SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə9/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   5   6   7   8   9   10   11   12   ...   116

21 
 
səkkizdə biri qədər də əhali yox idi. Övliya Çələbi bununla Osmanlı dövlətinin 
iĢğalçılığına  bəraət  qazandırır,  demək  istəyir  ki,  17  ilə  yaxın  iĢğal  altında 
olduğu dövrdə guya Təbrizin əhalisi çoxalmıĢ, hətta Ģəhər «ġah Qazan (Qazan 
xan - S. O.) dövründə olduğundan daha abad və məmur olmuĢdur». 
Təbriz tarixi ilə əlaqədar istifadə etdiyimiz digər türkdilli mənbələrdən 
biri  də  1635-ci  ildə  Osmanlı  ordusunun  Təbrizə  hücumunun  Ģahidi  olmuĢ  və 
1648-ci ildə «Cahannuma» əsərini yazmıĢ Katib Çələbinin qeydləridir. Müəllif 
özünün Təbrizdə olması haqqında belə yazır: «Sultan Murad xan ilə varub üç 
gün  (Təbrizdə)  oturub,  təxrib  olunduqda  gördüyümüz  üzrə  vəziyyət  budur» 
[97]. 
Mustafa  Əfəndi  «Salanikli  tarixi»  adlı  əsərində  [98]  Təbrizin  siyasi 
tarixinə  geniĢ  yer  versə  də,  orada  Ģəhərin  iqtisadi-ictimai  vəziyyətinə  dair 
məlumata da təsadüf edilir. 
 
II. Erməni və rus dillərində olan mənbələr 
 
IV  əsrin  sonunda  Təbriz  hadisələrinə  müəyyən  qədər  yer  vermiĢ 
Bizanslı Favstosun «Ermənistan tarixi» adlı əsəri paralel mənbə olmadığı üçün 
qiymətli məxəz sayıla bilər [99]. 
1602-1663-cü  illər  hadisələrini  özünün  «Tarix  kitabı»  əsərində  əks 
etdirən Təbrizli Arakel Cəlalilər hərəkatı, 1635-ci illərdə Təbrizdə baĢ vermiĢ 
qıtlıq və bahalıq barədə məlumat vsrmiĢdir [100]. 
1654-cü  il  avqust  ayında  Təbrizdə  olmuĢ  və  Ģəhəri  Ģəxsən  müĢahidə 
etmiĢ Zəkəriyyə Kanakertsi Təbrizin siyasi həyatından, Ģəhərin Ġrəvanla ticarət 
münasibətlərindən,  ġah  Təhmasibin  islahatının  Təbrizi  iqtisadi  həyatı  üçün 
əhəmiyyətindən və bir sıra digər məsələlərdən bəhs etmiĢdir [101]. Zəkəriyyə 
1654-cü ildə Təbrizi «Ġranın paytaxtı» adlandırmıĢdır [102]. Əlbəttə, bu fikirlə 
razılaĢmaq  olmaz.  Çünki  paytaxt  1555-ci  ildə  Qəzvinə,  sonra  isə  Ġsfahana 
köçürülmüĢdür.  Çox  ehtimal  ki,  XVII  əsrin  ortalarında  Təbriz  əhalisinin  çox 
olması,  sənətkarlıq  və  ticarət  mərkəzi  kimi  Yaxın  və  Orta  ġərqdə  Ģöhrət 
tapması  müəllifin  onu  məcazi  mənada  «Ġranın  paytaxtı»  adlandırmasına  səbəb 
olmuĢdur [103]. 
Erməni  taciri  Əylisli  Zəkəriyyənin  (20.  IX.1630-1691)  yazdığı 
«Gündəlik»  [104]  Təbrizin  iqtisadi  tarixini  tədqiq  etmək  baxımından 
diqqətəlayiqdir.  Maraqlıdır  ki,  Zəkəriyyə  1651-ci  ildən  1678-ci  ilə  qədər  12 
dəfə, o cümlədən 1661-ci ildə üç ay yarım, 1669-cu ildə iki ay, 1671-ci ildə iki 
ay  yarım,  1676-cı  ildə  dörd  aya  yaxın,  1678-ci  ildə  üç  ay  yarım  Təbrizdə 
qalmıĢdır.  Bu  illər  ərzində  o,  Ģəhərin  ticarət  həyatı  ilə  yaxından  tanıĢ  ola 
bilmiĢdir.  Əsərin  birinci  hissəsində  ticarət  və  karvan  yolları,  xüsusilə  Əylis-
Təbriz, Təbriz - Marağa karvan yolları, ikinci hissəsində isə Təbrizin daxili və 


22 
 
xarici ticarəti, 1673-cü ildə Ģəhərdə baĢ verən qıtlıq və aclıq, həmçinin vergilər 
və s. haqqında  məlumat   verilir. 
Məlum  olduğu  kimi,  1552-ci  ildə  Kazan  və  1550-cı  ildə  HəĢtərxan 
Rusiya  ilə  birləĢdikdən  sonra  Xəzər  dənizi  vasitəsilə  Azərbaycan  və  Ġranla 
ticarət  əlaqələri  geniĢlənir.  Bu  dövrdə  Rusiya  ilə  Azərbaycan  arasında 
münasibətlər  daha  normal  hala  düĢür.  Tacirlər,  elçilər  gəlib-gedir,  diplomatik 
yazıĢmalar  baĢlayır.  Rusiya  ilə  Azərbaycan  arasında  ticarət  münasibətlərinin 
inkiĢafı sənətkarlıq və ticarət mərkəzi olan Təbrizin iqtisadi həyatında mühüm 
rol  oynamıĢdır.  Buna  görə  də  rus  diplomat  və  səyyahlarının  əsərləri  və 
xatirələri ilk məxəz kimi böyük əhəmiyyətə malikdir. Bir qismi N. Ġ. Vselovski 
və S. A. Belokurov tərəfindən nəĢr edilmiĢ həmin sənədlərdə Təbrizdə istehsal 
olunan mallar, Ģəhərin daxili və xarici ticarəti haqqında maraqlı məlumat vardır 
[105]. 
 
III. Avropa mənbələri 
 
XIII-XVII  əsrlərdə  Avropa  səyyahları,  tacirləri,  missionerləri 
Azərbaycan  və  Ġrana  gəlmiĢ,  öz  təəssüratlarını  səfərnamə,  səyahətnamə 
Ģəklində nəĢr etdirmiĢlər. 
Orta  əsr  Ġran  və  Azərbaycan  müəlliflərindən  fərqli  olaraq  Avropa 
səyyahları  dövrün  Ģahlarından  asılı  olmadıqları  və  əsərlərini  xaricdə  nəĢr 
etdirdikləri  üçün  bəzən  Səfəvi  hökmdarlarının  nöqsan  cəhətlərini  göstərə 
bilmiĢlər.  Halbuki  Səfəvilərin  saray  tarixçiləri  hakim  feodal  sinfinin,  ilk 
növbədə dövrün hakim təbəqəsinin mənafeyini müdafiə etmiĢlər. Məsələn, ġah 
Təhmasibin  sarayında  Venetsiya  elçisi olan Vinçenso  Alessandri (1571-1572) 
Təbriz  əhalisinin  ġah  Təhmasibə  hörmət  etməməsi,  ġah  Təhmasibin  özünün 
məĢhur  tacir  olması,  qazilərin  rüĢvətxorluğu,  əhalinin  Ģikayət  və  ərizələrinə 
baxılmaması  haqqında  verdiyi  məlumat  fikrimizi  təsdiq  edə  bilər.  Alessandri 
baĢqa  bir  yerdə  yazır:  «Ġran  Ģahı  (Səfəvi  hökmdarı  ġah  Təhmasib  nəzərdə 
tutulur) Ģikayətə gəlmiĢ əhalinin səsini eĢitsək onların qovulması haqqında əmr 
verir»  [106].  Bununla  yanaĢı,  qeyd  etməliyik  ki,  bu  heç  də  bütün  avropalı 
səyyah  və  diplomatların  əsərinə  xas  olan  cəhət  deyildir.  Avropalı  müəlliflər 
məxsus olduqları yüksək zadəgan sinfinin müdafiəçiləri olduqları üçün dövrün 
hökmdarlarının qəddarlığına da bəraət qazandırmıĢlar. Hətta Alessandrinin özü 
də  ġah  Təhmasiblə  danıĢıqlarda  məqsədinə  nail  ola  bilmədiyi  üçün  həqiqi 
vəziyyəti etiraf etmək məcburiyyətində qalmıĢdır. 
Marks  Polo  (1293)  [107],  Perdonlu  Odorik  (1321)  [108],  Klavixo 
(iyun  1403)  [109],  Ancolello  (1473)  [110],  Barbaro  (aprel,  1474)  [111], 
Katerino  Zeno  (1474)  [112],  Kontarini  (avqust,  22  1474  -  iyun  1475)  [113], 
Təbrizin daxili və xarici ticarəti, sənətkarlıq və s. məsələlər haqqında müəyyən 
qədər məlumat vermiĢlər. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə