SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə6/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   2   3   4   5   6   7   8   9   ...   116

15 
 
etmiĢdir),  «Tarix-i  elçi-ye  NizamĢah»,  ġah  Təhmasibin  «Təzkire-ye-ġah 
Təhmasib»,  Qazi  Əhməd  Qaffarinin  «Tarix-i  cahan  ara»,  Budaq  Qəzvininin 
«Cəvahir  ül-əxbar»,  Həsən  bəy  Rumlunun  «Əhsən  ət-təvarix»,  ġərəfəddin 
Bidlisinin  «ġərəfnamə»  (ikinci  cild)  və  s.  müəyyən  qədər  tədqiqata  cəlb 
olunduğu üçün onlar haqqında geniĢ bəhs etməyi zəruri hesab etmirik [46]. 
AĢağıda təhlil edəcəyimiz ikinci qisim əsərlər (Ġsgəndər bəy MünĢinin 
«Tarix-i aləm aray-i Abbasi» əsərindən baĢqa) tədqiqata çox az cəlb edilmiĢ və 
ya ilk dəfə bizim tərəfimizdən öyrənilir. 
Anonim  «Tarix-i  Ģah  Ġsmayıl»  əsərində  Təbrizin  mədəni  həyatı, 
əhalisinin miqdarı və vəzifəli Ģəxsləri haqqında məlumat vardır [47]. 
Təbrizin  epiqrafik  abidələrinə  həsr  edilmiĢ  yeganə  qiymətli  mənbə 
Hafiz  Hüseyn  Kərbəlayi  Təbrizinin  «Rovzat-ül  cinan  və  cənnat-ül  cinan» 
əsəridir  [48].  ġair  Hafiz  Hüseyn  eyni  zamanda  xəttat  olmuĢ  və  xəttatlıqda 
Əlibəy  Təbrizinin  Ģagirdi  olmuĢdur.  Ömrünün  bir  hissəsini  qürbətdə  keçirən 
Hafiz h. 988 (1580)-ci ildə Məkkəyə getmiĢ, sonra yenidən Təbrizə qayıtmıĢ və 
orada vəfat etmiĢdir. Müqəddimə, giriĢ, 8 fəsil xatimədən ibarət olan «Rovzat-
ül cinan» əsərində Təbrizin memarlıq abidələri, görkəmli Ģəxsiyyətləri, onların 
titul  və  vəzifələri  haqqında  maraqlı  məlumat  vardır.  ġair-alim  Ģəxsən  özü 
Təbriz  qəbiristanlıqlarını  gəzərək  məzar  daĢları  üzərindəki  yazıları  oxumuĢ, 
dəfn  olunmuĢ  Ģəxsiyyətləri  müəyyən  etmiĢ  və  onların  həyat  və  fəaliyyəti 
haqqında əsər yazmıĢdır. Müəllif əsərin  giriĢ hissəsində belə yazır: «Digər bir 
Ģəxs  tərəfindən  bu  məsələni  araĢdırmağa  təĢəbbüs  göstərilmədiyi  üçün  mən 
Təbriz  və  onun  ətrafında  yerləĢən  məqbərələr,  həmin  məqbərələrdə  dəfn 
olunmuĢ Ģəxsiyyətdər haqqında əsər yazmaq qərarına gəldim». 
Biz  ilk  dəfə  bu  əsər  vasitəsilə  Kəmaləddin  Behzadın  Heratda  deyil, 
Təbrizdə  vəfat  etdiyini  və  orada  dəfn  olunduğunu  müəyyənləĢdirə  bildik. 
Əsərdə Təbrizin memarlıq tarixinə aid maraqlı material vardır. 
Ġlk  dəfə  tədqiqata  cəlb  etdiyimiz  digər  mənbələrdən  biri  də 
Xondəmirin oğlu Mahmudun  «Tarix-i  ġah Ġsmayıl  və  ġah  Təhmasib»  əsəridir 
[49]. 1555-ci ilə qədər olan hadisələri əhatə edən bu əlyazmada Xorasanda baĢ 
verən  hadisələrə  geniĢ  yer  verilməsinə  baxmayaraq,  Təbrizə  aid  bəzi  faktik 
məlumatlara da təsadüf olunur. 
Təbrizin iqtisadi  və  ictimai  məsələlərinə  dair  maraqlı  məlumat  verən 
və ilk dəfə Sovet tarixĢünaslığında tədqiqata cəlb etdiyimiz mənbələrdən biri də 
Mahmud  Nətənzinin  «Nəqavət  əl-asar  fi  zikr-ül  əxyar»  («MəĢhur  adamların 
xatirələrinə aid əsərlər») əsəridir [50]. Mahmud h. 938 (1531-32)-ci ildə anadan 
olmuĢ, h. 998 (1589-90)-ci ildə  qeyd olunan əsəri  yazmağa  baĢlamıĢdır. Əsər 
ġah  Təhmasibin  (1524-1576)  hakimiyyətinin  son  illərindən  I  ġah  Abbasın 
(1587-1629) hakimiyyətinin on birinci ilinə qədər (h. 1007/1598-99) baĢ verən 
hadisələri əhatə edir. Müəllif 69 yaĢında ikən bu əsəri tamamlamıĢdır. Əsərin II 
cildində  I ġah  Abbasın hakimiyyətinin on birinci ilindən  sonrakı hadisələr də 


16 
 
təsvir  olunmalı  idi.  Lakin  əsərin  bu  cildi  haqqında  məlumat  yoxdur. 
Əlyazmanın  I  cildi  h.  1070  (1659-60)-ci  ildə  üzü  köçürülmüĢ  nüsxə  əsasında 
1971-ci ildə Ehsan EĢraqi tərəfindən Tehranda nəĢr olunmuĢdur. Təbrizi nəinki 
Azərbaycanın,  hətta  bütün  Səfəvi  dövləti  ərazisinin  gözü  və  çırağı  [51] 
adlandıran  müəllif  Osmanlı  ordusunun  1585-86-cı  illərdə  Təbrizə  yürüĢü 
zamanı  Ģəhərin  dağıdılması  barədə  dövrün  digər  mənbələrində  rast 
gəlmədiyimiz  bəzi  məlumatları  verir,  Ģəhərin  qızılbaĢlar  tərəfindən 
dağıdıldığını da etiraf edir [52]. 
Digər  orta  əsr  feodal  tarixçiləri  kimi,  Mahmud  Nətənzi  də  feodal 
zülmünə  qarĢı  mübarizəyə  nifrət  etmiĢ,  hətta  Mani,  Məzdək  və  Noqtəvilər 
hərəkatını  pisləmiĢ,  onların  baĢçılarını  fırıldaqçı,  əcamir  (qara  camaat)  və 
ovbaĢ  (pozğun  ünsürlər)  adlandırmıĢdır  [53].  Digər  tərəfdən,  əsər  çox 
tepdensiyalı yazılmıĢdır. Məsələn, müəllif yazır: «Bütün əhali ġah Təhmasib və 
II ġah Ġsmayılın hakimiyyəti dövründə rahat yaĢayırdı». Yaxud baĢqa bir yerdə 
II ġah Ġsmayılın «həddən artıq insaflı, ədalətli, rəiyyətin tərəfini saxlayan Ģah» 
olduğunu  bildirmiĢdir  [54].  Müəllif  həqiqəti  təhrif  edərək  II  ġah  Ġsmayılın 
hakimiyyəti  dövründə  karvan  yollarının  təhlükəsiz  olmasından,  ticarətin 
inkiĢafından danıĢır [55]. 
Təbriz tarixi ilə əlaqədar istifadə etdiyimiz digər mənbələrdən biri də 
«Məcdi»  təxəllüsü  ilə  məĢhur  olan  Məcdəddin  Məhəmməd  ibn  Əbu  Talib  əl-
Hüseyninin  «Zinət-ül-məcalis»  («Məclislərin  bəzəyi»)  əsəridir  [56].  «Zinət-ül 
məcalis»-in  mövzu  ilə  əlaqədar  əhəmiyyəti  ondan  ibarətdir  ki,  bu  əsər  Təbriz 
Osmanlı ordusunun  iĢğalı altında  olduğu bir zamanda, h. 1004 (1595)-cü ildə 
yazılmıĢdır.  Əsərdə  deyilir:  «ġəhərdə  bir  yaĢıl  ağac  belə  qalmamıĢdır»  [57]. 
Əlbəttə,  bu  fikirlə  razılaĢmaq  olmaz.  Lakin  bu  fakt  özlüyündə  Ģəhərin  nə 
dərəcədə  dağıldığını  göstərir.  Məcdi,  ümumiyyətlə,  XVI  əsrin  sonunda 
Təbrizin vəziyyətini müxtəsər Ģəkildə də olsa təsvir etmiĢdir. 
Tədqiqata az cəlb olunmuĢ əsərlərdən biri də Qazi Əhməd Mir MünĢi 
Quminin  «Xülasət-ət-təvarix»  («Tarixlərin  xülasəsi»)  əsəridir  [58].  Qazi 
Əhməd  ibn  ġərəfəddin  Hüseyn  əl-Hüseyni  (19.V.1546-1617?)  Səfəvilərin 
doxsan  üç  illik tarixini  yazmıĢdır. 1579 və  1586-cı illərdə  Təbrizdə  olmuĢ  və 
Ģəhəri yaxından müĢahidə etmiĢ [59] müəllif h. 962-972 (1555-1565)-ci illərin 
hadisələrini h. 1013 (1604-1605)-cü ildə qələmə almıĢdır [60]. Buradan belə bir 
nəticəyə gəlmək olar ki, Qazi Əhməd Qumi Abbas Mirzə Ģahlığa keçməmiĢdən 
əsərini  yazmağa  baĢlamıĢ  və  ġah  Abbasın  hakimiyyəti  illərini  ilbəil  qələmə 
alaraq əsərə əlavə etmiĢdir. 
Qazi Əhməd Qumi on bir yaĢında ikən h. 964 (1556-57)-cü ildə atası 
ilə  birlikdə  MəĢhədə,  Sultan  Ġbrahim  Mirzənin  yanına  getmiĢ,  21  il  orada 
qalmıĢ,  h.  984  (1576-77)-cü  ildə  II  ġah  Ġsmayılın  göstəriĢi  ilə  «Xülasət-ət-
təvarix»  əsərini  yazmağa  baĢlamıĢdır.  H.  987  (1579-80)-ci  ildə  Təbrizdə 
Mövlana Əlibəyin yanında olmuĢ, bir il sonra divan-əs-sədarət (sədarət divanı) 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə