70232
SEVİNC ABBASOVA ZAKİR QIZI
f
t
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA
QADIN HƏRƏKATININ İNKİŞAF TARİXİ
Bakı - 2007
ELMİ REDAKTOR:
akademik İsmayıl Hacıyev
RƏYÇİLƏR:
tarix elmləri doktorıı,
professor Hacıləxrəddin Səfərli
fəlsəfə elmləri doktoru,
professor Məmməd Rzayev
Sevinc Zakir qızı Abbasova, «Naxçıvan Muxtar Respublikasında
qadın hərəkatının inkişaf tarixi», Bakı, 2007.
Kitabda Naxçıvan Muxtar Respublikasında qadın hərəka
tının formalaşması, sosial-mədəni və ictimai-siyasi həyatda qa
dınların oynadığı rol təhlil edilmişdir. Tədqiqatda Naxçıvanda
qadın hərəkatının inkişafının ümumi qanunauyğunluqları və spe
sifik xüsusiyyətləri də nəzərdən keçirilir.
Kitab tələbələr, Azərbaycan tarixi problemləri ilə m araq
lanan oxucular üçün nəzərdə tutulmuşdur.
ISBN 9952-29-074-1
© A.Sevinc
MBM
I
ON SÖZ
İctimai inkişafın göstəriciləri sırasında qadınların cəmiyyətdə
yeri və rolu olduqca mühümdür. Müasir dövrdə, ölkəmizdə
hüquqi dövlət, demokratik cəmiyyət qurulduğu bir zamanda qar
şıda duran ən mühüm vəzifələrdən biri qadının cəmiyyətdəki so
sial rolunu zənginləşdirmək, ona bərabərhüquqlu vətəndaş və ey
ni zamanda bir ana kimi öz imkanlarını reallaşdırmaq üçüq şərait
yaratmaqdan ibarətdir.
■
‘ ■
Qadının ictimai və sosial vəziyyətinin yaxşılaşdırılması^ şəxsi
inkişafı, onun professional, mədəni və siyasi fəallığının analıq,
ailə-məişət funksiyaları ilə ahəngdar uzlaşdırılması üçün məq
sədyönlü iş aparmaq tələb olunur. Bu problem həm də ona' görə
aktuallıq kəsb--edir ki, yaşadığımız keçid dövründə cəmiyyətdə
baş verən sosial dəyişikliklərdən ən çox əziyyət çəkənlər məhz qa
dınlardır. Onların sosial müdafiəsinin, maddi rifahının yaxşılaşdı
rılması bu gün həllini tələb edən ən vacib məsələdir.
Qadınların cəmiyyətin inkişafındakı miihüm rolunu yüksək
qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev qadınlarımızın ictimai-siyasi fəallığının artırılması, 'onların
sosial-iqtisadi, mədəni-məişət problemlərinin həlli istiqamətində
bir sıra mühüm əhəmiyyətli qərarlar qəbul etmişdir. 1995-ci ildə
Azərbaycan Respublikası Birləşmiş Millətlər, Təşkilatının «Qa
dınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv
olunması haqqında» konvensiyasına qoşulmuş, 1998-ci ildə ölkə
də qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Uzun
fasilədən sonra 1998-ci ilin sentyabrında çağrılmış Azərbaycan
qadınlarının V qurultayı ölkəmizin qadınlarının həyatında
mühüm hadisə oldu. Nəhayət, Heydər Əliyev Azərbaycan Res
publikasına rəhbərlik edərlçən 1999-cu ilin 14 yanvarında qadın
ların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında rolunu
artırmaq, Azərbaycan Respublikasında BMT-nin «Qadınlara
münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması
haqqında» konvensiyasından irəli gələn öhdəlikləri daha geniş
miqyasda həyata keçirmə^: məqsədilə sərəncam imzalamış (6,
1999-cu il, 15 yanvar), 2000-ci il martın 6-da isə Azərbaycanda
qadın siyasətinin həyata keçirilməsini xüsusi fərmanla rəsmiləşdi-
i
з
9
rilmişdir (6, 2000-ci il, 7 mart). Möhtərəm Heydər Əliyevin apar
dığı uğıırlıı siyasət nəticəsində qadınlarımızın ictimai-siyasi fəal
lığı yüksəlmiş, qadın hərəkatına dövlət tərəfindən himayədarlıq
xeyli artmışdır.
Cəmiyyətin idarə edilməsində, dövlət əhəmiyyətli qanun və
qərarların qOəbul olunmasında qadınlarımız xüsusi rola malikdir
lər. Bu gün qadınlarla bağlı dövlət siyasəti elə aparılır ki, o, bəra
bər hüquqlar siyasətini tam tə'min edir. İndi respublikamızda on
larla qadın qeyri-dövlət təşkilatları da fəaliyyət göstərir. 1
Ilakin cəmiyyətdə qadınların yüksəliş yolu heç də asan olma
mış, onlar öz hüquq və abadlıqları, layiqli həyat uğrunda əsrlər
boyu mübarizə aparmışlar. Zaman keçdikcə qadınların cə
miyyətdə tutduqları mövqe də yüksəlmişdir. Azadlıq və demokar-
tiya uğrunda qadın hərəkatı bütün dünyaya yayılmışdır. Azər
baycan qadınları da dünya qadın hərəkatı tarixində öz izini qoy
muş, istiqlal və bərabərlik uğrunda mücadilə sayəsində bugünkü
mədəni səviyyəyə’yüksəlmişlər. Ancaq bu mədəni və sosial yüksə
liş yolları çox çətin olmuşdur.
Ölkəmizdə qadın hərəkatı çoxmərhələli inkişaf yolu keçmişdir.
Bu hərəkatın tarixindən ibrət almalı, öyrənməli çoxlu məqamlar
vardır. XIX əsrin II yarısından başlayaraq Azərbaycan qadınları
çarizmin təzyiqlərinə və qadağalarına baxmayaraq, müsəlman-
türk qadınlarının maariflənməsi, mədəni-ictimai həyata qatılma
sı, onların sosial-iqtisadi azadlıqları uğrunda gərgin mübarizə
aparmışlar. Lakin azərbaycanlı qadınların əsl yüksəliş dövrü
məhz XX əsrlə bağlı olmuşdur. Görkəmli dövlət xadimi Heydər
Əliyev Azərbaycan qadınlarının keçdiyi yolu qiymətləndirərək
qeyd etmişdir: «Tarixə nəzər salarkən böyük məmnuniyyət hissi
ilə demək olar ki, Azərbaycan qadım XX əsrdə böyük şanlı yol
keçmiş və uğurlar əldə etmişdir. Çoxəsirlik tariximizdə demək
olar ki, qadın heç vaxt XX əsrdəki qədər yüksəlməmiş, heç vaxt
bu zirvələrə çatmamışdır” (6, 1999-cu il, 8 mart).
Eyni zamanda, 7Ö il ərzində yaşadığımız sovet dövründə də bu
mübarizə davam etmiş, yeni forma və vasitələrlə zənginləşmişdir.
Bu mübarizənin tarixinin təhlil edilməsi, səhvlərindən nəticə çıxa-
'rılması, müsbət iş təcrübəsindən istifadə edilməsi bu gün böyük
nəzəri və praktik1 əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |