Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə25/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   21   22   23   24   25   26   27   28   ...   144

80 

 

Bir gün Daxili İşlər Naziri ilə Dövlət Müdafiə Şurasının sədri  



döyüş  bölgələrini  gəzə‐gəzə bizim yanımıza  da gəlib çıxmışdılar. 

Bakıdan xəbərimiz yox idi – sən demə ölkədə hakimiyyət dəyişib‐

miş.  Onlar  vəziyyəti  yeni  hökumətə  məruzə  edir,  planlar  qurur, 

özünümüdafiə  batalyonlarını  cəmləmək  istəyirdilər.  Nağı  onlara 

yaxınlaşaraq  cəbhənin  bu  bölgəsindəki  vəziyyət  barədə  məruzə 

etdi.  Xəyanətlər,  artilleriyamızın  düzgün  koordinatları  vurma‐

ması,  itkilər,  özünün  hücum  planları  barədə  gen‐bol  söhbət 

etdilər.  Amma,  şura  sədri  bizim  təcili  Bakıya  qayıtmağımızı  və 

dərslərimizlə  məşğul  olmağı  tapşırdı.  Daxili  İşlər  Naziri  isə  dedi 

ki,  –  “Sizinlə  bağlı  bir  planım  var,  Bakıya    qayıdanda    mənə  

yaxınlaşarsınız”.    Cəbhəni    çoxumuz  tərk  etmək  istəmirdik.  Am‐

ma  onlar  kifayət  qədər  nüfuz  sahibləriydi  və  dərslərimizə  dön‐

məyi  əmr  edirdilər.  Həm  də,  –  “Artıq  nizami  ordu  qururuq  və 

müharibə ilə peşəkarlar məşğul olacaq”, – sözlərinə inandıq... 

Sabir,  Nağı  və  mən  Tərtər  hospitalına  –  dostumuzun  ya‐

nına yollandıq. Yaşar kəllə‐beyin travması və kantuziya almış‐

dı. Huşu özündə olsa da, danışa bilmir, yanında danışan olduq‐

da isə qulaqlarının ağrısından sanki “bağırırdı”. Bizi görcək pı‐

çılıqlı  gözləri  yaşla  doldu,  ağzını  ayıraraq  “hönkür‐hönkür  ağ‐

ladı”, “ağladıqca” da qulaqlarını tutub yerində qıvrıldı. Dərhal 

həkim çağırdıq. Həkim bizi bayıra çıxardı, xəstəni ağrıkəsici ilə 

sakitləşdirdi.  Dostumun  bu  halına  dözə  bilmirdim.  Həyətdəki 

skamyada  oturub  hönkür‐hönkür  ağlayırdım.  Yaşarsız  dörd 

illik  dostluğumuzun  mənası  qalmazdı.  Bir  neçə  saatdan  sonra 

həkim bizi içəriyə çağırdı. Xəstəni həyəcanlandırmamaq şərtilə 

dostumuzla görüşə izn verdi. Yaşar 48 vərəqli riyaziyyat dəftəri 

və qələmi götürüb bizimlə “söhbətə başladı”. O, vərəqdə yaza‐

raq suallar verir, biz isə asta səslə cavab verirdik. 

Yaşar: 

–  Dedilər  meyitxanaya  5  nəfər  şəhid  gətiriblər,  dedim  yə‐



qin siz də ordasınız... – yazıb bizə göstərdi. 


81 

 

Nağı: 



– Ölənlər gömrüyün uşaqlarıydı.  

Yaşar: 


– Məni aparın buradan, anam bilsə ürəyi partlayacaq. 

– Birlikdə gedəcəyik, sənsiz heç yana getmərik – dedik. 

–  Çalışın  tez  gedək,  ağrılarım  çox  incidir  məni.  Elə  bil 

beynimdə qurd gəzir, – beynimi gəmirir. 

– Döz, hər şey yaxşı olacaq...  

Yaşar: 


–  Oğrəşlər,  sizi  sağ  gördüyümə  çox  sevindim!  –  bir  az 

gülümsündü, gözlərinin yaşı yanaqlarında gilələndi... 

Qəhər  məni boğdu, özümü saxlaya  bilməyib  yenidən hə‐

yətə çıxdım. Yaşarın ölməməsi üçün bu saat milyonlarla şahna‐

zaryanları,  kaputikyanları,  aqanbekyanları,  raisaları,  balayan‐

ları, vazgenləri – bu müharibəni qızışdıranları diri‐diri tonqala 

atmağa hazırıydım. Neçə gün payıma düşmüş və kiməsə lazım 

olar  deyə  cibimdə  gəzdirdiyim  “Prima”  papirosunun  birini 

yandırıb ağzıma qoydum. Bu, mənim ilk siqaret çəkməyim idi. 

Doğrudan  da  deyəsən  siqaret  mənim  əsəblərimi  sakitləşdirdi. 

Elə o gündən bu günə kimi heç sevmədiyim bu “dostum” hələ 

də mənimlədir. 

Beş  gün  hospitalın  həyətində  qalaqlanmış  ot  tayasının 

üstündə  gecələdik.  Nağı  döyüşə  qayıtmaq  üçün  cəhd  göstərir, 

yerində  vurnuxur,  lakin  heç  bir  batalyon  onu  özləriylə  götür‐

mürdü  –  “satqın”  ola  biləcəyindən  çəkinirdilər.  Ordan‐burdan 

quru  yemək  konservləri  alıb  əziz  dostumuzun  ayağa  qalxma‐

sını  səbirsizliklə  gözlədik.  Nəhayət,  Yaşar  ayağa  durdu.  Hətta, 

həkimin icazəsiylə – onsuz da, yaralıları yerləşdirməyə çarpayı 

çatmırdı – son gecəsini bizimlə birlikdə ot tayasında qaldı. 

...Ulduzlu sentyabr gecəsiydi. Aylardır sazaqda‐qarda, qız‐

mar istidə 10‐15 dəqiqəlik səksəkəli yuxu yatan dörd dost indi 

bir‐birimizə  sarılıb  şirin  yuxuya  dalmışdıq.  Ulduzların  arasın‐



82 

 

dan  öz  Yerinə  boylanan  uca  Xaliq,  hospitalın  həyətindəki  ot 



tayasının üstündə pişik balası kimi mışıl‐mışıl bir‐birinə sarılıb 

yatan  dörd  dostu  görmüşdü.  Tanrının  göz  yaşları  narın  nur 

yağışı kimi üstümüzə düşəndə, gözüyumulu Nağı öz kürkünü 

çıxarıb Yaşarın üstünə sərdi. Təkliyi sevən tanrı, sanki bizi mə‐

ləklərinə göstərib, – “Bunlardan göz‐qulaq olun” – demişdi. Ya‐

şar Sabirin kürəyinə qısılıb yuxuda gülümsünürdü... 

 

* * * 

 

...Yaşarı  digər  yaralılarla  birlikdə  Yevlax  rayon  aerodro‐



mundan helikopterlə Bakıya – Daxili İşlər Nazirliyinin mərkəzi 

hospitalına  yola  saldıq.  Özümüz  isə  Bakıya  gedən  avtobuslar‐

dan  birinə  mindik.  Bizi  əlisilahlı,  əsgər  formasında  görən  sər‐

nişinlərin  çoxu  göz  yaşlarını  saxlaya  bilməyib  ağlayır,  bir  his‐

səsi  bizi  fərari  hesab  edərək  hikkəsini  gizlətmir,  bəzi  cavanlar 

isə  “ablava”  üçün  gəldiyimizi  güman  edərək  qaçmağa  hazır  – 

hürkmüş halda yerində qurcuxurdular. 

Bakıya çatıb silah‐sursatımızı qərargaha təhvil verdik. Hos‐

pitalın  yerini  öyrənib  Yaşarın  yanına  yollandıq.  Yanaqlarının 

qırmızılığından  əsər‐əlamət  qalmamışdı.  İkicə  günün  içində 

rəngi ağarmış, xeyli sınıxmışdı. Artıq lal kimi qırıq‐qırıq səslər 

çıxarsa da, yazı dəftərini əlindən yerə qoymurdu. Yazıb doldur‐

duğu  birinci  48  vərəqli  dəftəri  açıb  vərəqlədim.  İxtiyarsız  qəşş 

eləyib  Yaşarın  tibb  bacısı  üçün  yazdığı  bir  cümləni  oxudum  –

“Ay qız, ağrıdır axı... Mənə girən iynə sənə girsə, onda bilərsən 

necə ağrıdır”. Gülməyin xəstəyə ziyan olduğunu bildiyimizdən 

əlimizlə ağzımızı tutub pıqqıldadıq. 

Dəftərə  bir  şey  yazıb  mənə  uzatdı  –  “Tümendən  qayı‐

dandan qız görməmişəm, ürəyim qız istəyir”. Sabir göz vurub, 

– “Düzələr” – dedi. 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə