Səyavuş Sərxanlı
VII
Damlalar yamanca çəkdi fikrimi,
Damlalar doğuldu düşüncələrdən...
Deyirəm
ən təmiz duyğular kimi,
Axaydım qəlblərə damla-damla mən!
1963-cü il
“İtaliya dəftəri” silsiləsindən...
RAFAELLO KARRA
İlham Rəhimliyə
İtaliya nəğmə-nəğmə, ocaq-ocaq,
İtaliya bəstəkardı, oxuyandı;
Hərə səni öz səsiylə mat qoyacaq,
Sən oxusan, Rafaello, dünya yandı!
O nə gündü, nə havaydı, nə sirr idi,
Mən eşitdim - yer döyündü ürək kimi?
Könlüm çoxdan gözəlliyə əsir idi -
Sən də onu yelpiklədin külək kimi.
Üfüqlərə çınqı düşdü, söküldü dan,
Gül gözündən inci yağdı düzə, dağa.
Petrarkanın söykəndiyi bir havadan
Asılmışdım, hazır idim ağlamağa.
Bir qönçəyə daş atlıdar - öldü bülbül,
Bir sevginin daşı üstə əridi qar;
« İ S ?
------------------------------------------ Vətən, səslə oğlunu
Endi günü, doğdu ayı, ötdü dil-dil
Üzü bəri, üzü bəri baxan dağlar!
Gözdən qopub ürəklərə dəyən damcı,
Gördüm orda çiçək-çiçək pıçıldaşır.
Gördüm kəhər yambızmı döyən qamçı
Oxuyanda, ağ yolun da ağlı çaşır.
At bizimdi, yəhər bizim, atlanan kim,
Dağı qoyub düzü sevən kim olacaq?
Ad bizimdi, kəhər bizim, qatlanan kim,
Sevən bizik, bizi sevən kim olacaq?
Oxu dedim, Rafaello, oxu görək,
Rafaelin addımlayan Madonnası!
Qayıdıbdı yer üzünə - yuxu görək,
Yer üzünün Troyalı Yelenası!
Oxu, Pompey heykəlləri uçansayaq
Sıldırımlar uçdu şimşək işığında.
Atlandımı Harribaldi - kişnədi dağ,
Qopan qaya Spartaktək şığıyanda?
Venetsiya göyləritək dola-dola,
Nadanı da, nakamı da pir eylədin.
Özün kövrək bir kəpənək ola-ola,
Qocanı da, cavanı da şir eylədin.
Dərd çəkm əyə bəs etməzmi bir bənövşə?
Dünya durur, məhəbbət də hələ durur.
Qızıl-qızıl alovlarda yanan meşə
Dilim-dilim həsrətlərdi elə durur.
« ö £ İS ?
Səyavuş Sərxanlı-----------------------------------------------------
Bir durnanın lələyindən qopan şölə,
Bir şairin naləsiydi, dindi getdi.
Bir qayanın sinəsində bitən lalə
Bir yaddaşın çırağıydı, söndü getdi.
Oxu, oxu, Rafaello, rəhm eləyim
Bir yol qəlbi qanamayıb ölənlərə.
Heyrət deyim, heyrət deyim, heyrət deyim
Heyrət nədir tanımayıb ölənlərə!
Bir olmuşuq - dönüb min də çıraq olaq,
Öpsün bizi mərhəmətin küləkləri.
Gözəllikdən, əzəllikdən soraq olaq,
M əhəbbətlə açaq açıq ürəkləri.
M əhəbbətlə, məhəbbətlə, məhəbbətlə
Bütün dərdlər asan oldu - oxu görək!
Mərhəmətlə, mərhəmətlə, mərhəmətlə
İnsan oğlu insan oldu - oxu görək!
Oxu, oxu, biz də həsrət adamıyıq,
Biz də görüb-götürmüşük azdan-çoxdan.
Gözəllər var, sarayda da ad almayıb,
Xanımlar var, təzə çıxır alaçıqdan.
Bir həsrətli sinə kimi söküldü dan,
Yol uçduqca səda düşdü düzə, dağa.
Petrarkanın ağladığı bir havadan
Asılmışdım,
hazır idim ağlamağa.
...Tellərini ata-ata, nazı-nazı,
Rafaello şirin-şirin oxuyurdu;
------------------------------------------ Vətən, səslə oğlunu
Tale belə güldürmüşdü baxtımızı -
Dünya yenə nərgiz ətri qoxuyurdu!
Florensiya - Roma,
1979-cu il
ŞƏHƏRLƏRİN SU PƏRİSİ -
VENETSİYA
Ad günüydü...
Xoş söhbəti-sözü uzun,
Belə günlər qismət olmur hər deyəndə;
Gözəllikdən hayıl-mayıl dostumuzun
Ad günüydü Harribaldi vətənində.
Yazılmışdı ömrümüzün bir axşamı
Vaperotto bir qayığa,
Aylı suya.
Bizimlə bir təbrik etdi bəy İlhamı
Şəhərlərin su pərisi Venetsiya.
Qürbət eldə dost sağlığı - ürəyə nur,
Baxtın üzə mərhəmətlə baxmasıdır.
Qürbət eldə dost sağlığı - vüqar, qürur,
İstəklərin leysan olub yağmasıdır.
Prospektlər ləpələnir köksündə zər,
Deyərdin ki, biçilməmiş zəmilərdi;
Su altında başı üstə üzən evlər
Sanki yuxu limanında gəmilərdi.
Meydanlarla üzüb getdik sağa-sola,
Ürəyimiz gözəlliklər dalğasında.
'Ä İ S ?
Səyavuş Sərxanlı-------------------------------------------------------------
Dedik insan daim belə işıq sala
Çıraq kimi yerlə göyün arasında...
Sanki enib arxamızca üzən ay da
Sağlıq dedi, sağlıqları tamamladı.
Eh, dost da ki, fürsətləyib, qonşu tayda
Durnaboğaz sinyorina salamladı!
O axşamın dadı hələ damağımda,
O şampanın ətri hələ dilimdədir.
O şampanın havası da otağımda,
Sərinliyi, saflığı da əlimdədir.
Ad günüydü... xoş söhbəti-sözü uzun,
Qoşa avar uyuyurdu dizlərimdə;
Dolub, dolub, durulmuşdu
dostumuzun
Bir cüt oğul intizarı gözlərində
İtaliya...
Səs diyarı, qəm dağıdan...
Hər daş altda bir ilahi nalə coşar;
Qoşa sevdik Rafaello Karranı da,
Oxusundan daşıb gələn qəmlə qoşa!
Ömür belə işıq sala ayda, ildə...
Yaxşı oğul yad eldə də təbərrikdi;
Nə xoşbəxtdim -
Qürbət eldə,
doğma dildə
Mən bir parça Azərbaycan təbrik etdim!..
Venetsiya - Neapol,
1979-cu il
------------------------------------------ Vətən, səslə oğlunu
QOCA SUBAY
Qoca subay, gecikirsən yaşamağa,
Qoca subay, fikrin-zikrin hayandadır?
Biz özümüz cəhənnəmə, axı qağa,
Dünyanın da fikri onu duyandadır.
Duymaq hələ qanmaq deyil, bilirsən ki,
Qanan tutar öncə ağıl çırağını.
Tək alışmaq yanmaq deyil, bilirsən ki,
Yanan gərək özgəsiyçün yansın axı!
Yer bəzəndi əsl insan qayğısıyla,
Ölən nədir, qalan nədir - unutmayaq;
Həyat bütün dastanıyla, ağnsıyla
Ailədir, ailədir - unutmayaq...
Qız - axtarsam dərs yerinə, nəydi dərdim -
Həsrətimi ucuz yerə sən yozma gəl;
Ağlım olsa,
mən o vaxtı evlənərdim,
Ağlın varsa,
vaxtı belə uduzma gəl!
İndi nəydi - dərdlərimə dayaq idi
Gözlərimin ilk tutduğu o ilk yarım.
İndi nəydi - arxamdaca bir dağ idi
Boyda məni ötüb keçən övladlarım.
Həyat, həyat bağırırıq - həyat gedir,
Ürək dolur evimizi boş görəndə.
İşıq sönür, dünya dönür, qanad gedir -
Günahkarıq, günahkarıq sən də, mən də.
«SÜS?
Dostları ilə paylaş: |