Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə8/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   4   5   6   7   8   9   10   11   ...   144

27 

 

 



Ağəli  və  Familə  bir  qızdan  sonra  dünyaya  göz  açmış  Fər‐

hadla,  –  “Tanrı,  qismətinə  şükür!”  –  demiş  və  iki  övladla  kifa‐

yətlənmişdilər. Qızlarını ərə vermiş, ömürlərinin ahıl vaxtların‐

da  sonbeşiklərinin  ümidinə  qalmışdılar.  Fərhad  qonum‐qon‐

şunun hər işinə yarayan, sözəbaxan biriydi. Kənddə hamı onun 

ağıl‐kamalını,  zəhmətsevərliyini  özününkülərə  nümunə  göstə‐

rərdi.  İri  sümüklü,  əzələli,  qarayanız,  gülərüz  və  yatıb  qalmış 

uşaq  kimi  məsum,  sevimli  və  xoşsifət  gənciydi.  Durna  nənəsi 

havayı yerə ona “göyçək balam” demirdi, – çoxu onun göyçək‐

liyinə  hayıl‐mayıl  idi.  Sanki,  yapışdığını  qoparmaq  üçün  tanrı 

ona iri əlləri vermişdi, – salamlaşanda adamın əli onun ovcun‐

da gizlənirdi. 

Axırıncı sinifdə oxuyurdu. Əlaçı  deyildi, – əsl ortabab şa‐

gird sayılırdı. Tibb institutuna hazırlaşdığından təbiət elmlərinə 

daha  çox  maraqlıydı.  Kimyadan  Akif  müəllimin,  biologiyadan 

isə  Ənniyaz  müəllimin  yanına  əlavə  hazırlığa  gedirdi.  Ot 

biçmək, odun yarmaq, bağ belləmək, əkini suvarmaq, kolxozda 

tütün  yığmaq,  barama  üçün  çəkil,  çərən

20 

qırmaq,  itmiş  hey‐



vanları  axtarmaq,  mal  nobatına  getmək,  tövlə  işləri,  mal‐qara, 

yuxa  salanda  kündə  daşımaq..,  bütün  bunlar  Fərhadın  üzərinə 

düşən adi iş normasıydı. Durna nənənin eyni işləri də Fərhadın 

üzərinə  düşürdü.  Altı  bağ

21 

otu  və  ya  qaratikan  yükünü  tək‐



başına  eşşəyə  yükləməyi  hələm‐hələm  kişilər  bacarmırdı.  Am‐

ma  o,  bu  işin  ustasıydı.  İşinin  çoxluğundan  deyil,  daha  çox, 

xasiyyətindəki  ahıl  kişilərə  məxsus  ağırlığından  öz  həmyaşıd‐

ları,  sinif  yoldaşlarıyla  nadir  hallarda  birlikdə  görərdin.  Kənd 

cavanları kimi məscidin arxasında domino, nərd oynamaz, boş 

vaxtlarını dərs oxumaqla keçirərdi. Evə gec gəlməsinin yeganə 

                                                            

20

 



İpəkqurdu barama sarısın deyə istifadə olunan koldur.

 

21



 

İki xorum (büküm) ot  bir bağ, iki bağ isə bir şələ sayılır.

 



28 

 

səbəbi, kövşəndə hər gün axşamçağından başlayan futbol oyu‐



nuna aludə olmasıydı, – axtaran onu kövşəndə futbolda tapar‐

dı.  Cəldliyi  və  sürətli  qaçışı  vardı.  Kəndin  ən  yaxşı  hücumçu‐

larından biri idi. Hətta, qonşu kəndlə futbol yarışında komanda 

əsas onun bacarığına ümid bəsləyirdi. 

...Gün əyiləndən bəri daşqa ilə həyətə daşıdığı bir cüt qoz 

ağacının iri kötüklərini çalaya qoyub odlamış, üstünü qat‐qat – 

gah sacın altından daşıdığı gərmə közü, gah da gərmə ovuntu‐

suyla basdırırdı. Bu kötükləri Bərgüşad çayı daşanda qabağına 

qatıb  sahilə  çıxarmışdı.  İki  gün  bu  tüstülənən  kötük  qalağına 

qulluq  etməliydi.  Kötüyü  alışmağa  qoymaq  olmazdı  –  yoxsa, 

kömür  alınmazdı.  Dayanmadan  quru  qığ‐peyin,  kül,  gərmə 

tozuyla  qalağın  üstü  qalınlaşmalıydı  ki,  vam  və  havasız  odda 

kötük kömürə çevrilsin. İki gündən sonra qalağın üstü açılacaq, 

“bişmiş”  kötük  sındırılaraq  xırdalanacaqdı.  Kömürü  suda  sön‐

dürməyi  çox  sevirdi  –  iri  dəmir  vannanı  suyla  doldurar,  közü 

maşayla tutub  “cızıltıyla”  suya soxar,  sonra  da  yerə  sərər,  tək‐

rar alışmaq qorxusu keçəndən sonra isə talvara yığardı. Durna 

nənə həmişə deyərdi ki, – “Közü suya salanda, ocağı suyla sön‐

dürəndə  eyzan  bismillah  de”  –  o  da,  niyəsini  anlamasa  da  hə‐

mişə “bismillah” deməyi unutmazdı. 

...Fərhad  kömürün  üstünü  basdırıb  yenicə  gəlmişdi.  Ax‐

şam  saat  22.30‐dur.  Ağəlinin  ailəsi  televizor  qarşısında  döşə‐

məyə – qoyun dərilərinin üstünə sərilmiş, mütəkkəyə söykənib 

SSRİ  xalq  artisti  Zeynəb  Xanlarovanın  konsertinə  baxırdılar. 

Durna nənə çarpayının ayağına söykənib bütün fikrini mahnıya 

vermiş, mahnının kəlmələrinə diqqət kəsilmiş, arada kimsə sə‐

sini çıxaranda “ssss!” edib hirslənirdi. 

Onun  evində  televizor  yoxuydu.  Olsa  da,  tək  baxacaq  de‐

yildi  ki...  Odur  ki,  televizor  almağa  həvəsi  olmasa  da,  “Ekran 

efir” qəzetindən axşamkı əsas verilişlərin vaxtını əzbərdən öyrə‐

nərdi.  Gözlədiyi  verilişin  vaxtı  çatmağa  az  qalmış  televizorun 



29 

 

qabağını kəsdirər, çayını süzüb yerini rahatlardı. Özü demişkən, 



“qəmedyə” idi onunla birlikdə film, ya da konsert izləmək. Hind 

filmlərinə  baxanda  gözünün  yaşı  durmazdı  –  kino  bitincə  ağ‐

lamaqdan gözləri şişərdi. “Zita və Gita”da Ranjet Zitanı kəmərlə 

döyəndə hıçqıra‐hıçqıra, – “Buy sənin əlin qurusun, gədə. Adam 

da qız uşağına elə əl qaldırar!?” – deyib səhnə bitənədək üzünü 

yana  çevirər,  di  gəl  ki,  Gita  xalasını  təpiyi  ilə  itələyib  dalıqatta 

yıxanda  –  “Bah  sənin  qadalarını  alım  belə  qız,  öldür  bu 

şər‐şəmətə ifritəni!” – deyib uşaq kimi sevinərdi. “Dədə Qorqud” 

filminin  başlanğıcında  qəbirqazan  oğlan  babasına  deyəndə  ki,  – 

“Sənə  gor  qazıram,  dədə...”  –  söz  xətrinə  elə  toxunardı..,  uşaq 

kimi zarıyar, kimsəsiz öləcəyindən qorxurdu deyə iki gün özünə 

gəlməzdi.  Hər  dəfə  bir  bəhanəylə  bu  qəbristanlıq  səhnəsinə 

baxmamağa  çalışardı.  Eynən  uşaq  kimiydi  Durna  nənə  –  xətri‐

yaxın və kövrək, birdən də uşaq kimi şadlanan... 

Ağəli qaloşlarını çıxarıb içəri girdi, sir‐sifəti yenə əsəbiydi, 

öz‐özünə Fərhadın qarasınca deyinirdi: 

– Mən sənin əvəzinə xötək‐balaq axtarım, sən də otur kon‐

sertə bax, yediyin gözündən gəlsin! Xalxın qızı qədər də qiryə‐

tin yoxdu! 

Fərhad: 


– Ata, nolar qoy konsert qurtarsın, tapıb gətirərəm, – yəqin 

yenə kolxozun yoncalığına girib. 

Durna: 

–  Ağa,  qadan  ürəyimə,  sən  allah,  uşağın  xətrinə  dəymə. 



Bütün günü kündə daşıyıb, bizə kömək edib yazıq. Həm də mə‐

nim heyvanlarımı iraxlıyıb, indi də konsert başladı. Qoy baxsın, 

qutarandan sonra tapıb gətirər. 

Ağəli: 


– Bu küçüyü sən belə qudurtmusan! Onun üçün Zeynabın 

konserti qiymətlidi, ya camış?! Qışda camışın südünü içib, qatı‐

ğını yeyəcək ey, Zeynabın yox.... 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə