Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə4/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   2   3   4   5   6   7   8   9   ...   144

15 

 

Fərhad  nəvazişlə  Durna  arvadın  yanaqlarından  öpdü  – 



ölürdü nənəsinin bu şirin alqışlarından ötrü. Durnanın tərli üzü 

urvaya  bulaşmışdı  –  Fərhad  üzünü,  dodaqlarını  sildi,  –  “Min, 

yerqu, ereq, çors, im havami dasni çors...

2



 

– Fərhad, iki baş bar‐

mağını  qabaqda  cütləyib  belini  bükür,  dirənə‐dirənə,  hıqqına‐

hıqqına  Zakirin  oğlunu  yamsıladıqca  Durna  qəşş  edib  gülür, 

güldükcə də kök bədəni silkələnirdi. Fərhad və Familə də onun 

titrəyən  sinəsinə  baxıb  özlərini  saxlaya  bilmir,  ona  qoşulur‐

dular. 

Durna özünə gəlib: – Səni vurğun təpəndən vurmasın, gə‐



də!  Familə, görürsən da,  elə  bil  əfsənəklərini

3   


it  çıxartmış Za‐

kirin müstər

4

 gədəsinin teyxa özüdü... 



Fərhad Durnanın boynuna sarılıb urvalı yanağından bir də 

öpdü. Durna da bundan qəhərlənib: – Ağzın şirin olsun, qadan 

ürəyimə, qadan‐balan mənə gəlsin, ay Fərhad! – dedi. 

Familə: 


–  Sənin  durna  telli  nənənin  bu  gün  quluncunu  elə qıra‐

cağam ki, təzək iyindən onu üç gün öpə bilməyəcəksən. 

Fərhad: 

– Nənəmin təzəkli iyi qızılgüldən min dəfə xoşdur mənə... 

Namaz  vaxtı  çatanda  nənəmin  yadına  sal,  yoxsa  yenə  qəzala‐

rıyla gecə məni qoymayacaq yatmağa. Nənə unutma, – “Namaz 

qılan bəndədi, qılmayan şərməndədi. Gah qılıb, gah qılmayan, 

yerin cəhənnəmdədi!”. 

Durna: 

– Yaxşı yadıma saldın, qadalarını alım. Qoy elə indidən qı‐



lım, yoxsa başımız yenə qeybətə qarışacaq, yadımdan çıxacaq. 

                                                            

2

 

erməni havasıdır  –  “Bir, iki, üç, dörd, mənim havam on dördür”.  Adətən sərxoş cavanlar 



toyda bu şit havanı oynayardılar.

 

3



 Düşük, düngüş, dəmşələk.  

4

 Topal, şikəst, çolaq



 

 



16 

 

Fərhad: 



– Hələ tezdi, yarım saatdan sonra qılarsan... 

– Əşi, nə tezi‐geci var ey... Qurban olduğuma beş vaxt na‐

maz əhd eləmişik, nə vaxt istəsəm onda da qılaram, görmür ki 

əlimizdə işimiz var? 

Fərhad: 

–  Sən  namaz  qılmasan  da  olar,  ay  dünya  gözəlim.  Allah 

onsuz da çoxdan səni cənnətin baş mələyi seçib... 

Fərhad  tövlənin  yolağasını  açdı,  çəpiş‐quzunu  qabağına 

qatıb bağa salmağa apardı. 

Durna,  –  “Qoy  çörəyi  başlamamış  namazımı  qılım.  Balam 

demişkən, qəzaya qalmayım” – deyib qırçınlı donunu əlinə yığ‐

dı.  Ayağa  qalxıb  üst‐başının  urvasını  ləyənin  içinə  çırpdı.  Çu‐

qun aftafasını suyla doldurub dəstəmaz almağa getdi. 

Durna namazdan qayıdanda, Familə sacın altındakı odun‐

ları  çəkirdi  –  odu  bir  qədər  səngitməyin  vaxtıydı.  İçəriyə  dol‐

muş  tüstü  göz  açmağa  qoymurdu,  gərmənin  kəsif  qoxusu  da 

adamı  bir  tərəfdən  boğurdu.  Kündələrin  üstü  yanmış  təzək 

külüylə  örtülmüşdü.  Durna  əlindəki  parça  ilə  kündələrin  to‐

zunu yellədi, – “Ya Allah...” – deyib yerini aldı. 

– Hə... Başdıyaxmı, bajı? – Durna nənə şişi əlinə alıb ayaq‐

larını altına yığdı. 

– Başlayaq nənəsi. Ya bismillah! – Familə ilk kündəni dörd‐

ayaq taxtanın üstünə atıb urvaladı, sonra oxlovun altında yay‐

mağa başladı. 

Qeybət kələfinin ucunu ilk olaraq Durna nənə qurcaladı: 

–  Ay  Familə,  nolardı  ikinci  oğulu  da  doğaydın.  Vallah, 

mən  özüm  onu  övladlığa  götürərdim.  Yazıq  uşaq  həm  sizə, 

həm  də  mənə  baxmaqdan  iki  evin  arasında  bıldı  kimi  əlataş 

qalıb.  Özümünkünün  uşaqlarına  nəsə  heç  qanım  qaynamır,  – 

oğlu elə bil huşdurumdu, qız da ki, löyümsüz, – dəli keçi kimi 

bir  yerdə  dinc  dayanmır.  Həm  də  şəhərlidən  mənə  hayan  ol‐



17 

 

maz, çox da ki öz balamdı. Quran haqqı Fərhadı öz dogma ba‐



lamdan  çox istəyirəm.  İldə  bir  dəfə  anasına  baş çəkən  sərədər‐

siz


oğul nəyimə lazımdır ki... 

– Bizim o vaxtımız keçdi, nənəsi, inşallah, Fərhad balan ev‐

lənər, uşaqlarından birini götürüb saxlayarsan. 

– “Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər”. Ta yetişmiş 

əncir kimi lalıxlamışam

6

, balamın uşaqlarını çətin görərəm... 



–  Rəhim  qardaş  iş  adamıdı,  çox  da  dərinə  getmə,  uşaqları 

böyüyüb, dərdi‐səri artıb... 

–  Mən demirəm ki, gəlib yanımda qalsın. Çox soyuq uşaq‐

dı  ey,  Familə,  çox  soyuq...  Əmiraslan  rəhmətə  gedəndən  sonra 

İsmayıla ərə getdim deyə, Rəhimin məndən sitqi sivrildi

7

. İsma‐



yıl yazıq nə qədər yalmandısa da gədənin gözünə girə bilmədi. 

Yekə uşağıydı dayna, hər şeyi qanırdı – üz vermədi. İndi ki rəh‐

mətlik yoxdu ha, nolar, ildə bir ay gələ qala yanımda... Mətəyə 

dəyib  qayıdan  kimi,  iki  gün  qalandan  sonra  yerində  qurcuxa‐ 

qurcuxa qalır. Gah gədəsin göndərir, gah da dəli keçisini. Onlar 

da ki, məni lap hövsələdən çıxarırlar... 

– İşi‐gücü var, nənəsi... Şükür Allaha, nəyə ehtiyacın var ki?

 

– Üstümüz də urvalıdı, – Allah da bağışlasın, – pox olsun 



onun  işinə  də,  uşaqlarına  verdiyi  tərbiyəsinə  də!  Nə  xeyirini 

görürük, nə də, əlhəmdülillah, gözümüz qalmayıb. Şükür yara‐

dana,  hökumətin  pensiyası,  bir  də,  –  Allah  ruzinizi  bol,  bərə‐

kətli eləsin – sizin hesabınıza heç nədən korluğum yoxdu. 

–  Nənəsisən,  istədiyin  vaxt  nə  işin  olsa  Fərhadı  çağır  kö‐

mək eləsin.  Allah  qoysa çoxlu uşağı olar, birini  də sənə övlad‐

lığa verər, ta bizim vaxtımız keçib. Sənə o qədər isinişib ki, evin 

yolağasını da unudub. 

–  Ağız,  sən  allah  uşağa  dəyməyin,  qoy  yanımda  qalsın. 

                                                            

5

 Fərsiz.


 

6

 Yetişib ağacda qalmış, dərilmə vaxtı ötmüş, xörəlləmiş meyvə.



 

7

 Soyumaq, zəhləsi getmək, üz verməmək.



 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə