Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə2/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   2   3   4   5   6   7   8   9   ...   144

6

 

 



 

 

 

Ön söz əvəzi 

 

 



(Oxucu məktublarından seçmələr) 

 

 



 

 

–  Sən  tanıdığım  ən  daşürəkli,  ən  vicdansız  adamsan... 



Adamaoxşamaz  tüklü  heyvərə!  “Namus  dağı”nı  oxuduqdan 

sonra  özümə  gələ  bilmirəm!  Əclaf!  Lənətə  gələsən  səni!  ...Alla‐

hım, axı niyə məni yaratmısan!? 

 

–  Ağlamalı  yazırsan.  Di  gəl  ki,  qarnım  yırtılınca  güldüm 



də. İkiüzlü insan kimidir kitabın – həm güldürür, həm də ağla‐

dır... Üslubunu təyin etmək olmur – həm faciə yazırsan, həm də 

komediya – nədi, dahi olmaq istəyirsən? 

 

– Dilin olduqca rəvan, ürəyəyatımlı, doğma və səmimidir. 



Rəhmətlik nənəmi bu romanı oxuduğum müddətdə düz 4 dəfə 

yuxuda gördüm... 

 

–  Yazı  dilin  çox  sadə,  qoyulan  mövzular  dərin,  mənalı  və 



müasirdir. 

 



7

 

–  Bir  şeyə  diqqət  etdim,  –  hind  filmləri  kimi  yazılarınız 



adətən xoş sonluqla bitir – bu xoşuma gəldi. 

 

–  Mən  inanıram  ki,  yazdıqlarının  əsl  müəllifi  Şəmşid  kişi‐



dir – “Sahibsiz yolçu”dakı nurani ağsaqqal. Sən onun disklərin‐

dən köçürürsən – sən Rəşid yox, əsl Valid Qılınclısan... 

 

–  Əvvəl  şit,  düşük  bir  yazı  yığnağı  kimi  təsəvvür  elədim, 



ancaq sonra qəliz temaları oxuduqca kitabdan ayrıla bilmədim. 

Yaxşı düşünülmüş taktika və biclikdir. Kitabı birnəfəsə oxutma‐

ğı bacardın. Malades! 

 

– Kifayət qədər istedadlısınız. Qüsurlar tədricən, təcrübədə 



düzələcək.  Sizin  üstünlüyünüz  həyat  təcrübəsi,  yazı  üçün  ya‐

rarlı hadisəni dərhal görüb duymaq, xırda bir əhvalatı ustalıqla 

genişləndirə bilmək, ən əsası – dil axıcılığıdı. Di gəl ki, ədəbiy‐

yatçı olmamağınız açıqca bəlli olur  – bəlkə də elə yazılarınızın 

şirinliyi bu səbəbdəndir... 

 

–  Göndərdiyiniz  şeir  və  qəzəllərinizə  baxdım.  Mən  düşü‐



nürəm  ki,  nəsrdə  qalsanız  yaxşıdır  –  şeir  sizlik  deyil.  Dediyim 

kimi, ədəbiyyat sahəsində ʺtəcili yardımʺa ehtiyac olanda yazın. 

“Umarım” kəskin iradlarımı da səmimi qəbul edəcəksiniz... 

 

–  Bir  kələkbazlığını  anlaya  bilmədim.  Ədəbi  yarışmalarda 



qalib olmuş əsərlərin başqa müəlliflərin adıyla müsabiqəyə qa‐

tılıb...  Sən,  “göstərmək”  əvəzinə  həmişə  “görsətmək”  yazırsan, 

“məhrəm” əvəzinə “məlhəm” yazırsan, tire ilə “probel”in fərqi‐

ni bilmirsən. Ədəbiyyat aləmində bu qədər naşı ola‐ola necə ya‐

za bilirsən bunları? 



8

 

–  Sən  kriminalsan  ki,  başdan  ayağa  –  başqa  adlarla  ədəbi 



müsabiqələri  zəbt  eləmisən.  Bu  dələduzluqdur  və  məsuliyyətə 

səbəb ola bilər. Bu hökumət hara baxır görəsən? 

 

– Yazılarınızda həyat təcrübəsi, mütaliə təcrübəsi var, yazı 



təcrübəsi azdır – bunu özünüz də etiraf edirsiniz. Həyat təcrü‐

bəsindən irəli gələn fikirləriniz, dini və milli ʺtolerantlıqʺ, insan‐

lara  qarşı  xoşniyyətlilik  arzusu  müsbət  cəhətlərdir.  Vallah,  nə 

deyim, yazırsınız da... 

 

–  ʺSöz  üçün  cibə  girmədiyinizʺ  görünür  –  söz  ehtiyatınız 



var,  hətta,  bəzən  ifrat  dərəcədədir.  Amma,  hər  ağıla  gələni  qə‐

ləmin  ixtiyarına  vermək  lazım  deyil.  Hərdən,  əlinizə  düşmüş 

dəyərli sözün şitini çıxarırsınız... 

 

– Yazdıqlarınızı bir neçə gün ʺunudunʺ, sonra onu başqası‐



nın  yazdığı kimi  oxumağa  çalışın,  özünüz  xeyli  ixtisar  edəcək‐

siz.  Tam  səmimi  deyirəm,  siz  də  mənim  yazılarımda  qüsurlar 

görə bilərsiz – öz ayranımız heç vaxt özümüzə turş görünmür... 

 

–  Sizə  bir  məsləhət  versəm  inciməzsiz..?  –  indiki  dövrdə 



həqiqətən ədəbiyyatın qiyməti yoxdu. Elə‐belə, hobbi kimi məş‐

ğul  olun.  Amma  imkan  verməyin  ki,  bu  arzu  sizi  hökmünə 

alsın, sizi özündən asılı etsin. Sonra çox çətin olar, – mənəvi cə‐

hətdən.  Sonra  müalicə  oluna  bilməyəcəksiniz  –  bu  xəstəlikdən 

xilas  olmaq  mümkün  deyil.  Sözün  cilovunu  yığa  bilməyəcək‐

siniz... 

 



9

 

–  Lap  yaxşı  yazırsınız!  Məsələn,  ...  kimiləri  sizə  baxanda 



heç yazıçı deyil. Dəfələrlə demişəm, yenə deyim – diliniz şirin, 

axıcıdı; söz həmişə əlinizin içindədi, axtarmırsız; mövzu boldu; 

həyat  təcrübəsi  kifayət  qədərdi;  gördüklərinizdən  sizə  lazım 

olanı  dərhal  seçə  bilirsiz  və  balaca  əhvalatdan  geniş  hekayə 

yarada bilirsiniz. 

 

– “Ədəbiyyatımıza təzə nəfəs gəlib” deyə bilərik. Yeni nə‐



fəs və bərəkətli kənd yuxasının qoxusunu aldım yazılarından... 

 

–  Bu  kitabı  yalnız  gecələr  –  sakitlikdə,  yatmazdan  qabaq 



oxudum  ki,  heç  kim  mane  olmasın.  Amma  etiraf  edirəm,  yu‐

xularıma “zəhər qatdın” – yazıçı kimi arzuna çatmış hesab olu‐

nursan... 

 

–  Əsas  odur  ki,  adını  kitabın  üstünə  yazmaq  haqqını 



qazanmısan... 

 

–  “Dialekt  sözlərini  yazmaq  olmaz”,  –  demirəm.  Müəllif 



təhkiyəsində  olmamalıdı,  surətlərin  dilində  niyə  olmasın?  Belə 

daha  təbii,  daha  canlı  alınır.  Düzdü,  mən  ütülü‐hamar  nitqə 

üstünlük  verirəm,  amma  sizin  üçün  bu  tərz  üslub  kimidir. 

Özünüz olun, fərqli olun, necə istəyirsiz yazın... 

 

–  Bəzən  elə  bil  uzunçuluqdan  ehtiyat  edirsiniz.  Yazıları‐



nızda boşluqlar var, keçidlər çox sərtdir – yaydan danışdığınız 

yerdə, birdən qışın qarında adamı üşüdürsünüz, aman vermir‐

siniz nəfəs dərməyə. Deməyə sözünüz çoxdur, ondandır... 

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə