Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.

səhifə17/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   144

55 

 

bəxtə!” – düşündüm. Yox, bu belə ola bilməz! Ya Durna nənəm 



yatıb  qalıb,  duaları  keçmir,  ya  da  belimə  bağladığı  ip  tərsinə 

işləyir. “Bəlkə Lenanın kirindən ip öz təsirini itirib? Hə, özüdür 

ki var”... Əlimi köynəyimdən içəri salıb ipi dartıb qırdım – bax 

bu dəqiqələrdə Lenaya nifrət elədim. Ömərova mənə yaxınlaşıb 

ayağa  qalxmağımı,  köynəyimi  qaldırmağımı  istədi.  Konspekt 

tapmadı. “O nə ipdi elə?” – əlimdəki ipə baxıb soruşdu. Bir az 

da  acıqla,  –  “Nənəm  müəllimlərin  dil‐ağzını  bağlamaq  üçün 

dualayıb”,  –  dedim.  Başını  bulaya‐bulaya  öz  yerinə  keçdi. 

Ayaqüstə qalmışdım. Mənə, – “Otur yaz, falçının nəvəsi”, – de‐

di.  Söz  xətrimə  elə  dəydi  ki...  Dişim  bağırsağımı  doğrayırdı. 

Vaxt  itirmədən  hər  üç  sualı  ətraflı  yazdım  –  axırıncı  mövzunu 

isə  kitabda  necəydi,  elə  də  əzbərdən  imtahan  vərəqinə  köçür‐

düm.  Növbə  mənə  çatanda  ön  sıradakı  partaya  çağırdılar, 

yazdıqlarıma baxdılar, sonra suallar yağdırdılar. “Üç alırsan” – 

deyib  Ömərova  qiymət  kağızına  əyildi.  “Razı  deyiləm,  xahiş 

edirəm  əlavə  suallar  verin”,  –  deyib  əlimi  imtahan  vərəqinin 

üstünə qoydum. Artıq ondan zəhləm gedirdi. Belə “tərbiyəsiz‐

liyi” – etiraz etməyi aşağıda övladını təlimatlandıran valideyn‐

lərdən  öyrənmişdim.  “Yaxşı..!”  –  deyib  genetika  bölməsindən 

bir neçə sual verdi. İndi bildim ki, “Ümumi biologiya” fənnində 

“Genetika” fəsli abituriyentləri “kəsmək” üçün qəsdən salınmış 

bəhsdir. Cavablarım xoşuna gəldi. Dördümü yazıb az qala məni 

otaqdan qovdu. Çıxdım. Özümü qadın tualetinə dürtdüm. İns‐

titut işçisi olan ağ xalatlı xanım tualetdəydi. Söyləndi, – “Cavan 

oğlan,  kişilər  üçün  ayaqyolu  altdakı  mərtəbədədir”.  Tələsik 

aşağı  mərtəbəyə  düşdüm.  Tualetin  qapısı  mıxlanmışdı  –  abi‐

turiyentlər  murdarlayıb  batırmasın  deyə.  “Qəza  çıxış  yolu”na 

girdim – ətraf mizgək

30  

qoxurdu, mən də çişimi divara yapdım, 



                                                            

30

 Kəsif sidik qoxusu. 



 


56 

 

hələ  tələsdiyimdən  şalvarımın  qabağını  da  islatdım.  Çişimin 



gec qurtardığına da acığım tuturdu. İçimdə bir narahatlıq vardı. 

Ömərova  və  “Morqan  qanunu”ndan  yaranmış  bəxtsizliyimi 

unuda  bilmirdim.  Şalvarımın  qabağı  qurusun  deyə  qapısı  açıq 

boş  auditoriyalardan  birinə  keçib  partada  əyləşdim.  Yazı  löv‐

həsində  riyaziyyata  aid  “ədədi  silsilələr”ə  oxşayan  yazılara 

baxdım.  Mövzu  “Determinant”dır.  Yəqin  burada  riyaziyyat 

dərsi keçilir, uşaqlarsa tətilə tələsdiyindən yazı taxtasını silmə‐

yə vaxt tapmamışdılar. Sinfimizin “təmizkom”u Sərvinazı xatır‐

ladım. Hər dərs bitəndə növbətçiyə taxtanı sildirər, təbaşiri ye‐

rinə qoydurar, silgini çırpdırardı. Unudan və ya imtina edənləri 

isə sinif rəhbərimiz Yadigar müəllimə xəbərləyərdi. 

Şalvarım  qurumuşdu.  Pilləkənlərlə  birinci  mərtəbəyə  düş‐

düm.  Bir  neçə  fərasətli  valideyn  “qapı  maneəsini”  yarıb  içəri 

keçməyi bacarmışdı. Məni görcək üstümə cumdular – “Neçə al‐

dın?”. “Dörd” – dedim. Nə təbrik etdilər, nə də xeyir‐dua verdi‐

lər, ancaq – “Saçı belə, burnu belə, arıq, gonbul... birini gördün‐

mü?”  –  suallarına  gözümü  döyə‐döyə  bayıra  çıxdım  –  hər  kəs 

öz  balasının  hayındaydı.  Çöldə  yenidən  insan  seli  üstümə  hü‐

cum  çəkdi,  yenə  həmin  suallar  və  sorğular,  cavabım  da  eyni. 

Ancaq burda bir neçə nəfər, – “Təbrik edirəm, halal olsun, ma‐

lades!” – dedilər. 

Lena ilə Səmərqəndi görə bilmədim. Nə pis şeymiş sevincini 

bölməyə  simsar  adam  tapmamaq.  Özümü  yenə  yetim  kimi  hiss 

elədim. Kütlədən aralanıb Nəriman Nərimanovun heykəlinin ya‐

xınlığında  –  bağda  oturacaqları  tutmuş  adamları  gözdən  keçir‐

dim. Lena və Səmərqənd əllərində dondurma mənə tərəf gəlirdi‐

lər. Məni görcək üstümə götürüldülər. “Hə, nə oldu..?!” – Səmər‐

qəndin  gözləri  par‐par  parıldayırdı.  Onun  əlindən  dondurmanı 

alıb ağzıma dürtdüm, – “Dörd” – dedim. Məni qucaqlayıb hava‐

da  fırladı,  üzümdən  öpüb,  –  “Getdik!”  –  dedi.  Birdən  yadıma 

düşdü ki, axı bu gün həm də onun son kəsir imtahan günüdür... 



57 

 

– Bəs sənin imtahanın necə oldu? – soruşdum. 



–  Heç  nə.  Eşşək  Rzaya  verəcəyimi  gedib  sənlə  yeyib‐içə‐

rəm. Kəsiri də dərslər başlayanda dekanla həll edərəm... Bu gü‐

nü qeyd eləməliyik. Birbaşa “Ocaq” restoranına! 

– Yox. Bü gün mənim günümdür, mən nə desəm o olacaq. 

Birbaşa universitetə gedirik, sənin “eşşək Rza”nı görmədən heç 

yana getməyəcəyik. Həm də qeyd eləmək hələ tezdir, iki imta‐

hanım da qurtarsın, sonra oturub “yuyarıq” – dedim. 

Uzun çək‐çevirdən sonra Səmərqəndi razı saldım. Lena da 

mənə  qahmar  çıxdı.  Universitetə  yollandıq.  Dekanlığa  yaxın‐

laşıb Rza müəllimin gəlib‐gəlmədiyini soruşduq. Katibə, – “Kə‐

siri olanlardan imtahan götürür” – dedi. İmtahan otağına yaxın‐

laşdıq. Səmərqənd qapını döyüb içəri girdi. Biz Lenayla dəhliz‐

də qaldıq. İçəridəkilərin imtahan həyəcanlarını indi təkrar yaşa‐

mağa  çalışırdım.  Amma  nədənsə  duymaq  istədiyimi  hiss  edə 

bilmirdim.  Səmərqənd  “eşşək  Rza”  barədə  o  qədər  danışmışdı 

ki, hər şeyin puldan asılı olduğunu bilirdim. Budur, Səmərqənd 

Rza  müəllimin  qoluna  girib  dəhlizə  çıxarırdı.  Söhbətlərini  ay‐

dınca eşidirdim: 

–    Müəllim,  vallah  olanım  budur,  –  cibindən  çıxardığı 

əzik‐üzük pulları müəllimin gözü qarşısında sayıb ona uzatdı – 

qalanını  da  kənddən  qayıdanda  gətirərəm.  Lap  pay‐püşlə  bir‐

likdə.  Məni  bu  istidə  şəhərdə  saxlamayın.  Qoyun  gedim  kən‐

dimə‐kəsəyimə, işlər tökülüb qalıb, kişi tək çatdırmır, biçin vax‐

tıdır, mən getməliyəm... 

Rza: 

–  Sən  aradan  çıxdınsa,  bir  də  gəlməyəcəksən.  Gələn  il  də 



mən sənə dərs deməyəcəyəm. Hardan tapırsan tap. Yoxsa qiy‐

mət görməyəcəksən! 

Müəllim  sözünü  deyib  içəri  girdi,  arxasınca  qapını  çırpdı. 

Səmərqənd  onun  arxasınca,  –  “Sənin  eşşək  zatına  lənət...”  –  

söydü. 



: upload -> iblock
iblock -> TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ
iblock -> Biologiya(yun."bios"-həyat, "loqos"-elm) planetimizdə yaşayan bütün canlıların həyat və fəaliyyətini qanunauyğunluqlarını öyrənən elmdir. Bu termin ilk dəfə 1802-ci ildə J. B. Lamark və Q. R
iblock -> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Mövzu: Tədrisdə ən yaxşı
iblock -> Gəncə şəhər Nadir Hüseynov adına 38 №-li tam orta məktəbin
iblock -> Vətən sizin üçün nə deməkdir? Həmin dövlətdə yaşayan və o dövlətin hüquqlarına tabe olan şəxs necə adlanır?


Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   144


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə