Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə7/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   2   3   4   5   6   7   8   9   10   ...   76

müavini,  şair  Nəbi  Xəzri  üzünü  mənə  tutub:
-   Nahid,  sən  qal,  -   dedi.
Keçib  onunla  üzbəüz  oturdum.
-   Əzizim,  gəl  səninlə  işlərimizi 
bəri  başdan  elə  quraq  ki, 
xırmanda  yabalaşmayaq.
-   Nəbi  müəllim,  Allah  o  günü  göstərməsin.  Mənim  ürəyim 
deyir  ki,  hər  şey  yaxşı  olacaq.
-   Elə  mənim  ürəyim  də  belə  deyir.
O,  məni  Radionun  Ədəbiyyat  şöbəsinin  müdirliyindən  yarı- 
xoşluqla,  yarıgüclə  öz yanma -  televiziyanın  «Gənclik»  baş  redak­
siyasına  baş  redaktor vəzifəsinə  aparmışdı.  Vəzifəm  bir pillə  yük­
səlmişdi.  Ancaq  düzü,  ədəbiyyat  şöbəsi  mənə  daha  doğma  idi. 
Yazıçıların,  şairlərin  içindəydim.  Həm  də  müdir  olduğum  şöbə 
radionun  gözü  sayılırdı.
Burada  isə  verilişlərin  səddi-sərhədi  bilinmirdi.  Konkretlikdən 
də  danışmaq  mümkün  deyildi.  Hiss  edirdim  ki,  Nəbi  müəllimin 
mənə  deyiləsi  sözü  çoxdur.
-   Nahid,  əzizim,  -   dedi,  -   nə  gizlədim,  sənin  təzəcə  qovuş­
duğun  bu  baş  redaksiya  ki  var,  mənim  yaralı  yerimdir.  İstəyirəm 
ki,  elə  eləyəsən  uzağı  bir-iki  aya  hiss  olunsun  ki,  bura  təzə  nəfəs 
gəlib.  Tamaşaçılar  beziblər,  şablon  verilişləri  görən  kimi  televi­
zoru  söndürürlər.  Daha  gözləmirlər  içində  nə  var,  mənası,  məz­
munu  nədir.
-   Nəbi  müəllim,  darıxmayın,  yavaş-yavaş  siz  deyənlərin 
hamısı  olacaq.
-   Niyə  yavaş-yavaş?
-   Gecə-gündüz  axtarış  lazımdır,  istedadlı  adamları  gərək 
verilişlərə  cəlb  edək  ki...
-   Mən  elə  bu  barədə  səninlə  ürək  söhbəti  eləmək  istəyirəm, 
-   Nəbi  Xəzri  çənəsini  ovcuna  aldı.  -   Bunu  deyim  ki,  sizin  iki 
şöbədə  -   «Pioner  və  məktəblilər»,  eləcə  də  «Balacalar»  redaksi­
yalarında  heç  bir  nigarançılıq  yoxdur.  Özün  yaxşı  bilirsən  ki, 
Tofiq  Mütəllibov  da,  Fuad  Tarıverdiyev  də  təcrübəli  qələm  sa­
hibləridir.  İşlərini  də  yaxşı  qurublar.  «Gənclər»  şöbəsində  isə  çox
Səyavuş  S ərxa n lı
------------------------------------------------------------- --------------------
acınacaqlı  vəziyyət  yaranıb.  Orada  başıpozuqluqdur.  Axtar,  ürə­
yimizə  yatan  bir  adam  tap,  gəlsin  əl-ələ  verib  səninlə  işləsin.
-   Oldu,  Nəbi  müəllim,  darıxmayın,  -   dedim.  -   Yaxın  günlərdə 
mən  sizə  geniş  təkliflər  planı  verəcəyəm.  Çalışacağıq  ki,  istedad­
lı,  zövqlü  adamlar  şöbə  ilə  sıx  əməkdaşlıq  etsin.  Onlar  işə  ürək­
dən  qoşulanda,  şöbədə  əsl  yaradıcılıq  mühiti  yaranacaq.  Sonra  da 
ilk  uğurlann  sevincini  duyacağıq.
Nəbi  müəllim  əlini  irəli  uzatdı:
-   Uğurlar!  Görürəm  fikirlərimiz,  düşüncələrimiz  bir-birinə  qo­
vuşur.  Çətinliklər  də  səni  qətiyyən  qorxutmasın.  Nə  kömək  lazım 
olsa,  imkan  daxilində  edəcəyik.
-   Nəbi  müəllim,  onda  tezliklə  qatarı  relsə  çıxara  biləcəyik.
***
İlk  ideya  belə  oldu  ki,  günlərə  səpələnmiş  xırda,  gözə  görün­
məyən  verilişləri  həftəlik  irihəcmli  proqramla  əvəz  edək.  Verili­
şin  adını  «Səhər»  qoymağı  qərarlaşdırdıq.  Aparıcılar  Nurəngiz 
Quliyeva  (Nurəngiz  Gün)  və  Rafiq  Hüseynov  nəzərdə  tutulurdu. 
Daimi  müəlliflər  sırasında  şairlərdən  Səyavuş  Sərxanlı,  Sabir 
Rüstəmxanlı,  gənc  yazıçı-jurnalist  Böyükxan  Bağırov,  tanınmış 
fotoqraf Səidə  xanım  və  bir  sıra  başqaları  var  idi.
Nəbi  müəllim  planı  alıb  baxdı-baxdı  və  sonra  da  götürüb  sto­
lunun  siyirtməsinə  qoydu.
-   Ay  Nahid,  elə  bil  ürəyimi  oxumusan.  Ancaq  ola  bilsin  ki, 
nəsə  ağlıma  gəldi,  əlavə  elədim.  Sabah  qaytararam.
Mən  ayağa  qalxıb,  getmək  istəyərkən:
-   Hara  tələsirsən,  otur,  -   dedi.  Barmaqlarını  daraqladı.  -   Yax­
şı  eləmisən  ki,  Səyavuş  Sərxanlını  da  nəzərdə  tutmusan.  Bu 
məqamda  ürəklərimiz  birləşir.  Tanrı  Səyavuşa  gözəl  istedad  ve­
rib.  Şair  kimi  də,  publisist  kimi  də  yaşıdlarından  onun  qabağına 
çıxan  çətin  tapılar.
-   Nəbi  müəllim,  doğrudan  da  elədir.  Səyavuşun  qibtə  ediləcək 
qələmi  var.  Sağ  olun  ki,  neçə  il  qabaq  «Azərbaycan  gəncləri»  qə­
zetində  ona  “Uğurlu у о Г   yazmışdınız.  İki  şeiri  də  dərc  edilmişdi.
« s ö ?
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


-   Adları  bu  gün  də  yadımdadır,  -   Nəbi  Xəzri  gülümsədi.  -  
Cığır”  və  “Səslədi  məni”.  İkisi  də  müəllifin  istedadından  xəbər 
verirdi.  Səyavuş  bu  şeirləri  mənə  Şəmkirdən  göndərmişdi.  Onda 
heç  ali  təhsili  də  yox  idi.  Rayonda  çıxan  “Ulduz”  qəzetində  kor­
rektor  işəlyirdi.  Sən  demə,  Tibb  İnstitutunu  buraxıb,  rayona  qa­
yıdıbmış.  Bu  şeirlərin  mətbuatda  dərc  olunması  Səyavuşa  qol- 
qanad  verdi.  O,  1962-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin 
jurnalistika  fakültəsinə  daxil  oldu.  Bu  onun  yaradıcılıq  inamının, 
mütaliəsinin,  əlaqələrinin  genişlənməsində  böyk  təkan  oldu.  Sə­
yavuş  indi  sevilən  şairdir,  publisistikası  isə  başqa  aləmdir.
...Səyavuş  Sərxanlı  dəvətimizi,  “Səhər”  proqramında  ədə­
biyyat,  mədəniyyətlə  bağlı  süjetləri  aparmaq  təklifini  sevinclə 
qarşıladı:
-   Kasıb  şair  üçün  bundan  böyük  nə  yaxşılıq  ola  bilər,  qar­
daş? -  dedi.  -  Tanınar,  populyarlaşarsan,  qonorar da öz yerində. 
Gözün  də  heç  kəsin,  lap  elə  doğmalarının  da  əlində  olmaz. 
Özünü  bir  kişi  qırığı  hiss  edərsən.
Səyavuş  Sərxanlı  televiziyaya  gur  səslə,  qaynar  nəfəslə  gəl­
di.  Onun  səsi  də,  ekran  məlahəti  də,  savadı,  biliyi,  diksiyası  da 
bəyənildi.  Çox  keçmədi  ki,  o,  auditoriya  ilə  doğmalaşdı.  Artıq 
uşaqdan-böyüyə  kimi  Azərbaycanın  hər  yerində  onu  yaxşı  tanı­
yırdılar.  Tamaşaçılar  onu  ürəkdən  sevdilər,  alqışladılar.
Həmin  illərdə  o,  artıq  iki  kitab  -   «Qayıt»  və  «Dünya 
sevənlərindir»  şeir  toplularının  müəllifi  idi.
Bəlkə  də  o,  televiziya  ilə  əməkdaşlıq  elədiyi  o  çağlarda  dün­
yanın  ən  xoşbəxt  insanı  idi!  Kim  bilir,  bəlkə  də  televiziyada  bu 
qədər  əmək,  zəhmət  sərf  etməsəydi,  yalnız  poeziya,  ədəbiyyat 
haqqında  düşünsəydi,  indikindən  daha  böyük,  daha  şöhrətli  sə­
nətkar  olardı.  Neyləyəsən,  bu  da  bir  şair  bioqrafiyası,  şair  tale­
yidir.
O,  ədəbiyyat  aləminə  həyatın  dibindən  qalxmışdı.  Xoşbəxtliyi 
bu  idi  ki,  təbiət  ona  fitri  istedad  vermişdi.
« S ä ?
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
Ailələri  çətin  dolanırdı.  Atası  dəmirçi  idi.  Çörəkləri  daşdan 
çıxırdı.  Səyavuş  balaca  vaxtlarından  yaxşı  oxuyurdu.  Zəkası  ilə 
yaşıdları  arasında  seçilirdi.  Orta  məktəbi  qızıl  medalla  bitirdi.  Bu 
da  ona  könlü  istədiyi  ali  məktəbə  qəbul  olunmaq  imkanı  verirdi. 
O,  bu  imkandan  istifadə  etdi,  tezliklə  Tibb  İnstitutu  tələbələrinin 
cərgəsinə  qoşuldu.  Ancaq  bu  sevinc  uzun  sürmədi.  Səyavuş  doğ­
ma  yurda  döndü.  Halal  çörəyini  öz  zəhməti  ilə  qazanmağa 
başladı.  Nə  iş  qaldı  ki,  işləməsin!  Tikinti  idarəsində  fəhlə,  çilin- 
gər,  montyor,  uşaq  xorunun  dirijoru,  dram  dəməyinin  rəhbəri,  qə­
zetdə  korrektor...  Onun  ürəyində  isə  poeziya  işığı  şəfəqlənirdi. 
Səyavuşun  qəlbi  həmişə  bu  işığın  cazibəsində,  qanadında  idi,  uç­
duqca,  hey  uçmaq  istəyirdi.  Universitetin  tələbəsi  olmaq  da  bu  is­
təklə  bağlı  idi.
***
Yazın  yaya  qovuşan  vaxtı  idi.  Günortaya  yaxın  qapımızın  zəngi 
çalındı.  Dumb  gözlükdən  baxdım.  Səyavuş  idi.  Əlim  dəstəyə 
uzandı.  Ürəyimdəsə  nigaran  suallar  çırpındı:  Görəsən  nə  olub? 
Səyavuş  məni  elə-belə  axtarmaz,  özü  də  istirahət  günündə?
Qapını  açarkən  gözlərindəki  parıltı,  sifətindəki  işıq  nigarançı- 
lığımı  alıb  apardı.  Salam-sabah  elədik.  Onu  içəri  dəvət  elədim. 
Gəlmədi.
-   Nahid  müəllim,  demək  bu  gün  evdəsiniz,  hə?
-   Ona  oxşayır,  ay  Səyavuş...
-   Oxşayır  niyə?
-   Ona  görə  belə  deyirəm  ki,  bir  də  gördün  zəng  elədilər,  ax­
tardılar.
-   Gərək  bu  zəng  ehtimalını  elə  indi  qabaqlayaq.
-   Necə?
-   Necəsi  budur  ki,  aşağıda  sizi  gözləyirəm.
-   Ay  Səyavuş,  adam  qapıdan  qayıtmaz,  -   dedim,  -   keç  içəri, 
bir  stəkan  çay  iç.  Sonrasına  baxarıq.
-   Yox,  yox,  qadan  alım,  yox,  -  əlini  havada  yellədi.  -  Ədalətin 
behi-bazarı  yox,  istəyəni  də  çoxdur.  Bir  də  gördün  saz  dəlilərin-
« a ?
___________________________________________________
Vətən

səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə