   12   13   14   15   16   17   18   ...   144

49 

 

mi. Acıqlanmış və hiddətli insan isə insanlıqdan çıxır – ağzı kö‐



püklənir, dili və sözləri acılaşır, nə dediyinin fərqinə varmadan 

yeganə məqsədi olur – rəqibini sözlə sarsıtmaq, onun səsini ba‐

tırmaq, qürurunu sındırmaq. Əsəbi adam  savaş dəfi kimidir – 

içi boş, səsi gur çıxar. Məncə bütün növ cinayətin əsas mənbəyi 

elə təhqirdir. Təhqir, həm də təhqir edəni alçaldır, cılızlaşdırır, 

kişidirsə  –  kişilikdən  salır.  Ehtiyatsızlıqdan  törəyən  cinayətlər 

istisna  olmaqla,  bütün  xəta  və  cinayətlərin  çoxu  təhqir  edilmiş 

insanların  əlindən  çıxır.  Odur  ki,  ən  ciddi  və  ağır  cəza  təhqir 

edənlərə  verilməlidir,  təhqiri  yaradan  mühitlə  mübarizə  apa‐

rılmalıdır. Əgər insan tanrı nurunu daşıyan ən ali məxluqdursa, 

insanı  təhqir,  tanrını  təhqir  deməkdir.  “Səbrsiz,  tez  özündən 

çıxanları tanrı da sevməz”, – deyirlər. Dindarlar bunu, həm də 

imanın  zəifliyində  görürlər.  Həzrət  Əlinin,  qılıncı  endirərkən 

onun  üzünə  tüpürən  kafiri  bağışlaması  hekayəsini  hamı  bilir. 

Bax  belə  vəziyyətdə  səbrini  basmaq  ən  sanballı  kişilərə  xas 

xüsusiyyətdir,  “təhqir  olunan”ı  zirvələrə,  böyüklüyə  qaldıran 

hərəkətdir. Ancaq mən səbrimi basa bilmədim. Çünki, mən ay‐

dan  arı,  sudan  duru  deyiləm.  Amma,  dalaşqan    da  deyiləm. 

Atamın  tam  əksinə,  çox  səbrliyəm  (o  çox  səbrsizdir  və  həmişə 

son  sözünü  əvvəldən  “qırmızı”  deyərək  məsələni  “kökündən” 

həll  edir).  Sinif  yoldaşlarımla  kaftar  sürüsü  kimi  birləşib  özü‐

müzdən yaşca böyük məktəbliləri döydüyümüzü çıxsaq, kimin‐

ləsə təkbətək əlbəyaxa olduğumu xatırlamıram.  

Xatirimdədir, sinfimizdə Tahirə adlı yetim bir qız oxuyur‐

du.  İnstitutu  yenicə  bitirib  bizə  dərs  deməyə  gəlmiş  Samir 

müəllimin bu qıza ciddi mənada gözü düşmüşdü. Amma bizim 

uşaqlar bunu “qiryət”lərinə sığışdırmamışdılar – yığışıb o boy‐

da  müəllimi  tirtap  yerə  uzadıb  o  ki  var  döymüşdülər.  Mən  bu 

davada iştirak etmədiyimə görə çox tənə almışdım sinif yoldaş‐

larımdan. Çünki, bilirdim ki, Tahirə də Samir müəllimi bəyənir‐

di. Ancaq bu müəllim bizə yenidən dərs deməyə gələndə, zavu‐



50 

 

çumuz  Əhməd  müəllimin  kabinetinin  qarşısına  yığışıb  etiraz 



etmişdik – bu etiraz aksiyasında mən də  vardım – təsdiq  edir‐

dim ki, bu rüsvayçılıqdan sonra Samir müəllim bizə dərs demə‐

məlidir. Hətta, bunun bir səmərəsi olmasa, yığışıb müəllimi tək‐

rar  döymək  planımız  da  hazırıydı.  Yazığın  məktəbdən  çıxarıl‐

masına bais olmuşduq. Yazıq ona görə deyirəm ki, lap sonralar 

eşitmişdim ki, bu yaraşıqlı və gənc müəllim elə həmin Tahirəylə 

ailə  qurmuşdu.  Haqq  üçünə,  bu,  Samiri  qovmaq  üçün  məktəb 

direktorumuzun  da  ürəyindən  idi  və  demək,  etirazımız  əsaslı 

səbəb  oldu.  Direktor  ürf‐adətlərimizə,  namus‐qeyrət  prinsiplə‐

rinə  olduqca  bağlı,  bu  prinsiplərin  əksinə  çıxanlara  qarşı  çox 

qəddar insan idi. 

Bir  azdan  Səmərqəndlə  Lena  qol‐boyun  yellənə‐yellənə 

mənə  yaxınlaşmasaydılar,  bağrım  çatlardı  mənə  edilən  təhqir‐ 

söyüşdən.  “Bir  dəfə  Amerikada”  filminin  maraqlı  hissələrini 

həvəslə  müzakirə  edirdilər.  Lena  üzümdən  opüb,  –  “Heyif  ki, 

sən gələ bilmədin” – deyib üzrxahlıq etdi. Mən, hələ də iki pe‐

raşkidən  doymayan,  yenə  yemək  gözləyən  köpəyə  baxırdım. 

Bu qara köpək deyəsən doğrudan da özüylə uğursuzluq gətir‐

mişdi... 

Səmərqənd: 

–  Hə,  yoldaş  abituriyent,  necədi  işlər,  bir  şey  hazırlaşa 

bilmisən? Sənin şiltiyini kim atıb

29

 belə, yaxanı kim cırıb? Dalaş‐



mısan? 

–  Heç.  Bir  sürü  helver  şəhər  “çuşka”sıyla  sözümüz  çəp 

gəldi,  məni  tapdalayıb  getdilər.  Sən  bilmirsən  ki,  məni  tək  qo‐

yanda başıma bu da gələcəkdi?! 

Səmərqənd cızığından çıxdı: 

–  Mən  bu  saat  onların  anasını..!  Hara  tərəf  getdilər.  Neçə 

nəfərdilər!? 

                                                            

29

 Əzişdirmək, şil‐küt etmək.



 


51 

 

Onu cırnatmaq xoşuma gəldi: 



– Şəkillər satılan küçəyə tərəf getdilər, 4‐5 nəfəriydilər. 

O, dala‐qabağa ləngərliyib dayandı: 

– Dur gedək, görək haranın xotuqlarıdırlar, it küçükləri! – 

amma Səmərqənd davadan ötrü ölürdü. 

Lenaya  göz  vurdum,  kitabımı  qoltuğuma  alıb  qalxdım. 

“Tarqovı”ya  tərəf  getdik.  Kimsəni  tapmadıq  –  “məni  şil‐küt 

edənlər” çıxıb getmişdilər. Başıma gələnləri olduğu kimi danış‐

dım, o da Lenaya tərcümə elədi. Kefimiz xeyli açıldı. Köynəyi‐

min cırığını gizlədə‐gizlədə (yaxşı ki, evdə ikinci köynəyim var‐

dı)  küçələri  gəzdik.  Yenə  də  mənə  tanış  olan  106  nömrəli  qar‐

monşəkilli  avtobusa  minib  zooparka  baxmağa  getdik.  “Zorge 

bağı”nın qarşısında avtobusdan düşdük. Zooparka qədər onlar 

qol‐qola  yeridi,  mən  də  yengə  kimi  yanlarınca.  Artıq  Lenaya 

həvəsim sönmüş, Səmərqəndə də acığım tuturdu. Lenaya, mə‐

nimlə  yatıb  Saşanın  qoltuğuna  girdiyi  üçün;  Səmərqəndə  isə, 

gecəni  mənimlə  olduğunu  bilə‐bilə  qızı  yorulmadan  öpdüyü 

üçün.  Zooparka  çatdıq.  Qartallar  və  qarğalardan  başqa  –  bax‐

mayaraq ki, onlar da burada başqa cür adlandırılırdılar – bütün 

heyvanları yalnız televizordan izləmişdim. Ən çox sevdiyim isə 

şirin, “eşşəksuratlı lilliput at” – poni oldu. Dilbərin “ceyranı” –  

eşşəyimiz  yadıma  düşdü.  Kəndimiz  üçün  ilk  dəfə  darıxdım. 

Hiss edirdim ki, Durna nənəm hər gecə bəlkə də yüz dəfə mə‐

nim instituta qəbul olunmağım üçün Allaha yalvarır. Atam otu 

tək  yükləyə  bilmədiyi  üçün  acığını  eşşəyin  üstünə  töküb  onu 

təpikləyir.  Anam,  mənim  el  içində  peşiman  olmamağım  üçün 

tanrıya yalvarır, haraya, nə üçün gəldiyini unudur, – sərgərdan 

qalıb.  Gör  nə  qədər  insan  mənim  yolumu,  şad  xəbərimi  göz‐

ləyir.  Mən  isə  burda  Lenaya  aşiq  olmuşdum.  “Bircə  sabahı  da 

yola versəydik...” – köks ötürdüm. 

Axşama  hələ  vardı.  Dənizkənarı  parka  getdik.  Məhəccərə 

söykənib  dənizə  doyunca  tamaşa  etdim.  Dondurma  yedik, 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə