SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə5/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   2   3   4   5   6   7   8   9   ...   116

13 
 
mənbələrdən biri də RəĢidəddinin «Cami-ət-təvarix» əsəridir [30]. RəĢidəddin 
(1247-1318) Abaqa xan dövründə (1265-1281) saray həkimi, Qazan xan (1295-
1304) və Sultan Ulcaytu Məhəmmədin (1304-1316) hakimiyyəti dövründə isə 
Elxanilər dövlətinin baĢ vəziri olmuĢdur [31]. 
RəĢidəddin  ailəsi  ilə  birlikdə  uzun  müddət  Təbrizdə  yaĢamıĢ,  «Rəb-i 
RəĢidi» adlanan Ģəhərciyin əsasını qoymuĢ, Təbriz kimi böyük bir Ģəhərin idarə 
olunmasında  baĢ  vəzir  və  iri  feodal  kimi  bilavasitə  iĢtirak  etmiĢdir.  Digər 
tərəfdən,  RəĢidəddin  ölkənin  idarə  olunmasına  dair  «Dəstur  əl-məmləkə» 
adlanan qanunnamə tərtib etmiĢ və Qazan xanın fərmanı ilə həmin qanunnamə 
uzun müddət icra olunmuĢdur [32]. 
«Cami-ət-təvarix»  əsərində  RəĢidəddin  Təbrizin  siyasi  hadisələri  ilə 
yanaĢı,  Ģəhərin  ictimai-iqtisadi  vəziyyətinə  dair  də  müəyyən  məlumat  verir. 
Məsələn, 1265-ci il iyun ayında Abaqa xan tərəfindən Təbrizin paytaxt olması, 
1297-ci il oktyabr ayının 5-də «ġam Qazan»ın əsasının qoyulması, 1302-ci ildə 
Təbriz əhalisinin bir sıra vergilərdən azad edilməsi, ġam Qazan və Təbrizin bir 
sıra memarlıq abidələri haqqında məlumatları göstərmək olar [33]. 
Təbrizin  ictimai-iqtisadi  tarixinin  tədqiqi  baxımından  əhəmiyyətli 
mənbələrdən  biri  də  «ġərəf»  təxəllüsü  ilə  məĢhur  olan  Abdulla  ibn  Fəzlullah 
ġirazinin  «Təcziyət-ül-əmsar  və  təzciyət-ül-əsar»  («Tarix-i  Vəssaf»)  əsəridir 
[34]. Vəssaf  xeyli  müddət  Elxanilər divanında  iĢləmiĢ və  h. 692 (1292-93)-ci 
ildə Təbrizdə olmuĢdur [35]. 
Bu  əsərdə  Təbrizin  iqtisadi  vəziyyəti  haqqında  müəyyən  materiallar 
vardır. Vəssaf əsərində bir sıra hadisələrə öz tənqidi münasibətini bildirmiĢdir. 
O,  Tacəddin  ƏliĢahın  Təbrizdə  tikdirdiyi  məscid  binası  üçün  500  tümən  sərf 
etdiyini  tənqid  edərək  yazır:  «Əgər  bu  pul  əkinçilər  üçün  toxumpulu...  və  sair 
ehtiyaclara sərf olunsaydı, ölkə xeyli abadlaĢardı [36]. 
Sovet tarixĢünaslığında ilk dəfə tədqiqata cəlb etdiyimiz mənbələrdən 
biri  də  bir  müddət  Təbrizdə  yaĢamıĢ  tarixçi  Əbülqasim  KaĢaninin  Ulcaytu 
Məhəmmədin  hakimiyyəti  dövrünü  əhatə  edən  «Tarix-i  Ulcaytu»  əsəridir. 
Əsərin  məziyyəti ondan ibarətdir ki, burada hadisələr ilbəil, dəqiq tarixləri ilə 
təsvir  olunmuĢdur.  Bu  ondan  irəli  gəlir  ki,  Ulcaytunun  hakimiyyəti  dövründə 
baĢ verən hadisələrin çoxunun iĢtirakçısı olan Əbülqasim təfərrüata  varmadan 
hadisələri  qısa  və  konkret  Ģəkildə  təsvir  etmiĢdir.  «Tarix-i  Vəssaf»-da  olduğu 
kimi,  bu  əsərdə  də  Təbrizə  dair  elə  məlumat  vardır  ki,  onlara  dövrün  digər 
mənbələrində rast gəlmirik [37]. 
Orta  əsr  Azərbaycan  tarixçisi  Əbubəkr  Qütbi  əl-Əhərinin  «Tarix-i 
ġeyx Üveys» adlı əsəri Azərbaycan Ģəhərləri, o cümlədən Təbriz haqqında bir 
sıra maraqlı məlumat verir. Bu məlumatın əsas hissəsi Təbrizin siyasi tarixinə 
aid  olsa  da,  Təbrizdə  feodal  zülmü  nəticəsində  geniĢ  xalq  kütləsinin 
vəziyyətinə dair materiallar xeyli qiymətlidir [38]. 


14 
 
Təbrizin  tarixini  tədqiq  etmək  baxımından  maraqlı  məlumat  verən 
müəlliflərdən  ġəhabəddin  Abdulla  ibn  Lütfül-la  (hafiz  Əbru)  1386-cı  ildə 
Təbrizdə  olarkən  ToxtamıĢın  qoĢunlarının  Təbrizi  bərbad  hala  salmasının  və 
Teymurun Təbrizə yürüĢünün müĢahidəçisi olmuĢdur [39]. 
Həmdulla Müstəfi Qəzvininin oğlu Zeynəddinin «Zeyli tarix-i qozidə» 
adlı  əsəri  ilk  məxəz  kimi  xüsusi  əhəmiyyətə  malikdir.  Həmin  əsərdə  1344-cü 
ildə Təbrizdə baĢ vermiĢ üsyan haqqında ətraflı məlumat verilir [40]. 
Orta  əsr  Azərbaycan  tarixçisi  ġam  Qazanlı  Nizaməddin  ġami  h.  804 
(1401-1402)-cü  ildə  Teymurun  göstəriĢi  ilə  onun  müharibə  və  fütuhatını 
qələmə almıĢdır. Ömrünün sonlarında Təbrizə qayıtmıĢ ġami h. 812 (1409)-ci 
ildə orada vəfat etmiĢdir. Həmin mənbədən h. 798 (1395-96)-ci ildə Təbrizdə 
MiranĢaha  qarĢı  üsyan  baĢ  verdiyi  məlum  olur.  Bundan  əlavə,  digər  orta  əsr 
tarixçiləri  kimi  Nizaməddin  ġami  də  əhalinin  aĢağı  təbəqəsini  «dərviĢ», 
«züəfa», «füqəra», «rüaya» adlandırmıĢdır [41]. 
Əbdürrəzzaq  Səmərqəndi,  Məhəmməd  ibn  XavəndĢah  (Mirxond) 
(1433-1498)  öz  əsərlərində  Təbrizin  siyasi  tarixi  ilə  yanaĢı,  Teymurilər  və 
Qaraqoyunluların hakimiyyəti dövründə Ģəhərin iqtisadi-ictimai və mədəniyyət 
məsələlərinə  də  toxunmuĢlar.  Mirxond  əsərinin  sonunda  Təbriz  haqqında 
ayrıca,  3  səhifə  həcmində  məlumat  vermiĢ  və  Təbrizi  «Azərbaycanın  ən 
məĢhur Ģəhəri» adlandırmıĢdır [42]. 
Ağqoyunlu  sülaləsinin  hakimiyyəti  dövrünə  həsr  edilmiĢ  iki  əsər 
mövcuddur.  Onlardan  biri  Əbubəkr  Tehraninin  «Tarix-i  Diyarbəkriyyə»  [43], 
digəri  isə  Fəzlullah  Ruzbehan  Xünəsinin  [44]  Ağqoyunlu  hökmdarı  Sultan 
Yaquba  həsr  etdiyi  «Tarix-i  aləm  aray-i  Əmini»  əsəridir.  Hər  iki  əsərdə 
Azərbaycan  Ģəhərləri,  o  cümlədən  Təbrizin  siyasi,  iqtisadi  və  ictimai 
hadisələrinə müəyyən qədər yer verilsə də, lazımi qədər tədqiq olunmamıĢdır. 
XXVI-XVII  əsrlərdə  Səfəvilərin  hakimiyyəti  dövrünə  aid  bir  sıra 
tarixi  əsərlər  yazılmıĢdır.  Ġ.  P.  PetruĢevskinin  qeyd  etdiyi  kimi,  bu  dövrdə 
Azərbaycanla Ġran xalqları arasında mədəni əlaqə daha da möhkəmlənir. Buna 
görə  də  həmin  dövrdə  yaĢamıĢ  Ġran  tarixçilərinin  əsərlərində  Azərbaycan 
tarixinə nisbətən çox yer verilir [45]. 
Azərbaycan Səfəvi dövlətinin yaranıb möhkəmlənməsi, Azərbaycanın 
və  eləcə  də  onun  paytaxtı  Təbriz  Ģəhərinin  siyasi  hadisələrin  düyün  nöqtəsi 
olmaqla  yanaĢı,  həm  də  ölkənin  iqtisadi  mərkəzi  rolu  oynaması  istər-istəməz 
Azərbaycan və Ġran tarixçilərinin diqqətini cəlb etmiĢdir. Məhz buna görə də bu 
dövrün tarixi əsərlərində Təbrizdə baĢ verən hadisələrin iĢıqlandırılması diqqət 
mərkəzində idi. 
Bu  dövrdə  yazılmıĢ  tarixi  əsərləri  iki  qismə  bölmək  olar.  Həmin 
əsərlərin  bir  qismi  (anonim  «Tarix-i  ġah  Ġsmayıl»,  Xondəmirin  (1475-1536), 
«Həbib-üs-siyər  fi  əxbari  əfrad  əl-bəĢər»,  Yəhya  Qəzvininin  (1481-1555) 
«Lübbət-təvarix»,  XurĢah  ibn  Qubad  əl-hüseyninin  (1565-ci  ildə  vəfat 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə