Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə3/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   2   3   4   5   6   7   8   9   ...   144

10

 

–  Sizi  qınamıram.  İndi  ədəbsiz  nədi,  porno  yazmaq  dəb‐



dədi  və  oxunur...  Bəzi  şeyləri  adı  ilə  demək  tərbiyəsizlikdir  – 

mən  isə  tərbiyəsizliyi  qəbul  etmirəm.  Səmimi  deyin,  kitabınızı 

qızınız, ya bacınız oxusa, utanmazdınızmı? 

 

– Ümumiyyətlə isə təbii, işıqlı bir kitabdır – “qidalandıra” 



bilir. 

 

–  Demək  yazdığına  görə  mısmırıq  sallayırmışsan,  dost‐



lardan gizli bir sirrin varmış... 

 

–  Süleyman  Rəhimov,  Əli  Vəliyev,  Əyyub  Abasov,  Qasım 



Qasımzadə,  Cəlal  Bərgüşad,  Ramiz  Rövşən,  Eldar  Baxışın  su 

içdiyi buz bulaqların gözü hələ tutulmayıbmış... 

 

–  “Yenilikləri  ən  çox  diletantlar  edir”.  Bu  fikirlə  sizin 



timsalınızda  razıyam.  Ən  yaxşısı  bütün  yazı  üslublarını  dağıt‐

maqmış. Mən bəyəndim. 

 

–  Bu  gündən  mənə,  “əziz  oxucum”  deyə  müraciət  etmə‐



yinizi xahiş edirəm... 

 

–  Növbəti  kitabınızı  “uf”  demədən  alacağam.  Artıq  sizin 



oxucunuz olmağa qərar verdim... 

 

–  Yazmaq  istədiklərimi  yazdıqlarınızın  şahidi  oldum. 



Ürəyim  sakitləşdi.  Yazmağınızda  olun,  heç  nəyə  və  heç  kimə 

fikir verməyin! 

 



11

 

– Sadəlövh uşaq təmizliyi ilə hadisələrə yanaşman əsərləri 



daha  aydın,  oxunaqlı,  sujeti  səlist  edir  və  sadələşdirir.  Ölkəmə 

görə ağrıyıram və utanıram. 

 

– Tənqidçi, yazıçı ilə oxucu arasında pırtlayıb çıxan qanqal 



kimidir. Tənqidçini vecə almayın – işinizdə olun. Əsas oxucunu 

düşünün – hədəf odur, onun fikridir... 

 

–  Çox  güman  ki,  ürək  xəstəliyin  ciddidir.  Qınamıram,  bu 



qədər yükü balaca ət parçası götürə bilməz... Sən artıq ölüsən – 

Allah  sənə  rəhmət  eləsin,  qardaş...  Yolun  da  dilin  kimi  rəvan 

olsun! 

 

– Əgər tanış olsaydıq, deyərdim ki, – “Yüz faiz mənim işıq‐



kəsənlə  davamı  eşidib  yazıbsan”.  “İşıq  pulu”  bir  qədər  başqa 

formada  başıma  gəlmiş  hadisədir,  ancaq  mənim  xərcim  1000 

deyil, 3800 manat olmuşdu... 

 

–  “Sağır‐nun”  məsələsinə  yəqin  ki,  dilçilər  bir  münasibət 



bildirər,  müzakirə  açarlar.  Qaldırdığınız  fikirlə  tam  razıyam. 

Dilimizi zənginləşdirmək baxımından vacib hesab edirəm. 

 

– Bir nəfər ədəbiyyat müəllimi tanışım dialekt və şivələr – 



“antikvar”  sözlər  axtarırdı,  kitabın  haqqında  ona  dedim  –  bu 

xəzinə  səndə  bulaq  kimi  fışqırırmış,  özümü  arxaik  sözlər  qəb‐

ristanlığında hiss etdim... 

 

–  Cümlələri  çox  uzun  qurursunuz  –  vergül  sevginizi  bir 



qədər  boğmağınız  məsləhətdir  –  cümləni  bitirənədək  adamın 

başı şişir... 




12

 

...Və,  çoxlu  sayda  oxucunun  ünvanladığı  bir  istək,  –  “Si‐



zinlə  yaxından  tanış  olmaq  istərdim”.  Böyük  şərəfdir  mənə, 

əzizlərim, gəlin bir az da yaxından tanış olaq. Artıq bəxtiyaram 

– oxucum var və bu mənə yazmaq üçün ən böyük ilhamdır. 

Əziz  oxucum,  bu  kitabı  oxuyarkən  əlimi  tutmağını,  mənə 

ürək‐dirək,  toxtaqlıq  verməyini  rica  edirəm.  Axı  mən  yüz  ilin 

yazıçısı  deyiləm,  –  yazmağı  təzəcə  öyrənirəm.  Mən  daha 

yazmazdım,  məni  siz məcbur  etdiniz.  Allahın  altında,  məndən 

avtoqraf  istəyən  5‐10  oxucum  olaydı.  Elə  bu  istəklə  də  yeni 

kitabımla hüzurunuzdayam. 

Ya Allah! 

 

 

 



 


13 

 

 



 

 

 



 

 

 



 

 

S

evginin dadı 

 

 



 

 

...



K

əndin adətiydi –  biri  xalça‐palaz  yuyanda, yuxa  sa‐

landa, tütünü ipə düzəndə, barama təmizləyəndə, yun didəndə, 

yorğan‐döşək  sırıyanda  qonşu  arvadlar  yığışar,  bir‐birinə 

həyan  olardılar.  Durna  nənə  bu  yardımlaşmanın  adını  “dəstə 

ittifaq” qoymuşdu. Həmişə deyərdi ki, – “Bu kənd dəstə ittifaq 

olmasaydı, işləməkdən çərliyib ölərdik”. 

Bu  gün  isə  Familənin  köməyə  ehtiyacı  vardı.  Aylıq  yuxa 

tədarükü  üçün  qonşuluqda  tənha  yaşayan  Durna  nənə  ilə 

birlikdə  axşamdan  balatanı  qarışdırıb  xamır  yoğurmuş,  ərsinlə 

doğrayıb  kündə  tutmuşdular.  Sübh  namazından  sonra  mal‐

heyvanı nobata qoşub hazırlıq görməyə başlamışdı. Hələ  sacın 

altını  külləməmişdən  bir  ləyən  buğda‐qarğıdalı  qovurğası  qo‐

vurmuşdu.  İndi  də  yağ  tortasını  qatıb  fəsəli  kündəsi  tuturdu. 

Durna  toyuqlarına  dən  səpib  gələnədək  sacın  altına  əlavə  tə‐

zəklər atdı. Fərhadı qonşu arvadları duyuğa göndərmişdi. 




14 

 

Durna  nənə,  –  “Sabahın  xeyir,  a  Familə,  bərəkətli  olsun, 



bajı” – deyib talvara girdi. 

Familə: 


–  Aqibətin  xeyir,  nənəsi.  Nə  gec  qaldın  belə,  mən  qovur‐

ğanı bayaqdan qovurub qurtarmışam. 

–  Ta  qojalmışam  bajı...  Axşam  gədən  məni  yatmağa  qoy‐

muyuf. Allah güldürsün, camaatı o qədər yamsılayıb gülmüşük 

ki, səhər də yuxudan qalxa bilməmişəm. 

– Hə, ikiniz də adam bəzəməyə bir cansınız... 

– Gülsadanın ağzını elə əyir ki, toba elə bil rəsmi özüdü – 

toyda  arvad  nətər  oynuyursa,  bu  da  eləjənə  yamsılıyır.  Hələ, 

Zakirin gədəsi kimi “dasni çors” oynamağını görəsən... 

Həyətin  darvazası  cırıldayıb  örtülməmiş  Fərhad  anasına 

səsləndi: 

–  Ana,  Zümrüd  xalanı  çağırmışam,  günortadan  sonra 

Solmaz xala da köməyə gələcək. 

Talvarı  burum‐burum,  gözyaşardan  tüstü  bürümüşdü. 

Fərhad  evin  arxasına  qalaqladığı  vələs  gırdınlarını,  söyüd  pər‐

dilərini sacın yanına və artığını mərəyin arxasına daşıdı. Samo‐

varı qamqalaqla doldurub qaladı. 

Fərhad: 


–  Ana,  odun  günortayadək  bəs  edər,  samovarı  da  suyla 

doldurub qalamışam, gedib quzuları bağa salıb gəlirəm. Mənim 

dünya gözəli, durna telli nənəmi çox incitmə ha bax... 

Durna: 


– Durna telim boyuna qurban olsun!  Allah səni bərxudar 

eləsin,  ay  bala,  səni  verənə  min  şükür!  Səni  and  verirəm  Ağ 

hasara

1

,  Zakirin  gədəsi  “dasni  çors”u  nətər  oynuyurdu,  oyna 



bir anan da görsün... 

 

                                                            



1

 

And yerimiz 



– 

Seyid Mir Sədi Ağanın məzarı.

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə