Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə7/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   2   3   4   5   6   7   8   9   10   ...   144

24 

 

– Ağız‐burnunu əymə! Özün də az mırtda



14

! Gərək doğulan‐

da  sənin  göbəyini  dibindən  kəsəydim!  Kefdən  getmədim  ərə... 

Onda Rəhimin 4‐5 yaşı olardı. Uşağın oxumağı, geyimi, yeməyi,  

kişi  kimi  böyüməsi  üçün  ataya  ehtiyacı  vardı.  Axı bunlar dul 

qalmış  tək  gəlinin  işi  deyildi.  İsmayıl  yaxşı,  qeyrətli  adamıydı. 

İstədi, elçi göndərdi, mən də razılıq verdim... O vaxt indiki kimi 

deyildi  ey  –  əlli  mükün

15 

hoqqadan  çıxasan!  Adama  min  cür 



şəbədə  qoşurdular,  hər  yoldan  keçən  bir  sifariş  göndərirdi.  Elə 

bilirsən  camaatın  ağzını  yığmaq  asan  işdi,  –  ərə  getməyə  məc‐

buruydum.  İsmayıldan  övladımız  olmadı.  Rəhmətlik  hər  dəfə 

kiminsə uşağına baxanda ürəyi qubarlanırdı. Biri öz oğluynan ot 

biçəndə,  odun  yığanda,  at‐eşşək  şələləyəndə  kişi  bütün  günü 

özünə  gələ  bilmirdi.  Diliynən  deməsə  də,  dərdini  gözlərindən 

duyurdum. Yazığı elə züryətsizlik dərdi çərlədib öldürdü... 

Fərhad: 


– Nənə, bəs qardaşın, bacın olmayıbmı? 

–  Anam  12  uşaq  doğub.  Hamısı  da  tələf  olub.  Bircə  sənin 

adaşın  Fərhadı  xatırlayıram,  yazıq  buzda  sürüşərkən  yarğan‐

dan  düşüb  belini  qırmışdı.  Sən  doğulanda  göbəyini  mən  kəs‐

mişəm, adını da mən qoymuşam. Onda atan indiki kimi acıdil 

deyildi. Yuxa kimi ürəyi vardı, dedim, etiraz eləmədi. İndi sən 

mənim  qardaşımın  adını  daşıyırsan.  Yoxsa  gəlinim..,  deyir,  – 

“Mən  uşağıma  ölmüş  birinin  adını  qoymazdım”.  Guya  buna 

yalvaran vardı..! 

Fərhad  hər  ikisi  üçün  dürmək  düzəltdi,  isti  samovar  çayı 

süzdü.  Hazır  yuxaları  dama  –  tənəkələrə

16

,  oradansa,  yeni 



xamır kündələrini sacın yanına daşıyırdı. 

                                                            

14

 

Çərənləmə! Zəvzəmə!



 

15

 



Əlli cür.

 

16



 

Quru yuxaları yığmaq üçün, siçan yeməsin deyə tavandan asılan, qamışdan toxunma 

lövhədir

 



25 

 

Fərhad aralanan kimi Familə ehmalca Durnadan soruşdu: 



–  Nənəsi,  uşaq  əməlli‐başlı  kişiləşib,  gözaltısı‐zadı  yoxdu 

ki,  səndən  heç  nə  gizlətməz.  Allah  saxlamış  elə  zəhmlidir  ki, 

özüm soruşmağa çəkinirəm. 

Durna: 


–  Soruşmamışam.  Nənəsi  özü  ona  kəndin  ən  gözəl  qızını 

alacaq.  Hələ  ki,  gözəgəlimli  birini  tapmamışam.  Könlündən 

Sədrəddinin qızı keçirdi, başa saldım ki, dədəsi nankordu, həm 

də  kirvənizdi,  –  qan  qohumu  sayılır,  evlənmək  günahdı.  O  da 

deyəsən  vaz  keçdi.  Həm  də  ki,  uşaqdı,  qabaqda  oxumağı  var, 

indidən tezdi hələ. 

Gün  qalxıb  günorta  olmuş,  hava  isinmişdi.  Talvarda  otur‐

maq  mümkün  deyildi.  Tüstü  içəridə  burulub  gözləri  yaşardır, 

isti də bir tərəfdən adamı tıncıxdırırdı. Tüstü bayıra çıxsın deyə, 

Fərhad  talvarın  alt  şiferlərini  sökdü.  İçəri  işıqlandı,  havası 

təmizləndi,  talvar  xeyli  sərinlədi,  –  “Bıy  səni  işıqlığa  çıxasan, 

bala,  gözümüzü  bayaqdan  havayı  yerə  niyə  tökürmüşsən?”  –  

nənəsi dedi. Solmaz və Zümrüd  məhəllənin  yolağasından içəri  

girdilər.  Onları görcək Durna nənə: 

–  Gəldinizmi,  ağız?  Gəlin  görüm  yenə  haranız  göyərib, 

göyərməsə  özüm  şişlə  göyərdəcəyəm.  Familə,  sən  dur  yemək 

iraxla

17

, biz qalanını qızlarla eliyərik. 



Familə ehtiyatla qırçın donunu topalayıb üstündəki urvanı 

çırpdı.  Gələnlər  hər  ikisiylə  hal‐əhval  tutub  yerlərini  tutdular. 

Solmaz bayıra çıxmaqda olan Durna nənəyə bir zərf uzadaraq: 

–  Sən  hara  gedirsən,  ay  arvad,  qalıb  başımızı  qataydın. 

Qapının  ağzında  bu  məktubu  poçtalyon  Çingiz  verdi,  –  sənə 

çatacaq, yəqin Rəhim qardaşdandır. 

Durna: 

                                                            



17

 

Rahatlamaq,  burada “hazırlamaq” mənasındadır.



 


26 

 

–  İborniyə



18   

dəyib  gəlirəm,  səhərdən  at  kimi  cilov  gəmiri‐

rəm,  bir  az  da  gec  gəlsəydiniz,  uşaq  da  bağışlasın,  tumanımı 

isladacaqdım. Ay Fərhad, ağrın alım, gəl gör nə yazır mənim bu 

yaralı  barmağa  çişi  gəlməyən  şəhərli  oğlum?  –  məktubu  Fər‐

hada uzadıb, – qeybət eləməkdən cavcılarım

19

 ağrıdı ağız, Allah 



günaha yazmasın... – deyib ovurdlarını hövkələdi. 

Fərhad  zərfi  açdı,  içindəki  məktubu  ürəyində  birdəfəyə 

sürətlə oxuyub dedi: 

–  Salamatlıqdır.  Salam  deyirlər.  “Dəli  keçin”  –  Dilbər 

nəvən gəlir. 

Durna nənə: 

–  Başımıza  xeyir,  desənə  bu  qışı  görmədən  çərləyib  ölə‐

cəyəm... 

Fərhad: 

– Namazını qılmısanmı? 

Durna: 

– Buy başıma xeyir! Yenə başımız qeybətə qarışdı, namazı 



unutdum. 

– Desənə axşam yenə yatdı yoxdu... 

–  Əşşi  Allah  böyük  Allahdı,  keçər  günahımızdan  –  indi 

olmasın,  gecə  sabahadək  olsun.  Guya  ki,  mənim  namazıma 

qalıb  qadir  Allah.  Bəndənin  işi  günah  eləmək,  Allahınkı  da 

bağışlamaq  deyilmi?  Hələ  qoy  bu  dəli  keçi  gəlsin,  gör  neçə 

namazı qaçıracağam... 

Familə: 


– Ay arvad, bayaq qılmadınmı? 

– Qılmışam? Nə bilim vallah, huş‐baş qalıb ki məndə..? 

 

 

* * * 



                                                            

18

 



Ayaqyolu, tualet.

 

19



 Ovurd.

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə