Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə21/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   17   18   19   20   21   22   23   24   ...   144

68 

 

yaşımı görməsin deyə, xeyli vaxt kabinetdə qaldım. Hacı əmiyə 



minnətdarlığımı  yetərincə  verə  bilmədiyim  üçün  üzülürdüm. 

Hacı əmi mənim həyatımı relsin üstünə qoyan ilk insan oldu. 

İlk  maaşımla  atama  kostyum,  anama  don,  Durna  nənəmə 

isə kəlağayı aldım. 

Günlərin birində işçilərimizdən biri – Xumar xala dedi ki, – 

“Ay  bala,  müdirlə  danış,  xalça  toxumaq  üçün  dəzgahlar  alsın. 

Sumayaynan  mən  toxuyaq,  qızlar  da  digər  tikiş  işlərini  görsün‐

lər”. Təklifi  Hacı əmiylə müzakirə elədim. O da bu fikri bəyəndi 

və Ağdamda eyni işlə məşğul olan dostuyla əlaqə saxlayacağına 

söz verdi. Təxminən iki aydan sonra, iki ədəd əldəyığılma xalça‐

toxuma dəzgahını gətirən yük maşını idarənin qabağında dayan‐

dı.  Dəzgahlar  quruldu,  iplər,  əl  alətləri  alındı.  Təzə  ruh  və  se‐

vinclə  xalçatoxuma  işinə  də  start  verdik.  Xalçalar,  əsasən  Ermə‐

nistanın  Qafan  rayonunda  satılırdı.  Xalça  tələbatını  çətinliklə 

ödəyirdik.  Gəlin  köçən  qızlar  əllərində  bəyəndiyi  şəkillə  gəlir, 

eyni naxışlardan xalça sifariş verirdilər. İşlərimiz olduqca gərgin, 

lakin  günbəgün  daha  uğurla  gedirdi.  İki  nəfər  əlavə  işçi  gö‐

türmüşdük.  Problemləri  özüm təkbaşına həll etməyə  çalışırdım. 

Xüsusi hallarda Hacı əmiyə müraciət edirdim. Komsomolda işlə‐

yən  birisi  üçün,  özəl  biznesdə  adının  hallanmasının  qeyri‐məq‐

bul olduğunu mənə əvvəllər də demişdi. Bu “qanun” onu “Qa‐

la”dan ayırırdı. 

Bir dəfə rayon mərkəzində Hacı əmiylə qarşılaşdıq, parkda 

– çayxanada əyləşib işdən‐gücdən söhbətləşdik: 

–  Qaqaş,  indi  pul  qazanmaq  üçün  yaxşı  şərait  yaranıb. 

Mənsə,  ideologiya  adamıyam,  hələm‐mələm  xasiyyət  dəyişən‐

lərdən deyiləm. Partiyada ciddi laxlama başlayıb, ayıq‐sayıq ol‐

malıyam.  İşin  içinə  tam  girmisən.  İdarəetməni,  nəzarəti  yaxşı 

bacarırsan,  məsuliyyətlisən.  Odur  ki,  müəssisənin  təsisçiliyini 

də sənin adına keçirməyi qərara almışam. Onsuz da bu müəssi‐

səni qurmağa 3 manatdan artıq xərcim çıxmayıb. Qoy məndən 



69 

 

sənə  hədiyyə  olsun.  Axşam  evə  gedəndə  bütün  sənədləri  sənə 



təhvil  verəcəyəm.  Amma  sənə  bir  “komsomol  tapşırığım”  ola‐

caqdır  –  sən  mütləq  ali  təhsil  almalısan.  Elə  bu  il  ali  məktəbə 

qəbul olmalısan! 

Onun hər təklifinə razı olurdum, hər göstərişini sözsüz icra 

edirdim, çünki müqayisəolunmaz dərəcədə ağıllı və tədbirli ol‐

duğundan əminiydim. Ömür boyu belə bir böyük qardaşım ol‐

masının arzusunda olmuşam. Sabahı gün bütün sənədlər mən‐

dəydi  –  nizamnamə,  möhür,  blanklar,  bank‐mühasibat  sənəd‐

ləri  və  s.  Notariusda  təsisçilik  hüququnun  alqı‐satqısını  rəsmi‐

ləşdirdik. O, məni əmin etdi ki, indiyədək müəssisəyə yatırdığı 

xərci  minqat  çıxarıbdır.  Odur  ki,  –  “Ağlına  da  gətirmə  ki,  gö‐

züm  arxada  qalıb.  Götür,  halal  xoşun  olsun”  –  dedi.  Bu,  evi‐

mizdə  halal  çörək  kəsmiş  bir  kişinin,  atama  və  ailəmizə  təşək‐

kür  borcuydu.  Allah  Hacı  əmidən  razı  olsun,  bu  gün  də  onun 

çörəyini yeməkdə davam edirəm... 

İşləri  artıq  müstəqil  aparmaq  məcburiyyətindəydim.  Özü‐

mə  mühasib  tapdım,  –  kağız‐kuğuz  işlərini  heç  indi  də  sevmi‐

rəm.  Mühasibimiz  Loğman  müəllim  48‐50  yaşlarında    keçmiş 

riyaziyyat  müəllimi  olub,  indinin  özündə  də  instituta  abituri‐

yent hazırlayır – tam təmənnasız, paysız‐püşsüz. 

İşlər  ürəyim  istəyən  kimi  gedirdi.  İki  min  manat  pul  top‐

lamışdım. Bu, rayonda 5‐6 nəfərdə ola biləcək məbləğiydi. Dur‐

na nənəmə ayda 100 manat pul ayırmışdım, hər dəfə pulu ona 

məcbur  verənəcən,  səsimiz  məhəlləni  başına  götürürdü,  “mə‐

nimki mənə dəyirdi”. 

Hacı  əmi  ilə  növbəti  görüşümüzdə,  o,  ali  məktəbə  hazırlı‐

ğın nə vəziyyətdə olduğunu soruşdu. “Hazırlaşmağa vaxt tapa 

bilmirəm”,  –  dedim.  Cavabım  onu  əməlli‐başlı  hövsələdən  çı‐

xartdı – “Bax şərtimizi pozursan...” – dedi və məni xeyli “dan‐

ladı”. Savadsızlığın bir fəlakət olduğunu anlatdı, oxumağın va‐

cibliyini mənə sübut etdi. 



70 

 

Başqa  əlacım  yox  idi,  gərək  Loğman  müəllimdən  heç  ol‐



mazsa  riyaziyyatı  öyrənim.  Düzünü  desəm,  cəbr  və  həndəsəni 

əvvəldən sevməmişəm. Nədənsə, riyaziyyat mənə əlçatmaz elm 

kimi  görünürdü.  1‐lə  2‐nin  arasında  sən  demə  sonsuz  sayda 

ədəd  varmış  –  ta  riyaziyyat  hardan  oldu  “dəqiq  elm”?  Amma, 

Loğman müəllimin “hazırlama metodikası” mənə maraqlı gəldi. 

“Sən  bacararsan!”  –  təlqini  ilə  evə  tapşırıqlar  verir,  sabah  möv‐

zunu soruşur, misalları yoxlayırdı. Kişidə həvəs nə qədər desən 

varıydı – xalis  riyaziyyatçı həvəsi  və səbri... Ciddi irəliləyiş  hiss 

edirdim,  riyaziyyata  azacıq  da  olsa  qanım  qaynamağa  başla‐

mışdı.  Sonra  fizikanı  öyrənməyə  başladıq.  Özümə  güvənim  qa‐

yıtdı, qəbul mövsümü gəldi və sənədlərimi İnşaat Mühəndisləri 

İnstitutuna  verdim.  İşlərə  rəhbərliyi  Loğman  müəllimə  tapşırıb 

yenidən qəribsədiyim doğma Bakıya yollandım. 

 

 



* * * 

 

İmtahanlardan  biri  kimya  olsun  deyə  “inşaat  texnologi‐

yası”  fakültəsini  seçdim.  İki  “3”  aldım.  Üçüncü  imtahan  riya‐

ziyyatdan, dördüncü isə ədəbiyyatdan yazılı idi. 3‐cü imtahanı 

götürən zaman variantlarımızı təzəcə demişdilər ki,  uzun saçlı 

nurani bir kişi – sonradan bildim ki, prorektor imiş, həm də qə‐

bul  komissiyasının  sədriymiş  –  içəri  girdi.  Kamran  müəllim 

özüylə  bir  neçə  uşaq  gətirmişdi  –  başqa  ixtisasdan  konkursa 

düşmüş abituriyentlərdi. Prorektor müəllimdən soruşdu: 

– Hansı ixtisasdı? 

– “PSİK

33

”lər. 



– Qəbul neçə nəfər olmalıdır? 

                                                            

33

 

“İnşaat məmulatları və konstruksiyalarının istehsalı” sözlərinin rusca qısaldılmış baş 



hərfləridir (Производства строительных изделий  и конструкций).

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə