Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə9/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

Səyavuşu  yola  gətirib,  maşından  düşdüm.  Ona  dedim  ki,  qo­
naqları  düşürüb,  qapaqlı  bir  qab  da  götürüb  geri  qayıtsın,  o  vax­
tacan  kabab  hazır  olar.  İsti-isti  süfrəyə  qoyarıq.
Aradan  heç  yarım  saat  da  keçməmişdi  ki,  Səyavuş  əlində  dolu 
qədəh  qonaqlara  «xoş  gəldin»  eləyirdi.  Evin  sahibi  Samson  kişi 
də  süfrə  arxasında  idi.  Qəribədir,  üzünü  saqqal  basmış,  eni  ilə 
uzunu  bilinməyən  bu  nataraz  erməni  bizimlə  qaynayıb-qarışa  bil­
mirdi.  Əvvəldən  axıracan  da  bizimlə  isinişmədi,  yad  gəldi,  yad 
da  qaldı...
Deyəsən  Şəmkir  konyakı  yavaş-yavaş  qoparağımızı  götürürdü. 
Kefimiz  kök,  damağımız  da  çağ  idi.  Ədalətin  çalğısı  da  əsl  m ə­
nada  kef üstündən  kef idi.  Səyavuş  qalxıb  Ədalətə  yaxınlaşdı.
-   Ustad,  şeir  oxumaq  istəyirəm.
-   Oxu,  qadan  alım,  oxu.  Yaxşı  şeir  üçün  ürəyim  təşnədir.  -  
Havanı  dəyişdi.  -   Sən  oxumağında  ol,  mən  də  dalınca  gəlirəm. 
Bu  məqamda  söz  saza  bələdçilik  eləməlidir.  Yəni  şair  Səyavuş 
Sərxanlı  qabaqda,  aşıq  Ədalət  də  arxada  dağlara  qalxıb,  gədikləri 
aşmalıdır.
-  Ə,  sənin  qadan  alım,  ay  Ədalət,  ay  sazın  şairi!  -   Səyavuş  onu 
istəklə  qucaqladı.  -   Vallah,  möcüzədi  sənin  bu  qara  sazın,  mö­
cüzə!  Adamın  gah  ürəyini  sökür,  onu  varından  yox  eləyir,  gah  da 
qanadına  alıb,  ayın-ulduzun  yanma  qaldırır.
Səyavuşun  təbi  coşmuşdu.  Şeiri-şeirə  qoşurdu.  Arada  keçid 
eləyəndə  dedi  ki,  bu  şeirlərin  çoxu  ilk  dəfədir  ki,  oxucuya  üz 
tutur,  işıq  üzü  görür.
-   Niyə  bu  gözəl  şeirləri  yığıb  ayrıca  bir  kitab  eləmirsən?  -   de­
yə  soruşanda,  şairin  cavabı  belə  oldu:
-   Kitablarımda  bala-bala  əridirəm.  Bəlkə  nə  zamansa  hamısını 
məhəbbət  ocağının  başına yığıb  qalın  bir  kitab elədim.  Əsas  budur 
ki,  belə  şeirlər  növbə  gözləmir,  aramsız  yazılır.  Özüm  də  bu 
ümiddəyəm,  ömrümün  axırınacan  da  lirika  ovqatı  mənimlə  ola­
caq,  heç  vədə  məndən  ayrılmayacaq.
-   Quzu  kəsərəm  sənin  lirika  yuvalanan  o  böyük  ürəyinə,  -  
Ədalət  saza  ürəkdən  gələn  bir  mizrab  vurdu.  Səyavuş  isə  səsinə
s e a ?
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
.
Vətən,  səslə  oğlunu
qanad  verdi.
-   Bu  gün  mənim  ürəyimin  də,  şeirimin  də  bayramıdır.  Özü  də 
ikiqat  bayramdır.  Ona  görə  ikiqat  bayramdır  deyirəm  ki,  Ədalət 
kimi  bir sənətkar sazı  ilə  mənim  misralarımı  narın-narın  əzizləyir, 
dostlar  isə  onu  ürəyinə  sıxır.
Ədalət  şövqlə  başını  yellədi:
-   Yaman  dedin,  ay  Səyavuş  müəllim!  Əsl  şair  sözü  dedin.
Ədalətin  sazı  bizi  kövrəltsə  də,  sağlıqlar  seyrəlsə  də  məclis
yenə  öz  şuxluğunda,  öz  dalğasında  idi.  Səyavuş  əllərini  ovxalaya- 
ovxalaya  şeirlə  «Sarıtel»  havasına  qoşulmaq  istərkən  Samson  ki­
şinin  «xuruşu»  qalxdı.  O,  əlini  qırmızı  çuğundura  bənzəyən  sifə­
tinə  çəkərək:
-   Ara,  ay  Sayavuş,  sağ  ol  ki,  bu  gün  bizi  yaşatdın,  -   dedi.  -  
Sən  yaxşı  bilirsən  ki,  bu  konyakı  ermənilər  icad  eləyib.  Şam- 
xordan  gəlsə  də,  əsl  erməni  konyakıdır.  Çünki  orada  bunu  elə 
bizimkilər  düzəldir.  Ona  görə  belə  ləzzət  eləyir.
Səyavuş  dönüb  tərs-tərs  ona  baxdı.
-   Ə,  Samson  kişi,  məni  cin  atına  mindirmə,  sözünün  dalma  daş 
qoy.
-   Ara,  bu  Samson  kişi  sənə  qurban,  mən  nə  var  onu  da  deyi­
rəm.  Hamı  bilir  ki,  qabaqlar  musurman  içkidən  uzaq  qaçıb.  Heç 
vaxt  konyak  içməyib.  Hərdən  erməni  kirvələri  onları  xəlvətcə 
qonaq  eləyib,  «sağ  ol»  qazanıblar.
-   Samson  kişi,  yığışdır  özünü!
-   Baş  üstə,  Seyavuşcan,  baş  üstə,  -   Samson  yerində  qurcalan­
dı.
Yenə  Ədalətin  sazı,  Səyavuşun  sözü  ürəklərimizi  bir-birinə 
qoşdu.  Xeyli  müddət  saz  ilə  söz  Kürlə  Araz  qovuşan  kimi  bir-bi­
rinə  qovuşdu,  axdı,  dalğalandı...
Sözündən,  hərəkətlərindən  açıq-aşkar  hiss  olunurdu  ki,  artıq 
Samson  kişinin  «tormozu  tutmur».  Ona görə  də  dilini  dinc  saxlaya 
bilmir,  hərdən  «gül»  vururdu.  Bu  dəfə  Ədalətə  ilişdi.
-   Ay  Adalatcan,  hələ  indiyəcən  sənin  kimi  saz  çalan  dünyaya 
gəlməyib.  Ancaq  ruslar  demişkən,  burada  bir  «no»  var.  Bu  da
ç№ 2 ?


ondan  ibarətdir  ki,  sazın  laylasını  Sayat  Nova  çalıb.  Sonra  musur- 
manlar  saz  çalmağı  ondan  öyrəniblər.  Elə  Aşıq  Ələsgər  də  bir  er- 
mənistanlı  kimi  onun  şagirdi  hesab  olunur.
Ədalət  diksinən  kimi  oldu.  Səyavuşun  hirs  beyninə  vurdu. 
Əsəbi  halda  irəli  yeriyib,  onun  üstünə  qışqırdı:
-   Ə,  Samson  kişi,  məni  dəli  eləmə,  özün  bilirsən  ki,  bu 
Səyavuşun,  -   əlini  sinəsinə  vurdu,  -   çox  beh-bazarı  yoxdu.  Gör­
düyün  o  çəlləyi  başında  sındırıb,  səni  Şamxor  konyakında  çimiz­
dirərəm,  sonra  da  aşıq  Ədalətin  sazını  başında  çilikləyərəm.  An­
caq  konyak  da,  saz  da  bizə  lazımdı.  Get  sən  xoma  çək,  bizim  ke­
fimizə  soğan  doğrama.
-   Baş  üstə,  Sayavuşcan,  günahkar  konyak  oldu,  gərək  sən  də, 
qonaqlar  da bu  qoca  dəyyusu  bağışlasınlar,  -   suyu  süzülmüş  halda 
səndirləyə-səndirləyə  çıxıb  getdi.
Səyavuş  ikrahla  onun  dalınca  baxdı.
-   Gərək  erməninin  başından  yumruğu  əskik  eləməyəsən.  Ba­
laca  üz  göstərəndə,  astar  da  istəyirlər.
***
Tanrı  ona  yaz  seli  kimi  çağlayan  gur  istedad  vermişdi.  Bəzən 
o,  bunun  fərqinə  varmırdı.  Düşünürdü  ki,  şairin  var-yoxu  onun 
istedadıdır,  yoxsa  o  şair  olmaz  ki?
Ona  görə  də  istedadını  cilalamaq,  onu  öz  qəlbinin  hökmü  ilə 
istədiyi  məcraya  döndərmək  barədə  heç  fikirləşmirdi  də!  Hissi, 
duyğuları  nə  deyirdisə,  onun  da  dalınca  gedirdi.  Bəzən  gözdən, 
könüldən  uzaq  bir  məkana  çəkilib,  coşub-daşan  ürəyinin  dolu, 
pəmbə  buludlarını  yaz  leysanı  kimi  kağız  üzərinə  sıxır,  fit  çala- 
çala  yenidən  həyatın  axarına  düşürdü.
Ürəyində  yaradıcılıq  arzuları  aşıb-daşırdı.  İstedadı  bu  arzuları 
gözəl  əsərlərə  çevirmək  qüdrətində  idi.  Ancaq  burası  da  var  idi 
ki,  qələm  götürüb  inad  göstərmir,  “eləyərəm ”  deyib,  yazı  stolun­
dan  dördəlli  yapışmırdı.  Buna  görə  də  hərdən  özünü  qınayırdı.
Bir dəfə  payız vaxtı  Natəvan  heykəlinin  yanında  üz-üzə  gəldik. 
Soruşdum:
Səyavuş  S ərxa n lı
-------------------------------------------------------- --------------------------
Vətən,  səslə  oğlunu
  Qardaş,  görünmürsən?
-   Başım  bərk  qarışıqdır.
-   Nə  yazırsan,  nə  pozursan?
-   Şeir  də  var,  tərcümə  də,  publisistika  da...
-   Bəs  “Ağ  dünya”dan  nə  xəbər  var?
-   Xəbər  deyəndə  ki...  -   Əlini  çənəsinə  çəkdi.  -   Bu  günlərdə 
Yaltaya  gedirəm  -   Yazıçıların  Yaradıcılıq  Evinə.  Söz  verirəm  ki, 
bu  dəfə  romanın  kürəyini  yerə  qoyacağam.  Bu  barədə  müsahibə 
verməkdən  də  yorulmuşam.  Evdə  arvad-uşağın  da  yanında  günah­
kar  kimi  gəzirəm.
Neçə  illər  idi  ki,  dünya  şöhrətli  həmyerlimiz,  Sibir neftini  kəşf 
edən  əfsanəvi  geoloq,  Sosialist  Əməyi  Qəhrəmanı,  Lenin  müka­
fatı  laureatı  Fərman  Salmanovun  keşməkeşli  taleyindən,  parlaq 
ömür  yolundan  bəhs  edən  “Ağ  dünya”  adlı  romanı  üzərində  işlə­
yirdi.  Fərman  Salmanovun  sorağı  ilə  neçə  dəfə  Sibirə  getmiş,  tay­
qanı  gəzib  dolaşmış,  günlərlə  Surqutda  qonaq  olmuş,  orada  ça­
lışan  insanlarla  ürək  ürəyə  vermişdi.  Bu  səfərlər  barədə  dəfələrlə 
radioda,  televiziyada  çıxışlar  etmiş,  roman  üzərində  işindən  danış­
mış,  qəzet  və  jurnallarda  hər  biri  hekayədən  də  şirin  oxunan 
oçerklər,  yol  qeydləri  çap  etdirmişdi.
Bu  yazıların  sayı  da  çoxdur,  sanbalı  da.  Ancaq  biz  uzun  illər 
bu  romanın  yolunu  həsrətlə,  intizarla  gözləmişik.  Həmişə  də 
inanmışıq  ki,  qələm  dostumuz  öz  böyük  istedadı  ile  ortaya  ədə­
biyyatımızda  hadisəyə  çevriləcək  sanballı,  siqlətli,  oxucuların 
əlindən  düşməyəcək  bir  roman  qoyacaq.  Fərman  Salmanovun  çə­
tin,  romantika  ilə  dolu  həyatı,  uzaq  Sibirdə,  yad  insanlar  arasında 
əfsanəvi  hünərlər  göstərməsi,  dünyaya  səs  salması  və  bundan  il­
hamlanan  Səyavuşun  bizi  heyrətləndirən,  sevindirən,  qanadlandı­
ran  poeziyası,  publisistikası  buna  zərrə  qədər  də  şübhə  yeri  qoy­
murdu.  Bəs  bu  əsər  niyə  başa  çatmadı,  yarımçıq  qaldı?
Bu  suala  doğru-dürüst  cavabı  yalnız  Səyavuş  Sərxanlının  özün­
dən  eşitmək  olardı.  O  isə  aramızda  deyil,  sıralarımızdan  ayrılıb, 
haqq  dünyasına  qovuşub.  Neyləmək  olar,  həyat  həyatdır.  Bu  da 
şirin  möcüzəli  həyatın  bir  amansızlığıdır.  Böyük  Səməd  Vurğun
<
5 0
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə