Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə8/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

dən  biri  dilinin  şirin  yerinə  salıb,  onu  oğurladı.  Biz  də  qaldıq  ya­
na-yana.  -   Pillələri  enə-enə  yalvar-yapış  elədi.  -   Qadan  alım,  bir 
az  əlli  ol.  Gecikməsək,  yaxşı  bir  gün  gözləyir  bizi.  Günümüzün 
də  qəhrəmanı  olacaq  aşıq  Ədalətin  sazı.
Geyinib  aşağı  düşdüm.
-   Səyavuş,  bu  əhvalat  harada  olacaq?  -   soruşdum.
-   Burada,  sənin  qonşuluğunda  -   “Naxçıvan”  mehmanxanasın­
da.
-   Bəs  orada  qalanlar  şikayət  etməzlər?
-   Niyə  eləyirlər  ki?  -   dayanıb  təəccüblə  üzümə  baxdı.  -   Pul­
suz-parasız  konsert  veririk,  yox  gəlib  bir  şikayət  də  eləsinlər.  -  
Səsinin  ahəngi  dəyişdi.  -   Ədalət  də  işini  biləndi.  Qaldığı  nömrə 
mərtəbənin  lap  qurtaracağındadır.  Özünün  dediyinə  görə  qonşulu­
ğunda  da  hələ  heç  kim  yaşamır.  Ona  görə  də  hərdən  dostları  yığı­
şır  başına.  Düz  bir  həftədir  beləcə  yaşayır  Ədalət.  Biletini  almı­
şam,  iki  gündən  sonra  gedəcək.
-   Ay  Səyavuş,  Allah  bədnəzərdən  qorusun,  yaman  dostlaşmı- 
sınız  ha!
-   A  kişi,  vallah,  buna  da  darınanlar,  qısqananlar  var.
-   Ay  Səyavuş,  istedadlıların  taleyi  həmişə  belə  olub.
-   Ədalət  sadə  bir  adamdır,  mən  də  onun  sazının  vurğunuyam. 
O  çalanda  hər şey  yadımdan  çıxır,  dünya  ilə  doğmalaşıram.  Həyat 
mənə  o  qədər  şirinləşir  ki!  Bunu  Ədalət  özü  də  yaxşı  bilir.  Ona 
görə  də  Bakıya  yolu  düşəndə  məni  axtarıb  tapır.  Mən  də  ona 
borclu  qalmıram.  Barəsində  nə  qədər  yazsam  da,  qələm  nə  yoru­
lur,  nə  də  onun  çalğısından  doyur.  Ədalət  özü  oxumur,  ancaq...  O 
çalanda  mənim  əlimdə  qələm  başlayır  cəh-cəh  vurmağa,  oxuma­
ğa.  Ədalət  həmişə  deyir:  “Ay  Səyavuş,  mənim  haqqımda  bəlkə 
qədərindən  də  çox  yazılıb.  O  qələm  sahiblərinin  hamısına  min­
nətdaram,  qabaqlarında  baş  əyirəm.  Ancaq  sənin  yazdıqlarının 
ətrindən heç  vədə  doya  bilmirəm.  Vallah,  sözünün,  qələminin  acı­
yam,  qardaş”.
-   Ədalətin  sözü  sənətkar  sözüdür.
-   Ona  görə  də  barəsində  bütün  yazdıqlarını  ona  halaldır.
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
-   Onun  dediyi  də  sənə  halaldır.
-   Ona  da,  sənə  də  minnətdaram.
O  vaxtlar  sənət  aləminə  təzəcə  qədəm  qoyan  pöhrə  cavanlar 
da,  şöhrətli,  qüdrətli  sənətkarlar  da  çox  istəyirdilər  Səyavuş  Sər­
xanlı  onların  barəsində  qələm  çalsın,  nəsə  yazsın.  Bunu  onlar  öz­
lərinə  fəxarət  sayırdılar.  Bunun  başqa  önəmli  bir  tərəfi  də  var  idi 
ki,  Səyavuş  nə  yazırdısa,  səmimi-qəlbdən  yazırdı.  Özü  də  ilham­
la,  məhəbbətlə!
Ədalətin  dilindən  eşitmişdim  ki,  mənim  barəmdə  Səyavuş  Sər­
xanlı  elə  yazıb  ki,  adam  düşünə  bilməz  bundan  yaxşı  necə  yaz­
maq  olar,  bundan  o  yana  daha  nəsə  demək  olarmı?
Bu  bir  həqiqət  idi  ki.  Ədalətin  gözündə  Səyavuş  bir  ucalıq, 
əlçatmazlıq  qazanmışdı.  Ədalət  bunu  hiss  etsə  də,  fikrini  sözə  çe­
virə  bilmirdi.  Bəlkə  bu  hissi,  sevinci  elə  bir saz  havası  ilə  deyərdi 
ki,  eşidənə  möcüzə  kimi  gələrdi.
Nə  isə...  Gəlib  yetişdik.  Ədalət  məni  Səyavuşun  yanında 
görəndə  gözlərinə  inanmadı.  Qırışığı  açıldı.
-   İkinizin  də  qadanızı  alım,  -  dedi,  -   canım-ciyərimsiniz.  Alla­
hın  köməyilə  bu  gün  sözəsığmaz  saatlar  yaşayacağıq.  Bunun  nə 
qədər  uzanacağı  sizdən  asılı  olacaq.  Nə  qədər  ki,  «çal,  aşıq,  çal» 
deyəcəksiniz,  mən  də  sazı  sinəmdən  ayırmayacağam.  Havadan- 
havaya  simlər  od  alıb  yanacaq.
-   Ədalət,  sənə  min  alqış!  Dalıycan  da  bu  alqışın  qanadlı  bir 
məqaləsi  gələcək.  Özü  də  bəribaşdan  deyirəm  ki,  çox  ləngitmə­
yəcəyəm.
-   Ay  Səyavuş,  Allah  sənə  bu  ürək  genişliyincə  sənət  sevinc­
ləri  və  xoşbəxtlik  qismət  eləsin.
-   Sağ  ol,  ay  gözəl  Ədalət,  ay  sazın  padşahı!  Sənin  elə  bu 
ürəkdən  gələn  alqışın  mənim  üçün  ən  böyük  xoşbəxtlikdir.
Ədalət  götürüb  sazı  kökləmək  istəyəndə  mən  ustufca onun  çiy­
nini  sıxdım.  O,  arif  adamdı.  Hiss  etdi  ki,  nəsə  demək  istəyirəm. 
Başını  mənə  sarı  döndərdi.
-   Qadan  alım,  ay  Nahid  müəllim,  ürəyindən  nə  keçirsə,  de 
gəlsin.
___________________________________________ ________  
Vətən,  səslə  oğlunu


-   Ay  Ədalət,  qorxuram  ki,  burada  -   bu  balaca  otaqda  sənin 
qara  sazından  o  ləzzəti  ala  bilməyək.  Saz  qoruq-qaytaq  bilmir axı.
-   Ə,  ay  Nahid  müəllim,  neyləyək,  bir  az  astadan  çalar,  -   Sə­
yavuş  əlini-əlinə  vurdu.
-   Ağlın  başqa  aşıqlara  getməsin.
-   Bu  aydındır.
-   Özün  yaxşı  bilirsən  ki,  Ədalət  bir  az  havalanıb,  qanad  çır­
panda  özünü  unudur,  simlər  alov  saçır.  Bir  də  başımızı  qaldıranda 
görəcəyik  ki,  qapının  ağzı  adamla  doludur,  hamısı  da  içəri  keç­
mək  istəyir.  Bura  nə  qədər  adam  tutar?  Üç  cüt,  bir  tək.
Deyəsən  mən  Ədalətin  ürəyini  oxumuşdum.
-   Ay  Nahid  müəllim,  mən  də  bayaqdan  bu  barədə'götür-qoy 
eləyirdim.  Dünən  axşam  başıma  siz  deyəndən  də  betər  əhvalat 
gəldi.  Bütün  dəhliz  adamla  dolmuşdu.  Mən  neyləyə  bilərdim, 
«Yanıq  Kərəmi»lə  canımı  qurtardım.  Sonra  da  inzibatçının  xahiş- 
minnətilə  sazın  köynəyini  geyindirdim.  Camaat  başını  bulaya-bu­
laya  dağılışıb  nömrələrinə  getdi.  Mən  də  içimdən  çırpına-çırpına 
qaldım.
Səyavuş  irəli  yeridi  və  Ədalətlə  qabaq-qənşər  dayandı.
-   Bir  dəli  şeytan  deyir  ki...
-   Dəli  şeytan  nə  deyir,  ay  Səyavuş?  -   Qolumu  onun  qoluna 
keçirdim.  -   Hərdən  şeytanın  da  sözünə  baxmaq  olar.
-   Olmağına  olar...  -   sözünün  arxasını  ləngitdi.  -   Qorxuram 
ikiniz  də  mənə  şəbədə  qoşasınız.
-   Niyə?  -   dedim.
-   Fikirləşirəm  ki,  mehmanxanadansa,  mənim  yaşadığım  ev  da­
ha  əlverişlidir.  Orada  istədiyimiz  kimi  kefimizi  çəkəcəyik.
-   Bəs  nə  mane  olur?  -   Ədalət  soruşdu.
-   Əslində  heç  nə...
-   Düzünü  de,  ay  Səyavuş,  bəs  onda  niyə  oxunu  atıb  yayını 
gizlədirsən!  -   Qolunu  sıxdım.
Gülə-gülə:
-   Düzü  budur  ki,  deyərsiniz  şair  gedib  bir  donuzotaran  ermə­
ninin  qanadının  altına  girib.
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
-   Bu  da  bizim  taleyimizdi,  -   dedim.  -   Bu  yolu  mən  də  keç­
mişəm,  başqaları  da  keçib.
-   Bu  da  bizim  bədbəxtçiliyimizdi.  -   Səyavuşun  səsi  dəyişdi.  -  
Bu  qırılmışlar  Bakını  başlarına  götürüblər.  Hamısı  kənddən-kə­
səkdən  gəlib,  burada  özlərinə  ev-eşik  düzəldiblər.  Gözün  üstə  qa­
şın  var,  deyən  də  yoxdur.  Ancaq  gəl  görək  bunu  biz  eləyə  bilə- 
rikmi?  İki  daşı  bir-birinin  üstünə  qoysaq,  elə  o  gecə  basarlar,  əlli- 
ayaqlı  gedərik.  Ancaq  bunlara,  bu  ermənilərə  hər  şey  olar.  Hər­
dən  adama  elə  gəlir  ki,  biz  gəlməyik,  onlar  isə  ev  sahibi.  Bir  dos­
tum  var,  Tibb  İnstitutunda  oxuyur.  Ona  baş  çəkməyə  getmişdim. 
O  yazıq  da  mənim  kimi  erməni  evində  kirayənişin  olur.  Qon­
şuluğunda  da  özü  kimi  rayondan  gələn  beş-altı  tələbə  ayda  er­
məniyə  filan  qədər  kirayə  haqqı  verir.
-   Bu  söhbət  çözələndikcə  çözələnəcək,  -   dedi  Ədalət.
Mən  də  onun  sözünə  qüvvət verdim.  Yığışıb  vestibülə  düşəndə 
tələbəlik  vaxtı  yataqxanada  eyni  otaqda  qaldığım  Səlim  Piriyevə 
rast  gəldik.  O,  Mədəniyyət  Nazirliyində  işləyirdi.  Saza çox  armaq 
-   vurğun  olduğunu  bildiyimə  görə  onu  da  dəstəyə  qoşduq.
Səyavuşun  kirayə  qaldığı  ev  Tibb  İnstitutu  yataqxanasının  qən­
şərində  idi.
-   Çatırıq!  -   Səyavuş  uca  səslə  dedi.  Döngədəki  kafeni  görən­
də  mənim  əlim  maşının  qapısına  uzandı.
-   Mən  düşüm,  yaxşı  bir  kabab  sifariş  verim.
-   Mən  özüm  qayıdaram  indi.  -   Səyavuş  adəti  üzrə  əllərini  qo­
şalayıb  gur  saçlarına  çəkdi.  -   Bu  olmadı  ki,  qonaq  yeməyini  də 
özü  ilə  gətirir.  Şair  kasıb  olsa  da,  öz  qonaqlarını  yola  verə  bilər. 
Sağlığınıza  bir  çəllək  əla  Şamxor  konyakım  var.  Sağ  olsun  qar­
daşım  Telman,  heç  vədə  ehtiyatımı  üzmür.  Bunu  da  elə  srağagün 
göndərib.  Elə  bil  ürəyinə  damıbmış  ki,  qonaqlarım  olacaq.
Aşıq  Ədalət  sürücünün  yanında  oturmuşdu.  O,  geri  qanrıldı:
-   Sən  belə  qardaşdan  danış,  ay  Səyavuş  müəllim.  Nə  işə  baxır 
bu  şairin  hər  istəyini  yerinə  yetirən  qardaş?
-   Evdəkilər  məni  həkim  eləmək  istəyirdilər.  Qələm  qoymadı. 
Telman  qabağa  durdu,  ailəmizi  sevindirdi.
s ö ?
------------------------------------------------------------------------------ 
Vətən

səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə