Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə5/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   2   3   4   5   6   7   8   9   ...   76

görüşdəkilər onu  son  dərəcə  coşqun  alqışlarla qarşıladılar.  Demək 
olar  ki,  Səyavuş  bizi  kölgədə  qoydu.  Bu  dəfə  də  biz  Səyavuşun 
çıxışından  sonra  çıxış  etməyə  çətinlik  çəkdik.  Bu  kimi  insani, 
bəşəri,  gözəl  xüsusiyyətləri  çox  idi  Səyavuşun.
Allah  səni  qələm   dostlarının  sırasından  əskik  etməsin,  Səya­
vuş.  Buna  görə  də  sənə  rəhmət  demirəm.  Sən  həmişə  bizim  sıra­
larımızda  və  yanımızdasan.
Səyavuş  Sərxa n lı
-----------------------------------------------------------------------------------
Söhrab  TAHİR, 
xalq  şairi
HƏLƏ  ONU  ÇOX  SORUŞACAQLAR...
Yaşda  məndən  çox  kiçik  olan  Sə­
yavuş  haqqında  xatirə  yazmaq  və  ya­
xud  xatirələr  kitabına  söz  yazmaq  mə­
nim  üçün  çox  ağırdır.  Heç  inanmaq  ol­
mur  ki,  pəhləvana  oxşayan,  tökməbə- 
dən,  boylu-buxunlu,  yaraşıqlı  bir  oğlan 
olan  Səyavuş  Sərxanlı  artıq  aramızda 
yoxdur.  Nə  tez  uçdu  getdi,  əridi  getdi?
Zahiri  görkəmi  ilə  daxili  aləmi  tərs 
mütənasib  idi  Səyavuşun.  Zahirən 
sərt,  bir  az  bəlkə  də  qaba  görünən 
Səyavuşun  çox  zərif,  incə,  kövrək 
ürəyi  vardı.  Elə  şeirləri  kimi,  misralara  dönmüş  duyğuları  kimi. 
Həmişə  təbiətə  üz  tutaraq,  çiçəklərlə,  güllərlə  həmsöhbət  idi.  Tə­
sadüfi  deyil  ki,  kitablarının  birinə  “Mənim  nərgizli  dünyam”  adı 
qoymuşdu.  Dostlarına,  qələm  yoldaşlarına,  ailəsinə  sədaqətli  və 
həssas  idi.  İlk  şeirlərindən  biri  olan  “Duz-çörək”  şeirini  elə-belə 
yazmamışdı  ki!
Səyavuş  bədii  publisistikanın  ən  gözəl  nümunələrini  yazan  qə­
ləm  yoldaşlarımızdan  idi.  Mövzuları  da  rəngarəng  idi.  Gah  Sibirə
-----------------------------------------------------------   Vətən,  səslə  oğlunu
gedib  çıxırdı,  gah  ucqar  bir  dağ  kəndinə,  gah  tarlaya  -   pambıq­
çıların  yanına,  gah  fermaya -   sağıcılara  baş  çəkirdi.  İrihəcmli  pub­
lisistik  yazıları  da  şirin  bir  şeir  kimi  birnəfəsə  oxunurdu.
Məni  xəbər  alıb  soruşan  olsa,
Üzüm  dağlaradır,  ünvanım  şeir...
Bəli,  onu  hələ  çox  xəbər  alıb,  çox  soruşacaqlar  və  əbədi  ün­
vanına  -   şeirlərinə  üz  tutacaqlar.
Fikrət  QOCA, 
xalq  şairi
CƏNGİ  MEŞƏSİ
Səyavuşu  Universitetdən  tanıyıram.
Mən  orada  Ədəbiyyat  kabinetində  Ia- 
borant  işləyirdim.  Tez-tez  görüşərdik.
Yeni  şeirlərini  oxuyardı.  Şeiri  çox  ay­
dın  idi.  Özü  də,  üzü  də  (üzündə  hə­
mişə  təbəssüm  olardı),  ürəyi  saf,  tə­
miz,  dili  şirin,  mehriban,  dost  qədri  bi­
ləndi.  Gözü  sərraf  idi.  Təsadüfi  deyil 
ki,  sonralar  ən  böyük  ədəbiyyat jurna­
lımız olan  “Azərbaycan”da  şeir şöbəsi­
nin  müdiri  oldu.
Səyavuş  Şəmkirdə  dünyaya  göz  aç­
mışdı.  Çox-çox  əvvəllər  burda  öz  dövrünün  qüdrətli  sənətkarı, 
“Qara  dəniz,  yol  ver  Türkün  bayrağına"  deyən  Əhməd  Cavad  da 
burda  doğulmuşdu.
Səyavuş  Sərxanlı  ona  oxşayırdı.  Onun  sərt  publisist  yazıların­
da,  şeirlərində,  ürəyində,  fikrində  ona  layiq  olmaq  hissi  vardı.  Və­
təni,  milləti  sevmək  öyrənmişdi  ondan.  Bu  sevgi  Səyavuşun  qə-
«
3
?


ləmindən  çıxan  bütün  yazılarına  səpələnmişdi.  Keşkə,  bu  haqqse- 
vən,  nahaqqa  nifrət  eləyən  Səyavuş  kimi  şairlərimiz  çox  olaydı. 
Onda  başımıza  gələn  müsibətlər  az  olardı.  Bu  xatirəyə  giriş  idi, 
əsl  xatirə  indi  başlayır.
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
Bir  dəfə  onunla  birgə  Şamaxıya  “Sabir  poeziya  günləri"nə 
getmişdik.  Hər  il  gedirdik.  Poeziya  günlərinə  bizi  xalq  şairi  Rə­
sul  Rza  aparırdı.  Rəsul  Rza  Səyavuş  Sərxanlının  xətrini  çox  is­
təyirdi.  O,  hələm -hələm  adamı  istəməzdi.  Səyavuşda  nə  görmüş­
düsə,  düz  görmüşdü.  Qayıdıram  o  günə,  qorxuram  məni  aldada, 
təfərrüatı  ilə  danışa  bilməsəm  də,  o  gün  başımıza  gələni  yığcam 
danışacam.  Təxminən  ötən  əsrin  70-ci  illəri  idi.  Sabir  təntənəsini 
başa  vurub,  “Bənövşə”  restoranında  banketə  yığılmışdıq.  Böyük 
Sabirin  anadan  olan  günü,  may  ayının  30-u  idi.  Birdən  kimsə  dedi 
ki,  Rəsul  müəllim,  bu  gün  Fikrət  Sadığın  da  ad  günüdür.  Gəlin 
onun  da  sağlığına  içək.  Rəsul  müəllim  məndən  soruşdu:
-   Doğrudan  bu  gün  sənin  ad  günündür?
Dedim:
-   Bədbəxtlikdən,  hə!
Dedi:
-   Bədbəxtlikdən  niyə?  Xoşbəxtlikdəndir  bu.  İndi  bu  qədər 
adamın  yanında  səndən  soruşuram:  Məndən,  ya  Yazıçılar  Bir­
liyindən  nə  istəyirsən,  istə!
Dedim:
-   Rəsul  müəllim,  heç  nə.  Kitabım  çıxıb,  evim  var,  işim  var.
Rəsul  müəllim  sözümü  kəsdi.
Dedi:
-   Yox,  necə  olsa  nəsə  bir  istəyin  var.  Utanma  de!
Dedim:
-   İndi  ki,  mənə  nəsə  bir yaxşılıq  etmək  istəyirsiniz,  onda  məni 
Cəngi  meşəsinə  aparın,  orada  qışqırmaq  istəyirəm.
Məclisdə  olan  adamlar  elə  bildilər  ki,  mən  sərxoşam.  Ancaq 
Səyavuş  mənim  yanımda  oturmuşdu,  məni  qucaqladı.
$
63
?
Rəsul  Rza  soruşdu  ki,  bəs  niyə  Cəngi  meşəsi,  elə  burda  qışqır 
da?
Dedim:
-   Bura  yol  qırağıdır.  Şəhərdə  qışqırmaq  olmur.  Deyərlər  dəli­
dir.  Meşədə  məni  heç  kəs  görmür.
Birdən  rayon  partiya  komitəsinin  katibi,  öz  işçilərinə  əmr  etdi 
ki,  yığışdırın  bu  banketi,  qaldırın  Pirquluya,  Qırxbulağa.  Gedək, 
orda  yeyib-içək,  Fikrət  də  nə  qədər  istəyir  qışqırsın.
Səyavuş  Sərxanlı  qulağıma  pıçıldadı  ki,  tək  yox,  mən  də  sə­
ninlə  gedəcəyəm.
Dedim,  yaxşı!
Banketi  qaldırdılar dağa.  Mən  də  Səyavuşla  getdim  qışqırmağa. 
O  meşədə  balaca  bir  göl  vardı.  Çuxuryurdda  müəllim  işləyəndə 
görmüşdüm  o  gölü.  Getdik  gölün  sahilinə.  Səyavuş  mənim  qo­
lumdan  tutmuşdu.  Mən  çox  ucadan.  Allah,  Allah  necə  gur  səslə 
qışqırdım.  37-ci  ildən,  atam  tutulandan  ürəyimdə  yığıb  saxladı­
ğım,  boğub  saxladığım  səs  -   dalğa-dalğa  yayıldı  meşənin  içinə, 
ağaclar  bir-birinə  dəydi,  budaqlar  şaqqıldadı,  yarpaqlar  töküldü. 
Dağlar-dərələr əks-səda  verdi.  Çox-çox  sonralar  mənə  Dəmirçilər 
kəndindən  bir  ədəbiyyat  müəllimi  dedi  ki,  bu  il  mayın  30-da 
meşədə  kimsə  belə  qışqırdı  ki,  səsi  gəlib  bizim  kəndə  çatdı.
Dedim:
-   O,  mən  idim!  İnanmadı.
***
Sonra  Səyavuş  məni  gətirib  çıxartdı,  yığışdığımız  yerə.  O 
kədərli  zarafatdan  sonra  Səyavuş  mənə  daha  da  yaxın  oldu.  Nə­
sillər  arasında  mehribanlıq  buna  deyərlər.  Həmişə  məndən  hal- 
əhval  tuturdu.  Məni  böyük  qardaş  gözündə  görürdü.  Ömrünün 
axırınacan  elə-belə  də  qaldı.  Ona  dost  dost  idi,  düşmən  düşmən. 
Dost  dediyinə  canını  da  verərdi.  O,  dar  gündə  mənə  hayan  oldu, 
mənim  qolumdan  tutdu.  Əllərinin  mehri  hələ  də  qolumda  gizil­
dəyir.  Şeirlərində  Vətən,  el-oba,  keçmişimiz,  bugünümüz,  türk­
çülüyümüz,  dərdimiz,  sevincimiz  tərənnüm  olunurdu.
------------------------------------------------------------------------------ 
Vətən

səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə