Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə6/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   2   3   4   5   6   7   8   9   ...   76

Şeirlərinə  mərdlik,  dostluq,  insanlıq,  haqq-ədalət,  azadlıq  səpə­
lənib.  Tale  aman  vermədi.  Qələmini  sındırdı.  Bir  şairi  vaxtsız 
apardı.  Mən  də  bir  dost  itirdim.
O  gün,  o  qədər  adamın  içində  mənim  nə  çəkdiyimi  bilən, 
şirvanlı  eyhamını  başa  düşən,  qolumdan  tutan  Səyavuş  idi...
Fikrət  SADIQ, 
xalq  şairi
QOŞA  ŞƏKİL
B ilgəhdə  ürəyimlə  bağlı  m üalicə 
olunurdum.  Ürəyimin  dərm anı  təkcə 
Bilgəhin  sağlam  havası,  həkim lərin 
qayğısı  deyil,  həm  də  orda  bizi  sevən, 
duyan,  qiymətləndirən  insanların  sev­
gisi,  məhəbbəti  idi.  Ürəyimin  ağrısına 
baxmayaraq əhvalım çox  yaxşı  idi.  Ona 
görə  ki,  hər  addımında  şeiri  sevən, 
şairə  yüksək  qiymət  verən  insanlarla 
qarşılaşırdım.  Bir  gün  ürək  həkimim 
mənə  bildirdi  ki,  şair Səyavuş  Sərxanlı 
da  müalicəyə  gəlib.  Bu  xəbərə  həm   sevindim,  həm   də 
kədərləndim.  Sevindim  ki,  məni  duyan  və  mənim  duyduğum  şair 
dostumla  həmdərd,  həmsöhbət  olacağam.  Kədərləndim  ki,  ey  da- 
di-bidad,  Səyavuş  Sərxanlı  da  xəstələnərmiş.  Təklifsiz,  zəngsiz, 
icazəsiz  qapısını  döydüm.  Qapını  özü  açdı.  Məni  görən  kimi  qol­
ları  qartal  qanadı  kimi  açıldı,  məni  doğma  qardaşı  kimi  bağrına 
basdı.  Uzun  illərin  həsrətlisi  kimi  görüşdü.  Dərddən  də  danışdıq, 
dərmandan  da,  xəstəlikdən  də  söz  açdıq,  sağlamlıqdan  da.  Keç­
mişdən  də  söhbət  elədik,  gələcəkdən  də.  Sözümüz-söhbətimiz 
şeirlə  başlayır,  şeirlə  qurtarırdı.  Yatanda  yuxuma  da  girməzdi  ki,
< s o ?
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
onu  belə  tez  itirəcəyik.  Gümrah  səsi,  şaqqanaq  çəkib  gülməsi, 
hərdən qara  gözlərinin  dolması,  söhbətimizin  şirin  yerində  şappıltı 
ilə  əlini-əlinə  vurub  heyrətini  və  heyranlığını  bildirməsi,  qara  şə­
və  saçlarını  barmaqları  ilə  daraması,  vüqarlı  yerişi,  ayağa  duruşu, 
çox  səliqəli  geyimi,  zahiri  və  daxili  gözəlliyi  ilə  gözəllərin  ürə­
yinə  od  salması  ayrıca  bir  tamaşa  idi,  gözəllik  sərgisi  idi.  Onu 
çoxlarından  fərqləndirən  gözəl  publisistikasını  da,  şeirlərini  də  se­
və-sevə  oxuyardım.  Həmişə  də  təbriklərimi  çatdırar,  səmimi  ürək 
sözlərimi  əsirgəməzdim.  1979-cu  ildə  Kəlbəcərdə  Aşıq  Şəmşirin 
85  illiyində  yol  yoldaşı,  könül  sirdaşı  olmağımız  ən  kövrək,  ən 
şirin  xatirə  kimi  zaman-zaman  mənimlə  bir  yerdə  olacaq.  Aşıq 
Şəmşirin  ona  məhəbbəti,  sevgisi,  gözəl  şairimizə  yazdığı  şeirləri, 
az  qala  hər  şeirində  Səyavuş  Sərxanlının  adını  çəkməsi  böyük 
ağsaqqalın  cavan  bir  Azərbaycan  şairinə  dərin  rəğbətinin,  hör­
mətinin  ifadəsi  idi.  Bu,  Səyavuş  Sərxanlının  saza,  şifahi  xalq 
ədəbiyyatına,  zəngin  folklorumuza  dərin  bağlılığından  irəli  gə­
lirdi.  Səyavuş  Sərxanlı  bu  gün  həyatda  olmasa  da  mənim  üçün 
diri  və  duru,  çılğın  və  qaynar,  deyən-gülən,  zarafatcıl,  səmimi  bir 
insan  və  gözəl  şair  olaraq  qalır.  Mən  onu  belə  görmüşəm  və 
həmişə  o  mənim  üçün  beləcə  də  qalacaq:  şirin,  dadlı-duzlu,  sə­
mimi,  mehriban,  dost  sevincinə  sevinən  və  bütün  varlığı  ilə  ha­
mını  sevindirən  publisist  dostumuz,  şair  qardaşımız,  vətəndaş  sə­
nətkarımız!
Poeziyanın,  ilhamın  işığı  qəbirdə  də  öz  gözəlliyini,  təsirini,  ca­
zibəsini  itirmir.  İşığın  mübarək,  gorun  nurla  dolsun,  işıqlı  ziyalı­
mız,  Səyavuş  Sərxanlımız!  Bilgəhdə,  X əzər  sahilində  çəkdirdiyi­
miz  qoşa  şəkili  ən  mübarək  bir  əmanət  kimi  əzizləyirəm.  Bu  şə­
kildə  Xəzərdən  əsən  yellər  sənin  qara,  şəvə  saçlarını  dalğalandı­
rır,  sən  də  küləklərə  meydan  oxuyursan,  ölümün  acığına,  həyatın 
eşqinə  o  şəkil  bizim  yadigarımız  kimi  övladlarımıza  qalacaq.  Qəb­
rin,  ruhun  və  xatirən  önündə  baş  əyirəm,  mənim  şair  qardaşım.
Zəlimxan  YAQUB,
xalq  şairi
------------------------------------------------------------------------------ 
Vətən,  səslə  oğlunu


O  GÜNÜ  GÖZLƏYİRƏM  Kİ...
Səyavuş  Sərxanlı  haqqında  düşüncələr
Saralıb-solmuş  köhnə  qəzet  və  jur­
nalları  seçib-seçmələyir,  dəcləyə-dəc­
ləyə  qutulara  yığırdım.  Əlimin  altında 
zamanın  axarında  ömrünü  başa  vur­
muş,  gərəkliyini  itirmiş  nəşrlər  də  var 
idi.  Düşünürdüm  ki,  bunlar  sonuncu 
axşamdır  ki,  mənim  evimdə  «qonaq»- 
dır,  sabah  atılacaq.  Nədənsə  ürəyimi 
anlaşılmaz,  xəfif bir  qüssə  bürümüşdü. 
Hisslərim,  duyğularım  isə  Səməd  Vur­
ğunun  «İllər  gəlib  keçdi,  ömürdən  il­
lər»  misrası  üstündə  köklənmişdi.
Birdən  gözüm  «Radio  i  Televidenie  SSSR»  jurnalını  aldı.  Gö­
türüb  baxdım.  1969-cu  il  nüsxələrindən  biri  idi.  Üz  qabığında  bo­
yaboy  gənc,  yaraşıqlı,  ilk  çıxışları  ilə  bütün  teatr  aləmini  heyrət­
ləndirən,  məftun  edən  aktrisa  Şəfiqə  Məmmədovanın  portreti  ve­
rilmişdi.
İçəridə  daimi  müəlliflərimizdən  sayılan  şair  Səyavuş  Sərxan- 
lının,  baş  rejissor  Bünyad  Məmmədovun  və  mənim  şəkillərimiz, 
həm  də  müsahibələrimiz  verilmişdi.  Materiallar  bununla  bitmirdi. 
Jurnal  bütünlüklə  bizim  «Gənclik»  baş  redaksiyasının  fəaliyyətinə 
həsr  olunmuşdu.  Televiziyanın  keçib  gəldiyi  illər  ərzində  ilk  də- 
fəydi  ki,  Azərbaycana  bu  qədər  geniş  yer  ayrılırdı.
Mən  cəmi  beş-altı  ay  idi  ki,  baş  redaktor  işləyirdim.  Televizi­
yaya  təzəcə  isinişirdim.  Təbii  ki,  bu  xoş  hadisəyə  kollektiv  də 
sevinirdi,  mən  də.  Komitənin  rəhbərliyi  də  qürrələnirdi  ki, 
ümumittifaq  miqyasında  yaradıcılıq  işlərimiz  təqdir  olunur, 
nümunə  göstərilir.  Sədrimiz  Qurban  Yusifzadə jurnaldan  bir  neçə 
nüsxə  aldırıb,  Mərkəzi  Komitədə,  Nazirlər  Sovetində  televiziya 
ilə  bağlı  olan  məsul  işçilərə  çatdırmışdı.
Səyavuş  S ərxa n lı
--------------------------------------------------------------- — -------------
Kollektivimizlə  qaynayıb-qarışan,  doğmalaşan  Səyavuş  Sər­
xanlı  o  günlər  bəlkə  də  hamımızdan  çox  sevinirdi.  Köşklərdə jur­
nal  qoymamışdı.  Bir  ucdan  hey  alıb  yaxın  adamlarına,  dostlarına 
paylayırdı...
Onunla  qabaq-qənşər  oturmuşduq.  Gözlənilmədən  Nəbi  Xəzri 
qapı  ağzında  göründü.  İkimiz  də  dik  atıldıq.  Nəbi  müəllim  irəli 
gəlib,  əl  verdi.  Sonra  üzünü  gənc  qələm  dostuna  tutub:
-   Ay  Səyavuş,  əzizim,  -   dedi,  -   axşam  yatdım,  səhər  ayıldım, 
bir  də  gördüm  ki.  Sakit  okeandan,  Şimal  Buzlu  okeanından  üzü- 
bəri,  Baltik  sahilləri,  Qara  dəniz  boyunca  SSRİ  kimi  nəhəng  bir 
ölkə  tanıyır  ki,  Səyavuş  Sərxanlı  kimi  bir  publisist  Azərbaycan 
Televiziyasının  «Gənclik»  baş  redaksiyası  ilə  əməkdaşlıq  edir. 
Təsəvvür  elə  ki,  indi  jurnal  15  respublikanın  bütün  televiziya­
larında  yüzlərlə,  minlərlə  adamın  stolunun  üstündədir.  Mən  hələ 
ölkə,  diyar,  vilayət  televiziyalarını  demirəm.  Tirajına  baxsan, 
bunu  özün  daha  aydın  təsəvvür  edərsən.
-   Təsəvvür  eləyirəm,  çox  sağ  olun,  ay  ustad,  -   dedi  Səyavuş. 
-   Yerdən  göyə  qədər  razıyam.
Nəbi  Xəzri  cavabında:
-   Ay  Səyavuş,  bu  sevinc  yaxşıdır,  ürəkaçandır,  -   dedi.  -   An­
caq  yaddan  çıxarma  ki,  sən  şairsən,  publisistsən,  yəni  sənin  çağlar 
təbin,  təkrarsız  qələmin  var.  Sən jurnalist  kimi  geniş  arenaya  çıx­
dın.  Arzum  budur  ki,  poeziyada  da,  publisistikada  da geniş  üfüqlər 
fəth  edəsən.  Həmişə  xoş  sorağın  gəlsin.  Biz  də  sevinək,  fəxr 
edək.
Mən  söhbətə  qoşuldum:
-   Nəbi  müəllim,  Allahın  köməyilə  belə  də  olacaq.
Nəbi  müəllim  qapıya  sarı  yönələndə  ayaq  saxlayıb:
-   İşinizdə  olun,  -   dedi,  -   Sizə  daha  böyük  uğurlar,  sevinclər 
arzulayıram.
İndi  o  vaxtdan  çox  illər  keçib,  çox  sular  axıb.  Ancaq  ürəyə 
yazılan  anlar,  məqamlar  unudulmur,  tez-tez  yada  düşür  xatirələr...
....Televiziyada  ilk  iş  günüm  «letuçka»  ilə  -   həftəlik  veriliş­
lərin  müzakirəsi  ilə  başladı.  Camaat  dağılışanda  Komitə  sədrinin
« a e a ?
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə