Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə80/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   76   77   78   79   80   81   82   83   ...   144

245 

 

Getdilər.  “Zalaksan”  əsəbsakitləşdirici  dərmanımdan  bir 



həb  atıb  yatmağa  çalışdım.  Baysalın  səmimi  üzü  gözlərimdən 

çəkilmirdi.  Axı  niyə  insan  iradəsi,  səbri  belə  ağır  sınaqlara  çə‐

kilməliydi? Bəlkə də Nağı ölməsəydi Baysal heç vaxt belə kişi‐

ləşməzdi.  Ağır  sınaqdır  insan  sınağı...  Heyvanlara  nə  var  ki, 

yeyir‐içir  vaxtı  çatanda  da  ya  kəsilir,  ya  da  səzssiz‐səmirsiz 

dünyasını  dəyişir.  Görəsən  heyvanlar  üçün  də  cənnət‐cəhən‐

nəm varmı? Tanrının insana ən böyük mükafatı şüurdur, amma 

insanı məhv edən də elə onun şüuru deyilmi? Ölümdən dərs al‐

maq, ölümlə dirilmək – dirçəlmək böyük fəlsəfədir. Ürəyimdən 

bir dindar insanla söhbət eləmək keçdi... 

 

* * * 


 

Palatanın  qapısının  açılmasına  yuxudan  oyandım.  Göz‐

lərimi ovdum – “Yəqin iynəmin vaxtıdır” – düşündüm. Amma 

gələn,  bu  illər  ərzində  insafsızcasına  tamamilə  unutduğum 

Dilbər idi. Sakitcə içəri girib qapını örtdü. Yorğun gözləri yaşla 

dolmuşdu.  Yerimdə  dirsəkləndim.  Boynumu  qucaqlayıb 

hönkürdü. Az qala boğulurdum. 

– Yavaş ol, dəli keçi, boğdun məni... – ürəyim atlandı, san‐

ki öz canımdan olan itiyimə qovuşmuşdum. 

– Yüz ildir sənə sığınmaq, sənə sarılmaq üçün ruhum səni 

axtarır,  sən  isə  gör  harda  və  nə  vəziyyətdəsən.  Çox  dəyişmə‐

misən,  elə  həmənki  Qaqaşsan.  Qurban  olum  sənə...  –  yenidən 

boynuma sarıldı. 

–  Sən  isə  yekə  qız  olmusan,  maşallah,  xeyli  dəyişmisən... 

Bilirsənmi  gözlərin  və  güləndə  ovurdundakı  xırda  batıqla  lap 

Durna nənəyə oxşayırsan. Necəsən? 

– Yaxşı. Necə hiss edirsən özünü? Həkimlər nə deyir? 

–  Bu  dəfə  ölməyəcəyəm,  qorxma.  Danış  görüm  bu  illər 




246 

 

ərzində neyləmisən? Gəl əməlli başlıca qiybət edək – lap arvad‐



lar kimi. Səni gördüyümə çox sevindim. Bəs anan hanı, bu gün 

görsənmir? 

– Bu gün növbədə deyil, elə ona görə bu gün gəldim, sabah 

işdədir. Mənə deyəndə ki, burdasan, bilmədim neyləyim – səni 

tapdığıma  görə  infarktın  “üzündənmi  öpüm”,  yoxsa,  xəstə‐

ləndiyinə  görə  ağlayımmı?  Amma  səni  tapdığıma  kaş  biləydin 

necə sevinirəm... Daha səni heç yana buraxan deyiləm... 

Əlimi  üzünə  dayamışdı,  göz  yaşlarını  saxlaya  bilmirdi. 

Dilbəri  o  qədər  köməksiz,  tənha  hiss  edirdim  ki,  xəstə  ürəyim 

sızladı. Onun hələ də uşaq nəvazişi ilə mənə məhrəmliyi, məni 

səmimiliklə  özünə  yaxın  bilməyi  məni  qürurlandırırdı.  İndi  o, 

mələk  Durna  nənəmin  mənə  vəsiyyət  etdiyi  yadigarıydı.  Axı‐

rıncı  dəfə  onu  görərkən  içimdən  keçən  o  ülvi  hissi  xatırladım. 

Görəsən, Dilbərlə evlənmiş olsaydım indi vəziyyətim necə olar‐

dı... Yox, hətta bunu fikirləşmək belə bişərəflik, binamusluqdur. 

Olsa‐olsa, o mənim balaca, dəcəl “dəli keçi”mdən başqa bir şey 

ola  bilməz.  Kaş  Durna  nənəm  sağ  olaydı...  Tüpürcəyi  ilə  islat‐

dığı  barmaqlarını  –  “Allah,  balamın  ağrısı‐acısı  çəkilsin  getsin 

Qaf  dağlarının  dalına...”  –  deyərək,  alnıma,  kürəyimə  çəkəydi. 

Mütləq  bütün  xəstəliklərim  keçib  gedərdi,  hətta,  ürəyimin  çatı 

da  bitişərdi  –  mən  buna  şəksiz  inanıram.  Nənəsiz  qalmağım 

məni yetimləşdirmişdi, ahıllaşdırmışdı. Yanında şitənəcək ada‐

mım olmadığından yaşlaşmışdım mən. Əgər Durna nənəm sağ 

olsaydı,  dəqiq  bilirəm  ki,  hər  gün  mənim  nazımı  çəkər,  qayğı‐

ma qalar, hər uğurumu şişirdib dağ edər və ərköyün uşaqlığım‐

dan ayrılmağıma imkan verməzdi. Uşağı şirin dillə dindirdikcə, 

o uşaqdır. Elə bir vaxt gəlir ki, artıq “uşaqla” bu dildə danışma‐

ğa utanırsan və uşaq da nəvazişsizlikdən,  arada  yaranmış  pər‐

dədən  əlacsız  qalıb    “yekəlir”.  Heyf  deyildimi  Durna  nənənin 

isti  qucağında  yatmaq,  hər  gecə  onun  şirin  nağıllarına  qulaq 

asa‐asa  yuxuya  getmək...  Yerini  isladanda  durub  söylənib‐ 



247 

 

deyinmədən  gecəyarı  döşəyimizi  çevirər,  yenidən  nənə‐bala 



yuxuya gedərdik. 8‐ci sinfədək necə də xoşbəxt idim. Amma elə 

bir  vaxt  gəldi  ki,  nənəm  məni  “fərləndirib”  yanından  ayırdı  – 

“Ta  yekə  kişi  olmusan  qadan  alım,  artıq  naməhrəm  sayılırsan, 

qucağımda yatmaq günahdır”, – deyəndə elə xətrimə dəymişdi 

ki... Axı mən yekəlmək istəmirdim. Bilirdim ki, mən yekəldikcə, 

nənəm  də  qocalacaq  və  bir  gün  öləcək  –  onun  ölməyindən 

qorxurdum,  onsuz  qalmaqdan  qorxurdum.  Sonralar  ayrılma‐

ğımızın  səbəbini  də  anladım.  Səbəb,  andıra  qalmış  “daşdələn 

qürurum”  idi  –  azğın  yuxularda  özümü  saxlaya  bilmirmişəm. 

Dəstəmazını  pozduğum  üçün  başqa  çarəsi  yoxmuş,  artıq 

böyüdüyümü,  kişiləşdiyimi  başa  salmaq  istəyirmiş...  Yekəl‐

diyimi  və    aramızdakı  simsar    nənə‐bala  münasibətlərinə  sərt 

pərdənin yarandığını istəmədən də olsa qəbul etməli oldum. 

İndi  də  Dilbər  böyümüşdü.  O  qayğısız  “dəli  keçi”dən 

əsər‐əlamət  qalmamışdı.  Mütənasib  bədəni,  uzun  saçı,  qayğılı 

gözəl  üzü  aramıza  adamı  çaş‐baş  salan  eyni  pərdəni  çəkmişdi. 

Əlimi isladan göz yaşları başqa bir Dilbərdən xəbər verirdi indi 

–  içi  dərdlə  dolu,  tənhalaşmış,  sevgi  və  qayğıya  ehtiyacı  olan 

Dilbərdən.  Görəsən  Durna  nənəmin  vəsiyyətindən  xəbəri  var‐

dımı? Bu arvaddan da baş çıxarmaq olmur vallah, özümdən bu 

qədər  yaşca  balaca  bir  qızla  evlənə  biləcəyimi  hardan  ağlına 

gətiribmiş? Bəlkə məni həmişə uşaq gördüyündən, yoxsa bizim 

yaşımızı heç bilmirmiş? Niyə bu qocalar həmişə arvadın ərdən 

yaşda  çox  kiçik  olmasını  tövsiyə  edirlər?  –  bu  manyaklıqdır, 

yoxsa  gələcək  cinsi  həvəs  fərqinin  hesablanması?  Heç  ağlıma 

sığışdıra bilmərəm ki, vaxtilə nənəmin şirin nəvəsi kimi tanıdı‐

ğım, məndən bu qədər yaşda kiçik qızı nə vaxtsa arvadım kimi 

qəbul  edəm.  Bunu  kişiliyimə  sığışdırmazdım.  O,  mənə  bacı 

əvəzi idi... 

Dilbər  əlimi  üzümdən  aralayıb,  yaşlı  gözlərini  gözümün 

içinə dikdi: 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə