Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə24/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   20   21   22   23   24   25   26   27   ...   144

77 

 

benzin  tökmüşdülər.  Kükrəyən  kütlə  hər  yerdə  sovet  ordusu‐



nun  əsgərlərini  daşlayır,  öldürür,  şəhərdən  qovurdular.  Şəhid‐

lərin  dəfni  kimi  müdhiş  səhnəni  heç  vaxt  görməmişəm  və 

Allah, belə faciəni bir də bizə və heç bir xalqa göstərməsin. Bir 

yandan  da,  Bakıdakı  qanlı  hadisələri  ermənilərin  bayram et‐

məsi  sorağı  xalqın  nifrətini  tam  daşdırmışdı.  Bir  xalq,  az  qala 

bütöv korlaşmış, başıpozuq kütləyə, barıt çəlləyinə çevrilmişdi. 

İblis, içimizdə erməniyə qarşı nifrət toxumunu şücaətlə becərdi 

və  ermənini  özünün  sadiq  quluna  çevirdi.  İki  xalq  arasındakı 

tarixi qan düşmənçiliyi yenidən coşdu. 

Bu  psixoloji  krizis  dövründə  Sabir,  Yaşar  və  mən  Nağının 

üzv  olduğu  Dövlət  Müdafiə  Şurasının  özünümüdafiə  batalyo‐

nuna  yazıldıq.  Ali  təhsili  atıb  könüllü  olaraq  müharibəyə  yol‐

landıq – universitet, politexnik və inşaat institutlarının 31 nəfər 

tələbələrindən  ibarət  manqa  yaratdıq.  İçimizdə  ən  təcrü‐bəli, 

qorxmaz və yaşlı olan Nağı manqa komandirimiz oldu. Tərtərin 

Marquşavan  kəndində  birgünlük  silahdan  istifadə  təlimini  ke‐

çib  birbaşa  döyüş  zonasına  göndərildik.  Bizimlə  birlikdə  göm‐

rük, vergi, milis işçilərindən ibarət taborlar da vuruşurdu. 

Qarabağın darda olan hər rayonu uğrunda döyüşlərə atılır‐

dıq.  Hər  dəfə  hücum  əmri  veriləndə  dostlarla  vidalaşıb  sonra 

silaha sarılırdıq. Qorxu, ölüm hissini çoxdan yenmişdik. Gördü‐

yüm ilk canlı itkilər, döyüş əməliyyatlarının amansızlığı uşaqlıq 

hafizəmi darmadağın etmişdi. Artıq hövsələsiz, quduz it kimiy‐

dim.  Qayğısız  uşaqlıq  illərimin  nə  vaxt  qan‐qada  içində  əriyib 

yox  olduğunu  indi  də  düşünüb  tapa  bilmirəm.  Kövrək  hisslə‐

rim  çoxdan  paslanmışdı.  Artıq  neçə  yaşda  olduğumu  təyin  et‐

mək  mümkün  deyildi.  Düşmənə  olan  münasibətim  çoxdan 

dəyişmişdi – “Mən öldürməsəm, o məni öldürəcək. İlk öldürən 

qalibdir!” – qanununa boyun əymişdim. İndi düşmən öldürmə‐

yə tam hazır idim və öldürmək məqsədilə qarşı səngərə gülləni 

tuşlayıb atırdım. Adam öldürmək kimi ağır cinayətin iştirakçısı 



78 

 

olmaqdan qürür duyurdum. Çoxu, – “Müharibə, daha güclü in‐



kişafın və dirçəlişin başlanğıcıdır”, – deyir. Ancaq, insanın qur‐

ban verilməsi hesabına qazanılan dəyişiklik, qənimət, qalibiyyət 

insanlığın imtina etməli olduğu nəsnə olmalıdır. Mən yaxşı dö‐

yüşçü  olmağımla  bərabər,  həm  də  müharibəyə  nifrət  edirdim. 

Ayaqlayıb keçdiyim düşmən meyidinə də yazığım gəlirdi – bu 

müharibənin o zavallı cəsədə heç bir isti‐soyuğu yox idi – hətta, 

erməni olsa da belə... 

Döyüşə  girdiyimizin  ikinci  iliydi.  Sıralarımız  növbə  ilə 

artıb‐azalırdı.  Ağdərənin  Mehmanə  kəndini  geri  qaytarmaq 

üçün  hücuma  hazırlaşırdıq.  Sabah  sübhdən  –  saat  4‐də  hücum 

əmri verildi. Bütün dəstələr birlikdə erməni səngərlərini müha‐

sirəyə  almaq  üçün  çənbəri  daraldırdı.  Hücum,  arxadan  artille‐

riyamızın müşayiətilə aparılırdı. “Qrad” mərmiləri sanki onur‐

ğa sütunumuza şığıyırdı – yerə doğru istiqamətlənəndə pərləri 

elə vızıldayırdı ki, dişimizi sıxmaya bilmirdik. Mərmilər yaxını‐

mıza  düşüb  torpağı  göyə  sovururdu.  Ağaclar  aşır,  qayalara 

dəymiş  mərmidən  ətrafa  vıyıltı  ilə  qəlpələr  səpələnirdi.  Boz 

rəngdə toz dumanı hədəfi görməyə imkan vermirdi. Filmlərdə 

gördüyüm əsl müharibə səhnələriydi. Düşmən səngərinə 50‐60 

metr qalmış bizə geriyə çəkilmək əmri verildi. Qaçmaqda olan, 

atəşlərimizdən  yerə  sərilən  düşmən  aydınca  görünürdü.  Geri‐

çəkilmə  əmrini  vecə  alacaq  halda  deyildik.  Əmr  bir  neçə  dəfə 

təkrar  olunanda  Nağı  silahı  əmr  verən  batalyon  komandirinə 

tuşladı, – “Səsini bir də çıxarsan, səni özüm güllələyəcəyəm!” – 

dedi  və  səsi  çatdığı  qədər  ucadan  bağırdı,  –  “İrəli!”.  Bizimki‐

lərin arxadan atdığı mərmilərdən biri təxminən 30 metrliyimdə 

yerə  düşdü.  Yaşarın  havaya  qalxmasıyla  yerə  çırpılmağı  bir 

oldu.  Nağıya  baxdım,  öz  hayındaydı,  erməniləri  söyə‐söyə 

qırıb‐biçir,  “dabanlarına  tüpürən”  zavallıları  sanki  diri  tutmaq 

istəyirdi.  Yaşarın  yanına  cumdum.  Qulaqlarından  və  ağzından 

qan  axırdı.  Dostumun  başı  geriyə  doğru  sallanmışdı  –  huşunu 



79 

 

itirirdi. “Sənə qurban olum, ya Rəbbəna, bu yaşda bizi qırdıra‐



caq nə günah sahibiydik!” – dostumu itirmək qorxusu ruhumu 

bədənimdən  almışdı.  Bağırıb  ağlayırdım.  Sabir  bizi  görmüşdü. 

Köməkləşib  Yaşarı  döyüş  zonasından  bir  qədər  arxaya  çəkdik. 

Əmr  isə  artıq  icra  olunurdu  –  əsgərlərimiz  geriyə  çəkilirdi. 

Geriyə çəkilən əsgərlərdən bir neçəsi də özümüzünkülərin top, 

“qrad” mərmilərinə tuş gəlib göyə sovruldular. 

Yaşarı  BMP‐yə  qoyub  Tərtər  hospitalına  göndərdik.  Hamı, 

“Geriyə!” əmrini verən alçağın nəsl‐nəcabətinə lənət‐söyüş yağdı‐

rırdı.  Hətta,  bir  çoxu  əmrə  tabe  olmayıb  təkrar  hücuma  keçməyi 

təklif edirdi. Mənım ürəyim isə təkrar döyüşə girmək istəmirdi – 

dostumdan  nigaran  idim,  onu  itirməkdən  qorxurdum,  müharibə 

məni qorxutmuşdu, cəhənnəm olsun erməni, dost itkisi gözümün 

odunu almışdı... 

Ordudakı  başıpozuqluq,  insanların  təcrübə  dovşanları 

kimi  havayı  qırğına  verilməsi,  vahid  komandanlığın  olmaması 

ən  əsəbi  müzakirə  mövzusu  idi.  Quru  yeməklərimizi  –  kon‐

servləri açıb yeməyimizi yedik. Sabirlə oturub Yaşarın aqibətini 

fikirləşirdik.  Dostumuzu  itirəcəyimizin  narahatlığı  bizi  büzüş‐

dürmüşdü.  Nağını  isə  bu  heç  maraqlandırmırdı.  O,  radio  ilə 

arxayla əlaqə saxlamağa çalışır, hücumun dayandırılması səbə‐

bini araşdırmağa cəhd edirdi. Yalnız bir şeyi öyrənə bilmişdi – 

“Ağdam  batalyonu  hücuma  keçməkdən  imtina  etdiyindən  iri‐

miqyaslı hücum planı pozulmuşdu”, – bəlkə elə bunu deyənin 

özüydü  təxribatçı,  kim  bilir...  Hər  kəs  gözümüzə  satqın,  təxri‐

batçı kimi görünürdü. 

Alınmış səngərlərdə növbə çəkir, irəliyə hücuma keçir, bir‐

dən  də  arxanın  əmrilə  qanı  bahasına  aldığımız  mövqeləri  heç 

bir  əsas olmadan düşmənə qoyub tam geri çəkilirdik. Əmr  ve‐

rən  “milli  xainlər”ə  olan  nifrətimiz  bizi  daha  da  vəhşiləşdir‐

mişdi. Rütbəli zabitləri dərhal araya alıb suallar yağdırır, ilk gö‐

rüşdə, – “Budurmu xain?!” – deyib hiddətlə üstünə cumurduq. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə