SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə8/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   4   5   6   7   8   9   10   11   ...   116

19 
 
Məhəmməd Yusifin vəfat etdiyi il hələlik bizə məlum deyildir. Tarixçi alim və 
Ģair  olan  «Baleh»  təxəllüslü  Məhəmməd  Yusifin  «Xolde  bərin»  əsərində 
Azərbaycan  tarixi  haqqında,  o  cümlədən  yerli  hakimlər  haqqında  elə 
məlumatlar vardır ki, baĢqa mənbələrdə onlara təsadüf olunmur [78]. 
Azərbaycan  bəylərbəyi  və  Təbriz  hakimi  Rüstəm  xana  həsr  olunmuĢ 
«Ketab-i-cülus-i ġah  Səfi» [79] əsəri h. 1104 (1693)-cü ildə  Bicən tərəfindən 
yazılmıĢdır.  Həcm  etibarilə  çox  da  böyük  olmayan  bu  əsər  Təbrizin  iqtisadi 
vəziyyəti, habelə ictimai münasibətlərinin tənqidi cəhətdən əhəmiyyətlidir. 
Təbrizin  ictimai  münasibətlər  tarixini  araĢdırmaq  baxımından  Mirzə 
Rəfianın  «Dəstur  əl-müluk»  və  Mirzə  Səmianın  «Təzkirət  əl-müluk»  əsərləri 
xüsusi əhəmiyyət kəsb edir. Hər iki əsər rəsmi sənədlər əsasında tərtib edilmiĢ 
və Ģəhərlərin idarə quruluĢuna dair dəyərli məlumat verir [80]. 
Dövrün təzkirələrində biz Təbrizin ictimai-iqtisadi və mədəni həyatına 
aid  elə  materiallara  rast  gəlirik  ki,  onlara  dövrün  digər  məxəzlərində  təsadüf 
olunmur.  Belə  təzkirələrdən  DövlətĢah  Səmərqəndinin  «Təzkirət-əĢ-Ģüəra» 
(1487-ci  ildə  yazılmıĢdır)  [81],  I  ġah  Ġsmayılın  oğlu  Sam  Mirzənin  «Töhfe-yi 
Sami»  (Ərdəbildə  yazılmıĢ  bu  əsəri  müəllif  h.  957  (1550)-ci  ildə  baĢa 
çatdırmıĢdır)  [82],  Əmin  Əhməd  Razinin  «həft  iqlim»  [83]  (1594-cü  ildə 
yazılmıĢdır),  Qazi  Əhməd  Mir  MünĢi  Quminin  «Külistane-hünər»  [84],  (h. 
1015  (1606)-ci  ildən  sonra  yazılmıĢdır),  Sadiqi  bəy  ƏfĢarın  h.  1016  (1607-
1608)-cı  ildə  qələmə  aldığı  «Məcmə-ül-xəvass»  [85]  əsərlərini  qeyd  etmək 
olar. 
Monoqrafiyada  Təbriz  tarixi  ilə  əlaqədar  geniĢ  istifadə  olunan  digər 
təzkirələrdən  biri  də  Məhəmməd  Tahir  Nəsrabadinin  «Təzkire-ye  Nəsrabadi» 
əsəridir [86]. H. 1027 (1617-1618)-ci ildə anadan olmuĢ Nəsrabadi Ġsfahani h. 
1083  (1672-73)-cü  ildə  əsərini  tərtib  etməyə  baĢlamıĢ  və  ġah  Süleymanın 
(1666-1694)  hakimiyyətinin  sonuna  qədər  yaĢamıĢdır.  Əsərdə  Təbriz 
rəssamlarından  Sadiqi  bəy  ƏfĢar,  Məhəmməd  Qulubəy,  Kəlbəli,  xəttatlardan 
Molla Əbdülbaqi, Mövlana Əlirzayi Abbasi, Mir Seyid Əli, Bəhrambəy, Mirzə 
Bağır,  həkimlərdən  Əbu  Tahir  Təbrizi,  müdərrislərdən  Mövlana  Rəcəbəli, 
Mirzə Bağır, Mirzə Məhəmməd və baĢqalarının yaradıcılığı haqqında məlumat 
vardır.  Bunlardan  əlavə,  ġəfi  Məhəmməd  Əlinin  (Həzin)  1752-ci  ildə  yazmıĢ 
olduğu  «Təzkire-ye  Həzin»,  Lütfəlibəy  Azər  Bəydilinin  «AtəĢgəde-ye  Azər» 
təzkirələrindən də faydalanmıĢıq [87]. 
Azərbaycanın  məĢhur  alimlərindən  Hacı  Zeynalabdin  ġirvani  və 
Abbasqulu Ağa Bakıxanovun əsərlərində [88] Təbrizin siyasi tarixinə geniĢ yer 
verilmiĢdir.  Bir  neçə  dəfə  Təbrizdə  olmuĢ  və  Ģəhəri  Ģəxsən  müĢahidə  etmiĢ 
Hacı  Zeynalabdin  ġirvani  «Hədayiq-üs-səyahə»  adlı  əsərində  [89]  Təbriz 
sözünün  etimologiyasına  toxunmuĢ  və  onun  mənasını  «elm  və  hünərdə  öz 
yaĢıdlarından irəlidə getmək» kimn izah etmiĢdir [90]. Əlbəttə, bu sözü ilk dəfə 
Xaqani ġirvani demiĢdir. Hacı Zeynalabdin ġirvani qədim Ģəhər olan Təbrizin 


20 
 
sonralar  dağıldığını  və  h.  175  (791-792)-ci  ildə  Harun  ər-RəĢidin  arvadı 
Zübeydə  xatun  tərəfindən  abadlaĢdırıldığını,  orada  gözəl  saraylar  və  binalar 
tikildiyini qeyd etmiĢdir [91]. Abbasqulu Ağa Bakıxanov da həmin fikri təkrar 
etmiĢdir [92]. 
Ġlk  ərəbdilli  mənbələrdə  Harun  ər-RəĢidin  özü  və  ya  arvadının 
Azərbaycana  gəlməsi  haqqında  məlumat  olmadığı  halda,  nədənsə,  A. 
Bakıxanov  Harun  ər-RəĢidin  oğlunun  Dərbənddə  dəfn  olunmasından  nəticə 
çıxararaq ehtimal edir ki, Zübeydə xatun öz ərilə bu diyara gəlmiĢ, Dərbənd və 
ġirvanı istila etmiĢdir [93]. 
Təbriz  Ģəhərinin  iqtisadi  həyatına  dair  orta  əsr  türk  mənbələrində  də 
müəyyən  qədər  məlumat  vardır.  Lakin  Osmanlı  müəllifləri  Səfəvilərə  qarĢı 
müxalif  mövqedən  çıxıĢ  etdikləri  üçün  onların  əsərlərində  müəyyən  qədər 
tendsisiyalılıq  hiss  olunur.  Məhz  buna  görə  də  həmin  əsərlərə  tənqidi 
yanaĢmağı  lazım  bilmiĢik.  Burada  bilavasitə  mövzu  ilə  əlaqədar  olan  daha 
zəruri türkdilli mənbələrin qısa icmalını təhlil edəcəyik. 
XVI  əsrin  sonlarına  aid  hadisələri  özündə  əks  etdirən  və  Sovet 
tarixĢünaslığında  lazımi  qədər  tədqiqata  cəlb  olunmamıĢ  ilk  mənbə  Ġbrahim 
Rəhimizadənin  «Ketabe-gəncine-ye  fəthi-Gənce»  əsəri  h.  1001  (1592-93)-ci 
ildə yazılmıĢdır. Əlyazma 8 fəsil (bab) və epiloqdan (xatimə) ibarətdir. Əsərin 
müəllifi Sultan III Muradın (1574-1595) Azərbaycan yürüĢlərində, o cümlədən 
Təbriz  uğrunda  gedən  vuruĢmalarda  iĢtirak  etmiĢ  və  hadisələrin  bilavasitə 
müĢahidəçisi  olmuĢdur  [94].  Ġbrahim  Rəhimizadə  h.  996  (1587-88)-cı  ildəki 
hadisələrdən  danıĢarkən  Mustafa  Əfəndinin  Təbrizdə  qazi  vəzifəsində 
çalıĢdığını bildirir. Əlyazmada  müəllif III  Sultan Muradın  iĢğalçılıq siyasətini 
qələbə,  fütuhat  kimi  qələmə  verməyə  cəhd  göstərir.  O,  Osmanlı  ordusunun 
1585-1586-cı  illərdə  Təbrizi  almaq  uğrunda  yeddi  dəfə  hücumunun,  Ģəhərin 
talan və qarət edilməsinin geniĢ təsvirini vermiĢdir. Bundan əlavə, osmanlıların 
h.  993-cü  ilin  Ģəvval  ayında  (sentyabr,  1585)  Təbrizdə  qala  tikdirməsi  bütün 
təfsilatı  ilə  Ģərh  olunmuĢdur.  Əsərdə  Təbriz  əhalisinin  Ģəhərin  hakimi  Cəfər 
paĢanın  zülmü  nəticəsində,  7  nəfərdən  ibarət  nümayəndə  heyətinin  diri-diri 
dənizə  atılaraq  öldürülməsi,  osmanlıların  Təbrizdə  tikdirdiyi  qalanı  ələ 
keçirmək uğrunda Səfəvi ordusu ilə Osmanlı ordusu arasında 37 dəfə vuruĢma 
baĢ verdiyi haqqında məlumat verilir. 
Təbrizin  ictimai-iqtisadi  vəziyyəti  və  mədəni  həyatına  dair  çoxlu 
faktik  material  verən  mənbələrdən  biri  də  Övliya  Çələbinin  «Səyahətnamə» 
əsəridir [95]. 1647-ci ildə Təbrizdə olmuĢ Övliya Çələbi Ģəhəri seyr etmiĢ və öz 
təəssüratını qələmə almıĢdır. Lakin Övliya Çələbinin gətirdiyi bir sıra rəqəmlər 
həddən  artıq  ĢiĢirdildiyindən  onlara  tənqidi  yanaĢmaq  lazımdır.  Məsələn, 
Övliya  Çələbi  1586-1603-cü  illərdə  Osmanlı  iĢğalı  altında  olduğu  dövrdə 
Təbriz Ģəhərində 300  min, ətrafında isə 500  min əhali  yaĢadığını bildirir [96]. 
Lakin  baĢqa  məxəzlərdən  məlumdur  ki,  bu  illərdə  Ģəhərdə  həmin  rəqəmin 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə