SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə2/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   2   3   4   5   6   7   8   9   ...   116


 
Ġran  alimi  ġəfi  Cəvadinin  son  illərdə  nəĢr  olunmuĢ  «Təbriz  və  onun 
ətrafı»  adlı  kitabında  [7]  Ģəhərin  müasir  vəziyyətinə  geniĢ  yer  verilmiĢ,  onun 
orta əsr siyasi tarixinə isə ötəri toxunulmuĢdur. 
1973-cü ildə Məhəmməd Cəvad MəĢkur Təbriz Ģəhərinin tarixinə dair 
irihəcmli  əsər  yazıb  nəĢr  etdirmiĢdir  [8].  Əsərin  birinci  cildində  Təbrizin  ən 
qədim dövrlərindən XV əsrin sonuna qədər tarixi əhatə olunur. Müəllif kitabın 
müqəddiməsində  yazır  ki,  əsərin  gələcəkdə  nəĢr  ediləcək  ikinci  cildində  XVI 
əsrdən  1946-cı  ilə  qədərki  hadisələr  öz  əksini  tapacaqdır.  Lakin  ikinci  cild 
hələlik  nəĢr  olunmadığından  biz  yalnız  birinci  cild  üzərində  dayanmaq 
istəyirik. 
Tarixi-etnoqrafik  oçerk  xarakterində  yazılmıĢ  bu  əsər  altı  bölmədən 
ibarətdir.  Əsərin  I  bölməsində  Təbrizin  coğrafi  mövqeyi,  məhəllələri, 
kəhrizləri,  məscidləri  və  qəbristanlıqları,  II  bölməsində  isə  Ģəhərin  müasir 
dövrü - məhəllələr, meydanlar, məktəb və maarif, gəmiçilik, dəmiryol, sənaye, 
ticarət  məsələləri  Ģərh  edilir.  Əsərin  III  bölməsində  Təbrizin  ən  qədim 
dövrlərdən XV əsrin sonuna qədərki siyasi tarixindən bəhs olunur. IV bölmədə 
X-XV  əsrlərdə  Təbrizdə  yaĢamıĢ  bir  sıra  görkəmli  Ģəxsiyyətlər  haqqında  qısa 
məlumat  verilir.  Kitabın  V-VI  bölmələri  Ģəhərin  memarlıq  abidələrinə  dair 
Ģəkillər və xüsusi göstəricilərdən ibarətdir. 
1045 səhifədən ibarət bu əsərdə Təbrizin orta əsrlər dövrünün ictimai-
iqtisadi  vəziyyəti  və  mədəni  həyatı,  demək  olar  ki,  öz  əksini  tapmamıĢdır. 
Sənətkarlıq  və  ticarət,  ictimai  münasibətlər,  elm  və  incəsənətin  müxtəlif 
sahələri  (memarlıqdan  baĢqa)  haqqında  kitabda  heç  bir  məlumat  yoxdur. 
Bundan əlavə, əsərdə Təbrizin iqtisadi həyatı, tənəzzülü və inkiĢaf mərhələləri, 
onun  səbəbləri  və  bir  çox  mühüm  məsələlər  Ģərh  edilmir.  XVI  əsrin  70-ci 
illərində  Təbriz  sənətkarları  və  yoxsullarının  sinfi  mübarizə  tarixini  müəllif 
cəmi  üç  səhifədə  «Təbriz  lotuları»  baĢlığı  altında  verərək  üsyanın  əsil  ictimai 
mahiyyətini ört-basdır və təhrif etmiĢdir [9]. 
Bir  sözlə,  yuxarıda  göstərilən  əsərlərin  müəllifləri  məhsuldar 
qüvvələrin  vəziyyəti,  istehsal  münasibətləri,  bütövlükdə  tarixi  proseslərə 
toxunmurlar.  Yuxarıda  qeyd  etdiyimnz  məsələlər  yalnız  nəzəri  və  metodoloji 
cəhətdən tarixi materializmə əsaslanan tədqiqat əsərlərində öz əksini tapa bilər. 
V. Ġ. Leninin yazdığı kimi, «Marksizmin bütün ruhu, onun bütün sistemi tələb 
edir ki, hər bir müddəa gərək yalnız (a) tarixən (v), yalnız baĢqaları ilə əlaqədar 
olaraq  (q)  yalnız  tarixin  konkret  təcrübəsi  ilə  əlaqədar  olaraq  təhlil  edilsin» 
[10]. 
Yuxarıda  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  Ġran  tarixçilərinin 
bilavasitə  Təbriz  Ģəhərinin  tarixinə  dair  əsərləri  yalnız  tarixi-etnoqrafik  oçerk 
xarakteri daĢıyır. 
Uzun  müddət  Azərbaycanın  iqtisadi  və  siyasi  mərkəzi  olmuĢ  Təbriz 
Ģəhərinin  tarixi  bütövlükdə  Azərbaycan  tarixi  ilə  qırılmaz  vəhdət  təĢkil  edir. 



 
Məhz buna görə də Təbriz tarixinin, xüsusilə onun iqtisadi-ictimai münasibətlər 
probleminin tədqiqi bilavasitə  Azərbaycan  tarixi, bütövlükdə feodal cəmiyyəti 
tarixinin aktual problemlərinin tədqiqi ilə bağlıdır. 
Təqdim  edilən  bu  əsərdə  biz  Təbrizin  ictimai-iqtisadi  həyatının, 
xüsusilə  500  illik  bir  dövrdə  məhsuldar  qüvvələrin  inkiĢafı  və  istehsal 
münasibətləri  məsələlərinin  tədqiqinə  geniĢ  yer  vermiĢik.  Məhz  buna  görə  də 
Təbrizin  siyasi  tarixi,  yeri  gəldikcə,  ictimai-iqtisadi  məsələlərlə  əlaqədar  Ģərh 
edilmiĢdir.  Digər  tərəfdən,  Təbriz  tarix  boyu  Azərbaycanda  baĢ  verən  siyasi 
hadisələrin  mərkəzi  olduğu  üçün  Sovet  Azərbaycanı  alimləri  bəhs  etdiyimiz 
dövrdə  Azərbaycanın  siyasi  tarixini  tədqiq  edərkən  Təbrizdə  baĢ  verən  siyasi 
hadisələri  də  iĢıqlandırmıĢlar.  Bunu  nəzərə  alaraq,  Təbrizin  siyasi  tarixindən 
ayrıca bəhs etməyi lüzumsuz sayırıq. 
Monoqrafiyada aĢağıdakı məsələlər öz əksini tapmıĢdır: 
1. Təbrizin iqtisadi həyatının əsasını təĢkil edən sənətkarlıq və ticarətin 
vəziyyəti,  Ģəhərin  iqtisadi  həyatının  inkiĢaf  və  tənəzzül  mərhələləri,  onların 
səbəbləri. 
2. Yaxın  və  Orta  ġərqin  iqtisadi  həyatında  Təbrizin  sənətkarlıq  və 
ticarət sahəsində rolu və tutduğu mühüm mövqe. 
3. Feodal  cəmiyyətinin  daxili  ziddiyyətlərinin  Ģərhi,  Təbriz  əhalisinin 
sosial tərkibi,  ictimai  quruluĢu, Ģəhərin  həyatında  müxtəlif  ictimai  təbəqələrin 
rolu,  feodal  istismarı,  geniĢ  xalq  kütləsinin  vəziyyəti,  siniflər,  sinfi  mübarizə 
problemi və onun formaları. 
4. ġəhərin tarixi-memarlıq abidələri, istehkamları, ictimai quruluĢu. 
5. Təbrizdə  elm,  mədəniyyət  və  incəsənətin  müxtəlif  sahələri, 
Azərbaycan  mədəniyyətinin  ayrılmaz  hissəsi  olan  Təbriz  mədəniyyətinin 
inkiĢaf problemləri. 
Təbriz  tarixinin  ən  parlaq  dövrü  əsasən  XIII-XVII  əsrləri  əhatə  edir. 
Bu  müddətdə  Təbriz  təkcə  Azərbaycanda  deyil,  Yaxın  və  Orta  ġərqdə  ən 
mühüm  sənətkarlıq və  ticarət mərkəzlərindən  biri olub, ġərq ilə Qərb ölkələri 
arasında tranzit ticarətdə mühüm rol oynayırdı. Təbriz Elxanilərin (1265-1313), 
(1340-1357),  Cəlairilərin  (1360  və  1387-ci  illər  arasında),  Qaraqoyunluların 
(1410-1468), Ağqoyunluların (1468-1501) və ilk Azərbaycan Səfəvi dövlətinin 
(1501-1555) paytaxtı olmuĢdur. Paytaxtın 1555-ci ilin oktyabr ayında Qəzvinə, 
1598-ci  ildə  isə  Ġsfahana  köçürülməsinə  baxmayaraq,  Təbriz  yenə  ölkənin 
sənətkarlıq və ticarət mərkəzi olaraq qalırdı. XVII əsrin sonları və XVIII əsrin 
əvvəllərində  Azərbaycanda  baĢ  verən  iqtisadi  tənəzzüllə  əlaqədar  Təbrizin 
iqtisadi həyatında da müəyyən tənəzzül nəzərə çarpsa da o, Azərbaycan və Ġran 
Ģəhərləri  arasında  sənətkarlıq  və  ticarət  mərkəzi  kimi  yenə  də  birinci  yeri 
tuturdu. 
Monoqrafiyada marksizm-leninizm metodologiyasını, K. Marks və F. 
Engels,  V.  Ġ.  Leninin  feodal  Ģəhərlərinin  əmələ  gəlməsi  və  inkiĢafı  haqqında 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə