SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə3/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   2   3   4   5   6   7   8   9   ...   116


 
təlimlərini rəhbər tutaraq feodal cəmiyyəti Ģəhər həyatının inkiĢafında əsas amil 
olan sənətkarlıq və ticarət məsələlərinə xüsusi diqqət yetirilmiĢdir. 
Müəllif  əsərin  yazılması  və  çapa  hazırlanmasında  öz  təklif  və 
məsləhətləri ilə ona yaxından kömək etmiĢ Azərbaycan SSR EA Tarix Ġnstitutu 
Azərbaycanın orta əsrlər tarixi Ģöbəsinin əməkdaĢlarına minnətdarlığını bildirir. 
 
 



 
BĠRĠNCĠ FƏSĠL 
 
MƏNBƏ VƏ ƏDƏBĠYYATIN QISA ĠCMALI 
 
Tədqiqatın  əsasını  fars,  ərəb,  türk,  erməni  və  digər  dillərdə  olan 
mənbələr  təĢkil  edir.  Əksəriyyəti  orta  əsr  saray  tarixçilərinin  əsərləri 
olduğundan  bu  məxəzlərdə  tarixi  hadisələr  birtərəfli,  hakim  feodal  sinfinin 
mənafeyi  baxımından  iĢıqlandırılmıĢdır.  Buna  görə  də  mənbələrdə  təsvir 
olunan  hər  bir  hadisəyə  tənqidi  yanaĢılmıĢ,  tarixi  materializm  baxımından 
tədqiq və təhlil edilmiĢdir. 
Qeyd  etmək  lazımdır  ki,  bir  çox  mənbə  və  ədəbiyyatda  orta  əsrlərdə 
sənətkarlıq  və  ticarət  mərkəzi  kimi  məĢhur  olan  Təbriz  Ģəhərinin  iqtisadi  və 
ictimai tarixinə bu və ya digər dərəcədə toxunulmuĢdur. Lakin monoqrafiyanın 
həcmi  imkan  vermədiyindən  biz  əsasən  müəllifləri  Təbrizdə  olmuĢ  və  Sovet 
tarixĢünaslığında  ilk  dəfə  tədqiqata  cəlb  etdiyimiz  mənbələr  üzərində  geniĢ 
dayanmağı lazım bilirik. 
Ġstifadə  olunan  əsas  mənbə  və  ədəbiyyat  aĢağıdakı  Ģəkildə 
qruplaĢdırılmıĢdır: 
I. Ərəb, fars və türkdilli mənbələr: 
a)  tarixi-coğrafi xarakterli mənbələr; 
b)  rəsmi sənədlər (fərmanlar, hökmlər, məktublaĢmalar, vəqfnamələr); 
v)   siyasi  hadisələrlə  yanaĢı,  Ģəhərin  ictimai-iqtisadi  vəziyyətinə 
toxunan mənbələr (buraya bəzi Ģairlərin «divan»ı və dastanlar da daxildir); 
q)  təzkirələr. 
II.  Erməni və rus dillərində olan mənbələr. 
III. Avropa  diplomatları,  səyyah  və  tacirlərinin  müxtəlif  dillərdə 
yazılmıĢ səfərnamə və yol qeydləri. 
 
I. Ərəb, fars və türkdilli mənbələr 
 
Ərəbdilli müəlliflərin Təbriz haqqında biri digərini təkrar və ya inkar 
edən fikirlərinə baxmayaraq, qarĢılıqlı mənbələr olmadığından onların Təbrizin 
iqtisadi və ictimai vəziyyəti haqqında məlumatları olduqca qiymətlidir. Təbriz 
haqqında  ilk  məlumatı  məĢhur  ərəb  tarixçisi  əl-Bəlazurinin  (IX)  əsərində 
təsadüf edilir. Həmin  mənbədə Rəvvad əl-Əzdinin, xüsusilə oğlu əl-Vəcna ilə 
qardaĢlarının kənd kimi təsvir olunmuĢ Təbrizə hasar çəkdirərək əhalinin oraya 
köçürülməsindən  və  həmin  yerin  abadlaĢdırılmasından  bəhs  olunur  [1]. 
Bəlazurinin  verdiyi  həmin  məlumatı  IX  əsrdə  yaĢamıĢ  baĢqa  bir  ərəb  müəllifi 
Əbubəkr Əhməd ibn Məhəmməd əl-Həmədani  (ibn Fəqih)  eynilə təkrar edir 
[2]. 
Maraqlıdır  ki,  ibn  Xordadbeh  (X  əsrin  əvvəlləri)  Təbrizi  kiçik  Ģəhər 
adlandırdığı halda, ibn Hövqəl (X əsr) «gözəl, abad, bol məhsul, çoxlu əhaliyə 


10 
 
malik, Azərbaycanın mərkəzi və ən abad Ģəhəri» adlandırmıĢdır [3]. Bizcə, ibn 
Hövqəlin  məlumatı  daha  dəqiqdir.  Ona  görə  ki,  əvvəla,  ərəb  müəllifi  ibn 
Miskəveyh də (1030-cu ildə vəfat etmiĢdir) Təbrizi böyük bir Ģəhər, əhalisinin 
isə  varlı  olduğunu  bildirmiĢdir  [4].  Ġkincisi,  Təbriz  bu  dövrdə  Rəvvadilər 
dövlətinin  paytaxtı  idi.  Üçüncüsü,  Təbriz  abad  və  əhalisi  çox  olan  bir  Ģəhər 
olmasaydı, Disəm ilə Mərzban oranı ələ keçirmək üçün uzun müddət mübarizə 
aparmazdılar. 
X  əsr  ərəb  coğrafiyaĢünas  səyyahlarının  son  böyük  nümayəndəsi  əl-
Mütəddəsi  də  Təbrizi  «müsəlmanların  fəxr  etdiyi  abad  Ģəhər»  adlandıraraq 
Ģəhərin  təsərrüfat  həyatı  və  memarlıq  abidələrindən  danıĢmıĢdır  [5].  Eyni 
məlumatı qısa əlavələrlə Əbu Məhəmməd əl-Qasım əl-Həriri də təkrar etmiĢdir 
[6]. 
Ġbn-əl-Hövqəl  və  əl-Ġdrisi  öz  əsərlərində  Təbrizlə  digər  Ģəhərlər 
arasındakı məsafələri vermiĢlər [7]. Bu da Təbrizdən digər yerlərə gedən ticarət 
karvan yollarının təyin edilməsi üçün mühüm əhəmiyyətə malikdir. 
H. 610 (1213-14)-cu ildə Təbrizdə olmuĢ Yaqut Həməvi (1179-1229) 
«Təbriz»  sözünü  «Təbriz»  kimi  yazmıĢdır.  Müəllif  Təbrizi  «Azərbaycanın  ən 
məĢhur, gözəl, abad, ətrafı əhəng və kərpiclə bərkidilmiĢ möhkəm hasarı olan» 
bir Ģəhər adlandırmıĢdır [8]. 
Məhəmməd  ibn  Əhməd  ən-Nəsəvi  (-1250),  Cəlaləddin  XarəzmĢahın 
hakimiyyəti  dövründə  Təbrizdə  iqtisadi  vəziyyətin  ağırlığından  1225-ci  ildə 
Ģəhər  əhalisinin  Cəlaləddin  XarəzmĢahın  zülmünə  qarĢı  üsyanı  haqqında 
maraqlı məlumat verir [9]. 
1275-76-cı illərdə «Asar əl-bilad və əxbar əl-ibad» əsərini tərtib etmiĢ 
Zəkəriyyə  ibn  Məhəmməd  əl-Qəzvini  Təbrizi  «Azərbaycanın  paytaxtı» 
adlandırmaqla  Ģəhər  əhalisinin  əksəriyyətinin  sənətkarlıqla  məĢğul  olduğunu 
bildirmiĢ  və  orada  istehsal  olunan  sənətkarlıq  malları  barədə  məlumat 
vermiĢdir [10]. 
1326-cı  ildə  Təbrizdə  olmuĢ  ərəb  səyyahı  ibn  Bəttutə  ġam  Qazan  və 
Təbrizi  müĢahidə  etmiĢ,  Ģəhərin  memarlıq  abidələri  haqqında  qısa  da  olsa 
məlumat vermiĢdir [11]. 
Təbriz  haqqında  fars  dilində  ilk  mənbə,  müəllifi  məlum  olmayan 
«Hüdud əl-aləm» əsəridir. X əsrdə yazılmıĢ bu əsərdə Təbriz kiçik, lakin abad 
və bolluq Ģəhəri kimi təsvir olunur [12]. 
H.  438-ci  il  səfər  ayının  20-dən  rəbiüləvvəl  ayının  14-dək  (27.VIII-
19.IX.1046) Təbrizdə olmuĢ tacik Ģairi Nasir Xəsrov da Təbrizi abad Ģəhər və 
Azərbaycanın  paytaxtı  adlandırmıĢdır.  O,  1042-ci  ildə  Təbrizdə  baĢ  vermiĢ 
zəlzələdən də bəhs etmiĢdir [13]. 
XIII əsrin əvvəllərində yazılmıĢ «Əcayib-əd-dünya» əsərinin naməlum 
müəllifi  Təbrizin  iqtisadi  həyatı  haqqında  qiymətli  məlumat  vermiĢdir.  Lakin 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə