Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə14/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

cəm.
Elmira  xanım  dedi:
-  
Qadan  alım,  ay  Səyavuş,  bəs  döymü  (Elmira  özü  şamaxılı 
olsa  da,  Bakıda  böyüsə  də,  çox  sözləri  Şəmkir  ləhcəsində 
işlədirdi)?  Evi  tikilmişin  oğlu,  savax  açıl-açıldadı,  hökmdümü?
Səyavuş  bir  mənə  baxdı,  bir  Raufla,  Misirə  baxdı,  şakəri  üzrə 
əlini  daraq  edib  şəlalə  saçlarını  geriyə  doğru  tumarladı.
-  
Elmira,  sən  Əbdürrəhman  kişinin  goru,  xətrimə  dəymə. 
Gətir  o  andırı  bura.
Elmira  xanım  kirimişcə  ayağa  qalxdı.  Eyvana  keçib  başı 
xamırlını  gətirdi.
Səyavuş  özü  badələri  doldurdu.  Ayağa  qalxıb  başladı  tost  de­
məyə.  Son  sözü  bu  oldu:
-  
İliko,  qardaşım  Telmana  da  demişəm,  Elmira  da  bilir.  Mə­
ni  Sərxanda  basdırarsınız.  Bu,  bir.  İkincisi,  evi  tikilmişin  oğlu,  hə­
lə  Sərxan  camaatı  bilmir  ki,  bu  Səyavuş  Sərxanlı  kimdir?  Gərək 
qəbiristanlıqda  məni  məzara  qoymamış  bir  nitq  söyləyəsən,  bir 
nitq  söyləyəsən,  ta  nə  bilim...  Özün  bilirsən  dana...  Qoy  bütün 
kənd  dizinə  vursun,  başa  düşsün  ki,  ayə,  gör  biz  kimi  itirmişik. 
Əgər  ürəksiz  danışsan,  başımı  qaldırıb  özüm  bilirəm  sənə  nə  de­
yəcəm.
Bunları  deyəndə  gözləri  nəmləndi.  Boynumu  qucaqlayıb 
üzümdən  öpdü.
Sağ  ol,  Veliki,  dediyimi  unutma  -   deyib,  badəni  başına
çəkdi.
...Səyavuş  dünyasını  dəyişəndə  mən  Sərxanda  olmadım.  Sonra 
qəbiristanlığa  getdim  və  hələ  üstü  götürülməmiş,  heç  torpağının 
nəmi  çəkilməmiş  məzarı  başında  fəryadla  onu  harayladım...
Amma  mən  dediyimi  eləmədiyim  üçün  Səyavuş  da  dediyinin 
üstündə  durmadı.  Başını  qaldırıb  mənə  baxmadı...
İlham  RƏHİMLİ, 
teatrşünas,  Əməkdar 
İncəsənət  Xadimi
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
-----------------------------------------------------------   Vətən,  səslə  oğlunu
SƏNİ  SORUŞANLAR...
Məni  xatırlayan,
Soruşan  olsa  •
Üzüm  ellərədir,
Ünvanım  şeir.
Kim  məni  tapanda 
pərişan  olsa,
Özümə  tutduğum 
divanım  -   şeir...
Bu  həzin  misralar  ötən  yay  dünya­
sını  dəyişmiş  mərhum  şair  qardaşım 
Səyavuş  Sərxanlının  doğmalarının 
qayğısı  sayəsində  işıq  üzü  görən  “Məni  soruşan  olsa...”  adlı  kita­
bından  götürülmüşdür.  Şair  düz  deyir,  onun  ünvanı  şeirdir.  Ünvanı 
şeir  olanlar  isə  ölmürlər.  Elə  Azərbaycan  Yazıçılar  Birliyinin  Na­
təvan  adına  klubunda  fevralın  28-də  şairin  doğum  günü  müna­
sibətilə  keçirilən  tədbir  də  bunu  təsdiq  etdi.  Tədbirdə  Səyavuş 
Sərxanlı  şeirinin  ölməzliyindən,  əbədiyaşarlığından  danışıldı.  Əl­
bəttə,  mənim  məqsədim  tədbir  haqqında  informasiya  vermək  de­
yil.  Məqsədim  dostumun  son  kitabı  haqqında  ümumi  təəssüratımı 
və  xatirələrimi  yazmaqdır.  Səyavuş  Sərxanlı  təkcə  bir  şair-pub­
lisist  kimi  deyil,  bir  insan  kimi  mənim  üçün  əziz  adam  idi.  Onu 
ötən  əsrin  70-ci  illərinin  əvvəlindən  tanıyırdım.  Xasiyyətindəki 
həlimlik,  çöhrəsindəki  abır-həya  işığı,  böyük-kiçiklə  ölçülü-biçili 
rəftarı  məni  özünə  cəlb  etmişdi.  Özü  təvazökar,  mənəm-mənəm­
likdən  uzaq,  səmimi  bir  insan  olduğu  üçün  şeirlərində  də  səmi­
miyyət  işığı  vardır.  Aşağıdakı  misralar  buna  canlı  misaldır:
Ey  məni  sevənlər,  ey  sevməyənlər,
Sizi  düşünürəm,  qurbanam  sizə.
Dalımca  yaxşı  söz,  pis  söz  deyənlər,
Qəlbimi  döşərəm  qədəminizə.
^
3
?


Nə  fərqi  var  imiş  -   eyni  yoldayıq,
Siz  bir  az  qabaqda,  mən  bir  az  dalda.
Nə  fərqi  var  imiş  -   eyni  haldayıq,
Mən  bir  az  qabaqda,  siz  bir  az  dalda...
Şübhəsiz  ki,  şair  “eyni  yoldayıq”  dedikdə  öz  qələm  yoldaşla­
rım  nəzərdə  tutur.  O,  yaxşı  bilirdi  ki,  sənət  yolunda  hamı  qabaqda 
ola  bilməz.  Bunun  üçün  darılmaq  lazım  deyil.  Çünki  bu  yol  Və­
tənə,  xalqa  xidmət  yoludur.  Hərə  bacardığı  qədər,  öz  imkanı  da­
xilində  elinə,  obasına  xidmət  edirsə,  bu  özü  təqdir  olunmalıdır. 
Səyavuş  bu  əqidənin  sahibi  idi.  Ona  görə  də  paxıllıqdan,  dedi- 
qodudan,  qeybətdən  uzaq  adam  idi.
Yadımdadır,  1973-cü  ilin  payızında  Lənkərana ezamiyyətə  get­
mişdik.  Oxucularla  görüşlər  keçirməliydik.  Rayona  çatanda  bir­
başa  şair  dostumuz  Şəkər  Aslanın  yanına  yollandıq.  Məqsədimiz 
onu  da  özümüzə  qatmaq  idi.  Onsuz  işimiz  çətin  olardı.  Şəkər 
Lənkəran  şəhər  partiya  komitəsinin  razılığını  almağımızı  məs­
ləhət  gördü.  Çünki  o,  rayon  qəzetinin  baş  redaktoru  idi.  İcazəsiz 
bizimlə  görüşlərə  gedə  bilməzdi.  Ümumiyyətlə,  hər  bir  görüş  ra­
yon  rəhbərliyinin  razılığıyla  olmalıydı.  Biz  belə  də  elədik.  Rayon 
partiya  komitəsinin  razılığını  alıb  bir  neçə  kənddə  olduq.  Oxu­
cular  Səyavuşu  hərarətlə  qarşılayırdı.  Çünki  o  vaxt  Səyavuşu  oxu­
cular  həm  şair,  həm  də  publisist  kimi  yaxşı  tanıyırdılar.  O  gün 
görüşləri  başa  çatdırandan  sonra  redaksiyaya  qayıtdıq.  Orda  Şəkər 
Aslanla  xudahafizləşəndə  o,  Səyavuşdan  xahiş  etdi  ki,  sabah  gə­
ləndə  “Leninçi”  qəzeti  üçün  bir  publisist  yazı  gətirsin.  Biz  Port- 
İliçə  -   bizim  evə  (indiki  Liman  şəhəri)  qayıtdıq.  Gecə  Səyavuş 
evin  artırmasında  masa  arxasında  tənha  oturaraq  fikrə  dalmışdı. 
Birdən  məni  səslədi.  Ona  yaxınlaşanda  həyətdəki  heyva  ağac­
larının  yarpaqları  arasında  ay  işığından  bərq  vuran  saralmış  hey­
vaları  göstərərək  dedi:
-   Heyvaların  hər  biri  gör  necə  də  bir ulduz  kimi  parlayır!  Hey­
valara  baxanda  elə  bil  mən  onları  birinci  dəfəydi  görürdüm.  Doğ­
rudan  da  onların  hər biri  bir  ulduza  bənzəyirdi.  Səyavuşun  sözünü 
təsdiqləyərək  ondan  tez  də  aralandım.  Onu  öz  aləmindən  ayırmaq
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
istəmirdim.  Sabaha  yazı  hazırlamalıydı.  Səhər  yeməyi  zamanı  Sə­
yavuş  sevinə-sevinə  Şəkər  Aslanın  tapşırığını  yerinə  yetirdiyini 
dedi.  Biz  Lənkəranda  bir  neçə  gün  qaldıq.  Həmin  publisist  yazı 
“Ulduzlu gecə”  adı  ilə  “Leninçi”  qəzetində  çap  olundu.  Biz  Şəkər 
Aslandan  ayrılanda  o,  mənə  dedi:  -   Bundan  sonra  Lənkərana  gə­
ləndə  Səyavuşla  gəl!  Mən  Şəkəri  yaxşı  tanıyırdım.  Səyavuş  xoşu­
na  gəlməsəydi,  o,  belə  deməzdi.  Səyavuş  azdanışan,  özünün-sö­
zünün  yerini  bilən  adam  idi.  Çıxışlarında  da  hər  şey  yerindəydi. 
Şəkərin  xoşuna  gələn  də  elə  bu  keyfiyyətlər  idi.
Səfər  zamanı  Səyavuş  Lənkəranın  ffisünkar  gözəlliyinə  hey­
rətlə,  acgözlüklə  baxırdı.  Bu,  onun  təbiət  vurğunu,  gözəllik  aşiqi 
olmasından  irəli  gəlirdi.  Təsadüfi  deyil  ki,  “Məni  soruşan  olsa..." 
adlı  kitabında  toplanan  şeirlərin  bir  çoxu  doğma  yurdunun  axar- 
baxarına,  çölünə-çəməninə,  gülünə-çiçəyinə,  barına-bərəkətinə 
həsr  edilmişdir.  O,  nahaq  yerə  demirdi:
Zəriflik  heç  kəsə  gəlməsin  asan,
Torpağı  sevməsən,  mərhəmət  umma.
Onun  bir  gülünə  qurban  olmasan,
Onun  bir  qızından  məhəbbət  umma.
Səyavuş  təsadüfən  bu  qənaətə  gəlməmişdi.  O,  şair  intuisiyası 
ilə  dərk  edirdi  ki,  “ Vətən  çiçəkləri  -   bəxtin  gülüşüdür".  Ona  görə 
də  fəxrlə  deyirdi:
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
Hərə  bir  çiçəyə  könül  veribsə,
Mən  də  nərgizlərin  nəğməkarıyam.
“Nərgizlərin  nəğməkarı”  63  il  ömür  sürsə  də,  nərgiz  ömrü  ya­
şadı.  Özlüyündə  indiki  zamanda  şairin  63  il  yaşaması  bir  o  qədər 
də  az  deyil.  Ancaq  Səyavuş  nərgiz  ömrü  yaşadığı  üçün  dostları: 
hayıf  ondan,  vaxtsız  getdi!  -   dedilər.  Səməd  Vurğun  demişkən: 
“Şair  olan  qəm  də  yeyir”.  Səyavuş  da  qəm  yeyirdi.  Çünki  Qara­
bağ  boyda  dərdimiz  vardı.  O,  Qarabağın  bugününü  öz  şair  fəhmi 
ilə  çoxdan  duymuşdu.  Xudu  Məmmədovun  xatirəsinə  həsr  etdiyi


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə