Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə18/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   14   15   16   17   18   19   20   21   ...   144

58 

 

– Nə qədər pulun çatmır? – soruşdum. 



– 25 manat. 

Şalvarımın dal cibinin sancağını açıb pullarımın içindən bir 

iyirmibeşlik çıxarıb ona verdim. İstehza ilə: 

–  Tez  ol  apar  ver,  kənddə  işimiz  töküldü  qaldı  –  dedim. 

Etiraz etməyə qoymadım, qapını açıb onu içəri itələdim. 

Bir neçə dəqiqədən sonra yenə ikilikdə dəhlizə çıxdılar. Rza 

müəllim  pulu  cibinə  qoyub  Səmərqəndin  qiymət  kitabçasına 

“məqbul”  yazıb  üstünə  atdı  və  otağa  qayıtdı.  Səmərqənd  kitab‐

çanı açdı, içinə, – “tfu..!” – tüpürüb arxa cibinə soxdu və Lenaya 

“vsyo!” dedi. Həmin gün şəhərin bütün görməli yerlərini gəzdik. 

Çox xoşbəxt anlar yaşadıq. Axşam evə qayıdanda ayaqlarımızın 

zoqqultusundan uzanılı qaldıq. Lena səhərədək mənim sərənca‐

mımdaydı. Növbəti imtahanım iki gündən sonra idi... 

...İki gün də gəlib çatdı. Bu iki gündə baş vermiş xırda söh‐

bətlərlə başınızı ağrıtmaq istəmirəm, sadəcə olaraq, yeyib

içdik, 



deyib‐güldük, “canına yel keçməyə qoymadan” növbə ilə Lena 

üçün  “kankanlıq”  etdik.  Arada‐bərədə  isə  “Kimyadan  vəsait” 

kitabını vərəqlədim. Kimya imtahanı çox asan və uğurla keçdi – 

“5” aldım. Sevincimin həddi‐hüdudu yoxuydu. Artıq arzuladı‐

ğım “həkim‐cərrah” peşəsinin bir addımlığındaydım. 

Daha iki gündən sonra isə ədəbiyyatdan son imtahan... Bi‐

let çəkdim: “Nəriman Nərimanovun “Bahadur və Sona” əsərin‐

də  sevginin  tərənnümü”.  Lal  kimi  oturub  Allahdan  vəhy  gələ‐

cəyini gözləyirdim. Heç bir hərf də yazmadım – heç bilmədiyim 

bir mövzuydu, konspektlərimin içində də yox idi. Yanımda əy‐

ləşən  qız  donunun  ətəyini  yuxarı  çəkib,  kapron  corabında  giz‐

lətdiyi  konspektindən  oğrun‐oğrun  köçürürdü.  Baldırı  kons‐

pekt arxiviydi. 

“Bahadur və Sona”

nı istədim, verməyə qorxdu‐

ğunu dedi, dərinə getmədim. Axıradək oturub, növbəm çatan‐

da boş kağızı  müəllimin  qabağına qoydum.  Qiymət  kağızıma 

“2”  yazıb  bayıra  çıxartdılar.  Bəlkə  də  əvvəlki  qiymətlərimin 




59 

 

“4”,  “5”  olduğunu  desəydim  rəhmləri  gəlib  kömək  edərdilər, 



lakin heç nə deməyib həyətə düşdüm. Deyim ki, çox dilxor da 

deyildim,  layiq  olduğum  qiyməti  almışdım.  Gərək  biologiya‐

dan ayağımı dirəyib “5” alaydım, onda “eksperimentalnı

31

” gi‐



rərdim. Nəysə, olan artıq olmuşdu... 

Lena ilə Səmərqənd ehtiyacım olmayan təsəllilər verirdilər 

(görünür çox üzgünüymüşəm). Amma özlərindən xəbərləri yox 

idi.  Hər  ikisi  pərişanıydılar.  Lal‐dinməz,  bir‐birimizdən  aralı 

ayağımızı  sürüyərək  yeriyirdik.  Aramıza  çökmüş  sükutdan 

özüm bezdim: 

– Nolub ədə, dədən ölüb? Kəsilmişəm da, bu il olmaz, gə‐

lən il olar! 

Səmərqənd: 

–  Kəndə,  “qız  çıxmayan  gəlin”  kimi  qayıtmağını  heç  istə‐

mirdim... 

Dərdimizi  unutmaq  üçün  restorana  getməyi  təklif  etdim. 

Kənddən  gətirdiyim  puldan  275  manat  53  qəpik  qalırdı.  “Ocaq” 

restoranına  getdik.  Yeraltı  mağara  stilində  olan  bu  yer  çox  ürə‐

yimcə oldu. Artıq araq içməyi bacarırdım. Ofisiant hər dəfə gələn‐

də  dalına  əl  atıb  şitlik  edirdim  –  öz  sırtıqlığım  özümə  də  xoş 

gəlirdi. Birinci dəfə üzümə gülməsəydi qələt eliyərdim, bunu tək‐

rar eləməzdim. Amma məndən 8–9 yaş böyük olan bu qız, elə bil 

ona  əl‐qol  atmağım  üçün  dəqiqəbaşı  bizə  yaxınlaşır,  qaba‐

ğımızdakı  işlənmiş  salfetləri  yığışdırır,  –  “Bir  şey  lazımdır?”  – 

deyib, özünü əllədir, nazla, gülə‐gülə gedirdi. Möhkəm keflənmiş‐

dik.  Bir  azdan  musiqiçilər  gəldi.  Çaldılar‐çağırdılar,  məclisi 

qızışdırdılar. Özümüzü evimizdəki kimi hiss edirdik. Mən mikro‐

fonu  əlimə  alıb,  bu  gün  imtahandan  müvəffəqiyyətlə  keçmiş 

Səmərqəndi  təbrik  etdim,  onun  şərəfinə  oynaq  bir  musiqi  sifariş 

verdim,  o  ki  var  oynadıq.  Kaş  sinif  yoldaşlarım,  kənddəki  dost‐

                                                            

31

 O



 vaxtlar  imtahanlardan dalbadal  iki “beş” alanı avtomatik instuta qəbul edirdilər.

 



60 

 

larım bu günümü görəydilər... Səmərqənd də mikrofonu alıb, bu 



günkü  qəbul  imtahanında  uğursuzluğuma  görə  mənə  “baş‐

sağlığı”  verib,  “Süpürmüşəm  sarayı,    həsiri    basma    dolan    gəl”  

mahnısını  sifariş  etdi,  –  bu mahnı Durna nənəmin ən çox sevdi‐

yi  mahnı  idi.  Dana  kimi  böyürdüm,  –  “Qurban  olum  kəndimə, 

Durna  nənəmə,  təzək  külü  hopmuş  yuxamıza!  Mən  kəndimizi 

istəyirəm..!”.  Çox  hoqqalardan  çıxdıq,  çox  meymunluqlar  elədik, 

hətta çıxanda ofisiantın ev telefonu və ünvanını da aldıq. Hesabı 

verdik: “27 manat 45 qəpik”. Hesab bizi bir qədər ayıltdı. Ofisiant 

vasitəsilə restoranın şefi – adaşım Fərhada “salam” göndərdik. 

Yataqxanaya  necə  gəlib  çıxdığımız  isə  yadımda  deyil.  Le‐

nanı yenə içəri buraxmaq istəməyən gözətçi ilə mübahisə etdi‐

yimizi güclə xatırlayıram. Daş kimi yatıb, səhəri günün günorta 

vaxtı yuxudan oyandıq. Günboyu şəhəri veyil‐veyil gəzib gözü‐

müzün qurdunu tamam öldürdük. Evdəkilərin hər birinə bala‐

ca  da  olsa  bir  şey  aldım  –  anama  canamaz  və  təsbeh,  atama 

ayaqqabı,  Durna  nənəmə  isə  çust,  təsbeh  və  yun  şal.  Sabahkı 

avtobusa rayona iki nəfərlik bilet aldıq. 

Biz  Lenanı  tərk  edirdik.  Bu  gecə  ayrılmalıydıq...  Qız  çox 

pərişandı, heç bir planı yox idi. Pulsuz‐parasız, təkbaşına bu qoca 

şəhərdə başını necə girləyəcəkdi görəsən? Elə istəyirdi ki, bizimlə 

birgə kəndə getməyi... Amma heç dilucu dəvət də eləmədik, – edə 

bilməzdik, bu heç zaman olmazdı. Evə tez qayıdıb paltarlarımızı 

qablaşdırdıq. Lena artıq öz idman çantasını çoxdan hazırlamışdı. 

Qızı  çörək  almağa  göndərdik.  Çox  gecikdi,  narahat  olduq.  Pən‐

cərədən  boylandım.  Lena  əlində  çörək,  bir  zənci  tələbəylə  şirin‐ 

şirin söhbət edir, tanış işvə‐nazla oğlanın ağlını başından alırdı. 

– Gəl bax, artıq bizim Çingizin atı kürsəyə təzə at tapıb, gör 

necə iynəşirlər? – Səmərqəndi səslədim. 

Lena  gəldi.  Bayaqkı  pərişanlığı  azalmışdı.  Səmərqəndlə 

dialoqları belə oldu: 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə