Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə16/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   12   13   14   15   16   17   18   19   ...   144

52 

 

gəmiyə  mindik.  Qız  qalasına  qalxdıq.  Funikulyora  minib  Dağ‐



üstü  parka  çıxdıq,  oradan  şəhərin  axşam  mənzərəsinə  tamaşa 

etdik. Görəsən şəhərlilər də kəndə gələrkən mənim keçirdiyim 

hissləri  eynilə  yaşayırlarmı?  “Bakı,  sən  necə  də  gözəlmişsən... 

Bu  qədər  insanı  görəsən  dartıb  sənə  gətirən  səbəb  nədir?”  – 

bunu hey düşündüm. 

Yolüstü  yenə  həmin  kafeteriyada  piroqla  kakao  içdik. 

Yataqxanaya qayıtdıq. Korpusun girəcəyində “vaxtyorşa” qaba‐

ğımızı  kəsdi,  –  “Qızla  girmək  olmaz!”  –  dedi.  Üç  manat  pul 

verib “ağzını yumduq”. Birinci mərtəbədə şırıltıyla axan suyun 

səsindən bildik ki, bu gün hamam günüdür. Səmərqənd hama‐

mı yoxladı, – “İsti su gəlir və heç kim yoxdur”. İsti suyun tez‐

liklə  kəsiləcəyini  nəzərə  alıb  tələm‐tələsik  otağımıza  qaçdıq, 

paltarlarımızı dəyişdik. İdman paltarlarımızı əynimizə alıb üçü‐

müz də hamama cumduq. Səmərqənd yaxalanıb tez çıxdı, – çay 

qoymağa  tələsirdi.  Onsuz  da  hamamın  işıqları  yanmırdı,  işıq 

yalnız dəhliz qapısından gəlirdi, bu isə içəridəkinin cinsiyyətini 

və kimliyini tanımağa imkan vermirdi. Qaranlığın ağuşunda və 

su  şırnağının  altında  Lena  ilə  yenidən  birləşdik.  Təzyiqlə  axan 

suyun  başımı  döyəcləməsini  çox  sevmişdim  –  tövləmizdə  gə‐

miyə oxşayan dəmir vannada bir vedrə suyla çimdiyim günləri 

xatırladım.  Duş  misilsiz  bir  şeymiş.  Son  dəfə  sabunlanıb  yaxa‐

landıq və otağa qalxdıq. 

Səmərqənd,  bu  gün  də  kitabla  məşğul  olmadığımı  irad 

göstərib Lenanı özüylə qonşu otağa apardı.  

Kitablarıma  sarıldım.  Gecə  saat  12‐dək  konspektlərimi  bir 

daha diqqətlə oxudum. “Mən artıq imtahana hazıram!” – qəna‐

ətinə gəlib şirin yuxuya daldım... 

 

 



* * * 

 



53 

 

Səhər  saat  5‐də  yuxudan  qalxdım.  Səhər  yeməyi  hazır‐



ladım. Durna nənəmin dualayıb üflədiyi, sonra da düyünlədiyi 

ipi  belimə  bağladım  (guya  bununla,  müəllimlərin  dil‐ağzını 

bağlamışdı mənim mələk nənəm). Kitabları son dəfə vərəqləyib 

güzgüdə  özümə  baxdım,  –  “Hə!  Mən  hazır!”  –  dedim.  Yan  di‐

varı döyəcləyib Lenagili durğuzdum. 

Bu da onlar... Yenə qol‐boyun olub içəri girdilər. Lena çox 

əzgin idi. Salamlaşdıq. Kefim kök idi. Səmərqəndə: 

–  Deyəsən  poçtalyon  Çingizin  atı  kimi  Lenanı  kim  gəldi 

minir ha..? 

Səmərqənd: 

– Bunlar belədir də, bu gün sənlə, sabah mənlə, o biri gün 

də bir başqasıyla yatır. 

Mən gülərək: 

– Bilirsən yadıma hansı lətifə düşdü? – Birinin oğlu, xaric‐

də yad millətdən olan qızla evlənir. Atası etirazla oğluna deyir 

ki,  –  “Oğul,  o  qızla  evlənmə.  Evlənsən,  ondan  mənə  xəstəlik 

keçəcək, məndən anana, anandan isə bütün kəndə yayılacaq”... 

İkimiz də gülüşdük. Lena nəyə güldüyümüzü soruşdu, Sa‐

şa  nəsə  yalandan  uydurdu.  Səhər  yeməyini  yeyib  çıxmağa  ha‐

zırlaşdıq.  Lena  ikimizin  də  ayaqqabılarını  kremləyib  qaraltdı. 

Gözəl  geyinmişdik.  Yataqxanadan,  –  “Allah,  sən  özün  kömək 

ol!” – deyib çıxdıq. 

Tibb institutunun qarşısında iynə atsaydın yerə düşməzdi. 

Valideynlər  öz  övladlarına  min  bir  fənd  öyrədirdilər  –  “İmta‐

handa  çox  qurcalanma.  Köçürtmə,  ətraflı  fikirləş!  Tələsmə,  heç 

kimə  də  kömək  eləmək  fikrinə  düşmə  –  yalvarsalar  da  kömək 

eləmə!”.  Valideynlərimin  yanımda  olmamasına  heyfsiləndim, 

özümü  kimsəsiz  hiss  edirdim.  Səmərqəndin  və  onunla  şərikli 

Lenamızın dualarına qalmışdım – “Göydən daş yağdır, Allah!” 

– belə yerdə Durna nənəm bu cür deyərdi... 




54 

 

Giriş  qapısında  adları  oxuyan  cavan  oğlan  peyda  olanda, 



elə bil qurbağa gölünə daş atdılar – hamı susub qulaqlarını şək‐

lədi. 10‐15 nəfərdən sonra mənim də adım oxundu – Mehtiyev 

Fərhad Ağəli oğlu. Adamları yara‐yara içəri girdim. Oğlan bizi 

liftə  mindirib  yuxarı  mərtəbəyə  qaldırdı.  İmtahan  verəcəyimiz 

otağın ağzında sakitcə gözləməyimizi möhkəm‐möhkəm tapşır‐

dı.  Sonra  bizi  həmin  siyahı  üzrə  üç‐üç  içəri  dəvət  etdilər.  Gü‐

nortaya az qalır, həyəcanım məni rahat buraxmırdı. Növbəmiz 

çatdı,  adımı  oxudular.  Ürəyimin  tuppultusunu  aydınca  eşidir‐

dim. İçəriyə daxil olub ədəbərkanla müəllimlərə salam verdim. 

İnanın səmimiyyətimə, həyatımda bir neçə möcüzəli təsadüflə‐

rim  olub,  bu  da  onlardan  biri  idi  –  imtahan  götürən  üç  müəl‐

limdən biri “Abituriyentlərə kömək” verilişinin aparıcısı həmin  

...Ömərovaydı.  İçimə  rahatlıq  yayıldı.  Müəllimlərdən biri mə‐

ni  iri  bilet  aparatının  yanına  çəkdi,  –  “Düyməni  bas,  bilet  gö‐

tür”,  –  dedi.  Xrom  düyməni  astaca  basdım,  heç  nə  çıxmadı. 

Müəllim,  –  “Möhkəm  bas”,  –  dedi.  Möhkəm  basdım.  5‐6  bilet 

birdən çıxıb döşəməyə töküldü. Ana nəvazişi gözlədiyim Ömər‐

ova bizə tərəf çöndü, – “Vəhşisən, yavaş bas da bir az!?”. Dilim 

batdı,  ayaqüstə  öldüm.  Yerdən  bir‐bir  biletləri  götürüb  yanım‐

dakı  müəllimə  verdim.  Axırıncı  bileti  də  uzadanda,  –  “Onu 

götür, keç bax o partada otur” – dedi. Göstərdiyi yerə keçdim. 

Biletin nömrəsini soruşdular, dedim. Suallara baxdım: 

1)“Balıqların  çoxalması”.  2)“Bitkilərdə  simbioz  həyat    tər‐

zi”. 3)...“İlişikli irsiyyət hadisəsi. Morqan qanunu”. 

“Səni drozofil milçəklərinə yem olasan, lənətə gəlmiş Mor‐

qan!” Məni puçur‐puçur tər basdı. “Bu qədər bəxtsizlikmi olar? 

Sənin mələk saydığın, sən demə ilan imiş. Qorxduğun mövzun 

qabağına  çıxdı...”  İnanın  ki,  həmin  dəqiqə  bəxtsizliyimdən  im‐

tahanı  tərk  etməyə  hazır  idim,  hətta  bunun  üçün  durub  sonra 

da  nədənsə  yenidən  yerimdə  oturdum.  Yanımdakı  əyləşənin 

suallarına  baxdım.  “Su  kimi  içdiyim  suallardır!  Tüpürüm  belə 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə