Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə9/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   5   6   7   8   9   10   11   12   ...   144

30 

 

Hamı qımışanda Ağəli bir az da ciddiləşdi. Arvadına:



 

– Qara azar, qara qulğuna

22

, nə irişirsən, dur çay‐çörək ver! 



Durna həmişə Familənin tərəfini saxlayıb ona qahmar dur‐

muşdu. Bu dəfə də: 

–  Ağa,  bunnandısa,  elə  deyəydin  durun  cəhənnəm  olun 

evimdən!  Bir  həftədi  bu  konserti  gözləyirdik,  ləzzətini  qaçır‐

dın... Heç sənin axırıncı dəfə arvaq‐uşağına “sağ ol” dediyin ya‐

dına  gəlir?  Axı  onlar  da  insandı.  Bütün  günü  sacın  qırağında 

istidən  biş,  tüstü  gözünü  kor  eləsin,  təzək  qoxu,  axşam  da  gəl 

kişi səni zəhərləsin! 

Durna nənə acıqla yerindən qalxıb, – “Gecəniz xeyirə  qal‐

sın”, – deyib qapıya tərəf yeridi. 

Familə: 

– Boy! Hara gedirsən, ay arvad..? Ağanı tanımırsan, bunun 

işi‐gücü  boş  şeyin  üstündə  deyinməkdi  dayna...  Gəl  otur  kon‐

sertinə bax! 

–  Konsertin  ən  yaxşısına  baxdım!  Sağ  olun  –  Durna  nənə 

qapını  çırpıb  getdi.  Söhbətin  codlaşdığını  hiss  edən  Fərhad  da 

aradan çıxıb balağı axtarmağa qaçdı. 

Familə ərinə: 

– Allah insaf versin sənə, yazıq arvad bütün günü işləmək‐

dən ölüb, sən də hər boş şeydən coşub‐daşırsan. Yenə incidi, gəl 

indi könlünü al görüm necə alırsan. Balağı bu saat canavar ye‐

mədi ha! 

–  Ay  qız,  bir  balaq  sizcə  boş  şeydi,  hı!?  Satsam  300 manat 

puldur. Sabah instituta gedəndə cibinə ağac yarpağı qoyub yola 

salacaqsan, yoxsa qənfet kağızı? 

Heç aradan on dəqiqə keçməmişdi, Fərhad pəncərədən ba‐

şını içəri saldı: 

                                                            

22

 

Mənasını bilmədiyim, amma tez‐tez işlətdiyimiz qarğışdır.



 


31 

 

–  Balaq  evin  dalında,  –  kartofluqdaymış...  Mən  nənəgildə 



yatacağam. Sağ olun. 

Familə kinayə ilə ərinin üzünə baxıb dedi, – “Di hı, bu da 

sənin çər dəymiş balağın!” 

 

Fərhad: 

...Axşamdan  eyvanda  yatmışdım.  Hinin  qapısını  açan  ki‐

mi  küyükmüş  toyuqların  basabasla,  pırıltıyla  hindən  çıxmağı 

məni yuxudan oyatdı. Yerimdə dirsəkləndim. Gözlərimi ovuş‐

durdum.  Alatoranlıqdır  –  gecə  səhərə  tam  təslim  olmamışdı 

hələ. 

– Sənin başına dönüm, ay bala, qırılmışlar səni oyatdımı? – 



nənəm qayğıyla üzümə baxdı. 

Xoruz  günün  ilk  söhbətinə  yandıq  verirmiş  kimi  ürəkdən 

banladı. 

Durna nənə: 

–  Qara  yara,  çor,  zəkkum!  Qara  vurğun  təpənnən  vursun 

sənin! Sənin görüm səsin batsın! Bu gün səni kəsmək mənə borc 

olsun,  çər  dəymiş!  –  əlindəki  çubuqla  xoruza  tolamazı  atdı. 

Yolağanın açıldığı diqqətimizi çəkdi. 

Durna: 

–  Toyuqlar  ağacdan  düşməmiş,  bu  səhər  ertədən  gələn 



kimdi görəsən? Allah xeyir eləsin... 

Durna nənənin “dəli keçisi” – nəvəsi Dilbər iri idman çan‐

tasını sürüyə‐sürüyə evin döngəsində göründü, nənəsini görcək 

çantanı buraxıb qucağına qaçdı, boynuna sarılıb üz‐gözünü duz 

kimi yaladı: 

–  Ay  mənim  mələk  nənəm,  mən  gəldim!  Sənsiz  elə  darıx‐

mışam ki... 

Durna nənə də nəvəsinin yanaqlarından öpüb onu bağrına 

basdı, gözləri qəhərdən doldu: 



32 

 

–  Xoş  gəldin  maral  balam,  it  uşağı  yenə  səni  tək  buraxıb‐



lar? Min yol demişəm ki, uşağı təkbaşına avtobusla yola salma‐

yın, uzun yoldu, başına hər iş gələr. 

Dilbər: 

– Rayondan atamın tanışı çıxdı, – bizimlə gəlirdi, gözqulaq 

olmağı  ona  tapşırdı.  Həm  də  yekə  qızam,  daha  narahat  olma‐

ğına dəyməz, özüm tək də gələ bilərəm. 

Birdən  məni  gördü,  –  “Qaqaş,  sən  də  burdasan!?”  və  qa‐

çaraq çarpayımın üstünə tullanıb boynumu qucaqladı: 

– Bizim ceyranımız necədir? Bu gün məni bağa ot biçməyə 

aparacaqsanmı? 

Mən də Dilbərin üzündən öpdüm, nənəmə səsləndim: 

–  Nənəsi,  sənin  dəli  keçin  yenə  kəndi  bir‐birinə  qatacaq. 

Əlbəttə  aparacağam,  sənin  həsrətindən  ceyranın  burnu  tüklə‐

nib. İndi üstümdən düş paltarımı geyinim. 

Əl‐üzümü yudum, nənəmin hazırladığı samovar çayı, südlü 

şiləylə  səhər  yeməyimizi  yedik.  Yeddi  saat  uzun  yol  gəlməsinə 

baxmayaraq  yorğunluğu  hiss  olunmurdu,  elə  hey  “ceyranı” 

(bizim  eşşəyə  belə  ad  qoymuşdu)  görmək  üçün  yerində  vur‐

nuxurdu. Odur ki, yeməyimizi tez bitirib bizim məhləyə keçdik. 

Anamla  qucaqlaşıb  hal‐əhval  tutandan  sonra  birbaşa  həyətdəki 

tut ağacına bağlanmış eşşəyin yanına qaçdı. “Ceyranı” hamımız‐

dan çox istəyirdi. Ulağın boynunu qucaqlayıb burnundan öpdü: 

– Ay Allah.., niyə ağladın.., hə, ...sən də darıxmışdın, ceyra‐

nım? Mənim gözəlim... Gör milçəklər göz yaşını necə içir ceyra‐

nımın, lənətə gəlmişlər! Qaqaş (məni isə belə çağırırdı) səni ye‐

nə  də  şallaqlayır,  onun  əli  tökülsün  elə..!  Ta  qorxma,  səni  ona 

vermərəm.  Bu  gün  otu  onun  belinə  şəlləyib,  arxasınca  gülərik, 

eləmi qaragözlüm... – elə bu cür xasiyyətinə görə Dilbərə biz də 

“dəli keçi” adını qoymuşduq. 



33 

 

Ulağın boynunu qucaqlayıb gözlərini mənə zillədi: 



– Bu gündən bizə şələ yükləmək, şallaq vurmaq, xətrimizə 

dəymək, təhqir etmək, “eşşək” demək qadağandır. Bir az da bi‐

zim yerimizə özünü qoy, gör nə əziyyətlər çəkirik... 

Atam əlində iki cüt təzə qaloşla məhləyə girdi – malı noba‐

ta  qatdıqdan  sonra  tütün  suvarmağa  da  vaxt  tapmış,  hələ 

yolüstü kənd dükanına da baş çəkmişdi. Dilbəri görcək: 

– Baho... Balaca Durna da gəldisə, ağzımızı açıb danışa bil‐

mərik. Ay şeytan, səhər ertədən sən hardan çıxdın belə? 

Dilbər körpə uşaq kimi atamın qucağına tullandı, boynuna 

sarılıb onu öpdü. 

Atam: 

– Sarı kişmiş, bu şirin dilin olmasaydı,  ilanlar çoxdan ye‐



mişdi  səni.  Bax  Familə  bibiylə,  nənəyə  yolüstü  bir  qaloş  almı‐

şam.  Oyrəli

23 

nənənin  xətrinə  dəymişdim.  Dedim  könlünü  ala‐



ram. Küsüb, üç gündür ki, bizə gəlmir. Bilsəydim gəlmisən, bi‐

rini də sənə alardım. Al, bunu nənəyə verərsən, – bir cüt qaloşu 

Dilbərə verdi – Atangil necədir, yenə təkbaşına gəlmisən? 

Dilbər: 


– Hamı yaxşıdır, sizə salam deyirdilər. Bəlkə yay tətilində 

hamımız birlikdə gəldik. İndisə 12 günlük tətilə gəlmişəm, həm 

də istəyirdim ki, Novruz bayramını, çərçənbəni burda keçirim. 

– Lap yaxşı eləmisən, kəndin əsl dincəlməli vaxtıdır. Neçə‐

də oxuyursan indi? 

– Dörddə. 

– Ay maşallah, yekə qız olmusan ki, amma boyun uzanmır 

ki uzanmır, elə həminki sarı kişmiş, çoxbilmiş şirin balasan. 

Sonra anama tapşırdı:

 

                                                            



23

  O gün.


 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə