Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə22/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   18   19   20   21   22   23   24   25   ...   144

71 

 

– 70 nəfər. 



– İndi neçə nəfər qalıb? 

– 48 nəfər. 

Kamran  müəllim  başını  bulayıb  qapıya  tərəf döndü, dil‐

ucu müəllimə, – “Kömək edin keçsinlər, ixtisas norması dolma‐

lıdır!” – deyib getdi. 

İmtahana nəzarət edən müəllimin üzündə məhrəm bir se‐ 

vinc yarandı: 

– Uşaqlar, təbrik edirəm, artıq siz tələbəsiniz! Kəsilən kəsi‐

lib,  48  nəfər  qalmısınız,  indi  başqa  ixtisaslardan  konkursa  dü‐

şənləri sizin ixtisasa gətirirlər ki, ixtisas planınız – 70 nəfər dol‐

sun.  Biletlərinizi  çəkin,  kimin  konspekti  varsa  açıb  köçürsün. 

Amma  sakitliyə  riayət  edin  və  kənar  adam  içəri  girəndə  kons‐

pektlərinizi  yığışdırın.  Nənəniz  namaz  üstündəymiş  –  duaları 

müstəcəb oldu... 

“Duaların əskik olmasın, mənim Durna nənəm! Bilirəm ki, 

bu möcüzə sənin dualarınla oldu!” – uçmağa qanadım olsaydı, 

vallah,  uçardım.  Mənə  Xudafərin  körpüsü  kimi  keçilməsi  qey‐

ri‐mümkün  olan  qəbul  imtahanlarını  dörd  ədəd  “tramvay 

altında qalmış” 3‐lə bitirdim və ali məktəb tələbəsi oldum. 

1988‐ci  ilin  isti  yayı  cövlan  edirdi.  Kəndə  yollandım.  Təb‐

rikə gələnlərin sayı hesabı yox idi. Həmin günlər anamın qaza‐

nında  badımcan  çığırtması  hey  dolub‐boşalırdı.  Anam  dəqiqə‐

başı sup qazanına qaynar su əndərirdi. Durna nənəmin uçmağa 

qanadı yoxuydu – təbrikə gələnləri oynaya‐oynaya qarşılayırdı. 

Atam indi daha qürurla gəzir, mənə xüsusi bir nəvazişlə, – hət‐

ta,  daha  “ay  gədə”  deyil,  “ay  oğul”  deyə  müraciət  edirdi.  Qa‐

loşlarını da silib təmizləmişdi. Məni kişi saydıqca, mən də kişi‐

ləşirdim.  Ata‐anamın  üzünü  ağ  elədiyimə,  Durna  nənəmi  se‐

vindirdiyimə görə çox xoşbəxtiydim. 

 

* * * 



72 

 

 



...“Qala”  kiçik  müəssisəsində  işlər  birdən‐birə  zəiflədi. 

Ermənistan‐Azərbaycan  münasibətləri  korlandığından,  Qafan 

bazarı üzümüzə bağlandı. Hamı Topxana meşəsində qətlə yeti‐

rilmiş  azəri  türklərinin  faciəsindən  danışırdı.  İkibarmaq  əlcək 

və döşəkağlarını tikən başqa müəssisələr açıldığından sifarişlə‐

rimiz də azaldı. İşçilərdən iki nəfər və Loğman müəllim qalmış‐

dı. İndi ən çox sifariş olunan xalça, Məmməd Əmin Rəsulzadə‐

nin  və  Atatürkün  portretləriydi  –  kişilərin  bütün  üz  cizgilərini 

artıq əzbərdən bilirdim. 

1988‐ci ilin 1 sentyabrında ilk dəfə olaraq ali məktəb audi‐

toriyasına qədəm qoydum. Qrupumuz 24 nəfərdən ibarət idi – 

onlardan  2‐si  qızıydı.  İlk  dərs  günümüz  boş  keçdi.  İnstitutun 

yataqxanasına  yollandım.  Dekanlıqdan  aldığım  göndərişi  ya‐

taqxananın direktoru Tanrıverdi müəllimə təqdim etdim. İkinci 

korpusun  dördüncü  mərtəbəsində  404    nömrəli  otaqda    mənə 

yer  verdilər.  Dörd  nəfər  qrup  yoldaşı  bir  otaqda  qalacağıq  – 

mən, Masallıdan Nağı, Füzulidən Yaşar və Şərurdan Sabir. Ota‐

ğımız üçün mətbəx ləvazimatları, ərzaq aldıq. Otağı təmizlədik 

və işləri bölüşdürdük. Bu gündən etibarən yemək bişirmək işi‐

nə  Nağı,  qab‐qacaq  yumağa  mən,  otağın  təmizliyinə  Sabir,  ba‐

zarlığa  isə  Yaşar  baxacaq.  İlk  yeməyimizi  bişirdik,  –  Nağınin 

əlinin “duzunu” bəyəndik, pambıq döşəklərimizi və yun ədyal‐

larımızı  çırpıb  gecəni  keçirdik.  Otağı  “özümüzünküləşdirmək” 

üçün  bizə  hələ  bir  neçə  gün  lazım  olacaqdı.  Çünki,  Yaşar  kirli 

pambıq  döşəyi,  mənsə  toz  qoxan  yun  ədyalı  bəyənməmişdim. 

Evdən  yorğan‐döşək  gətirməyi  qərara  aldıq.  Divarlardan  mü‐

ğənni Sandranın dənizdə çimən yerdə çılpaq şəklini, Atatürkün 

və  Məmməd  Əminin  portretini,  bir  də  Azərbaycanın  1920‐ci 

ilədək sahib olduğu ərazilərin xəritəsini asdıq. Korpusumuzun 

“vaxtyorşa”sı  Kubra  xala  otağımızı  yoxlayıb  təzə  mələfə  və 

yastıq üzlərini verdi, təmizlik və növbədənkənar örtükdəyişmə 



73 

 

qaydalarını  izah elədi, – “Əgər istəsəniz ili 3 manata kreslo da 



götürə bilərsiniz”. Pulu verib nimdaş, kirli kreslomuzu, üstün‐

də də pəncərə pərdələrini pay aldıq. 

Yaşca  ən  böyüyümüz  Nağı,  sonra  Sabir,  ən  balacamız  işə 

totuq‐motuq “mama uşağı” Yaşardı. Yaşarı hamımız sevirdik – 

olduqca şirin, yaraşıqlı, qırmızıyanaq oğlan idi. Dərhal bilinirdi 

ki, ağır işlərə özünü verməmiş, dəcəl uşaqlıq xasiyyətini hələ də 

saxlamışdı. 

Beləliklə,  mənim  daimi  şəhər  həyatım  və  5  illik 

tələbə  ya

taqxana həyatım başlandı... 



 

 

* * * 

 

İlk  günlər  müəllimlər  gözümüzün  odunu  alır,  tapşırıq, 



“day‐dayı” vecə almadıqlarını dönə‐dönə vurğulayır, dərs bura‐

xanlara qarşı amansız olacaqlarını beynimizə yeridirdilər. Biz də 

yuxarı  kurs  tələbələrindən  onlar  haqda  soruşur,  müəllimlərin 

kimliyini dəqiqləşdirirdik, – “Əşşi  qələt eliyir, çurbanın  biridi!”, 

“Bax  o,  qorxulu,  qəddar  müəllimdi”,  “Pulgirdi”,  “Ləqəbi  qızıl‐

dır”,  “Oğraşın  dal  ayağıdır  –  öz  bacısı  oğlunu  institutdan  qov‐

durdu”,  “Şorğözün  biridi”,  “Kütbeyin,  savadsızın  biridi”,  “Çox 

insan adamdı” – hər kəsin dəqiq xarakterini bax beləcə öyrənir‐

dik. Həm də, “eşşək Rza”ların nə olduqlarını çoxdan bilirdim. 

Birinci kursda bütün fikrimizi dərslərimizə və şəhərlə daha 

yaxından  tanışlığa  sərf  elədik.  Sonda,  şəhərin  az  qala  bütün 

dəlmə‐deşiklərinə bələd idik. 

1989‐cu  ilin  yay  tətilinin  iki  ayını  tələbə  inşaat  dəstəsi  kimi 

praktikada – Rusiyanın Tümen şəhərində keçirdik. Azərbaycan‐

dan  xaricə  ilk  dəfə  çıxırdım,  özü  də  təyyarəylə.  Rusiyanın  İva‐

novo  şəhərindən  çoxlu  tələbə  qız  da  Tümenə  praktikaya  gəl‐

mişdi – toxuculuq üzrə texnikumun tələbələriydilər. Vinzili kən‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə