SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə14/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   10   11   12   13   14   15   16   17   ...   116

31 
 
mübarizənin  formaları,  V.  Z.  Piriyev  isə  Çobanilərin  hakimiyyəti  dövründə 
onlara  qarĢı  Azərbaycan  xalqının  apardığı  azadlıq  mübarizəsindən  bəhs  edən 
məqaləsində  [184]  Təbriz  üsyanı  haqqında  məlumat  verir.  Hər  üç  məqalə 
Təbrizdə  sinfi  mübarizə  probleminin  tədqiqi  baxımından  müəyyən  elmi 
əhəmiyyətə malikdir. 
Ġ.  P.  PetruĢevski  və  A.  M.  Belenitskinin  məqalələrində  ümumiyyətlə 
Ġran və  Azərbaycandakı  ictimai  münasibətlərdən bəhs edilib, Təbriz  Ģəhərinin 
ictimai məsələlərinə toxunulduğu nəzərə alınaraq monoqrafiyanın yazılmasında 
həmin məqalələrdən də istifadə olunmuĢdur [185]. 
M. Useynov, Ə. Salamzadə, L. Bretanitskinin əsərlərində Azərbaycan 
memarlıq məktəbi, onun inkiĢaf prosesi hərtərəfli tədqiq edilmiĢ, yeri gəldikcə 
Təbrizin  orta  əsr  memarlıq  tarixinə  də  toxunulmuĢdur.  Təbrizin  mədəniyyət 
tarixindən danıĢarkən həmin əsərlərdən istifadə etmiĢik [186]. 
Məlum  olduğu  kimi,  XIV-XVI  əsrlərdə  Təbriz  miniatür  məktəbi 
çiçəklənmə  dövrü  keçirmiĢdir.  Bu  sahənin  tədqiqində  K.  Kərimovun  xüsusi 
xidməti  olmuĢdur.  SənətĢünaslıq  doktoru  K.  Kərimov  ilk  dəfə  marksist 
metodologiyası  əsasında  Təbriz  miniatür  məktəbinin  inkiĢaf  yollarını  təhlil 
etmiĢ və belə bir nəticəyə gəlmiĢdir ki, «Təbrizin ilk miniatür nümunələri Orta 
ġərqdə  ilk  rəssamlıq  məktəbinin  məhz  Təbriz  Ģəhərində  salınmasını  ehtimal 
etməyə  imkan  verir»  [187].  Kərim  Kərimov  nəinki  Təbriz,  hətta  orta  əsr 
Azərbaycan  rəssamlığının  inkiĢafında  Sultan  Məhəmmədin  rolunu  qeyd 
etmiĢdir  [188].  Bundan  əlavə,  B.  N.  Zaxoderin,  A.  Y.  Qaziyevin,  B.  B. 
Denikenin, O. F. AkimuĢinin Ġran miniatürinə həsr etdikləri əsərlərində Təbriz 
miniatür məktəbinin fəaliyyətindən də bəhs olunmuĢdur. 
Monoqrafiyanı yazarkən üçcildlik «Azərbaycan tarixi»nin I cildindən, 
«Azərbaycan  ədəbiyyatı  tarixi»,  «Azərbaycan  incəsənəti  tarixi»,  «SSRĠ  tarixi 
oçerkləri»ndən istifadə etmiĢik. 
Yuxarıda  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  istər  Sovet  Ġttifaqında, 
istərsə  də  xarici  ölkələrdə  indiyədək  Təbrizin  orta  əsr  ictimai-iqtisadi  tarixinə 
dair xüsusi tədqiqat əsəri yazılmamıĢdır. 
  
 
 


32 
 
ĠKĠNCĠ FƏSĠL 
 
TƏBRĠZĠN QƏDĠM VƏ ĠLK ORTA ƏSRLƏR TARĠXĠNDƏN 
 
Təbriz Ģəhərinin tarixi və adı haqqında 
 
Təbrizin  bir  Ģəhər  kimi  əmələ  gəlmə  tarixi,  ilk  yeri  və  mövqeyi 
indiyədək  tədqiq  olunmamıĢdır.  Məxəzdə  və  elmi  ədəbiyyatda  Təbrizin  bir 
Ģəhər kimi təĢəkkül tapması haqqında müxtəlif fikirlərə təsadüf edilir. Təbrizin 
əsasının  ərəb  xəlifəsi  Harun-ər-RəĢidin  arvadı  Zübeydə  xatun  tərəfindən 
qoyulması  fikrinin  bir  çox  orta  əsr  müəllifləri  tərəfindən  təkrar  olunmasına 
baxmayaraq,  Ģəhərin  meydanagəlmə  dövrü  bu  məsələ  ilə  maraqlananlar 
arasında həmiĢə müxtəlif mübahisələrə səbəb olmuĢdur [1]. 
Tavernye,  ġarden  Midiyanın  qədim  paytaxtı  Ekbatanı  [2]  (indiki 
Həmədanı),  orta  əsr  erməni  tarixçisi  Sebeos  isə  qədim  Kaza  Ģəhərini  Təbriz 
hesab  etmiĢlər.  1801-ci  ildə  Ser  Con  Malkolmla  Ġrana  gəlmiĢ  Ġngiltərə  səfiri 
Giz  Təbriz  Ģəhərinin  qədimdə  Kaza  olduğunu  qeyd  etmiĢdir  [3].  Gizdən 
təxminən qırx il sonra Fransa dövləti tərəfindən Ġrana göndərilmiĢ Flanden də 
Ģəhərin  qədim  tarixindən  bəhs  edərək  göstərmiĢdir  ki,  Təbrizin  qədim  adını 
Kabrik, Ekbatan, Kaza adlandıranlar vardır [4]. 
Yuxarıda  adları  çəkilən  müəlliflər  Təbrizin  mövqeyini  düzgün 
göstərmirlər. Həqiqətdə Təbriz Surxab dağının ətəyində yerləĢirdi. Hündürlüyü 
400-500  metrə  çatan  və  qırmızı  təpələrdən  ibarət  olan  Surxab  dağı  Təbrizi 
Ģimal  və  Ģimal-Ģərq  tərəfdən  əhatə  edirdi.  ġəhər  Acıçay  və  Mehranrud 
çaylarının suyu ilə təmin olunurdu. Mehranrud çayı Ģəhərin ortasından axırdı. II 
Sarqonun  kitabəsində  göstərilir  ki,  Ģəhərin  ətrafı  su  ilə  dolu  kanallarla  əhatə 
olunmuĢdur.  Ehtimal  ki,  həmin  kanallar  Acıçay  və  Mehranrud  çaylarının 
suyundan doldurulmuĢdur. 
Təbrizin  əsasının  nə  vaxt  qoyulduğu  barədə  müxtəlif  fikirlər  vardır. 
ġəhərin  əsasının  Sasanilər  dövründə  qoyulduğunu  iddia  edən  Nadir  Mirzə 
yazır:  «Ola  bilər  ki,  Təbrizin  əsasını  Xosrov  qoymuĢ,  sonralar  xarabalığa 
çevrilmiĢ və kənd halına düĢmüĢdür» [5]. Məhəmməd Həsən xan Səniəddövlə 
və V. F. Minorski də Nadir Mirzənin fikri ilə Ģərikdirlər [6]. 
IV  əsrdə  baĢ  vermiĢ  hadisələri  (387-ci  ilə  qədər)  öz  əsərində  əks 
etdirmiĢ  erməni  tarixçisi  Favstos  375-376-cı  illərdə  Sasani  hökmdarı  II 
ġapurun (309-379) qoĢunu ilə erməni  sərkərdəsi Vasaq arasında Təbrizdə baĢ 
vermiĢ  vuruĢmanı  təsvir  etmiĢdir:  «...Ġran  Ģahı  öz  qoĢunları  ilə  Ermənistana, 
sonra  Atropatenə  yürüĢ  təĢkil  edir.  Ġran  qoĢunu  Tavrejdə  (Təbrizdə  -  S.  O.) 
düĢərgə  salır.  Vasaq  200  min  nəfərlik  qoĢunu  ilə  orada  olan  Ġran  Ģahının 
sarayını  yandırır.  Orada  Ģahın  portretini  tapır  və  ox  ilə  deĢir  [7].  Buzandlı 
Favstosdan  gətirdiyimiz  bu  sətirlər  hələ  IV  əsrdə  Təbrizin  böyük  bir  Ģəhər 


33 
 
olduğunu  sübut  edir.  Ermənistan  və  Ġran  ordusu  məhz  həmin  Ģəhərdə 
vuruĢmuĢdur.  ġahın  sarayı  hərbi-strateji  əhəmiyyət  daĢıdığı  üçün  Ġran 
qoĢununun əsas hissəsi də orada idi [8]. 
Hələ  eramızın  IV  əsrində  böyük  bir  Ģəhər  olan  Təbrizin  əsası, 
Ģübhəsiz, xeyli əvvəl qoyulmuĢdur. Qazıntı zamanı Ģəhərdən tapılmıĢ möhür və 
sikkələr də bu fikri təsdiq edir. 
1903-cü  ildə Təbrizdə  olmuĢ  Kolumbiya  universitetinin  qədim  Ġranın 
dil-ədəbiyyat,    din və adətləri    ixtisası üzrə professoru Cekson yazır: «Təbriz 
elə  bir  Ģəhərdir  ki,  onun  salınması  tarixi  məlum  deyildir.  Lakin  min  ili  onun 
həyatı haqqında ən cüzi rəqəm hesab etmək olar. Ġranlılar onun əsasının Harun 
ər-RəĢidin  arvadı  Zübeydə  xatun  tərəfindən  qoyulduğunu  iddia  edirlər. 
Beləliklə,  onun  qədimliyini  unudurlar.  Doğrudur,  Təbrizdə  Zübeydə  adına 
bulaq  vardır.  Lakin  bu  bir  həqiqətdir  ki,  bu  Ģəhər  Sasanilər  dövründə,  yəni 
Zübeydədən dörd əsr qabaq mövcud   olmuĢdur [9]. Cekson daha sonra yazır:. 
«Təbrizdə torpaq altından sikkələr aĢkara çıxarıldılar. Mən Parfiya və Sasanilər 
dövrünə aid olan müxtəlif sikkələr və bir möhür gördüm. Bu möhürü qətiyyətlə 
Əhəmənilər dövrünə aid etmək olar... möhür yumurtavarı Ģəkildə idi. Diametri 
25 millimetrdir. Bu  möhürdə yaĢıl rəngli Yaqut daĢı var  idi ki, onun  üzərində 
Ģah və  ya  bir  cəngavərin təsviri həkk olunmuĢdur. O, ikiağızlı qılıncla  əcayib 
bir vəhĢi heyvanı öldürmək məqamındadır. Həmin təsvir Təxti-CəmĢid daĢları 
üzərində həkk olunmuĢ Ģəkillərə bənzəyir» [10]. Cekson sözünə davam edərək 
belə yazır: «Bu möhürün üzərindəki kiçik və zərif iĢlər sübut edir ki, o sonralar 
baĢqa təsvirlər əsasında düzəldilməyibdir. Onun saxta olmasını isbat edən heç 
bir  sübut  yoxdur»  [11].  Cekson  göstərir  ki,  digər  tədqiqatçılar,  o  cümlədən 
Amerika  alimi  Vilyam  Hizvard  bu  möhürün  Əhəmənilər  dövrünə  aid    
olmasını təsdiq edir [12]. 
Beləliklə,  1903-cü  ildə  Təbrizdə  aĢkara  çıxarılmıĢ  sikkələrin  Parfiya 
və Sasanilər, möhürün isə Əhəmənilər [43], dövrünə aid olması Təbrizin eradan 
əvvəl VII-IV əsrlərda mövcud olduğunu ehtimal etməyə imkan verir. 
Təbrizin  qədim  Ģəhər  olması  haqqında  bir  sıra  fikilər  irəli 
sürülmüĢdür.  Nadir  Mirzə  yazır  ki,  Təbriz  VIII  əsrdən  əvvəl  də  abad  bir  yer 
olmuĢ  və  hasarı  var  imiĢ  [14],  V.  F.  Minorski  «Davrej»  sözünə  əsaslanaraq 
Ģəhəri  Sasanilərdən  əvvələ,  hətta  parfiyalılar  dövrünə  aid  edir  [15].  Əhməd 
Kəsvəri  Təbrizi  ən  qədim  Ģəhərlər  sırasına  daxil  etmiĢdir  [16].  Müasir  Ġran 
alimi Cəmaləddin Fəqih qeyd edir ki, Təbriz nəinki islamiyyətdən əvvəlki  (III-
IV  əsrlərdə),  hətta  Midiyanın  ən  qədim  və  Ģöhrətli  Ģəhərlərindən  sayıla  bilər 
[17]. 
Yuxarıda  adlarını  sadaladığımız  alimlərin  fikri  (Cekson  istisna 
edilməklə) əsassız olub, heç bir sənəd və faktla təsdiq edilmir. 
Məlum  olduğu  kimi,  heç  bir  Ģəhər  birdən-birə  əmələ  gəlmir.  Onun 
meydana  gəlməsi  üçün  müəyyən  iqtisadi  və  ictimai  Ģərait  lazımdır.  Marksizm 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə