95
nəm”... İpi qoxladım, dodaqlarıma toxundurdum – Durna nə‐
nəmin qoxusu, əlinin dadı qalmışdı ipdə. Göz yaşımı saxlaya
bilmirdim. Kişilərin, anamın və Dilbərin yanında ağlamaqdan
çəkinmirdim.
– Sənin ona verdiyin aylıq yüzlükləri, bir də pensiyasını
yığıb saxlayıbmış. Verib dedi ki, balamın toyunda gəlini üçün
mənim adımdan... – onu yenə hıçqırıq tutdu, səsi qəhərdən bat‐
dı – nişan üzüyü alsın...
Anam özünün cehiz sandığını açıb, boxçanın içindən bu‐
run dəsmalına bükülmüş pulları Rəhim əminin qarşısına qoy‐
du. Rəhim əmi başa düşdü ki, anam, – “Bu pulun sahibi indi
sənsən, bunun halallığını ancaq sən Fərhada verə bilərsən”, –
demək istəyir. Onun da gözləri dolmuşdu, aramla pulları say‐
dı, cəmi iki min iki yüz otuz manat pul idi.
– Bəlkə də anama yaxşı övlad olmamışam. Anam həmişə
Fərhadı ağızdolusu tərifləyib, ondan razılıq edib, doğma balası
olan məndən də artıq istəyib. Bu pul sənin halal nənə payındı.
Sən də anam üçün çəkdiyin əziyyətin hallalığını ver. O, son
nəfəsində, vəsiyyətində bunu da istəmişdi. Al, bunlar sənindi –
Rəhim əmi pulları mənim qarşıma itələdi.
Göz yaşlarım pul topasının üstünə damcılayırdı. Pulu anama
tərəf itələdim. Burnumun suyunu yığışdıra bilmirdim. Fınxırmaq,
həm də ürəyimi sıxan qəhərdən boşalmaq, rahat ağlamaq üçün
eşiyə çıxdım. Evimizin arxasındakı kartofluğa keçdim. Doyunca,
heç kimdən və heç nədən çəkinmədən ürək dolusu, ağız dolusu
nalə çəkərək, ağu deyərək ağladım, – “Canım nənəm, yuxa qoxulu
mələk nənəm, mənim cənnət quşum, axı niyə son dəfə ürək
dolusu görüşə bilmədik, sevgini halal elə, gözəl nənəm, ömrümün
bəzəyi nənəm. Bəs indi kim məni bağrına basıb fəxrlə öyəcək, kim
mənim saçımı oxşayıb sığallayacaq, bəs sənsiz necə yata bilərəm
sənin evində?” – hönkürdükcə hönkürdüm. Ağız‐burnumun mü‐
tüyü, gözümün yaşı bir‐birinə qarışmışdı.
96
Durna nənəmin həyətinə keçdim. Sanki bu həyət indi mə‐
nə yad olmuşdu – kimsəsiz həyətdən, sahibsiz toyuqların baxış‐
larından üşüdüm. Yetim toyuqlara yazığım gəldi, – daha bu to‐
yuqlara “sizə çər dəysin!” deyən olmayacaq. Elə bil, qırmızı xo‐
ruzun da qəddi əyilmişdi. Evə girdim, onun çarpayısına uzanıb
qırçın‐qırçın mütəkkəsini üzümə sıxdım, doğma qoxusunu içi‐
mə çəkdim. İçimdə boşluq yarananadək, əziz nənəmin yoxlu‐
ğunu qəbul edənədək ağladım...
Rəhim əmi və Dilbər gecəni bizdə qaldılar, mənsə, nənə‐
gildə – öz çarpayımda. Nənəmin uzun təsbehini, diz qoyub na‐
maz qıldığı canamazını bağrıma basıb yuxuya getdim... Saba‐
hadək – balacaykən olduğu kimi, “nənəmin doğma qucağında”
son illər möhtac qaldığım ən şirin yuxuya getdim.
...Zil qaranlıq gecə idi. Birinci dəfə institutdan kəsilib gə‐
lən vaxtlarım idi. Kolxozun yoncalığından iki xorum ot oğur‐
lamışdım. Təzə yoncanı quzularımız çox sevirdi. Bir xorum öz
quzularımıza, bir xorumu isə nənəmin təzə doğulmuş buzovuna
gətirmişdim. Bəndəm
36
üçün kalış yolanda çeçələ barmağımı
kəsmişdim. Nənəm barmağımı sarıdı, sarğılı barmağımı mən
yuxuya gedənədək öpdü. “Şirin yuxuya” getmişdim. Durna nə‐
nəm əlində lampa çarpayıma yaxınlaşdı, lampanı “yuxulu” üzü‐
mə tutub – “Sənə nənən qurban, a mənim şirin balam, sən olma‐
saydım mən neylərdim? Allahım, ömrümdən kəs balamınkına
cala, sən ona sinə dağı göstərmə, ömrünü firavan elə, ya Rəbbim!”.
Saçımı sığallayıb, yanağımdan öpmüşdü. Sonra lampanı üfürüb
öz yerinə uzanmışdı.
– Nənə, bir nağıl danışarsan mənə? – sırtıq‐sırtıq dilləndim.
– Yatmamısan, ay qırışmal? Nağıla qulaq asan vaxtındır sə‐
nin, evlənməli kişisən.
36
Xorumları bağlamaq üçün kəndir əvəzi otdan burma, ot bəlimi.
97
– Nə qədər kişiləşsəm də sənin yanında körpə uşağam axı,
nolar bir nağıl danış.
– Buy, başıma xeyir! Sabah anana desən ki, ana mənə süd
əmizdir, heç məəttəl qalmaram. Di gəl qucağıma, lap uşaq
vaxtlarındakı kimi...
Utanmadan durub nənəmin uzun müddətdir həsrət qaldı‐
ğım cənnət qucağına girmişdim.
– Bax üstümə işəsən dalına‐dalına döyəcəm ha..! – ikimiz
də gülmüşdük.
– Qorxma 8‐ci sinifdən tərgizmişəm yerimə işəməyi – de‐
dim.
Azca fikrə dalıb nağıla başladı:
– Hə, qulaq as... Biri varmış, biri yoxmuş, bir Allah, bir də
qoca qarı varmış. Bu qarının bir oğlu varmış. Oğlan böyüyür,
boya‐başa çatır. Anası onu evləndirir. Toydan az sonra oğlan
elm öyrənmək üçün uzaq ölkələrə səyahətə çıxır. Aradan illər
keçir. Oğlan bütün elmlərdən hali olur və başlayır elmin başını
öyrənməyə.
– Elmin başı, ayağı da olur, ay nənə, bax goplama ha... –
deyib cırnamışdım.
– İlk öyrəndiklərin elmin ayağı, nağılın sonunda biləcəyin
isə elmin başıdır. Burdan o yanası yoxdur, mənim qoçaq balam.
– Yaxşı, danış di...
– Sözümü kəssən, gerisi huşumdan çıxacaq yenə, sən din‐
məzcə qulaq as. Hə, oğlan yenidən çöllərə düşüb elmin “başını”
axtarır. Çox gəzir, dolanır və bir təpənin üstündə oturmuş qo‐
caya rast gəlir. Qocayla ehtiramla görüşür. Qoca soruşur:
– Yolçuluğun haradır, ay oğul?
– Elm öyrənmək üçün 15 ildir çöllərdəyəm. Az‐çox elm öy‐
rənmişəm, indi də elmin başını öyrənmək üçün səyahətə çıxmı‐
şam.
Dostları ilə paylaş: |