Sevinc qasimova



Yüklə 76,35 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü76,35 Kb.
#32160


302                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



SEVINC QASIMOVA 

tarix üzrə fəlsəfə doktoru 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

MAARIFÇILIKDƏN INQILABI-DEMOKRATIZMƏ DOĞRU: M.F.AXUNDZADƏ 

 

“Sağlığında xalqın sevimlisi, öldükdən sonra isə 



adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir.” 

(M.F.Axundzadə) 

 

Açar sözlər: Maarifçilik, tarixçilik, Tiflis mühiti, dramaturgiya, inqilabçı-demokrat.  



Ключевое слово: Просвещения, историография, Тифлиская сфера, драматургия, 

ревалюционно-демократ 

Keywords: Enlightement, historiography, enviroment of Tiflis, revolutionary-democratic  

 

Məqalədə XIX yüzilliyin maarifçilik hərəkatında öncül yer tutan M.F.Axundzadə irsinə 



müraciət edilmişdir. Təfəkkürün həyat və elmi fəaliyyətinə təsir edən əsas amillər açıqlanmış-

dır,  həmçinin  M.F.Axundzadənin  tarixi  baxımdan  yazdığı  əsərlər  tarixşünaslıq  baxımından 

təhlilə cəlb edilmişdir. M.F.Axundzadə irsinə müxtəlif rakursdan yanaşan tədqiqatçıların fərqli 

fikirləri incələnmişdir.  

XIX yüzillik Azərbaycan tarixçiliyində yeni bir mərhələ olmaqla yanaşı, həm də dünya 

elminə adları çox şərəflə çəkilən şəxsiyyətlər bəxş etmişdir. Bunların çoxsaylı sıralanmasında 

özünəməxsus ideyaları ilə seçilən M.F.Axundzadə fenomeni də öncül yerlərdən birini tutur.  

 Mirzə Fətəli Axundzadə haqqında bu vaxta kimi filosoflar, ədəbiyyatşünaslar, sənətşü-

naslar  və  müxtəlif  mədəniyyət  xadimləri,  elm  adamlarından  tutmuş  köşə  yazarlarına  qədər 

yazmışlar və indi də yazırlar. Bu bir tərəfdən sevindirici hal olsa da, digər tərəfdən də sarsıdı-

cıdır. C.Məmmədquluzadənin təbirincə desək, “Mirzə Fətəli Axundov barədə ya yaxşı yazmaq 

lazımdır, ya heç yazmaq lazım deyildir”. Bu fikrə iqtibasən sevindiricidir ona görə ki, bütün 

ömrünü xalqın savadlanması uğrunda mübarizə aparan, müxtəlif metod və üsullar axtarışında 

olan  mütəfəkkiri  xalqın  yaddaşından  silməmək  üçün  hələ  çox  yazılmalıdır.  Sarsıdıcıdır  ona 

görə ki, alimin irsinə diqqət çəkənlər bir qədər haqlı mövqedən yanaşmalıdırlar. Çünki, mütə-

fəkkir haqqında çoxları haqsızlıq etməklə yanlış fikirlər söyləmiş və sovet dönəmlərində veri-

lən “qiymətdən” də irəli getmişlər. Ona görə də M.F.Axundzadə irsi yenidən nəzərdən keçiril-

məli və xalqımız üçün gördüyü xidmətləri obyektiv dəyərləndirilməlidir. 

 Ümummilli  lider  Heydər  Əliyev  Azərbaycanın  mədəniyyət  tarixində  misilsiz  xidməti 

olan M.F.Axundzadədən bəhs edərək yazırdı: ”M.F.Axundzadənin yaradıcılıq yolunu səciyyə-

ləndirən  tarix  səhifəsini  vərəqləyərkən  biz  böyük  iftixar  hissi  keçiririk  ki,  xalqımız  ağır  za-

manlarda, gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq 

gözəl əsərlər yaradan bir insan yetişdirmişdir”(1) . 

Bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq 

yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni, ictimai siyasi məsələlərə daim fəal münasibət 

ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbay-

can mədəniyyətinin inkişaf tarixində parlaq səhifə açan M.F.Axundzadənin 200 illik yubileyi-

nin təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezi-




Ümummilli lider Heydər Əliyev – 

90                                                

303

 

Tarix və onun problemləri, № 2 2013 

 

denti İlham Əliyevin 13 aprel 2010-cu ildə verdiyi sərəncam (2) Azərbaycan xalqının mütə-



fəkkirə olan hörmətinin təzahürüdür.  

Ötən il böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli icti-

mai xadim və maarifçi M.F.Axundzadənin anadan olmasının 200 illiyi tamam oldu. Həmçinin 

TÜRKSOY tərəfindən mütəfəkkirin anadan olmasının 200 illiyi münasıbətilə 2012-ci il “Mir-

zə Fətəli Axundzadə ili” elan olundu. Bütün bunlar mütəfəkkirə olan diqqətin nəticəsidir. 

Azərbaycan  tarixçiliyində,  ədəbiyyatşünaslığında  və  ictimai  fikir  tarixində  yeni  istiqa-

mət  yaradan  Mizə  Fətəli  Axundzadə  ictimai-fəlsəfi  fikir  tarixində  maarifçilikdən  inqiabi-de-

moratizmədək  yüksələn  və  milli  mədəniyyətimizdə  yeni  bir  mərhələ  yaradan  mütəfəkkirdir. 

Onun ideyaları zəngin və möhkəm təməl üzərində meydana gəlmiş və dünyagörüşünün forma-

laşmasına qədim yunan fəlsəfəsinin, qabaqcıl rus ədəbiyyatının və Avropa maarifçiliyinin bö-

yük təsiri olmuşdur. O, ensiklopedik biliyə, universal yaradıcılığa malik bir vətənpərvər idi. 

Öz  ana  dilindən  başqa  ərəb,  fars,  rus  dillərini  də  mükəmməl  bilmiş  (3),  bu  dillərdə 

müxtəlif əsərlər yazmış Mizə Fətəli Axundzadə, həmçinin Tiflisdə 1834-cü ildə Qafqazın baş 

hakimi Baron Rozenin, Qolovinin, Heydqardtın dəftərxanasında, 1844-cü ildə Qafqaz canişin-

liyi  təsis  edildikdən  sonra  Vorontsovun  rəhbərliyi  altında  Boryatinski  və  M.Romanovla 

işləmişdir. O, burada olduğu müddətdə Qafqaz Arxeoqrafik Komissiyasında bir çox sənədləri 

də tərcümə etmiş və çoxlu məktublar, tanınmış şairlərin tərcümeyi-hallarını da yazmış, həmçi-

nin müxtəlif arxeoqrafik sənədləri də rus dilinə çevirmişdir. Onun Qafqaz Arxeoqrafik Komis-

siyasında fəaliyyəti bir çox materialların üzə çıxarılmasına kömək etdi ki, bu da onun geopoli-

tik düşüncələrinin meydana çıxmasına səbəb oldu. O, burada ömrünün sonuna qədər mütərcim 

vəzifəsində çalışmış və polkovnik rütbəsinədək yüksəlmişdir. Mütəfəkkir pedaqoji fəaliyyətlə 

məşğul olmaqla yanaşı, Tiflis qəza məktəbində azərbaycan, fars dillərində dərs demişdir(4).  

Taleyinin  həlledici  dövründə  öz  ailəsindən  kənar  düşməsi  və  mənəvi  atası  sayılan 

Axund Ələsgərin himayəsində yaşaması, ondan ruhanilik, məntiq və fiqh elmlərinin incəliklə-

rini öyrənməsi sonrakı həyatında mühüm iz buraxmışdır.  

Tiflis  mühiti  də  onun  dünyagörüşünə  mühüm  təsir  göstərmişdir.  O,  burada  sürgündə 

olan dekabristlərin inqilabi ideyaları ilə  yaxından tanış olmuş və mütləqiyyətin iç üzünü gör-

məyə müvəffəq olmuşdur. Bu yolla o, rus və Avropa mədəni irsinə yol tapmış, məşhur şəxsiy-

yətlərin həyatı ilə tanış olmaqla çox qısa müddət ərzində 6 komediya ərsəyə gətirmişdir. Mirzə 

Fətəli Axundzadənin yüksək erudisiyaya malik olması onun bir sıra tarixi və fəlsəfi əsərlər də 

yazmasına səbəb olmuşdur. Öz xalqının eybəcərliklərini görüb, onu düşündürən xalqın böyük 

xalq olduğunu vurğulayan  Mizə  Fətəli Axundzadə  həm xalqı düşünür, həm də  xalqı gülüşlə 

düşündürürdü. O, həmçinin xalqını öz keçmişi ilə, ətalət və cəhaləti ilə komik vəziyyətlə ayıl-

dırdı. Xalqın geriliyini görməklə yanaşı, o, bu vəziyyətdən qurtulmağın yollarını da göstərirdi. 

Öz  məqsədyönlü  yaradıcılığında  cəhalət,  fanatizm,  fırıldaqçılıq,  cadugərlik  kimi  cəmiyyətin 

xəstəliklərini nəsihətlə deyil, məhz acı gülüşlərlə, insanları islah etməklə çatdırırdı. Onun gü-

lüşü əsl intibah xarakterində idi. (9) 

XIX yüzilliyin ictimai və fəlsəfi fikir tarixində təməli Abbasqulu Ağa Bakıxanov tərə-

findən  qoyulmuş  tarixçiliyin  və  maarifçilik  istiqamətinin  yüksələn  xətlə  gedən  mütəfəkkirlə-

rindən sayılan Mirzə Fətəli Axundzadənin tarixə baxışlarını, fəlsəfi ideyalarını dərindən araş-

dırmaq  üçün  alimin  elmi  irsinə  birtərəfli  deyil,  konseptual  yanaşmaq  lazımdır.  Mirzə  Fətəli 

Axundzadə  irsini  araşdırarkən  ilk  növbədə  onu  maarifçi  demokratlardan  və  müasirlərindən 

fərqləndirən cəhətlərə aydınlıq gətirmək gərəkdir.  

Birincisi, o Azərbaycan və ümumilikdə Şərq ədəbiyyatşünaslığıında yeni realist nəsrin 

əsasını qoymuş dramaturgiyanın banisi idi. O həmçinin realist ədəbi tənqidin əsasını qoymaq-



304                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

la,  fəlsəfi fikir  tariximizdə,  tarixşünaslığımızda  şərəfli  yol  keçmiş  mütəfəkkirdir.  Onun  tarixi 



baxışları çox möhkəm təməli olan maarifçiliyə söykənmiş, eyni zamanda xalqımızın zəngin, 

mədəni, bədii və tarixi-fəlsəfi ideyalarını yeni rakursda aydınlatmağa çalışmışdır. Mizə Fətəli 

Axundzadə irsini araşdırarkən həmçinin mütəfəkkirin tarixi baxışlarının formalaşmasına təsir 

edən  əsas  amilləri  də  incələmək  lazımdır.Belə  ki,  onun  dünyagörüşünə  Qərbi  Avropanın  qa-

baqcıl maarifçi ədəbiyyatının, fəlsəfi fikrinin, qədim yunan elm və fəlsəfəsinin, rus ictimai fik-

rinin böyük təsiri olmuşdur. Mirzə Fətəli Axundzadənin elmi irsi çoxşaxəli və dərindir. Məhz 

buna görə də onun tarixə, ictimai hadisələrə münasibətini dövrün ictimai-siyasi durumundan 

çıxış edərək dəyərləndirmək lazımdır. Unutmamalıyıq ki, Mirzə Fətəli Axundzadə Azərbayca-

nın  Rusiya  tərəfindən  işğal  edildiyi  dövrdə  elmi  yaradıcı  fəaliyyətdə  olmuş  və  o  dövrdə 

yazdığı əsərlərdə söylənilən fikirlər insandan böyük cəsarət tələb edirdi.  

Mizə  Fətəli  Axundzadənin  elmi  irsinin  araşdırmaq  üçün  öncə  onun  həyat  yoluna  qısa 

nəzər salaq. Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxa şəhərində (indiki Şəki –S.Q.) anadan 

olmuşdur. Onun atası Mirzə Məhəmmədtağı Cənubi Azərbaycanın Xamnə qəsəbəsində çalış-

mış, lakin həmin qəsəbədə öz vəzifə borcunu vicdanla yerinə yetirdiyi halda, 3 nəfər sərbazı 

oğurluq etdiyinə görə cəzalandırdığı üçün Abbas Mirzə onun mal-mülkünü müsadirə etmiş və 

yüksək miqdarda cərimələmişdir. Bundan  sonra bu azmış kimi onu vəzifəsindən də azad et-

mişdir. Mal-mülkündən və vəzifəsindən azad olan Mirzə Məhəmmədtağı 1811-ci ildə Nuxaya 

köçmüş və burada Axund Ələsgərin qardaşı qızı Nanə xanımla ailə qurmuşdur. Bu izdivacdan 

onların Fətəli adlı oğlu dünyaya  gəlmiş, lakin məlum səbəbdən,  yəni Şəki hakimi Xoylu Cə-

fərqulu  xanın  vəfatı  ilə  onun  himayəsinə  sığınanların  cənuba  qaytarılması  ilə  əlaqədar  Mə-

həmmədtağı  ailəsini  də  götürüb,  yenidən  Xamnəyə  qayıtmışdır.  Lakin  burada  Məhəmmədta-

ğının birinci həyat yoldaşı ilə daima konfliktdə olan Nanə xanım oğlu Fətəlini götürüb Nuxaya 

əmisi Axund Ələsgərin yanına gəlir. Elə bu vaxtdan da Fətəlinin həyatında yeni mərhələ baş-

layır. Axund Ələsgər Fətəliyə himayə etməklə onun qayğısına qalır və ona dini kitablar oxut-

durur,  fars-ərəb  dillərini  mükəmməl  şəkildə  öyrədir.  Mütəfəkkirin  Axundov  famili  də  məhz 

bununla  əlaqədardır.  O  həmin  zamandan  Axund  Ələsgər  oğlu  kimi  şöhrətlənir.  Mizə  Fətəli 

Axundzadənin  həyatının  sonrakı  dönəminə  Gəncədə  öz  fəlsəfi  düşüncəsi  ilə  şöhrət  qazanmış 

M.Ş.Vazehin də mühüm təsiri olmuşdur. 1832-ci ildə Məkkə ziyarətinə gedən axund Ələsgər 

Fətəlinin  təhsilinə  diqqət  verdiyi  üçün  onu  fiqh,  məntiq  elmlərinin  bilicisi  sayılan  Axund 

Molla  Hüseynin  yanına  gətirir  və  ona  nəzarət  etməsini,  həmçinin,  M.Ş.Vazehdən  nəstəliq 

xəttini öyrətməsini tövsiyyə edir. Ona nəstəliq xəttini öyrətdiyi ərəfədə iki görkəmli şəxsiyyət 

səmimi olmuş və M.Ş.Vazeh onu ruhani yolundan uzaqlaşdırmışdır(6).  

M.F.Axundzadə  M.Ş.Vazehlə  birlikdə  1844-cü  ildə  nəşriyyat  yaratmaq  təşəbbüsündə 

olmuş,bu barədə Qafqazın Baş hakimi Qalovinə müraciət etmişdisə də,bu iş uğursuz olmuşdu. 

Bununla da,M.Ş.Vazeh gələcək mütəfəkkirin keçəcəyi yolun müəyyənləşdirilməsində mayak 

olur.  Bir  ildən  sonra  1833-cü  ildə  o,  Nuxaya  qayıdaraq  ruhani  olmaqdan  üz  döndərərək  yeni 

açılan rus məktəbində təhsilini davam etdirir. Burada bir il oxuduqdan sonra o,1834-cü ildən 

ömrünün  sonuna  kimi  Tiflisdə  Baron  Rozenin  yanında  mütərcim  kimi  fəaliyyət  göstərir  və 

polkovnik  rütbəsinə  qədər  yüksəlir.  1842-ci  ildə  o,Hacı  Ələsgərin  qızı  Tubu  xanımla  evlənir 

və bu evlilikdən olan 13 uşaqdan yalnız ikisi-oğlu Rəşid,qızı Nisə sağ qalırlar. Bu uğursuzluq 

da onun sonrakı həyatına təsirini göstərməyə bilməzdi. Rəşid bəyin oğlu Fətəli Molla Nəsrəd-

din jurnalında mürəttib olmuş və 1938-ci ildə güllələnmişdir. Qız nəticəsi Pəri xanım və onun 

yoldaşı İrəc Persinijad Yaponiyanın Tokio Universitetində çalışmışdır. O, 10 mart (26 fevral) 

1878-ci ildə vəfat edir.  




Ümummilli lider Heydər Əliyev – 

90                                                

305

 

Tarix və onun problemləri, № 2 2013 

 

Yuxarıda qeyd etdik ki, Qafqaz mühiti onun dünyagörüşündə əsaslı iz buraxmışdır. Bu-



rada o, dekabristlərin inqilabi ideyaları ilə yaxından tanış olaraq onların inqilabi əsərlərini mü-

taliə  etmişdir.  O,  həmçinin  Rus  Coğrafiya  Cəmiyyətinin  Qafqaz  şöbəsinin  üzvü  də  seçilərək 

Qafqaz Arxeoqrafik Komisiyasının sədri A.  Berje, şərqşünas N.Xanıkov, etnoqraf N.Berdze-

nov, Jurnalist Solloqub, hərbi tarixçi N.Dubrovinlə yaxından tanış olaraq, onlarla əməkdaşlıq 

etmişdir. O, Azərbaycan ziyalıları Q.Zakir, H.Zərdabi, M. Kazımbəy, B.Dorn, Mirzə Melkum 

xanla yaxından dostluq etmiş və bunlar da Mirzə Fətəlinin gələcək həyatında müəyyən iz bu-

raxmışdır (11). 

Mirzə Fətəli irsini ilk  öyrənən alimlərdən biri də Rəşid bəy Əfəndiyev və Firudin bəy 

Köçərli olmuşdur. Onun tərcümeyi-halı ilə bizi ilk dəfə tanış edən Firudin bəy Köçərli olmuş-

dur. Firudin bəy Köçərli M.F.Axundov haqqında yazırdı ki,”Onun əl vurduğu mövzuların ha-

mısından qan iyi gəlir...Biz bugün şərqdə,turan dünyasına baxanda görürük ki,150 il bundan 

əvvəl Mirzə  Fətəli ürək  yanğısı ilə  dediyi həqiqətlər  yenə  də  gündəmdədir”(5).  O, həmçinin 

Azərbaycan  ədəbiyyatı  tarixi  kitabının  I  cild  II  hissəsində  mütəfəkkirin  həyat  fəaliyyəti  və 

dünyagörüşü ilə bizi yaxından tanış edir.  

Mirzə Fətəli Axundzadə irsinə onun həyat və fəaliyyətinin müxtəlif aspektlərini Ə.Haq-

verdiyev,  C.Məmmədquluzadə,  F.Qasımzadə,  Ə.Mirəhmədov,  M.Rəfili,  H.Hüseynov,  Ə.Əh-

mədov,  M.Əlioğlu,  X.Əlimirzəyev,  K.Vəliyev,  Cavad  Heyət,  A.Kəngərli,  A.Əmrahoğlu, 

H.Həsənov,  Ş.Məmmədov,  V.Quliyev,  türk  alimi  Yavuz  Akpınar  müxtəlif  səpkidə  Axundov 

irsinə müraciət etmiş və onun yeni əlifba yaratmaq uğrunda mübarizəsini maarifçilik sahəsin-

dəki xidmətlərini, tarixi və fəlsəfi əsərlərini təhlil etməyə cəhd göstərmişlər. Latın əlifbası ya-

ratmaq  uğrunda  sonralar  İsmayıl  bəy  Qaspıralının  konsepsiyalaşdırdığı  “dildə,  fikirdə,  işdə 

birliyin” davamçısı olmuşdur. 

Ə.Haqverdiyev  “Maarif  və  mədəniyyət”  jurnalının  1928-ci  il  3  sayında  “Mirzə  Fətəli 

Axundov”  məqaləsində  çar  üsul-  idarəsinə  münasibətini  bədii  şəkildə  belə  ifadə  edirdi: 

”Epolet, mükafat, xaç ordeni və medallarla bəzədilmiş mündirin altında qəzəb alovu və od tu-

tub yanan coşqun ürək döyünür”. Bu Azərbaycan xalqının maarifçilik uğrunda mübarizə apa-

ran Axundzadə ürəyi idi. 

Heydər Hüseynov “XIX əsr Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” əsərinin be-

şinci fəslini böyük mütəfəkkirin həyat və elmi fəaliyyətinə, eləcə də tarixi və fəlsəfi baxışları-

na  həsr  etmişdir.  Müəllif  əsərdə  alimin  elmi  yoluna  işıq  salmış  və  onun  orta  əsr  geriliyinə, 

müstəbidliyinə  qarşı  maarıfçilik,  azadlıq  uğrunda  mübarızə  apardığını  qeyd  edərək  yazırdı: 

”M.F.Axundov  öz  yaradıcılığı  ilə  Azərbaycanın  ictimai  və  fəlsəfi  fikrinin  inkişafı  tarixində 

parlaq səhifə açmışdır “ (10).  

Ş.Məmmədov 1962-ci ildə nəşr etdirdiyi “M.F.Axundov” monoqrafiyasında mütəfəkki-

rin  ictimai-fəlsəfi,  maarifçi  görüşlərini  əhatə  edir.Məhz  zamanında  o,  Axundovşünaslıq  üçün 

yeni faktlar və onu “ilk maarifçi-demokrat” adlandırmışdır (12). 

H.Həsənovun  “Keçən  əsrdən  məktublar”  məqaləsində  M.F.Axundovun  oğlu  Rəşidbəy 

haqqında elmi tədqiqatı xüsusi maraq doğurur. Həqiqətən də Axundovun oğlu ilə məktublaş-

masında onun maarifçiliyi, milli ədəbi fəaliyyətinin Avropa mühitinə çıxarılması məsələlərinə 

aydınlıq gətirilir. Bu məktublar ayrıca toplu kimi 2003-cü ildə nəşr olunmuşdur (13).  

Akademik  F.Qasımzadə  Axundov  maarifçiliyini  özündən  əvvəlki  maarifçilərdən  daha 

mübariz və təsirli olması ilə demokratik ideyalarla daha çox vəhdətləşməsi ilə əlaqələndirir və 

onun azadlıq ideyalarının milli-hərəkatla bağlı olduğunu xüsusi vurğulayırdı, yəni artıq xalqın 

şüuru  milli  şüura  çevrilmişdir.Məhz  o,milli  şüurun  oyanmasında  əsas  əngəl  olan  müstəbid 

despotik quruluşa qarşı çıxmışdır. V.Quliyev göstərirdi ki, ”M.F.Axundov, H.B.Zərdabi XIX 



306                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

əsr  Azərbaycan  varlığının  iki  elə  mühüm  sütunudur  ki,  Azərbaycanın  sonrakı  mədəniyyəti, 



mənəviyyatı,  hətta  dövlətçiliyi  onların  üzərində  ucalır.Dağın  ucalığı  ondan  uzaqlaşdıqdan 

sonra hiss edildiyi kimi bizdə Mirzə Fətəlidən uzaqlaşdıqca onun böyüklüyünü, əzəmətini, hə-

mişə yaşarlığını aydın görürük ”(14). 

Mütəfəkkir  ilk  dəfə  olaraq  milli  ədəbiyyatda  islahatlar  yolu  ilə  xalq  hakimiyyətini, 

onun demokratik idarə üsulunu və parlamentin təsis edilməsinin tərəfdarı kimi çıxış etmişdir. 

O, ilk dəfə konstitusiyalı monarxiya idarə üsulunun yaradılması ideyasını Azərbaycan tarixinə 

gətirmişdir.  Adını  çəkdiyimiz  müəlliflər  Axundovşünaslıq  üçün  yeni  faktlar  üzə  çıxarmış, 

məhz onu ilk maarifçi demokrat adlandırmışlar. 

Böyük mütəfəkkir M.F.Axundzadə XIX yüzilin ictimai fikir tarixində silinməz iz qoy-

maqla yanaşı, fəlsəfi və ədəbi-tənqidi və tarixi məqalələr də yazmışdır. Onlardan “Həkim-in-

gilis  Yuma  cavab“,  “Molla  Ələkbərlə  mübahisə“,  “Yek  kəlmə  haqqında”,  “Fehristi-kitab”, 

”Nəzm və nəsr haqqında”, “Mollayi-Ruminin və onun təsnifinin babından“, “Kritika”, “Mirzə 

Ağanın  pyesləri  haqqında  kritika”,  “Tənqid  risaləsi”,  “Babilik  əqidələri”,  “Hekayət”,  “Con 

Stüart Mill azadlıq haqqında”, “1618-ci ildə “Bağdad yaxınlığında Türkiyə ordusunun vəziy-

yəti”,  ”Xristafor  Kolumbun  yeni  dünyanın  kəşfi”  kimi  əsərləri  Azərbaycan  tarixşünaslığında 

mühüm yer tutur.Bundan başqa M.F.Axundzadənin Hind şahzadəsi Kəmalüddövlənin fars di-

lində yazdığı 3 məktubu və İran şahzadəsi Cəlalüddövlənin türk dilində ona yazdığı bir cavab 

məktubunu ehtiva edən “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı da mühüm əhəmiyyət kəsb 

edir (8). 

Bəzi  tarixçilər  və  ədəbiyyatşünaslar  “Məktublar”ın  Ağa  xan  Kirmaniyə  aid  olduğunu 

göstərsələr  də,  bu  yanlışdır.Axundzadə  məhz  bu  əsəri  vasitəsilə  tənqidi-təfəkkürə,  yeni  dü-

şüncə tərzinə önəmli yer verir. O, məktubda metafizik materialist kimi çıxış etsə də, bu məktu-

buna  görə  ona  dinsiz  damğası  vurulmamalıdır.  Əksinə,  M.F.Axundzadənin  “Kəmalüddövlə 

məktubları” görkəmli tədqiqatçılar tərəfindən “Azərbaycan maarifçiliyinin manifesti“ adlandı-

rılır. Məhz o, tarixi əsərləri ilə XIX yüzilliyinin 70-ci illərində inqilabçı-demokrat səviyyəsinə 

yüksələ bilmişdir. M.F.Axundzadə Rus çarizminin təbliğatçısı kimi deyil, əksinə ezop dili ilə 

Rusiyanın müstəmləkəçilik siyasətini tənqid etmişdir. 

Mütəfəkkir qadın azadlığı məsələsinə də diqqət çəkirdi. Onu düşündürən məsələlərdən 

bir  Şərq  qadınlarının  təhsil  alması  məsələsi  idi.  Şərq  qadınının  dözülməz  vəziyyyətini  açıq-

layaraq, onları elm öyrənməyə maariflənməyə çağırırdı. 

XIX yüzilin ortalarından başlayaraq, Avropa və Rusiyanın elmi-mədəni təsirinə məruz 

qalan Azərbaycan mütəfəkkirləri ərəb əlifbasının əhalinin savadlanmasında ciddi maneə hesab 

etmiş və bunu islah etməyə çalışmışlar.Bu məsələdə ilk təşəbbüs M.F.Axundzadəyə məxsus-

dur. Bu düşüncələri haqqında o, 1854-cü ildə yazdığı məktubunda da göstərirdi.O, tərcümeyi-

halında yazırdı: 1857-ci il miladi də islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça 

yazıb, əlifbanın dəyişdirilməsini vacib məsələ olduğunu həmin kitabçada göstərdim. O, 10 il-

dən  çox  ciddi  mübarizə  aparmış  və  1868-1869-cu  illərdə  avar,çeçen  və  çərkəzlər  üçün  latın 

əlifbasına oxşayan soldan-sağa yazılan əlifba da tərtib etmişdir. 1870-ci ildə layihəni Məhəm-

məd  Tağı  Şaxtaxtınskiyə  göndərmişdir.  1873-cü  ildə  son  variantın  əlyazmaları  Əbdürrəhim 

bəy Haqverdiyev tərəfindən qeyd olunduğu göstərilsə də, onu burdan tapmaq mümkün olma-

mışdır. 1873-cü ildə Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Sədri vasitəsilə İstanulda 

çıxan  “Həqayiq”  qəzetinin  redaktoruna  məktub  göndərilmiş  və  iki  cür  əlifba  layihəsi  əsas-

landırılmışdır  (7).  Beləliklə,  əlifba  məsələsində  ərəb  əlifbasında  həriflərin  şəkillərinin  latın 

hərifləri  ilə  əvəz  edilməsi  ideyasının  M.F.Axundzadəyə  aid  olduğunu  görürük  və  ilk  dəfə  bu 

missiya yarım əsr sonra başqaları tərəfindən həyata keçiriləcəkdi. Əlifba islahatı ilə bağlı arxiv 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

307

 

Tarix və onun problemləri, № 2 2013 

 

materialları Fərhad Ağazadənin arxiv fondundan əldə etmək olar. Mütəfəkkirin yeni əlifba uğ-



runda  mübarizə  məsələsi  geriliyə  nadanlığa,ətalətə  qarşı  mübarizəsi  idi.Lakin  onun  bu  fikri 

birmənalı qarşılanmamışdır. Yeni əlifba uğrunda mübarizədə mütəfəkkir Mirzə Melkum xanın 

fəaliyyətini  yüksək  qiymətləndirirdi.  Osmanlı  sarayında  da  bu  məsələ  müzakirə  edildi.  Onun 

layihəsi  Cəmiyyəti-Elmiyeyi  Osmaniyyədə  müzakirə  edilmişdi.1863-cü  ildə  Türkiyənin  baş 

naziri Fuad Paşaya bu əlifbanın layihələri təqdim edilsə belə, əlifba islahatı həyata keçirilə bil-

mədi  (hətta  ona  Məcidiyyə  ordeni  verilmişdir).  Bu  layihəyə  İranın  Türkiyədəki  baş  səfiri 

Mirzə  Hüseynxan  ciddi  mane  olmuşdur.O,hətta  M.F.Axundovu  dini-nöqteyi  nəzərdən  də 

hörmətdən salırdı. Göründüyü kimi, M.F.Axundzadəni ümumtürk məsələsi maraqlandırırdı. 

M.F.Axundzadənin həyat və fəaliyyətini əhatə edən çoxsaylı ədəbiyyatların, monoqra-

fiyaların  olmasına  baxmayaraq,  onun  elmi  irsi  hələ  də  dərindən  və  obyektiv  araşdırılıb  başa 

çatmamışdır.  Buna  görə  də  müasir  tarixşünaslığımızda  mütəfəkkirin  elmi,  tarixi  və  fəlsəfi 

əsərlərinin  yenidən  tədqiqinə  ehtiyac  duyulur.  Bu  gün  hər  bir  azərbaycan  vətəndaşı  M.F. 

Axundzadə kimi mütəfəkkirinin olması ilə qürur duymalıdır. 

 

ƏDƏBIYYAT 

 

1.Əliyev H. Müstəqiliyimiz əbədidir. B., 1997 



2.Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin 13 aprel 2010-cu il sərəncamı 

3.Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi.B, 1974.s.254 

4.Qasımzadə F. M.F.Axundovun həyat və yaradıcılığı. B, 1982.s.123 

5.Köçərli F. Azərbaycan ədəbiyyatı. B,1978.s.523 

6.Məmmədzadə H. M.F.Axundov və Şərq.B, 1971. s.367 

7.Rəfili M. M.F.Axundov. 1957. s.334 

8.Əhmədov Ə. Böyük mütəfəkkir M.F.Axundov. B,1958. s.33 

9.Əhmədov Ə.Azərbaycan maarifçiliyi fəlsəfəsi.(rus dilində) B,1983. s.91 

10.Hüseynov H. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. B, 2007. s.172 

11.Axundzadə M.F. Seçilmiş əsərləri.3 cilddə.I cild.B, 2005. s.376 

12.Məmmədov Ş. “M.F.Axundov”. B, 1962.s.224 

13.Rəşid bəy Axundov(məktublar, sənədlər, tərcümələr). B., 2003 

14.Quliyev V. Bir daha M.F.Axundzadənin dəfni haqqında. “525-ci qəzet”, 19 may 2012, 25 

may 2012 

 

СЕВИНДЖ КАСИМОВА 

доктор философии по историческим наукам 

 

ОТ ПРОСВЕТЛЕНИЯ К ПУТИ РЕВОЛЮЦИОННЫЙ-ДЕМОКРАТИИ:  

МИРЗЫ ФАТАЛИ АХУНД-ЗАДЕ 

 

 



В статье исследуется просвитительское наследие М.Ф.Ахунд-заде, одного 

из  пролславленных  интеллектуалов  ХIX  века,  обращая  особое  внимание  на  главные 

факты жизни и творчества мыслителья. А также рассмотрены исторические сочинения 

М.Ф.Ахунд-заде в историографическом ракурсе. Особое внимание обрашается разным 

выводам  и  точек  зрения  отдельных  исследователей  на  историческое  наследия  М.Ф. 

Ахунд-заде. 




308                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



SEVINJ GASIMOVA 

Phd. 

FROM ENLIGHTENMENT TO THE REVOLUTIONARY-DEMOCRACY: 

MIRZA FATALI AKHUND-ZADEH 

 

 In the article it was looked to the heritace of M.F.Akhundzadeh, who took the leading 



place in the movement of enlightenment.Therefore, the main factors that affected the thincer’s 

life and scientific activity have been emphasized, İn the article,the works of the scientist,which 

had been written from a hisrorycal standpoint have also been analyzed from the view point of 

the  historioqraphy.  Distinctive  opinions  of  the  researchers  appoaching  the  heritage  of 

M.F.Akhundzadeh from the different aspects have also been refind in the article. 

 

 



 

 

Rəyçilər: t.e.n.M.S.Məmmədova, t.e.d.A.C.İsgəndərov 



 

BDU-nin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının 2 aprel 2013-cü il tarixli 

qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №6).

 

Yüklə 76,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə